Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1680/2021 05.04.2021 ALİ MƏHKƏMƏ İddiaçı cavabdehlər Cavabdehnə və Cavabdeh Zaqatala X6 İdarəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: fərdi əmək mübahisələri üzrə iddia müddəti, həmkarlar ittifaqı təşkilatının razılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1783/2020 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair iş ə 05 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Zaqatala X6ı İdarəsi ARDNŞ-in Cavabdeh İB-nin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Oğuz, Şəki, Zaqatala, Balakən və Qax XXXistismarı sahələrinin maddi-texniki bazasında ARDNŞ-nin 21.01.2014-cü il tarixli ARDNŞ/14-1000/01/SM-04-000008 nömrəli əmrinə əsasən yaradılmışdır. İddiaçı (bundan sonra – iddiaçı) 01 mart 2006-cı il tarixli 17 nömrəli əmrə əsasən 01.03.2006-cı il tarixdə X8 İdarəsi Qəza - dispeçer xidmətinə çilingər vəzifəsinə təyin edilmiş, 01 sentyabr 2008-ci il tarixli, 76 nömrəli əmrə əsasən 01.09.2008-ci il tarixdən qaynaqçı; 24.01.2018-ci il tarixli, 85-K saylı əmrə əsasən Ağdaş -nin Təmir-bərpa xidmətində 6-cı dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsinə keçirilmişdir. İddiaçı 299-K nömrəli, 14 dekabr 2018-ci il tarixli əmrə əsasən həmin tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndinə əsasən (heç bir üzrlü səbəb olmadan işə gəlməməsi) onunla bağlanılan əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdehnə və həmin X4 XXXİstismar İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 14 dekabr 2018-ci il tarixli, 299-k saylı əmrinin ləğv edilərək, işinə bərpa olunmaqla məcburi proqula görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh idarə onu işdən azad edərkən heç bir qanunvericilik normalarına əsaslanmamış, səbəbsiz yerə onu işdən azad etmişdir. 14 dekabr 2018-ci il tarixdə onun işə gəlməsinə, işə davamiyyət tabelinə imza etməsinə baxmayaraq ona deyilmişdir ki, bu gündən işdən azaddır. İşdən azad olunması ilə əlaqədar İdarə və Həmkarlar İttifaqı tərəfindən heç bir iclas keçirilməmiş, keçirilibsə belə, o həmin iclasa dəvət olunmamış və iştirak etməmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ona heç bir xəbərdarlıq edilməmiş, müqavilənin ləğv edilməsi barədə ona məktub göndərilməmişdir. Cavabdeh onu Əmək Məcəllləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etsə də, əmək kitabçasında əmək vəzifələrinin kobud şəkildə pozulması əsasını yazmışdır. Halbuki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi iki hissədən ibarət olmaqla “yaxud” sözü ilə ayrılır və "əmək vəzifələrinin kobud şəkildə pozulması” ikinci hissəyə aid olmaqla 72-ci maddədə nəzərdə tutulur (70-ci maddənin “ç” bəndi: - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda). Göründüyü kimi, cavabdeh onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etsə də, əslində həmin Məcəllənin 72-ci maddəsini tətbiq etmişdir ki, həmin maddədə sadalanan halların heç biri baş verməmişdir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş Zaqatala X6ı İdarəsinin Həmkarlar Təşkilatının üzvləri tərəfindən tərtib edilmiş aktda Zaqatala X6ı İdarəsinin 03.12.2018-ci il tarixli 01/Q M-1838 saylı müraciətinə əsasən iddiaçıya 12.12.2018-ci il tarixdə X3 heyətinin saat 10:00-da keçiriləcək iclası və iclasının gündəliyi barədə məlumat verilməsi qeyd edilmişdir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş Zaqatala X6ı İdarəsinin X3 heyətinin 12 dekabr 2018-ci il tarixli 02 nömrəli protokolunun nəticə hissəsində qeyd edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinə təqdim olunmuş Zaqatala X6 İdarəsinin Həmkarlar Təşkilatı sədrinin cavabdeh Zaqatala X6ı İdarəsinin rəisinə ünvanladığı 02 nömrəli, 12 dekabr 2018-ci il tarixli “müvafiq rəyin verilməsi barədə” məktubunda qeyd edilmişdir ki, iddiaçının Əmək Məcə lləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə Zaqatala XXX-nin X3 Heyətinin iclasında baxılmışdır. Zaqatala XXX-nin Ağdaş sahəsinin Təmir-Bərpa xidmətinin əl ilə elektrik qaynaqçısı iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilmədiyi qərara alınmışdır. Birinci instansiya məhkəməsinə təqdim olunmuş Ağdaş Rayon Mərkəzi Xəstəxanasının 01 oktyabr 2018-ci il tarixli 1109 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı 02.07.2018-ci il tarixdən 29.09.2018-ci il tarixədək Ağdaş RMX PHŞ-ə xəstə kimi müraciət etməmişdir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş iddiaçının 05 dekabr 2018-ci il tarixdə Zaqatala XXX-nin rəisi XXX X XXə verdiyi izahatında qeyd edilmişdir ki, 02.07.2018-ci il tarixdən 18.07.2018-ci il tarixədək tabeldə çəkilən imzalar özünə məxsusdur. Həmin günlər səhhəti ilə bağlı işə çıxmasa da, 06.09.2018-ci il tarixdən 02.11.2018-ci il tarixədək tabeldə çəkilən imzalar ona məxsus deyildir. İddiaçı tərəfindən məhkəməyə iddiaçının müxtəlif vaxtlarda işə getmədiyi üçün adına naryad-buraxılış vərəqəsi yazılmadığı və iş vaxtının uçotu tabelində ona işburaxma qeyd edildiyi barədə aktlar təqdim edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclasında göstərmişdir ki, tabeldə çəkilən imzaların ona məxsus olmadığı barədə izahat yazmamışdır. İşçilərin işə davamiyyət jurnalında adının qarşısındakı imzalar ona məxsusdur. Lakin Cavabdeh əmək kitabçasının və onun içliyinin hərəkətinin uçotu kitabında onun a dının qarşısında “əmək kitabçasını alan fəhlə və ya qulluqçunun imzası və tarixi” qrafasındakı imza və tarixin onun tərəfindən icra edildiyini xatırlamır, onu dəqiq bilir ki, qeyd olunan yazı həmin tarixdə icra edilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı 02.07.2018-ci il tarixdən 14.12.2018-ci il tarixədək olan müddət ərzində iş yerinə gəlməmiş və işə gəlməməyinin səbəbləri barədə hər hansı bir məlumatı Cavabdeh İB-nin Zaqatala X6 İdarəsinə verməmişdir. Bu səbəbdən müvafiq sorğular verilmiş və mülki iş üzrə iddiaçının həmin müddət ərzində xəstəliyi ilə bağlı qeydiyyatda olmadığı, eyni zamanda məsuliyyətə cəlb edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də Həmkarlar təşkilatının 02 saylı, 12.1 2.2018-ci il tarixli razılıq məktubu nəzərə alınaraq onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. 16 sentyabr 2019-cu il tarixli, 20532 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyində qeyd edilmişdir ki, Zaqatala XXX-nin Ağdaş XXX-nin TBX-də işləyən işçilərin işə davamiyyət jurnalının 6-66-cı səhifələrində 01.02.2017-ci il saat 09.00-dan 31.10.2017-ci il saat 09.00-dək “5-ci” sıradakı imzalar, 66-122-ci səhifələrində 01.11.2017-ci il saat 09.00-dan 18.07.2018-ci il saat 09.00- dək “5-ci” sıradakı imzalar, 134-147-ci səhifələrində 06.09.2018-ci il saat 09.00-dan 02.11.2018-ci il saat 18.00-dək “5-ci” sıradakı imzalar; Cavabdeh əmək kitabçasının və onun içliyinin hərəkətinin uçotu kitabının 177-ci vərəqəsində İddiaçı adı qarşısında, “əmək kitabçasını alan fəhlə və qulluqçunun imzası və tarixi” qrafasındakı imza və “14.12.18” rəqəmləri - İddiaçı tərəfindən icra olunmuş, ekspertizaya təqdim edilmiş Zaqatala XXX-nin Ağdaş XXX-nin TBX-də işləyən işçilərin işə davamiyyət jurnalının 66-cı səhifəsində “31.10.2017. 18.00” tarix və saat göstəricisinin aşağı tərəfində 5-ci sıradakı imza; 122-123cü səhifələrində “18.07.2018. 18.00”, “19.07.2018. 09.00” tarix və saat göstəricilərinin aşağı tərəfində 5-ci sıradakı imzalar - İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Cavabdeh İB-in nümayəndəsi birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə verərək qeyd etmişdir ki, iddiaçı müvafiq əmrin surəti, əmək müqaviləsinə xitam verilməsinə dair bildirişi, haqq-hesab sənədlərini və əmək ki tabçasını 14.12.2018-ci il tarixdə almış, bu barədə Zaqatala XXX-nin “Əmək kitabçasının və onun içliyinin hərəkətinin uçotu” kitabında 635 nömrədə şəxsən imza etməklə götürmüşdür. İddiaçı isə işə bərpa ilə əlaqədar 22.02.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da, 14.12.2018-ci il tarixdən 1 təqvim ayı ərzində işə bərpa tələbi ilə məhkəməyə 14.01.2019-cu il tarixədək müraciət etməli olduğu halda, 1 ay 8 gün sonra, onun iddia ərizəsi 22.02.2019-cu il tarixdə qeydə alınmışdır. Ona görə də, iddiaçı bir aylıq müddəti ötürdüyündən hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) 29 oktyabr 2019-cu il tarixli, 2(033)-441/2019 nömrəli qətnaməsi ilə (bundan sonra – birinci instansiya məhkəməsi) iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə qiymət verərək qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi üzürlü sayılmalıdır. Məhkəmə bu qənaətini onunla əsaslandırmışdır ki, iddia müddətinin bərpası əsaslarına iddiaçının şəxsiyyəti ilə əlaqədar olan müstəsna hallar daxildir. Buraya ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq halları konkret göstərilsə də, digər halların olması da istisna edilmir. İddiaçının cavabdeh idarədə 13 ildir işləməsi, artıq onun 54 yaşında olması iddia müddətinin bərpası üçün müstəsna hal kimi nəzərə alınmalı və onun iddia müddətinin ötürülməsi üzürlü sayılmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmək müqaviləsinin ləğv edilməsinin konkret əsası kimi əmrdə heç bir üzürl ü səbəb olmadan bütün iş günü işə gəlməməsi göstərilmişdir. İddiaçının işə gəlməməsinin əsası kimi onun 05 dekabr 2018-ci il tarixli izahatı, onun əsasında verilmiş xidməti yazı, Zaqatala X6ı İdarəsinin 29 noyabr 2018-ci il tarixli ümumi yığıncağının iclas protokolu və Zaqatala X6ı İdarəsinin X3 heyətinin 12 dekabr 2018-ci il tarixli 02 nömrəli protokolu tərtib edilmişdir. Məhkəmə iddiaçı tərəfindən 05 dekabr 2018-ci il tarixdə tərtib edilmiş izahatla bağlı qeyd etmişdir ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, həmin izahat onun tərəfindən tərtib olunmamışdır. Əsas kimi isə onun “latın” qrafikalı əlifba ilə yaza bilmədiyini göstərmişdir. Həmçinin işlədiyi müddətdə işə getdiyini və tabeli imzaladığını bildirmişdir. Həmçinin, Zaqatala X6 İdarəsinin Ağdaş XS-də təmir bərpa xidmətində işləyən işçilərin işə davamiyyət jurnalında onun adı qarşısındakı imzalar ona məxsusdur. Ekspert rəyi ilə izahatın həqiqətə uyğun olmaması qənaətinə gəlinmiş, Ağsu XXX-nin Ağdaş XS-də TBX-də işləyən işçilərin işə davamiyyət jurnalındakı imzaların iddiaçıya məxsus olmaması bir daha öz təsdiqini tapmışdır. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, əmək müqaviləsi ləğv edilərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır. Məhkəmə baxışı zamanı cavabdeh həmkarlar ittifaqı təşkilatının iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvinə razılıq verilməsinə dair 12.12.2018-ci il tarixli protokolunu təqdim etmiş və həmin protokolu əsas götürərək iddianın rədd olunmasını xahiş etmişdir. Həmkarlar İttifaqının protokolunda əmək müqavilə sinin ləğvinə münasibət bildirilməsi barədə xidməti məlumat üzrə araşdırma aparıldığı və əmək müqaviləsinin ləğvinə etiraz olunmadığı qeyd edilmişdir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, Əmək Məcəlləsinin 80-cı maddəsində həmkarlar ittifaqının üzvü olan işçi ilə əmək müqaviləsini ləğv etmək istəyən işəgötürənin həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına məktubla deyil, əsaslandırılmış yazılı təqdimatla müraciət etməsi nəzərdə tutulmuşdur. Digər tərəfdən, həmkarlar ittifaqının həmin iclası həqiqətən də keçirilmiş olsaydı belə, bu iclasda iddiaçının şəxsən iştirakı təmin olunmalı idi. İş materiallarından isə iddiaçının həmkarlar ittifaqının iclasına çağrıldığı, yaxud dəvət olunduğu, eləcə də ondan izahat tələb olunduğu görünmür. Zaqatala XXX-nin əməkdaşları tərəfindən tərtib olun muş aktlarda iddiaçıya iclas barədə məlumat verilməsi göstərilsə də, məlumatın həqiqiliyi barədə iş materiallarına heç bir sənəd əlavə olunmamış, yalnız müəssisə aktla kifayətlənmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, həmkarlar ittifaqı təşkilatının iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvinə razılıq verilməsinə dair 12.12.2018-ci il tarixli protokoluna mübahisələndirilən 14.12.2018-ci il tarixli 299/k saylı əmrdə də istinad olunmamışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.2, 3.2, 3.3, 68.1, 57.1, 57.3, 71.3, 80, 296.2, 296.6-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 81, 88 və 217.1-cü maddələrinə, Mülki Məcəllənin 382-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 ma y 2006-cı il tarixli qərarındakı hüquqi mövqeyinə istinadla əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh İB tərəfindən apellyasiya şikayəti verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-607/2020 nömrəli iş üzrə 10 mart 2020-ci il tarixli qətnaməsi (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) ilə apellyasiya şikayəti təmin edilməmiş birinci instansiya məhkəməsinin qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər qeyri müəyyən оlduğundаn və şəxsi mülаhizələr ə əsаslаndığındаn əsаssızdır və qətnаmənin ləğvi üçün əsаs оlа bilməz. Çünki, cаvаbdeh Əmək Məcəlləsinin bir sıra imperativ tələblərinə riayət etməmiş və həmin Məcəllə müəyyən edilmiş əmək müqаviləsinin ləğv edilməsi qаydаlаrınа əməl оlunmаdаn xitam vermiş və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Şikаyətdə isə bu tələblərə ümumiyyətlə riаyət оlunmаsı bаrədə hər hаnsı bir fikir bildirilməmişdir. Apellyasiya şikayətinin digər dəlilinə, yəni iddia müddətinin mübahisələndirilməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı işdən azad edildikdən sonra cavabdeh təşkilatla qarşılıqlı razılıq əsasında işə bərpa olunmaq istəmiş, lakin danışıqları baş tutmadığından, eləcə də savadsızlığı nəticəsində müddəti ötürmüşdür. İddia müddətinin üzrsüz səbəbdən buraxılması i şçinin pozulmuş hüquqlarının bərpası üçün müraciət etmək hüququndan məhrum etmir. Sadəcə bu halda müddətin buraxılması səbəbinə xüsusi diqqət yetirilməlidir. Hazırkı işin faktiki halından da göründüyü kimi tərəflər arasındakı müqaviləyə xitam verildikdən sonra iddiaçı heç də susmamış, cavabdeh təşkilata müraciət etməklə öz hüququnun bərpasına çalışmışdır. Lakin Mülki Məcəllənin 382-ci maddəsinin tələbi baxımından iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbi məhkəmə tərəfindən üzrlü sayılmışdır. Cavabdeh İB qətnamədən kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası mə hkəməsi) 2(102)-3612/2020 nömrəli iş üzrə 21 iyul 2020-ci il tarixli qərarı (hakimlər – İ.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və M.Əhmədova) ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə baxan məhkəmələr iddiaçının işdən azad olunması məsələsinin həmkarlar təşkilatının müzakirəsinə çıxarılması üçün işəgötürən tərəfindən təqdimat deyil məktub yazılmasını nöqsan kimi qeyd etmişlər. Nəzərə almaq lazımdır ki, analoji işlərdə məsələnin formal tərəfləri deyil, mahiyyəti ilə bağlı dəyərləndirmə aparılmalıdır. Məsələn, belə bir müraciətin olub-olmaması, həmin məsələnin həmk arlar təşkilatında müzakirəyə çıxarılıbçıxarılmaması, bu barədə işçiyə məlumat verilib-verilməməsi. İş üzrə həqiqəti müəyyən edən hallar bunlardan ibarətdir. İşəgötürənin həmkarlar təşkilatına hansı qaydada müraciət etməsi mahiyyəti həll edən məsələ deyil. Məhkəmə həmçinin qeyd etmişdir ki, işçinin iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsi halı işin mübahisəsiz halıdır. İşə baxan 1-ci instansiya məhkəməsi işçinin uzun müddət cavabdeh təşkilatda işləməsini (13 il) və 54 yaşında olmasını müstəsna hal kimi qiymətləndirərək ötürülmüş iddia müddətini bərpa etmiş, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, bu məsələdə də məhkəmələrin mövqeyi ilə razılaşmaq olmaz və əlavə hüquqi dəyərləndirməyə zərurət var. Çün ki qanunvericiliyin (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsi) tələblərinə görə iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Qanunvericinin xüsusi olaraq qeyd etdiyi müstəsna halların geniş təfsiri mülki dövriyyənin sabitliyini pozmuş olar. Adi halda hamının malik ola biləcəyi hallar (54 yaşın olması, bir müəssisədə 13 il işləmək) müstəsna hal kimi dəyərləndirilə bilməz. Müstəsna hallar həmin şəxsin şəxsiyyəti ilə bağlı olan, tez-tez təkrarlanmayan, işçiyə başqalarından daha qayğılı, diqqətli yanaşma tələb edən xüsusi hallardır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apel lyasiya instansiyası məhkəməsinin 2(107)-1783/2020 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Hüseynov (sədrlik edən və məruzəçi), E.Hüseynov və G.Abbasov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş və iddia tələbi rədd edilmişdir. Məhkəmə MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında irəli sürdüyü hüquqi mövqeyi nəzərə alaraq qeyd etmişdir ki, mübahisələndirilən əmrin məzmunundan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”bəndi ilə xitam verilməsinin səbəbi onun 02.07.2018-ci il tarixdən 14.12.2018-ci il tarixədək üzrsüz səbəbdən işə çıxmaması olmuşdur. İşdən göründüyü kimi, iddiaçı nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəməyə göstərilən tarixlərdə (ümumilikdə 5 ay, 12 gün ərzində) işdə olmamasının (işə gəlməməsinin) üzrlü səbəbdən baş verdiyini təsdiq edən müvafiq və mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. İddiaçı qeyd edilən günlərdə öz evində ambulator müalicə aldığını bildirsə də, lakin məhkəməyə həmin günlərdə xəstəxanaya və ya həkimə müraciət etməsini, ona müalicə təyin olunmasını, dərman preparatları almasını və s. halları təsdiq edən müvafiq sübutlar təqdim edə bilməmişdir. Bu baxımdan, iddiaçı işə çıxmamasının səbəbini xəstə olması və müalicə alması ilə əlaqələndirirsə, onda bu halların baş vermə sini müvafiq tibbi sənədlərlə əsaslandırmalıdır. MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 02.07.2018-ci il tarixdən 14.12.2018-ci il tarixədək olan müddət ərzində iş yerinə gəlməmiş və işə gəlməməsinin səbəbləri barədə hər hansı bir məlumatı Cavabdeh İB Zaqatala X6 İdarəsinə verməmişdir. İddiaçının işə gəlməməsi səbəbindən cavabdeh tərəfindən müvafiq sorğular verilmiş və onun həmin müddət ərzində xəstəliyi ilə bağlı xəstəxanada qeydiyyatda olmadığı müəyyən edilmişdir. Ağdaş Rayon Mərkəzi Xəstəxanasının 01 oktyabr 2018-ci il tarixli 1109 nömrəli məktubundan da görünür ki, iddiaçı 02.07.2018-ci il tarixdən 29.09.2018-cı il tarixədək Ağdaş RMX PHŞ-ə xəstə kimi müraciət etməmişdir. İddiaçı aylarla işə çıxmadığı üçün ona naryad yazılmamış və əmək haqqı almamışdır. O özü də işə çıxmadığını və ona əmək haqqı yazılmadığını təsdiq etmişdir. Əmək qanunvericiliyinə görə, işçinin gün ərzində işə çıxmaması özü işçinin işdən azad olunması üçün müstəqil əsasdır. Bu səbəbdən də Həmkarlar təşkilatının 02 saylı, 12.12.2018-ci il tarixli razılıq məktubu nəzərə alınaraq Zaqatala XXX-nin 14.12.2018-ci il tarixli 299-k saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddiaçı işə gələ bilməməsi və bunun səbəbi barədə işçisi olduğu idarənin müdiriyyə tini hər hansı yolla (o cümlədən telefon əlaqəsi yaratmaqla) məlumatlandırmağa borclu olduğu halda, aşkar surətdə saymamazlıq edərək işə çıxmadığı müddətdə müdiriyyəti ilə əlaqə saxlamamış, xəstə olması və müalicə alması ilə əlaqədar işə gələ bilməməsi barədə iş yerinə məlumat verməmişdir. Ona görə də Cavabdeh İB-nin Zaqatala X6ı İdarəsinin müdiriyyəti iddiaçının 5 ay, 12 gün müddətində üzrsüz səbəbdən iş buraxması qənaətinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, Əmək Məcəlləsində (76-cı maddənin 1-ci hissəsində) bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması halları işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsası kimi müəyyən olunmamış, Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutu lan hallar həmin Məcəllənin 70-ci maddəsinin “ç”bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarına aid edilmişdir. Ona görə də cavabdeh tərəfindən 14.12.2018-ci il tarixli, 299-k saylı əmrin qanunamüvafiq formada tərtib olunmaması, iddiaçının məhz hansı əsasla işdən azad olunduğunun əmrdən aydın olmaması barədə birinci instansiya məhkəməsinin qənaəti yanlışdır. Əmrdə iddiaçının məhz hansı əsasla işdən azad olunduğu və bu əsasın nəzərdə tutulduğu qanun norması konkret göstərilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının işdən azad olunması məsələsinin həmkarlar təşkilatının müzakirəsinə çıxarılması üçün işəgötürən tərəfindən təqdimat deyil, məktub yazılmasını nöqsan kimi qeyd etməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsi kassasiya məhkəməsinin qərarında qey d edilənləri nəzərə alaraq hesab etmişdir ki, məsələnin forma tərəfləri deyil, mahiyyəti ilə bağlı dəyərləndirmə aparılmalıdır. İşəgötürənin həmkarlar təşkilatına hansı qaydada müraciət etməsi mahiyyəti həll edən məsələ deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin həqiqi hallarını və tərəflərin qarşılıqlı münasibətini nəzərə almamış, qətnamə üzrə maddi hüquq normalarını düzgün tətbiq etməyərək və prosessual hüquq normalarını pozmaqla yanlış nəticəyə gəlmişdir. İş materiallarından və işin faktiki hallarından aydın görünür ki, cavabdeh “Cavabdeh“ X2 X6 İdarəsi tərəfındən iddiaçı ilə aralarında bağlamış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilərkən əmək qanunvericiliyinin tələbləri kobudcasına pozulmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmrdə iddiaçının konkret olaraq hansı əmək funksiyasını və əmək müqaviləsi üzrə hansı öhdəliklərini yerinə yetirməməsi göstərilməmişdir. Bundan başqa iddiaçı ilə əmək müqaviləsinə xitam verılməsı ılə əlaqədar iddiaçı həmkarlar ittifaqının üzvü olmasına baxmayaraq həmkarlar ittifaqı təşkilatının iclasına dəvət olunmamış, iclasda iştirakı təmin edilməmiş, izahatı alınmamış, işdən ç ıxarılması səbəbləri araşdırılmamışdır. Ümumiyyətlə həmin tarixdə və ya ondan əvvəl həmkarlar ittifaqının iclası keçirilməmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işə baxarkən iş üçün mühüm əhəmiyyəti olan qeyd edilən bütün faktiki halları, hərtərəfli və tam araşdırmamış, iddiaçı və cavabdeh tərəfındən təqdim edilmiş sübutları əlaqəli şəkildə tədqiq etməmiş, şərh etməmiş və aydın şəkildə əsaslandırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili kassasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Cavabdeh vəkili kassasiya şikayətini əsa ssız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər Cavabdeh Zaqatala X6 İdarəsinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etm əyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olu nmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 70. “ç” bəndi İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 72. “a” bəndi Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, işçinin heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsasland ırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlər ə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1783/2020 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1680/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1680/2021
05.04.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver