Məhkəmə qərarları › İş №2(102)-168/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-168/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-168/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-168/2024 (Açar sözlər: podrat müqaviləsi üzrə pulun tutulması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1639/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qətnaməsi ndən birinci Cavabdeh2 (vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 22 yanvar 2024cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (podratçı) İddiaçı ilə cavabdeh (sifarişçi) Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsinə əsasən sifarişçi Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0,02 ha torpaq sahəsində ümumi sahəsi 50 kv.m. müqaviləyə əlavə olunan layihəyə əsasən fərdi yaşayış evinin tam təmirli tikintisini sifariş etmiş, podratçı isə “Sifarişçi”nin sifariş etdiyi layihəyə uyğun evin tikintisini öz üzərinə götürmüşdür. Tərəflər layihə üzrə görüləcək işlər haqqında ödənilməsi aralarında razılaşdırıldıqdan sonra müqaviləyə əlavə olunan ödəniş cədvəlində göstərilməsi barədə razılığa gəlmişdilər. Həmin müqaviləyə uyğun olaraq görülən işlərin siyahısı (28 növ (adda) iş görülməlidir) tərtib edilmiş və siyahını hər iki tərəf imzalamışdır.

2. İddiaçı (podratçı) İddiaçı ilə cavabdeh (zamin) Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən podratçı ilə sifarişçi arasında tikintiyə dair bağlanan müqavilə ilə əlaqədar olaraq sifarişçi podratçı qarşısında öz öhdəliklərini tam yerinə yetirənə qədər zamin sifarişçi ilə birlikdə podratçının qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

3. İddiaçı (podratçı) İddiaçı ilə cavabdeh (sifarişçi) Cavabdeh2 arasında bağlanmış ödəniş cədvəlinə əsasən Cavabdeh2 İddiaçı ilkin ödəniş olaraq 04 noyabr 2019-cu il tarixdə 3.000 manat, aylıq ödənişlər olaraq 08 dekabr 2019-cu il tarixdə 700 manat, 12 yanvar 2020-ci il tarixdə 1.000 manat, 07 fevral 2020-ci il tarixdə 1.000 manat, 11 mart 2020-ci il tarixdə 900 manat, 16 may 2020-ci il tarixdə 900 manat, 05 iyun 2020-ci il tarixdə 900 manat, 10 iyul 2020-ci il tarixdə 900 manat, 05 avqust 2020-ci il tarixdə 900 manat və 600 manat, 09 sentyabr 2020-ci il tarixdə 300 manat, 15 oktyabr 2020-ci il tarixdə 900 manat və 700 manat, 11 dekabr 2020-ci il tarixdə 900 manat, 12 yanvar 2021-ci il tarixdə 900 manat, 08 fevral 2021-ci il tarixdə 1.000 manat, 09 mart 2021-ci il tarixdə 1.000 manat, 15 aprel 2021-ci il tarixdə 1.000 manat, 07 may 2021-ci il tarixdə 600 manat, 12 iyun 2021-ci il tarixdə 800 manat, 03 iyul 2021-ci il tarixdə 800 manat, 09 avqust 2021-ci il tarixdə 500 manat və 1500 manat, 15 sentyabr 202 1-ci il tarixdə 2.900 manat, cəmi 24.600 manat məbləğində ödəniş etmişdir.

4. Podratçı İddiaçı tərəfindən sifarişçi Cavabdeh2 ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişə əsasən 04 noyabr 2019-cu il tarixdə bağlanmış podrat müqaviləsində göstərilən ödəniş cədvəlində 15 noyabr 2020-ci ildə göstərilən ödənişi gecikdirdiyi üçün 5.5-ci bəndinə icra olunacaq. (6.1-ci bəndini nəzərə alaraq) ona təklif olunan ev 1 ay gec təhvil veriləcək. 5. xx.xx.2021-ci il tarixdə əlyazma ilə tərtib edilmiş və Cavabdeh2 tərəfindən imzalanmış yazıda Cavabdeh2 qeyd etmişdir ki, “Mən, Cavabdeh2 04 noyabr 2019-cu il il tarixli Podrat müqaviləsinə əsasən yazıb sizə bildirirəm ki, avqust ayının 15-nə qədər 2 min manat ödəyəcəyimi öhdəliyimə götürürəm. Avqustun 20-si evi təhvil aldıqdan sonra Avqustun 30-na qədər da ha 2 min manat ödəyəcəyimi öhdəliyimə götürürəm və imzamla təsdiq edirəm”.

6. İddiaçı (podratçı) İddiaçı ilə cavabdeh (sifarişçi) Cavabdeh2 arasında imzalanmış xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən “Podratçı” İddiaçı və sifarişçi Cavabdeh2 arasında 04 noyabr 2019-cu il tarixində podrat müqaviləsi bağlanmışdır. Sifarişçi Cavabdeh2 04 noyabr 2019-cu il tarixində bağlanmış podrat müqaviləsinə əlavə olunan ödəniş cədvəli üzrə 09 avqust 2021-ci il tarixində 2.000 manat məbləğ ödədi. Ev xx.xx.2021-ci il tarixində təhvil veriləcək və evin təhvil alındıqdan sonra 30 avqust 2021-ci il tarixinə qədər 2.000 manat məbləğ ödənilməlidir. “Sifarişçi” Cavabdeh2 podrat müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə uyğun olaraq aylıq ödəniş ödəməlidir. 7. xx.xx.2022-ci il tarixdə əlyazma ilə tərtib edi lmiş və Cavabdeh2 tərəfindən imzalanmış yazıda qeyd edilmişdir ki, “04 noyabr 2019-cu il tarixində İddiaçı ilə Cavabdeh2 arasında Podrat müqaviləsi bağlanmışdır. Podrat müqaviləsinə əlavə olunan görülən işlər siyahısında işlər tam görülmüş, sifarişçi Cavabdeh2 təhvil verilmişdir. Tərəflərin bir-birinə qarşı heç bir iddiası yoxdur, gələcəkdə də olmayacaq. Cavabdeh2 evini görülən işlər siyahısında göstərilən işləri tam təhvil aldı və imzası ilə təsdiqləyir, heç bir iddiası da yoxdur”.

8. İddiaçı tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişə əsasən Cavabdeh2 və Cavabdeh1 yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Ca vabdeh2 (bundan sonra birinci cavabdeh) və Cavabdeh1 (bundan sonra ikinci cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə ödənilməyən 12.050 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu qismində ödənilmiş 127 manat pulun, ümumilikdə 12.177 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər xx.xx.2021-ci il tarixdən öz öhdəliyini yerinə yetirmədiyindən o, bu barədə onlara bildiriş göndərib, onlara qarşı məhkəmədə iddia qaldıracağını bildirmişdir. Buna baxmayaraq, cavabdehlər müqavilə üzrə heç bir məbləğdə pul ödə məmişdir. Yəni onun tərəfindən həmin müqavilənin şərtləri tam yerinə yetirilərək, evin tikintisi müqavilənin şərtlərinə uyğun aparılmış, buna baxmayaraq, xx.xx.2021-ci il tarixdən cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, cavabdehin ona 12.050 manat məbləğində borcu qalmışdır. Cavabdeh müqavilə üzrə heç bir ödəniş etmədiyinə görə o, dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Göründüyü kimi cavabdehlə bağlanmış müqaviləyə əsasən cavabdehin ödənişi etməsinin müddəti artıq ötmüşdür. İşin hallarından da görünür ki, cavabdehlərin öhdəliklərini yazılı surətdə öz üzərinə götürmüş, bu barədə müqavilə də imzalamışdır. O, podrat müqaviləsi əsasında işə işçilər cəlb etmiş, müqavilənin icrası ilə əlaqədar tikinti materialları almış, işi tam olaraq bitirmiş və öz üzərinə göt ürdüyü öhdəliyini yerinə yetirmişdir.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(010)-4958/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia tələbi rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış podrat müqaviləsində evin sifarişçinin sifariş etdiyi layihəyə uyğun tikiləcəyi göstərilsə də, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, belə bir layihə hazırlanmamış, sifarişçiyə təqdim edilməmiş, ümumiyyətlə podratçı və sifarişçi arasında evin layihəsi ilə bağlı hər hansı razılığa gəlinməmişdir. Eləcə də məhkəmə iclasında məhkəməyə hər hansı layihə təqdim edilməmişdir. Belə olan halda, podratçı müqavilə üzrə öhdəliklərini pozmuş hes ab edilməlidir. Nəzərə alınmalıdır ki, podrat müqaviləsi üzrə tikiləcək evin layihəsi, evin məhz hansı koordinatlarda, hansı ölçülərdə tikiləcəyi sifarişçi ilə razılaşdırılmayıbsa gələcəkdə sifarişçinin tikiləcək evin yerləşəcəyi ərazinin konkret ünvanının koordinatları ilə bağlı istənilən etirazına görə məsuliyyəti bu cür layihəni hazırlayaraq sifarişçi ilə razılaşdırmağa borclu olan podratçı daşımalıdır. Göründüyü kimi, iddiaçı birinci cavabdehlə aralarında bağlanılmış podrat müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bundan başqa, cavabdeh tərəfin izahatından müəyyən olunur ki, tərəflər arasında bağlanılmış podrat müqaviləsinin şərtləri iddiaçı tərəfindən əhəmiyyətli dərəcədə pozulmuş və tikinti işləri görülən işlərin siyahısına uyğun aparılmamışdır. Belə ki, müqavilənin ş ərtinə əsasən iddiaçı tərəfindən görülən işlərin tam qaydasında olması barədə təhvil-təslim aktı tərtib olunmalı olduğundan, lakin həmin təhvil- təslim aktı tərtib olunmamış və həmin aktı nə cavabdeh, nə də ki, zamin imzalamamışdır. Bu səbəbdən müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozan iddaçı olduğundan cavabdeh bununla bağlı yazılı qeyd verərək işi təhvil aldığını və gələcəkdə tərəflərin birbirinə qarşı hər hansı iddia tələbinin olmacayağı barədə qeyd vermişdir.

13. Məhkəmə hesab etmişdir ki, podrat müqaviləsinin şərtləri podratçı tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan və iddiaçı tərəf görülən işlərin tam qaydasında olması və təhvil verilməsi barədə sübut təqdim etmədiyindən onun podrat müqaviləsi üzrə ödənilməyən pul vəsaitinin tutulması barədə iddia tələbi təmin oluna b ilməz.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 390.5, 421.2, 425.1, 752.1, 753.4, 759, 762-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmənin müəyyən etdiyi hallara - tikintinin layihəyə uyğun tikilməməsi, tikinti ilə əlaqədar layihənin tərtib edilməməsi və ona təqdim edilməməsi kimi hallara öz etirazını bildirməmiş, bu halları m übahisələndirməmişdir. Çünki tərəflər arasında belə bir mübahisə olmamış, tikintinin layihəsi tərtib edilmiş və sifarişçi ilə razılaşdırılmışdır. Yəni məhkəmənin mübahisəli hal kimi müəyyən etdiyi bu hal əslində işin mübahisə edilməyən halıdır. Cavabdeh iddiaya etirazının əsası kimi “tərəflər arasında podrat müqaviləsi bağlansa da, iddiaçı öz üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsini, podratçı tərəfindən görüləcək işlərin yarımçıq qalmasını, həmin evdə yaşamaq üçün şərait olmamasını, dəfələrlə iddiaçıya evin təhvil verilməsi ilə bağlı xəbərdarlıq olunsa da, iddiaçının görüləcək işləri gecikdirməsini ona görə də xx.xx.2022-ci il tarixdə əlyazma ilə yazaraq, güya işlərin tam olaraq, görüldüyünü və buna görə təhvil aldığını” göstərmişdir. Bununla belə, cavabdehin iddiaya etira zının yeganə əsası tikinti işlərinin podratçı tərəfindən sifarişçiyə təhvil verilməməsidir. Məhkəmə araşdırması zamanı tərəflər arasında başqa mübahisə olmamışdır. Lakin cavabdeh xx.xx.2022-ci il tarixdə öz xətti ilə ərizə yazaraq görülən işlər siyahısında göstərilən işləri tam təhvil aldığını təsdiq etmişdir. Cavabdeh məhkəmədə bunu təkzib edərək, əslində evi tam təhvil almamasını, sonradan özü təmir etməsini göstərsə də, bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Hətta məhkəmə iclasında hakimin iş üzrə ekspertiza təyin edilməsinə dair təklifinə münasibətdə də cavabdehin nümayəndəsi artıq evin təmirli olmasını, cavabdehin oğlunun ailə quraraq, ailəsinin həmin evə köçürməsini bildirərək, iş üzrə ekspertizanın keçirilməsindən imtina etmişdir. Beləliklə də o, öz iddia tələbi nin əsaslandığı halları məhkəməyə təqdim etsə də, cavabdeh etirazının əsaslandığı halları məhkəməyə təqdim etməmiş, buna baxmayaraq, məhkəmə cavabdehin nümayəndəsinin izahatını əsas götürərək, iddianı rədd etmişdir. Cavabdeh tikintinin keyfiyyətinə pretenziya bildirməmiş, belə olduqda isə podrat müqaviləsi üzrə podratçının öz öhdəliklərini pozmasından söhbət gedə bilməz. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, cavabdeh öz etirazının əsası kimi evi tam təmirli formada təhvil almadığını göstərsə də, bu halı sübut etməmişdir. Qeyd edilənlərlə yanaşı, podrat müqaviləsindən və ödəniş cədvəlindən də göründüyü kimi cavabdeh müqavilə üzrə 33.750 manat məbləğində pul vəsaiti ödəməli olduğu halda, cavabdeh cəmi 21.700 manat məbləğin də ödəniş etmişdir. Yəni cavabdehin podrat müqaviləsi üzrə 12.050 manat məbləğində borcunun qalması işin mübahisə edilməyən halıdır. Bu zaman məhkəmə iş üçün xüsusi əhəmiyyətli olan bu halı – niyə cavabdeh qalan pul məbləğini ödəməməlidir? – sualını aydınlaşdırmalı idi. Belə ki, əgər cavabdeh tikilini tam təhvil alıbsa, niyə borclu qaldığı pulu ödəmir və ya əgər tikintini tam təhvil almayıbsa niyə müqavilə qüvvədə olduğu halda podratçını tikilini tam təhvil verməyə məcbur etmir. Tərəflər arasında tikilini yarımçıq təhvil verilməsi barədə razılıq olubmu? Eyni zamanda cavabdeh iddiaya verdiyi etirazının əsası kimi - iddiaçı evi ona təhvil verən zaman evin hansı formada olduğunu və xx.xx.2022-ci il tarixli ərizədə öz xətti ilə göstərdiklərini təkzib edən halı nə ilə sübut yetirdiyini əsasla ndırmalıydı. Göründüyü kimi, məhkəmə iş üçün xüsusi əhəmiyyəti olan bu halları aydınlaşdırmamış, sadəcə cavabdeh tərəfin izahatına əsaslanaraq, podratçının müqavilə şərtlərinə əməl etməməsini göstərmişdir. Tərəflər arasında imzalanmış podrat müqaviləsinə əsasən tikinti ödənişin 5070% ödənildikdən sonra təhvil verilir. Lakin cavabdeh öz öhdəliyini dəfələrlə gecikdirmiş, razılaşdırılmış ödəniş cədvəlinə əməl etməmiş, o da tikintini buna uyğun aparmış, 2022-ci ilin may ayında isə cavabdeh öz oğlu üçün toy edəcəyini və həmin evə gəlin gətirəcəyini bildirərək evi təhvil verilməsini xahiş etdikdən sonra o, ödənişin 70 faizi ödənilmədən evi təhvil vermişdir. Əgər cavabdeh öz öhdəliyni lazımınca yerinə yetirsəydi, ödənişin 50 faizi ödənildikdən sonra o, tikintini cavabdehə təhvil verəcəkdir. Lakin cavabdeh ödənişi gecikdirdiyinə görə o, da evi ona təhvil verməmiş, lakin cavabdeh təkid etdikdən sonra cavabdehə inanaraq, ödənişin 70 faizi ödənilmədən evi ona təhvil versə də, cavabdehin sonradan heç bir ödəniş etməməsinə məhkəmə qiymət verməyərək, əksinə öz qətnaməsində tərəflər arasında bağlanmış podrat müqaviləsinin şərtlərinin onun tərəfindən əhəmiyyətli dərəcədə pozulmasını göstərmişdir. Halbuki, o, podrat müqaviləsinin hər hansı bir şərtini pozmamışdır. Müqavilədə nəzərdə tutulan formada təhvil-təslim aktının imzalanmaması isə müqavilənin pozulması kimi nəzərə alına bilməz. Yəni hər hansı bir prosedur qaydalarının pozulması müqavilə üzrə öhdəliklərin pozulması demək deyildir. Təhvil-təslim aktının imzalanmaması məhz cavabdehin evi təhvil alması və tikinti ilə əlaqədar heç bir təl əbinin olmaması barədə verdiyi ərizə olmuşdur. İddiaçı isə öz işini keyfiyyətli formada yerinə yetirdiyinə görə, cavabdehin ona qarşı bu hissədə hər hansı bir etirazı olmamışdır. Məhkəməyə təqdim edilmiş sübutlardan da göründüyü kimi, əksinə cavabdeh öz öhdəliyini dəfələrlə pozmuş, müqavilə üzrə ödəməli olduğu pulları vaxtında ödəməmişdir. Podrat müqaviləsində nəzərdə tutulmuş tikintinin layihəsinin onun tərəfindən məhkəməyə təqdim edilməməsinin əsası isə ondan ibarət olmuşdur ki, tərəflər arasında bununla əlaqədar mübahisə olmamış, cavabdeh ona təhvil verilmiş tikilinin layihəyə uyğun olmamasını mübahisələndirməmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-1639/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə ( hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın qismən təmin edilməsi, xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 9.150 (doqquz min bir yüz əlli) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 111,50 (bir yüz on bir manat, əlli qəpik) manat hissəsinin əvəzinin tutulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə istinadən bildirmişdir ki, müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən inşa ediləcək fərdi yaşayış evinin layihəsinin tərtib edil məməsi iddianın rədd edilməsi əsaslarından biri olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi belə bir layihənin tərtib edilməsinin müqavilənin şərtlərindən irəli gəldiyini qeyd etmiş və layihənin olmamasını podrat müqaviləsinin şərtlərinin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirmişdir. Halbuki, tərəflər, xüsusilə də cavabdeh nə birinci, nədə ki, apellyasiya instansiya məhkəməsində bu məsələyə toxunmamış, belə bir layihənin olmaması onun iddiaya və apellyasiya şikayətinə etirazının dəlilini təşkil etməmişdir. Bu da öz növbəsində cavabdehin inşa edilən fərdi yaşayış evinin yerləşmə yeri, onun görünüşü, texniki quruluşu, o cümlədən hündürlüyü, otaqların sayı, yerləşməsi və sair barədə məlumatlı olmasını və qeyd edilənlərlə razılaşaraq, bəyəndiyini təsdiq edir (cavabdeh bu məsələlə ri mübahisələndirmir), eyni zamanda, bu əsasla iddianın rədd edilməsini istisna edir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci cavabdeh ona iddiaçı tərəfindən işlərin keyfiyyətsiz icra edildiyini, evin tam yararsız vəziyyətdə təhvil verildiyini, o cümlədən evdə otaqların giriş, evin seyf qapısının, habelə dəmir darvazanın, giriş pilləkəninə kolizokun qoyulmadığını, döşəmə və oboy işlərinin görülmədiyini, bu işlərin, habelə elektrik və su sisteminin çəkilməsinin sonradan öz vəsaiti hesabına icra etdirdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi və vəkilinin mobil telefonunda saxlanılmaqla həmin evdə, o cümlədən evin sanitar qovşağında qüsurların olmasını təsdiq edən video görüntülər (nümayəndə və vəkil inam y aratmaq üçün görüntüləri məhkəmə iclasında məhkəmə kollegiyasına göstərmişdir) isə hazırki mərhələdə ümumiyyətlə sübut kimi nəzərdən keçirilə bilməz. Bununla belə, yalnız cavabdehin izahatı podrat müqaviləsinin şərtlərinin iddiaçı tərəfindən əhəmiyyətli dərəcədə pozulması qənaətinə gəlmək üçün əsas ola bilməz.

20. Apellyasiya instansiyası məhkəməsi təhvil-təslim aktının tərtib edilməməsi ilə bağlı qeyd etmişdir ki, bu məsələ tərəflər arasında bağlanmış podrat müqaviləsinin 2.1.8-ci bəndində öz əksini tapmışdır. Həmin bəndə əsasən “Sifarişçi” evini təhvil aldığı zamanı onun keyfiyyətini, standartlara uyğun olduğunu, görülən işlər siyahısındakı işlərin tam qaydasında olduğunu təhvil aldıqdan sonra təhvil-təslim aktını zaminlə birlikdə imzalayır.

21. Apellyasiya instansiyası məhkəməsi bildirm işdir ki, həm iddiaçının, həm də cavabdehin istinad etdiyi xx.xx.2022-ci il tarixli yazı (sənəd) hüquqi nəticə etibarı ilə cavabdeh tərəfindən fərdi yaşayış evinin qəbul edilməsini təsdiq edən aktdır (təhvil-təslim aktı da adlandırıla bilər). Həmin sənədin sadə yazılı formada olması, podrat müqaviləsinin 2.1.8-ci bəndinin tələblərinə uyğun tərtib edilməməsi, o cümlədən yalnız Cavabdeh2 tərəfindən imzalanması onun hüquqi mahiyyətinə, habelə doğurduğu hüquqi nəticələrə hər hansı formada təsir etmir.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin evin təhvil verilməsi ilə bağlı iddiaçıya xəbərdarlıq etməsi və ya işlərin görülməsi ilə bağlı ona qarşı hər hansı formada pretenziya irəli sürməsini təsdiq edən hər hansı sübut mövcud deyil. Cavabdehin istinad etdiyi və onun təş əbbüsü ilə bağlandığını iddia etdiyi xx.xx.2021-ci il tarixli razılaşma da pretenziya xarakterli deyil, sadəcə olaraq tərəflər evin xx.xx.2021-ci il tarixdə təhvil verilməsi ilə bağlı razılığa gəlmişdilər. Razılaşmanın sonunda isə ödəniş cədvəlinə uyğun aylıq ödənişlərin aparılması bildirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildiriş və xx.xx.2021-ci il tarixli yazı da evin təhvil verilməsi müddəti və ödənişlərin aparılması ilə bağlı məsələləri tənzimləyir.

23. Məhkəmə kollegiyası xx.xx.2022-ci il tarixdə tərtib edilmiş və cavabdeh tərəfindən imzalanmış akta istinadən vurğulaməşdır ki, xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən işlər qüsurlu icra edilsə belə, cavabdeh bunu bilə-bilə və buna qarşı hər hansı pretenziya irəli sürmədən, əksinə işlər in tam görülməsini təsdiq edərək, iddiaçı tərəfindən inşa edilmiş evi təhvil almışdır. Bununla da qüsurlarla bağlı tələb hüququnu itirmişdir. Belə olan halda, divar kağızının yapışdırılması ilə bağlı işlərin yarımçıq qalması da artıq öz əhəmiyyətini itirmiş olur. Lakin evin təhvil verilməsi tərəflər arasında bağlanmış həmin müqavilə üzrə öhdəliklərə xitam verilməsi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən cavabdeh evin təhvil alınmasına istinad edib podrat müqaviləsi üzrə razılaşdırılmış sifariş məbləğinin təhvil gününə ödənilməmiş qalan hissəsinin ödənilməsindən imtina edə bilməz. Belə ki, evin təhvil verildiyi tarixə cavabdeh müqavilə üzrə razılaşdırılmış sifariş məbləğinin tam ödənilməsini təmin etməmişdir. Buna görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi b ütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, podrat müaviləsi üzrə yaranmış borcunu razılaşdığı kimi iddiaçıya tam ödəməlidir.

24. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən tələb edilən məbləği, habelə təqdim edilmiş ödəniş cədvəli üzrə ümumilikdə ödənilmiş məbləğin cəminin 24.600 manat, sifarişin ümumi qiymətinin isə 33.750 manat təşkil etməsini nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, iddiaçı əsassız olaraq cavabdehdən 12.050 manat məbləğində pul tələb edir. Belə ki, cavabdeh xx.xx.2019-cu il tarixdə ilkin ödəniş qismində 3.000 manat, xx.xx.2019-cu il - xx.xx.2021-ci il tarixlərdə ümumilikdə 21.600 manat, cəmi isə (3.000 + 21.600) 24.600 manat məbləğində ödəniş etmişdir. Bu baxımdan onun xx.xx.2019-cu il tarix li müqavilə üzrə (33.750 - 24.600 = 9.150) 9.150 manat məbləğində borcu qalmış olur. Məhz həmin məbləğdə borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyasının bu qənaəti iddiaçının təqdim etdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizəyə (həmin ərizə qəbul edilməmişdir) deyil, aparılmış araşdırmaya əsaslanır.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə zamin ikinci cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 sifarişçi Təyyat Lətifovun xx.xx.2019-cu il tarixli podrat müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən cavabdehlərə bildiriş göndərilməklə podrat müqavi ləsi üzrə yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tam şəkildə qaytarılması tələbi ilə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmiş, lakin bu da bir nəticə verməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 zamin kimi cavabdeh Təyyat Lətifovun iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüyündən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, müəyyən edilmiş borc məbləği cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. xx.xx.2019-cu il tarixli müqavilənin 2.1.9cu bəndi isə həm mahiyyəti, həm məzmunu, həm daşıdığı məna baxımından, xüsusilə də zaminl ik müqaviləsinin mövcud olduğu bir halda ümumiyyətlə tərəflər üçün hər hansı öhdəlik yarada bilməz. Eyni zamanda, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ümumilikdə 9.150 manat məbləğində borcun tutulması qənaətinə gəlindiyindən cavabdehlərdən iddiaçının xeyrinə bu məbləğ üçün nəzərdə tutulmuş məbləğdə, yəni 111,50 manat məbləğində dövlət rüsumu tutulmalı, dövlət rüsumunun qalan, yəni 15,50 manat hissəsi iddiaçıya aid edilməlidir.

27. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 404.1, 404.2, 443.1, 448.1, 448.2, 472.1, 472.2, 752.1, 753, 759.2, 762.1, 762.3 və 773-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 226.2, 384.0.2 və 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətin in dəlilləri:

28. Qətnamədən birinci cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə iddiaçının iddia ərizəsində göstərdiyi məlumatların heç biri həqiqəti əks etdirmir. Həmçinin, iddia ərizəsində göstərilən hallar söz yığınından başqa bir şey deyildir. Əgər iddia ərizəsində göstərdiyi məlumatlar həqiqətə uyğundursa iddiaçı bununla bağlı sübutlarını təqdim edə bilər. Ümumiyyətlə, tərəflər arasında 04 noyabr 2019-cu il tarixli podrat müqaviləsi bağlansa da, iddiaçı öz üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, müqavilə şərtlərini yerinə yetirməmişdir.Apelly asiya instansiyası məhkəməsi bu halları nəzərə almalı olduğu halda yalnız Mülki Məcəllənin 773-cü maddəsinə istinad etməklə müqavilə şərtlərini pozan iddiaçının haqlı olduğu qənaətinə gəlmişdir. Digər tərəfdən apellyasiya instansiya məhkəməsində iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edilməklə nəinki prosessual pozuntuya yol verilmiş, həmçinin bununla iddianın formal olaraq verilməsi təsdiq olunmuşdur. Əgər hesablanma düzgün aparılmamışdırsa, nəyə görə birinci instansiya məhkəməsində keçirilmiş iclas zamanı iddianın məbləğinin necə hesablanılması izah olunmuşdur? Bu isə bir daha sübut edir ki, iddia tələbi formaldır. Məhkəmə cavabdehin hüquqlarının qorunmasını təmin etməmiş, işin hallarını düzgün araşdırmayaraq qətnamə qəbul etmişdir. Məhkəmə obyektivliyi təmin etmə dən, yalnız iddiaçının dəlillərini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və cavabdehin hüquqları pozulmuşdur. Məhkəmə yalnız iddiaçının göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, düzgün araşdırma aparmamış, sübutlar əlaqələndirilməmiş və əsaslandırılmamış qətnamə qəbul edilmişdir. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Məhkəmə heç bir əsaslı sübuta əsaslanmadan, iddiaçının yalan xarakterli məlumatlarına istinad etməklə əsassız və qanunsuz qətnamə qəbul etmiş, nəticədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərini kobud pozmuşdur. Məhkəmə baxışı zamanı cavabdehin haqlı olduğunu göstərən hallara düzgün qiymət verilməmiş və ya nəzərə alınmam ışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, işin bütün hallarına diqqət yetirməmiş və düzgün hüquqi qiymət verməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin h ərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

32. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

33. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

34. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

35. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

36. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca i cra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

37. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

38. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

39. Maddə

753. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnı z muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

40. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

41. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və y a iddialarından azad olsun.

42. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

43. Maddə

773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün ə həmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.4. Məhkəmə öz qətnaməs ini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin h ədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə birinci cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işi n həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

60. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiy a məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edi lməsi üçün əsas ola bilməz.

62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

63. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Birinci cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1639/2023 nömrəli, 27 aprel 2023-c ü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar