Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1680/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Ərizəçi, maraqlı şəxs YYYnin vəkili Bədirli Rüfət Mirrafiq oğlunun iştirakları ilə, maraqlı şəxs YYYnin və vəkili Bədirli Rüfət Mirrafiq oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli, 2(103)-11497/2019 saylı qətnaməsindən verdikləri kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəmə sinin 30 may 2019-cu il tarixli, 2(011)5158/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim S.B.Mehrəliyev) Ərizəçi maraqlı şəxs YYYnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair ərizəsi təmin edilərək, Ərizəçi 1973-cü ildən 1993-cü ilədək 111rayonu Rabitə qovşağında rabitəçi vəzifəsində işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli, 2(103)-11497/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi X.Ə.Sarıyev, V.T.Həsənov və Ş.A.Məmmədova) maraqlı şəxs YYYnin apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(011)5158/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Ərizəçi maraqlı şəxs YYYnə qarşı hüquqi əh əmiyyəti olan faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək 1973-cü ildən 1993-cü ilədək 111rayonu Rabitə qovşağında rabitəçi vəzifəsində işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1973-cü ildən etibarən 1993-cü ilədək 111rayon Rabitə qovşağında rabitəçi vəzifəsində işləmişdir. Daha sonra mühairbə şəraiti ilə əlaqədar olaraq, 111rayonundan Bakı şəhərinə məcburi köçüb gəlmişdir. Rayondan gələn zaman bütün sənətləri, o cümlədən əmək kitabçası rayonda qalmışdır. Həmin vaxt işləməsini təstiq edən başqa bir hüquqi sənəd olmadığından, 111rayon Dövlət Arxiv İdarəsinə müraciət edən zaman işlədiyi illərə dair hər hansı bir hüquq müəyyən edən sənəd aşkar olunmamışdır. Qeyd edir ki, 111rayon Arxi v İdarəsi tərəfindən verilmiş 27.03.2018-ci il tarixli, 50 saylı arxiv arayışından görünür ki, 15.10.1988-ci il tarixdən 18 gün müddətinə məzuniyyətə buraxılmış və 1973-cü ildən 111Rabitə qovşağında işləmişdir. Çünki 04.09.1991-ci il tarixli, 353 nömrəli əmr ilə 30 gün müddətinə məzuniyyətə buraxılmışdır. 111Rayon Arxiv İdarəsinin 27.03.2018-ci il tarixli arayışından görünür ki, Rabitə qovşağının 1973-1987-ci illərə aid sənədlərinin çox qismi 23.10.1993-cü ildə erməni işğalı zamanı Horadiz qəsəbəsində yandırılaraq məhv edilmişdir. 1992-ci ilə aid sənədlər isə arxivə tam təhvil verilməmişdir. Beləliklə, uzun illər 111rayonunda işləməsinə dair əmək kitabçası və hər hansı bir digər hüquq müəyyənedici sənədi olmadığından pensiya almaq hüququ pozulmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Xətai ra yon şöbəsinə müraciət etmiş və işlədiyi müəssisələrdən müvafiq arayışları cavabdehə təqdim etmişdir. Lakin cavabdeh DSMF-nun Xətai rayon şöbəsi ərizənin icrasından imtina etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq maraqlı şəxs YYY həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilməsinə və ərizənin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Maraqlı şəxs YYY və vəkili Bədirli Rüfət Mirrafiq qızı kassasiya şikayətini apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmiş lər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs YYYnin vəkili Bədirli Rüfət Mirrafiq oğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Ərizəçi vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Hüquq i məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, maraqlı şəxs YYYnin vəkili Bədirli Rüfət Mirrafiq oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən maraqlı şəxs YYYnin kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması il ə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya şikayətinin təmin edilməli olmaması ilə bağlı apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıda müəyyən olunmuş halları üzrə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, ərizədə göstərilən illərdə özü 111rayonu, Rabitə qovşağında mühəndis vəzifəsində, ərizəçi isə rabitəçi vəzifəsində işləmişdir. Şahidin əmək kitabç asının notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, o, həqiqətən 1965-ci ildən 1993-cü ilədək 111rayonu Rabitə qovşağında işləmişdir. Göründüyü kimi, məhkəmə iclasında ifadə vermiş şahid işin halları barədə dəqiq və dürüst məlumat vermişdir. İş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci ildə 111rayonunun Yağlıvənd kəndində anadan olmuşdur və qeydiyyatdadır. İşdə olan 315185 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 111rayonundan məcburi köçkündür. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin 111rayon filialı tərəfindən verilmiş 27.03.2018-ci il tarixli, 50 saylı arxiv arayışından görünür ki, Ərizəçi 111rayonu Rabitə qovşağının 10.10.1988-ci il tarixli, 179 saylı əmr inə əsasən 15.10.1988ci il tarixdən 18 gün müddətinə məzuniyyətə buraxılmışdır. 04.09.1991-ci il tarixli, 353 nömrəli əmrlə 30 gün müddətinə məzuniyyətə buraxılmışdır. Rabitə qovşağının 19731987-ci illərə aid sənədlərinin çox qismi 23.10.1993-cü ildə erməni işğalı zamanı Horadiz qəsəbəsində yandırılaraq məhv edilmişdir. 1992-ci ilə aid sənədlər isə arxivə tam təhvil verilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni tam qanuni və əsaslı hesab etmir. Belə ki, ərizəçi Ərizəçi Cümşüd oğlu ərizəsində 1973-cü ildən etibarən 1993-cü ilədək 111rayonunun Rabitə qovşağında rabitəçi vəzifəsində işləməsi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi ərizənin təmin edilməli olması il ə bağlı birinci instansiya məhkəməsində şahid kimi dindirilmiş X2 ifadəsinə istinad olunmuşdur. Lakin işin 28-ci vərəqində olan birinci instansiya məhkəməsinin iclas protokolundan görünür ki, həmin şahid aşağıdakı məzmunda ifadə vermişdir: “1993-cü ilədək 111rayonu Rabitə qovşağında mühəndis vəzifəsində çalışmışam, ərizəçi isə rabitəçi vəzifəsində mənim rəhbərliyim altında işləmişdir”. Həmin ifadədən göründüyü kimi göstərilən şahid ərizəçinin məhz 1973-cü il tarixindən 111rayonunun Rabitə qovşağında rabitəçi vəzifəsində işləməsinə münasibət bildirməmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apelyasiya instansiyası məhkəməsi həmin halın araşdırılması ilə bağlı qeyd olunan şahidin MPM-nin 195.5-ci maddəsinə əsasən yenidən dindirilməsinin zəruriliyinə qiymət verməmişdir. Azərbaycan Res publikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd ol unan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Maraqlı şəxs YYYnin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli, 2(103)-11497/2019 saylı qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1680/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1680/2020
16.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver