Məhkəmə qərarları › İş №2(102)-168/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-168/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-168/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: zərərə görə pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2024-cü il tarixli 2(103)-5109/2024 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 21 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-671/2023 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC və İddiaçı qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC və İddiaçı (zamindən) birgə qaydada DC00300687-01 saylı kredit müqaviləsinə əsasən 95,249.76 manat əsas borc, 9,202.84 manat faiz borcu, 4700 manat cərimə borcu, DC00300687-02 saylı kredit müqaviləsinə əsasən 61,390.07 manat əsas borc, 11479.95 manat faiz borcu, 3000 manat cərimə borcu, DC00300687-03 saylı kredit müqaviləsinə əsasən 72,270.70 manat əsas borc, 13651,13 manat faiz borcu, 2942,28 manat cərimə borcu, ödənilmiş 400 manat dövlət rüsumu o lmaqla, ümumilikdə 274.286,73 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.

2. Həmin qətnamə ilə bunlar müəyyən edilmişdir: - cavabdehlər "xxxx" MMC və İddiaçı "xxxx" ASC-yə borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. İddiaçı cavabdehlərin kredit və zaminlik müqavilələrini asan imza vasitəsilə imzaladıqlarını, lakin cavabdeh İddiaçı asan imzasının onda olduğunu, belə bir müqavilələr imzalamadığını, onun adından həmin müqavilənin kənar şəxs tərəfindən bağlandığını iddia etmişdir; - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-27-111/2-1302/2023 saylı məktuba əsasən "xxxx" MMC tər əfindən İddiaçı və "xxxx" MMC-yə elektron imza sertifikatı verilməmişdir; - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilənin bağlanması üçün ərizəyə əsasən "xxxx" MMC-nin asan imza sim-kartına bağlı telefon nömrəsi kimi +994 ********* nömrə qeydiyyatdan keçmişdir; - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən sertifikat xidmətlərinin göstərilməsi haqqında müqavilənin bağlanması üçün ərizəyə əsasən İddiaçı fiziki şəxs kimi asan imza simkartına bağlı telefon nömrəsi kimi +994 ********* nömrə qeydiyyatdan keçmişdir. - Kommersiya Qurumlarının dövlət reyestrindən çıxarışa əsasən cavabdeh İddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisidi r, bundan əlavə xx.xx.2015-ci il tarixdən fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmışdır; - Elektron məhkəmə informasiya sistemindən proses iştirakçılarına dair məlumatlar bölməsindən əldə edilmiş çıxarışa əsasən İddiaçı "xxxx" MMC ilə aktiv əmək müqaviləsi (vəzifəsi – direktor olmaqla) vardır. Bu səbəbdən məhkəmə İddiaçı həmin müqavilələrin onun adından başqa şəxsin imzalaması, onun iddiaçı qarşısında öz üzərinə hər hansı öhdəlik götürməməsi barədə dəlili əsassızdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) maddi zərər kimi 274286,73 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 566 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsi üzrə "xxxx" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.

5. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC, "xxxx" MMC və iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli DC00300687-01 saylı kredit müqaviləsinə əsasən mal alışı məqsədilə 227.672 manat, xx.xx.2021-ci il tarixli DC00300687-02 saylı kredit müqaviləsinə əsasən eyni məqsədlə 75.000 manat, xx.xx.2021-ci il tarixli DC00300687-03 saylı kredit müqaviləsinə əsasən isə yenə də eyni təyinatla internet üzərindən bankın saytı vasitəsilə "xxxx" MMC-yə 74.841 manat kredit verilmişdir. Həmin kreditlər "xxxx" MMC-nin faktiki sahibi olan cavabdeh tərəfindən əldə edilmişdir.

6. Cavabdehin bir neçə belə şirkəti vardır və həmin şirkətlər vasitəsilə cavabdeh "xxxx" ASC-dən və digər kommersiya banklarından ("xxxx" ASC və s.) iri məbləğdə kreditlər götürmüşdür. İddiaçı cəmi 8 ay "xxxx" MMC-də cavabdehin sürücüsü işləmişdir. Cavabdeh öz adını gizlətmək və məsuliyyətdən yayınmaq üçün ondan - xidməti asılılığı olan işçisinə (iddiaçıya) əvvəlcə asan imza aldırmış (guya mühasibatlıq sənədləşmələrinin aparılması üçün), sonradan onlayn qaydada Bankdan külli miqdarda kreditlər götürmüşdür. Hətta kredit götürülərkən Bankda kreditin kim tərəfindən götürülməsi onlara məlum olmuşdur.

7. Qeyd edilməlidir ki, cavabdehin yaşayış ünvanı elə "xxxx" MMC-nin hüquqi ünvanı ilə eynidir. Bununla bağlı iddiaçı müvafiq quruma müraciət etmiş və maps arayışı almışdır.

8. İddiaçı əvvəlcə cavabdeh tərəfindən təsisçi kimi qeydiyyata alınm ış və onun adına asan imza alınmışdır. Asan imza iddiaçıya məxsus olsa da, cavabdehdə olmuşdur. İddiaçı asan imzanın nömrəsini də bilmir. İddiaçının özünün VÖEN-i olmuş və onu bağlatmışdır.

9. Cavabdehin hərəkətlərindən zərər çəkən təkcə iddiaçı deyil. Bir çox şəxslər cavabdehin hərəkətlərindən ziyan çəkmişdir. Onların məhkəmədə şahid kimi ifadə verməsi zəruridir.

10. Bundan başqa digər kreditlərlə bağlı "xxxx" ASC tərəfindən 2023-cü ilin əvvəlində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət olunmuşdur. Həmin idarədə şikayətlə bağlı müvafiq araşdırmalar aparılmışdır. Məlum olmuşdur ki, "xxxx" QSC-nin əməkdaşları hazırkı iş üzrə cavabdehin hərəkətlərindən məlumatlıdırlar. Həmin müəssisənin işçiləri şahid kimi çağrılıb dindirilmiş və izahatları alınmışdır. Həmin şirkətin də 3-cü şəxs kimi işə cəlb edilməsi zəruridir.

11. Eyni zamanda həmin şirkətin mühasibi olan Gülxar adlı şəxs də araşdırmaya cəlb edilmiş və izahatı alınmışdır. Həmin mühasibin verdiyi məlumata görə o, cavabdehin bütün maliyyə işlərini həyata keçirmişdir. "xxxx" QSC-nin əməkdaşlarının da iş üzrə şahid kimi dindilməsi zəruridir.

12. Cavabdeh bütün banklardan başqa şəxslərin adına götürdüyü kreditləri ödəyə bilmədiyi üçün ölkəni tərk etmişdir. Hazırda məlumata görə cavabdeh axtarışdadır.

13. Nəticə olaraq onlayn qaydada internet üzərindən iddiaçının adına götürülmüş kreditlərlə bağlı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-671/2023 saylı qətnaməsi ilə hər üç kredit müaviləsi üzrə üzrə ümumilikdə 274.286,73 manat pulun İddiaçı və "xxxx" MMC-dən tutulması qərara alınmışdır. Həmin qətnamə bankın təqdim etdiyi faktiki sənədlər əsasında qəbul edilsə də, həqiqətdə həmin pullar cavabdeh tərəfindən götürülmüşdür. Göstərilən faktiki hallar iddiaçının hüquqlarını və qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozmuş və onu ağır duruma salmışdır. İddiaçı bu kreditlərin mövcudluğundan bank məhkəmədə iddia qaldıran zaman xəbər tutmuş, onda heç bir kredit, zaminlik müqaviləsi yoxdur.

14. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 1096.1, 109.2, 1097.1 və 1115-ci maddələrinə istinad etmişdir.

15. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1425/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Vahid Hacıyev)

16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia tələbində göstərdiyi məbləğləri onun etibarından sui-istifadə etməklə cavabdeh tərəfindən "xxxx" ASC-dən götürülməsini iddia etsə də, bu halı təsdiq edən mötəbər yazılı sübutları (cavabdehin iddiaçının etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə onun pul vəsaitini ələ keçirməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş hökmünü, bu halı etiraf etməsinə dair cavabdehin imzası olan yazılı sübutu və sair) məhkəməyə təqdim etməmişdir. İddiaçı sübut etmə vəzifəsini yerinə yetirməmişdir. Bu səbəbdən iddia tələbi özü-özlüyündə əsassız olduğundan rədd edilməlidir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2-ci, Mülki Prosessual Məcəllənin 82.3-cü maddələrinə istina dla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat:

18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmaqla, əlavə olaraq bildirilmişdir ki, "xxxx" ASC tərəfindən 2023-cü ilin əvvəlində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət olunmuşdur. Həmin idarədə şikayətlə bağlı müvafiq araşdırmalar aparılmış və cinayət işi açılmışdır. Məlum olmuşdur ki, "xxxx" QSC-nin əməkdaşların hazırki iş üzrə cavabdehin hərəkətlərindən məlumatlıdırlar. Həmin müəssisənin işçiləri şahid kimi çağırılıb dindirilmiş və izaha tları alınmışdır. Şirkətin mühasibi – Gülxar adlı şəxs də istintaqa cəlb edilmiş və izahatı alınmışdır. Həmin mühasibin verdiyi məlumata görə o, cavabdehin bütün maliyyə işlərini həyata keçirmişdir. Bu halla bağlı tərəflərindən "xxxx" QSC-nin əməkdaşlarının da iş üzrə şahid kimi dindilməsini iddia ərizəsində qeyd etsələr də məhkəmə bu məsələyə əhəmiyyət verməmişdir. Heç bir şahidi dindirmədən, heç bir sübutu qiymətləndirmədən, işin faktiki və hüquqi hallarını araşdırmadan məhkəmə necə qətnamə qəbul etmişdir, anlaşılmır. Hazırda məhkəmədə iddia qaldırmaqla yanaşı, iddiaçı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Məlum olmuşdur ki, bir çox zərərçəkmiş şəxslər də eyni ərizə ilə müraciət ediblər. İş üçün əhəmiyyəti olan hallar cavabdeh haqqında cinayət işinin ba şlanılması, onunla bağlı faktiki halların nədən ibarət olması, dəymiş zərərin müəyyən edilməsi üçün sübutların qiymətləndirilməməsi, şahidlərin ifadələrinin alınmaması və bir çox başqa hallardır.

20. Apellyasiya baxışında iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərb ki, cavabdeh dələduzluq edib. Rayon məhkəməsində işə düzgün baxılmayıb. Kredit müqavilələrində fiziki imzası yoxdur. Ona bankdan kredit heç vaxt verilməyib. Vergi Xidmətinə müraciət edib hazırda VÖEN aça bilmir. Rayon məhkəməsi işə səthi yanaşmış, onun dəlilləri dinlənilməmişdir. Borcun ödənilməsini cavabdehə yönləndirilməsini xahiş edib.

21. Apellyasiya baxışında iddiaçının nümayəndəsi və vəkili əlavə olaraq bildirib ki, cavabdehin bir neçə şirkətləri var, şirkətlər sahibidir. Cavabdeh xidməti asılılığı o lan işçisinə yəni, iddiaçıya əvvəlcə ASAN imza aldırıb. Banklardan ASAN imza vasitəsi ilə kreditlər götürülüb. İddiaçı cavabdehin yanında sürücü işləyib, ASAN imza aldırıb. "xxxx" ASC-dən pul götürülüb. "xxxx" QSC-nin hüquqi ünvanı ilə cavabdehin yaşayış ünvanı eynidir. "xxxx" ASC Bakı Kommersiya Məhkəməsinə pul tələbi ilə bağlı iddia qaldırmışdır və iddiası qismən təmin edilmişdir. Həmin işdə cavabdehlərdən biri də hazırki iddiaçı olmuşdur. İddiaçı ASAN imzanın nömrəsini bilmir. Həmin ASAN imza iddiaçıda yoxdur. Bakı Kommersiya Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti versələr də, şikayəti geri qaytarılıb, şikayət vermə hüququ məhdudlaşdırılıb. Hazırda cavabdeh axtarışdadır. Bankın müraciəti əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb. Şahidlərin dindirilməsi və sübutların təmin edilməsi ilə bağlı vəsatət işə baxan əvvəlki hakimin dövründə təmin olunsa da, məhkəmə şahidləri dindirməmiş, işin faktiki və hüquqi hallarını araşdırmamışdır. Rayon məhkəməsində iddiaçı xəstə idi, onun da ərizəsi var idi. Bunları nəzərə almadan məhkəmə yekun qərar qəbul edib. Şahidləri də var ki, onlar da iddiaçı kimi zərərçəkmiş şəxslərdir. "xxxx" QSC-nin əməkdaşlarının dindirilməsini məhkəmədən xahiş etmişdilər. Onlar da iddiaçı kimi zərərçəkmiş şəxlərdir. Amma, təmin edilmədi. İddiaçının VÖEN-i olub və amma bağlatdırıb. ASAN imza cavabdehə məxsusdur. Həmçinin, qətnamə elan olunduqdan 1 saat sonra isə tam şəkildə elektron sistemə yerləşdirilib. Bu da ziddiyətli məqamdır. Məhkəmə işə səthi yanaşıb. İddiaçı dəymiş zərəri tələb edir.

22. Bakı Apellyasiya Məhkəməsi Mü lki kollegiyasının 2(103)-5109/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Babayev)

23. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırkı iddia tələbində cavabdehin "xxxx" MMC-nin faktiki sahibi olmasını və pulun faktiki olaraq onun tərəfindən götürlüməsini əsas gətirərək 274.286,73 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş edir.

24. Apellyasiya instansiya məhkəməsi iddianı rədd edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, iddiaçının tərəf olduğu kommersiya mübahisəsi üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar a rtıq iddiaçıya münasibətdə işin mübahisəsiz halını təşkil edir.

25. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən müəyyən edldiyi kimi "xxxx" MMC-nin kredit öhdəliyi üçün iddiaçı zamin durmuşdur. Öhdəlik icra olunmadığı üçün borc hər ikisindən tələb edilmişdir.

26. İddiaçı hazırda qətnamə ilə ondan tutulan pulun cavabdeh tərəfindən ödənilməsini tələb edir ki, bu tələb də əsassızdır.

27. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1. 21.2.ci Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

28. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yenidən baxılması üçün işin apellyasi ya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul etməyinizi xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki məcllənin 21.1-21.3-cü maddələri zərər çəkmiş şəxsin pozulmuş hüquqlarının bərpası, ona dəymiş zərərin hansı istiqamətdə araşdırılması və s. kimi tələbləri əks etdirir. Lakin məhkəmənin maddi normanın tələblərinə əhəmiyyət verməməsi həmin normanın pozuntusu ilə nəticələnmişdir. Bundan əlavə, məhkəmə Konstitusiya Məhkəməsinin maddi ziyanla əlaqədar müvafiq Qərarında formalaşdırdığı hüquqi mövqeyini də nəzərə almamışdır. Başqa sözlə birinci instansiya məhkəməsinin işə baxılarkən buraxdığı səhflər apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrarlanmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində qeyd edir ki, bankın borc tələbi ilə bağlı kommersiya məhkəməsinin qətnaməsi vardır. Bu halda iddia təmin edilə bilməz. Ali Məhkəmənin diqqətinə çatdırmaq istərdirlər ki, iddiaçı kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulmasını istəmir, məhz onun qanuna zidd hərəkətləri nəticəsində iddiaçıya dəyən maddi ziyanın ödənilməsini istəyir. Bu anlayışlar bir-birinə yaxın olsa da, tamamilə başqa mənaları özündə ifadə edir. Ədalətli məhkəmə baxışı keçirilməzsə, iddiaçı ədalətsiz durumla qarşı-qarşıya qalacaqdır. Sübutlara dair prosessual hüquq normalarının tələbləri məhkəmə tərəfindən təkrarən pozulmuşdur. Belə ki, sübutlara düzgün qiymət verilməmiş, iş üçün əhəmiyyətli hallar nəzərə alınmamışdır. Bundan başqa təqdim edilən və vəsatət üzrə təmin edilən şahidlər dindirilməmiş, onların izahatı alınmadan qərar qəbul edilmişdir. B u hal apellyasiya şikayətinin dəlillərindən biri kimi irəli sürülmüşdür. Lakin sübutların araşdırılmaması və şahidlərin dindirilməməsi məsələsinə apellyasiya instansiyası məhkəməsi heç bir münasibət bildirməmişdir. Bu baxımdan, MPM-in 76.1, 76.2 və 88-ci maddələri yenidən pozulmuşdur. MPM-in 217-ci maddəsinin tələbindən göründüyü kimi iş üzrə qəbul edilmiş qətnamə qanuni və əsaslı olmalıdır. İndiki halda ədalətsiz və subyektiv yanaşmaya görə qətnaməni əsaslı saymaq mümkün deyil. Beləliklə məhkəmə qərar qəbul edərkən prosessual normanın tələblərini pozmuşdur. Qətnamənin qanuniliyini apellyasiya instansiyası məhkəməsi tam olaraq araşdırmamışdır. Qətnamənin elanı və tərtibi ciddi hüquqi mahiyyət daşıdığından göstərilən norma onu ehtiva edir ki, işdə iştirak edən şəxsin tələbi ilə ona qətnam ədən çıxarış verilə bilər. Qətnamənin tərtibi isə 10 iş günü müddətində yekunlaşdırılmalıdır. Prosesdən xeyli əvvəl artıq qətnamə hazır olduğundan qətnamə elan olunan gün – xx.xx.2024-cü il tarixdə portala yerləşdirilmişdir. Bu hal işə səthi yanaşmanı təsdiq edən daha bir faktdır. Bu halda hər hansı tam araşdırmadan sohbət gedə bilməz. Göstərilən məsələ kassasiya instansiya məhkəməsi tərəfindən araşdırılmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdard a ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərə f öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad et məyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismə n ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

32. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kolleg iyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi sübutları ətraflı araşdırmış, iddia tələbi üzrə hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, əsaslı hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

37. İddiaçı cavabdehin ona mülki hüquq pozuntusu (delikt) nəticəsində maddi zərər vurmasına istinadən cavabdehdən pul tələb edir.

38. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

39. Belə olan halda, iddianın təmin olunması üçün törədilmiş əməl in (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.

40. İşə baxan məhkəmələr iddiaçıya hazırki vəziyyətdə zərər vurulmasını müəyyən etməyiblər. Belə olan halda, gəlinən nəticə də düzgün olmuşdur.

41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103 )-5109/2024 nömrəli, 09 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar