Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1674/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 cavabdehlər Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1 və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi (işə bərpa); işçilərin attestasiyasının keçirilməsi qaydalarının pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkkül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı X1 cavabdehlər Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1ə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1546/2025 nömrəli, 7 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı Zülfiyyə İbrahimova cavabdeh Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1də ibtidai sinif müəllimi işləyib.
2. İddiaçı ilə bağlanmış əmək müqaviləsi həmin Cavabdeh1 direktorunun xx.xx.2024-cü il tarixli 70 nömrəli əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Bu normaya görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir.
3. Bakı şəhəri Nəsimi rayonu 268 saylı xüsusi Cavabdeh1 xx.xx.2012-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi işləmiş müəllim X2 iyun ayında 15 iş gününə görə 1689.33 manat əmək haqqı və 43 təqvim gününə görə 2548.83 manat son haqq-hesab hesabalanıb ödənilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1in əlavə cavabdeh kimi mülki işə cəlb olunmasını, Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1in xx.xx.2024-cü il tarixli, 70 nömrəli əmrinin ləğv edilməsi, onun həmin Cavabdeh1 əvvəlki vəz ifəsinə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla tələbini onunla əsaslandırmışdır ki, digər ümumtəhsil Cavabdeh1lərdən fərqli olaraq iddiaçının təhsil verdiyi şagirdlər daun, autizm,əqli geriləmə, psixoloji problemləri olan şagirdlər olub. Xüsusi təhsildə ən yaxşı halda ibtidai sinifdə oxuyan uşaqlara Cavabdeh1qədər təhsil səviyyəsində, yuxarı siniflərə isə ibtidai sinif səviyyəsində dərs keçirilir. Həmin Cavabdeh1 şagirdlərinin universitet və ya kollecdə oxumaq kimi şansları olmadığından Cavabdeh1 üçün prioritet onların doğru şəkildə oxuyub, yazmağı bacarmalarıdır. İddiaçının anası X5 xx.xx.2023-cü il tarixdə komaya düşməsi nəticə sində xx.xx.2023-cü il tarixində vəfat etməsi ilə əlaqədar o həmin tarixdə keçirilmiş sertifikasiya imtahanında iştirak edə bilməmişdir. X3 valideynləri ilə qeydiyyatda olduğu ünvanda yaşayaraq yaşlı ana və atasına qulluq etməklə onların qayğısına qalır və övladlıq borcunu verir. Sonuncu xx.xx.2024-cü il tarixdə keçirilmiş sertifikasiya imtahanında iştirak edərək 20 bal toplamışdır. İddiaçı xx.xx.2023-cü il tarixində sertifikasiya imtahanında iştirak edə bilməməsi ilə bağlı anasının ölüm haqqında şəhadətnaməsini Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1ə təqdim etməsinə baxmayaraq 27 iyun 2024-cü il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılması qaydalarında göstərilmişdir ki, üzrlü səbəbdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmada keçməmiş hesab olunurlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə üzrlü səbəb dedikdə, 3 konkret hal nəzərdə tutulur: 1. işçinin özünün xəstələnməsi; 2. yaxın qohumunun xəstələnməsi; 3. yaxın qohumunun vəfat etməsi. Qanunvericiliyə əsasən yaxın qohum – arvad (ər), valideynlər, baba və nənələr, övladları və onun tərəfindən övladlığa götürülən şəxslər, doğma (ögey) bacı və qardaşlar, nəvələr, bacı və qardaşın övladı, bacının əri v ə qardaşın arvadı, dayılar, əmilər, bibilər, xalalar, eləcə də arvadın (ərin) valideynləri, doğma (ögey) bacı və qardaşları sayılır. İddiaçı X3 xx.xx.2024-cü il tarixində “Mediasiya prosesinin tətbiqi barədə təklif”in hazırlanması üçün Mediasiyaya müraciət etmiş və xx.xx.2024-cü il tarixdə “Mediasiya prosesinə müraciət üçün ərizəsi” daxil olmuşdur. Mediasiyaya müraciət etmiş və həmin tarixdən etibarən mediasiya prosesi başlamışdır. O, mediasiya prosesindən keçmiş və bu barədə ona mediator X7 tərəfindən xx.xx.2024-cü il tarixdə “X4 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış verilmişdir.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4269/ 2024 nömrəli, 7 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia tələbi təmin edilməmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydasının 5.2-ci bəndinə əsasən, təhsilverən üzrlü səbəbdən sertifikatlaşdırma imtahanında iştirak etmirsə, onun 1 il müddətində iş yeri saxlanılır və təkrar sertifikatlaşdırma imtahanında iştirak etməyə haqq qazanır. Hazırkı iş üzrə iddiaçı 2023-cü ildə keçirilən sertifikatlaşdırma imtahanında üzrlü səbəbdən iştirak etməmiş və ona təkrar sertifikatlaşdırma imtahanında iştirak etməyə imkan yaradılmışdır. İddiaçı X3 təkrar keçirilmiş sertifikatlaşdırma im tahanında iştirak etmiş, lakin uğurlu nəticə əldə etməmişdir.
9. Qeyd olunan qaydaların 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. İddiaçı X3 təkrar sertifikatlaşdırmada iştirak edərək müəyyən olunmuş keçid balını toplaya bilməmiş və buna görə də təkrar sertifikatlaşdırmadan keçməmiş hesab olunmuşdur. İddiaçı təkrar sertifikatlaşdırmadan keçmədiyinə görə qeyd olunan qaydaların 5.4-cü bəndinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi işəgötürən tərəfindən qanunvericiliyə uyğun olaraq ləğv edilmiş, cavabdeh Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1 tərəfindən əmək qanunvericiliyinin mü ddəaları pozulmamışdır.
10. Belə olan halda məhkəmə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi hissəsinə münasibətdə hesab etmişdir ki, iddiaçının iddiası cavabdeh Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1ə münasibətdə əsassız olduğuna və tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyinə görə, Bakı şəhəri üzrə Təhsil İdarəsinə münasibətdə isə iş üzrə əsl cavabdeh olmadığına görə rədd edilməlidir. Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsinə münasibətdə iddia tələbi rədd edildiyindən onun əsasında yaranan digər iddia tələbləri, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələbləri də birbaşa rədd edilməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 1 və 4-cü hissələrinə, 70-ci maddəsnin “c” bəndinə, 300-cü maddəsinə, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6.1, 33.3.9, 36-2.5 və 36-2.6-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na, Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalarının 4.1, 4.4, 5.13-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verər ək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eyni əsaslandırılmışdır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1546/2025 nömrəli, 7 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: Namiq Cəfərov – (sədrlik edən), Elşən Kazımov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı həqiqətən xx.xx.2024-cü ildə keçirilmiş təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməmişdir. Onun öz ü iddia ərizəsində bildirmişdir ki, xx.xx.2024-cü ildə keçirilmiş sertifikasiya imtahanında iştirak edərək 20 bal toplamışdır.
16. Həmin Qaydanın 5.4-cü bəndinə görə, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Ona görə əmək müqaviləsinin ləğvi qanunvericiliyə uyğundur. İddiaçı bildirir ki, xx.xx.2023-cü ildə keçirilmiş sertifikasiya imtahanında iştirak edə bilməyib, buna səbəb anasının xx.xx.2023-cü ildə komaya düşməsi, xx.xx.2023-cü ildə vəfat etməsi olub. Ona görə də hesab edir ki, bu hal nəzərə alınmalı, xx.xx.2024-cü ildə keçirilmiş sertifikatlaşdırma təkrar deyil, ilkin hesab olun malı və ona növbəti sertifikatlaşdırmada iştirak etmək imkanı verilməli idi.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndində qeyd olunub: “Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar”. İddiaçı xx.xx.2023-cü ildə keçirilmiş sertifikatlaşdırmada üzrlü səbəbdən (anasının vəfat etməsinə görə) iştirak etməmişdir. Buna görə də onun iş yeri 1 il müddətində saxlanılıb və təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilmişdir. Qaydaya görə, hər hansı səbəbdən sertifikatlaşdırmada iştirak etməyən şəxs sertifikatlaşdırmada iştirak edib, lakin ondan keçə bilməyən şəxsə bərabər tutulur. Odur ki, sertifikatlaşdırmada üzrlü səbəbdən iştirak etməyən şəxs üçün növbəti sertifikatlaşdırma təkrar sayılır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işə baxılarkən maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, tətbiq edilməli olan qanunu tətbiq etməyərək iddianın təmin edilməməsi yönündə tətbiq etməyərək iddianın təmin edilməməsi yönündə qanunvericiliyi tətbiq etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
21. Maddə 67-2 (1-ci hissə).Azərbaycan Respublikasında dövlət Cavabdeh1qədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sert ifikatlaşdırmaya cəlb edilirlər.
22. Maddə 67-2 (4-cü hissə). “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.
23. Maddə 78 (c bəndi).Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
24. Maddə 73. 1.Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstər ilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
25. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə t utulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə... çıxarır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununu:
26. Maddə 1.0.6-1.Sertifikatlaşdırma – dövlət Cavabdeh1qədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yarar lılığının yoxlanılması prosedurudur.
27. Maddə 33.3.9.Qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan (dövlət Cavabdeh1qədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) sertifikatlaşdırmadan) keçmək təhsilverənlərin vəzifələrindən biridir.
28. Maddə 36-2.5.Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
29. Maddə 36-2.6. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol v erilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən ed ilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya şikayətinin dəlillərində göstərilir ki,xx.xx.2023-cü ildə keçirilmiş sertifikasiya imtahanında iştirak edə bilməyib, buna səbəb anasının xx.xx.2023-cü ildə komaya düşməsi, xx.xx.2023-cü ildə vəfat etməsi olub. Ona görə də hesab edir ki, bu hal nəzərə alınmalı, xx.xx.2024-cü ildə keçirilmiş sertifikatlaşdırma təkrar deyil, ilkin hesab olunmalı və ona növbəti sertifikatlaşdırmada iştirak etmək imkanı verilməlidir.
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 372.1- ci maddəsinin tələblərinə riayət olunmaqla, tam hüquqlu məhkəmə kimi işdə olan sübutlara səlahiyyətləri çərçivəsində tam, ətraflı hüquqi qiymət verilmiş və iddianın faktiki əsasının sübut olunmaması nəticəsinə gəlinmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndində qeyd olunub: “Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar”. İddiaçı xx.xx.2023-cü ildə keçirilmiş sertifikatlaşdırmada üzrlü səb əbdən (anasının vəfat etməsinə görə) iştirak etməmişdir. Buna görə də onun iş yeri 1 il müddətində saxlanılıb və təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilmişdir. Qaydaya görə, hər hansı səbəbdən sertifikatlaşdırmada iştirak etməyən şəxs sertifikatlaşdırmada iştirak edib, lakin ondan keçə bilməyən şəxsə bərabər tutulur. Odur ki, sertifikatlaşdırmada üzrlü səbəbdən iştirak etməyən şəxs üçün növbəti sertifikatlaşdırma təkrar sayılır.
42. Kassasiya kollegiyası həmçinin qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və o byektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 mart 2025-ci il tarixli, 2(103)1546/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.