Məhkəmə qərarları › İş №2(102)-1680/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1680/2022

26.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1680/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X3 Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: yaşayış hüququnun verilməsi, köçürülmə və əmlak tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçı X3 Cavabdeh qarşı “yaşayış hüququnun verilməsi, köçürülmə və əmlak bölgüsü” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “qızıl-zinət əşyalarının və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” barədə qarşılıqlı iddia tə ləbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2849/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı X7 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında 22 dekabr 2006-cı il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahından 26 yanvar 2007-ci il tarixdə X10, 24 avqust 2010-cu il tarixdə X5 adlı uşaqları doğulmuşdur.

2. Birgə nikah dövründə (13.04.2009-cu ildə) tərəflər xxx ünvanında yerləşən “ünvan 2köhnə sıralamada 30 nömrəli) mənzili almış və həmin mənzilə köçərək orda yaşamışlar.

3. İddiaçı 21.06.2012-ci ildə “Hyundai Veloster minik” markalı ** CG ** * dövlət qeydiyyat nişanlı avtomobil almışdır.

4. Sonradan tərəflər arasında ailə nümasibətləri pozulmuş, 2018-ci ilin mart ayında tərəflər arasında münaqişə olmuş və münaqişə zamanı İddiaçı qəsdən Cavabdeh sağlamlığına dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmuş nəticəsində cavabdeh yaşadığı mənzili tərk edərək getmiş, mənzilin açarı İddiaçı olmuşdur.

5. Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli 2(012)-2472/2018 nömrəli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş, hər iki uşaq anaları Cavabdeh himayəsində saxlanılmışlar, İddiaçı həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 19 oktyabr 2018-ci il ta rixli 2(012)4609/2018 nömrəli qətnaməsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 2köhnə sıralamada 30 nömrəli) mənzilində İddiaçı və Cavabdeh hər birinin pay haqqı ½ hissədə müəyyən edilmişdir. 6. 05 iyul 2019-cu ildə iddiaçı ilə X11 arasında “Hyundai Veloster minik” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilinin alqı-satqısı barədə müqavilə bağlanmış və həmin avtomobil X6 adına qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2021-ci il tarixli 10/3508 nömrəli rəyindən görünür ki, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 3 mənzilin zal otağı, mənzilə daxil olarkən ən sağda yerləşən yataq otağının yarısı bir payçının istifadəsinə, bir yataq otağı ilə digər yataq otağının yarısı, dəhlizin bir hissəsi digər payçının istifadəsinə, sanitar qovşaq, dəhliz və mətbəx otaqları ümumi istifadədə saxlanılmaqla həmin mənzildən payçıların paylarından kənara çıxmaqla istifadəsi mümkündür. 8. “X4” tərəfindən verilmiş 18 iyun 2020-ci il tarixli, 258 nömrəli rəyə əsasən “Hyundai Veloster” minik markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiyməti 17.000 AZN məbləğində müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 3 (köhnə sıralamada 30 nömrəli) mənzilə köçürülməsi, həmin mənzildən birgə istifadə qaydalarının müəyyən edi lməsi, habelə həmin mənzildə yerləşən 8000 manat dəyərinə yaxın fərdi istifadə əşyalarının - 25 ədəd şalvar, 25 ədəd qısaqol köynək, 25 ədəd uzunqol köynək, 4 ədəd gödəkçə, 30 cüt ayaqqabı, 2 ədəd qiymətli nərd taxtası, bununla yanaşı mənzildə olan birgə nikah dövründə alınmış 2500 manat dəyərində LG televizor, 2500 manat dəyərində soyuducu, 600 manat dəyərində Samsung televizor, 230 manat dəyərində LG televizor, mətbəx, dəhliz, qonaq və mebel dəstlərinin də ½ nisbətdə olaraq bölünərək ona verilməsi, bu mümkün olmadığı təqdirdə sözügedən əmlaklar satılaraq, əldə edilən pul məbləğinin cavabdehlə onun arasında bölünməsi, eləcə də ayı 350 manat olmaqla 1 il 6 ay müddətində yaşamaq hüququnun pozulması səbəbindən məcburi olaraq kirayədə qalma xərclərinn cavabdehdən tutularaq ona verilməsi barəd ə qətnamə çıxarılması xahiş edilmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 22 dekabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan 26 yanvar 2007-ci il təvəllüdlü X10 və 24 avqust 2010-cu il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikah pozulmuş və övladları Cavabdeh himayəsində qalmış, onlar yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə ondan 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. O, cavabdehlə nikahda olduğu zaman Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 3 (köhnə sıralamada 30 nömrəli) mənzili almışlar. Cavabdeh iş ləmədiyi və evdar qadın olduğu üçün mənzilin pulunu o, ödəmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 sentyabr 2019-cu il tarixli 2(102)5539/2019 nömrəli qərarına əsasən iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 03 aprel 2019-cu il tarixli 2(105)-1158/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 3 (köhnə sıralamada 30 nömrəli) mənzildə onun və cavabdehin pay haqqları ½ hissədə müəyyən edilməsi və qətnamənin icrasının "xxxx" ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmışdır. Buna baxmayaraq, o, faktiki olaraq mənzilə olan yaşayış hüququndan istifadə edə bilmir. Hazırda yaşamağa evi yoxdur və birgə nikah dövründə aldıqları Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şos sesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 3 (köhnə sıralamada 30 nömrəli) mənzilə cavabdeh tərəfindən buraxılmır. Cavabdeh tərəfindən yaşamaq hüququnun pozulması səbəbindən ayı 350 manat olmaqla, artıq 1 il 6 aydır ki, məcburi olaraq kirayədə qalır. Göstərilən evdən birgə yaşayış qaydaları müəyyən edilərək, onun yaşamaq hüququ bərpa edilməli və o, həmin evə köçürülməlidir. Bundan başqa sözügedən mənzildə ona məxsus olan 8000 manat dəyərinə yaxın fərdi istifadə əşyaları - 25 ədəd şalvar (hər birinin qiyməti 50 manat), 25 ədəd qısaqol köynək (hər birinin qiyməti 40 manat), 25 ədəd uzunqol köynək (hər birinin qiyməti 50 manat), 5 ədəd kostyum (hər birinin qiyməti 350 manat), 4 ədəd gödəkçə (biri 1250 ABŞ dolları, digərləri 350 manat), 30 cüt ayaqqabı (hər birinin qiyməti 100 manat) paltar lar olmaqla və ona məxsus olan 2 ədəd qiymətli nərd taxtası da (birinin qiyməti 500 manat, digəri 250 manat) həmin mənzildə qalmışdır. Bununla yanaşı, mənzildə olan və birgə nikah dövründə alınmış 2500 manat dəyərində LG televizor, 2500 manat dəyərində soyuducu, 600 manat dəyərində Samsung televizor, 230 manat dəyərində LG televizor, qonaq və mebel dəstlərinin də ½ nisbətdə olaraq bölünərək ona verilməsi təmin edilməlidir. Habelə birgə nikah dövründə mənzilə mətbəx mebeli, yataq dəsti, qonaq dəsti və dəhliz mebeli almışlar. Bu mümkün olmadığı təqdirdə sözügedən əmlaklar satılaraq, əldə edilən pul məbləği cavabdehlə onun arasında bölünməlidir. Ona məlum olmuşdur ki, sözügedən ev 2018-ci ilin may ayında satılmışdır. Bununla bağlı işə rəsmi sübut əlavə etmişdir. Birgə nikah dövründə əldə et dikləri əmlakın cavabdeh tərəfindən satılması qanuna zidd əməldir.

11. Cavabdeh İddiaçı qarşı “qızıl-zinət əşyalarının və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aşağıdakı əmlakların və qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona verilməsi, bu mümkün olmadıqda onların dəyərinin ona ödənilməsi, birgə nikah dövründə alınmış “Hyundai Veloster” markalı avtomobilin hazırki dəyərinin ½ hissədə payının müəyyən edilərək ona ödənilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir: Türkiyənin “Altınbaşaq” firmasına məxsus 750 əyarlı, çəkisi 35 qr olan brilliant qaşlı kolye və qolbağ dəsti - 2000 AZN-ə alınıb; zümrüd və brilliant qaşlarla bəzədilmiş 583 əyarlı, çəkisi 32 qr olan “fantaziy a” üzük və sirqa dəsti - 3000 AZN alınıb; “Badam” formalı 583 əyarlı, çəkisi 26 qr olan brilliant qaşlı sırğa və üzük dəsti - 1800 AZNə alınıb; İtalya istehsalı olan 750 əyarlı, çəkisi 70 qr olan boyunbağı, qolbağ, sırğa və üzük dəsti 4800 AZN-ə alınıb; İtalya istehsalı olan ağ qızıldan 750 əyarlı, çəkisi 25 qr olan sırğa, üzük və klon dəsti - 2800 AZN-ə alınıb; Rusiya istehsalı olan “moruq” formalı 750 əyarlı, çəkisi 55 qr olan boyunbağı 5000 AZN; İtalya istehsalı olan 750 əyarlı, çəkisi 20 qr olan boyunbağı, qolbağ, sırğa və üzük dəsti - 1500 AZN; İtalya istehsalı olan 750 əyarlı, çəkisi 15 qr olan “sonsuzluq” formalı sırğa və üzük dəsti - 1000 AZN; Rusiya istehsalı olan “Rekert” formalı, 583 əyarlı, çəkisi 25 qr olan boyunbağı, 7 qr, 583 əyarlı klonla birlikdə 1500 AZN; Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 22 qr olan boyunbağı, 583 əyarlı 12 qrlıq qolbaqla birlikdə (dəst) - 2500 AZN; İtalya istehsalı olan 750 əyarlı, çəkisi 15 qr olan brilliant qaşlı nişan üzüyü - 1500 AZN; Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 12 qr olan sırğa, üzük, boyunbağı və klondan ibarət brilliant qaşlı uşaq dəsti - 750 AZN; Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 10 qr olan brilliant qaşlı bilərzik və üzükdən ibarət uşaq dəsti - 600 AZN; Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 18 qram “silsilə” formalı boyunbağı - 1000 AZN; İtalya istehsalı olan “tısbağa” formalı, 750 əyarlı, çəkisi 12 qr olan üzük - 900 AZN; cəmi 30.650 AZN. 1 ədəd “Samsung” markalı, istifadə olunmuş, 82 dioqanallı televizor - 580 AZN; 1 ədəd “beko” markalı, istifafə olunmuş, böyük ölçülü soyuducu - 700 AZN; 1 ədəd “be ko” markalı, iki qapılı, istifadə olunmuş qabyuyan - 500 AZN; 1 ədəd “beko” markalı, istifafə olunmuş paltaryuyan - 500 AZN; 1 ədəd güzgülü kamod, 1 ədəd 4 qapılı servant, 1 ədəd künc şkafından, 8 nəfərlik stol-stul dəstindən ibarət, qəhvəyi rəngli, taxtadan oyulma əl işləməsi olan, Malayziya istehsalı qonaq dəsti - 12.000 AZN; Malayziya istehsalı olan qonaq dəsti ilə eynilik təşkil edən yataq dəsti - 7000 AZN; Polşa istehsalı olan qəhvəyi rəngli, 3 metr uzunluğu olan mətbəx mebeli - 1200 AZN; 1 ədəd qəhvəyi rəngli dəhliz şkafı - 600 AZN. Krem rəngli 1 ədəd divan, 2 ədəd kreslodan ibarət yumuşaq dəst - 1200 AZN; 1 ədəd “bohema” markalı, əmtəə nişanlı, böyük ölçülü zal üçün nəzərdə tutulmuş büllur çilçıraq - 1200 AZN; 1 ədəd “bohema” markalı, əmtəə nişanlı, yataq otağı üçün nəzərdə tutulmuş büllur çilçıraq - 300 AZN; 1 ədəd Türkiyə istehsalı olan mətbəx üçün çilçıraq - 70 AZN; qonaq, yataq otaqları və mətbəx üçün “capsella” firmasının pərdələri - 1100 AZN; 2 ədəd yumru, balaca “kaşmir” xalçaları - 300 AZN; 2 ədəd 2.5x5.5 ölçülü “kaşmir” xalçaları - 600 AZN; 2 ədəd 3x5 ölçülü “merinos” firmasının xalçaları - 700 AZN; 2 ədəd 2x3 ölçülü “imperial” firmasının xalçaları - 400 AZN; 1 ədəd böyük ölçülü sandıq - 130 AZN; Çexiya istehsalı, 12 nəfərlik yemək, çay, qəhvə dəstləri - 700 AZN; 4 ədəd “bohema” markalı büllur qənd qabı - 300 AZN; 4 ədəd “bohema” markalı büllur mürəbbə qabı - 300 AZN; 2 dəst 6 nəfərlik büllur bokal böyük və balaca - 250 AZN; 6 ədəd büllur ləpə qabları - 180 AZN; 1 ədəd böyük saat - 150 AZN; 4 ədəd “bohema” markalı büllur meyvə qabları - 200 AZN; Türkiyə iste hsalı, qırmızı rəngli, “tefal” markalı qazan-tava dəsti - 200 AZN; 1 ədəd aliminium materiallı aş qazanı - 80 AZN; 1 ədəd “Samsung” markalı, istifadə olunmuş ətçəkən maşın - 180 AZN; 1 ədəd “Samsung” markalı, istifadə olunmuş tozsoran - 200 AZN; 1 ədəd Türkiyə istehsalı olan buxarlı qazan - 150 AZN; 1 ədəd Türkiyə istehsalı olan jurnal stolu - 250 AZN; 1 ədəd “beko” markalı, istifadə olunmuş şirəçəkən maşın - 120 AZN; 1 ədəd “beko” markalı mətbəx elektrik dəsti (kombayn) - 170 AZN; Çexiya istehsalı, 6 stəkan və 1 qrafindən ibarət kampot dəsti - 200 AZN; 1 ədəd “tefal” markalı, istifadə olunmuş çaydan - 80 AZN; 1 ədəd “beko” markalı, istifadə olunmuş toster - 60 AZN; 1 ədəd Çexiya istehsalı, basma naxışlı büllur güldan - 160 AZN; 1 ədəd qara rəngli, az istifadə olunmuş xəz dəri materialda n tikilmiş üst geyimi (şuba) - 1500 AZN; cəmi 34.310 AZN. “Hyundai Veloster” minik markalı, ** CG *** qeydiyyat nişanlı avtomobil 20.000 AZN-dir

12. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 22 noyabr 2006-cı il tarixdə cavabdeh İddiaçı Qoxmaz oğlu ilə nikaha daxil olmuş və həmin nikahdan 26 yanvar 2007-ci il tarixində Sunay və 24 avqust 2010-cu il tarixində Qorxmaz adlı uşaqları anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2(012)2472/2018 saylı qətnaməsi ilə nikahları pozulmuş, azyaşlı uşaqları onun yanında saxlanılmış və cavabdehdən aliment təyin edilmişdir. Nikah bağlandıqdan sonra cavabdehlə birgə yaşayaraq ümumi birgə təsərrüfat fəaliyyəti aparmışlar. 2018-ci ilin mart ayının 3-dən 4-nə keçən gecə saat 3:00 radələrində İddiaçı Qoxmaz oğlu içkili vəziyyətdə evə qayıdaraq onunla heç bir əsas olmadan mübahisə etməyə başlamışdır. O da cavabdehə elə bir əhəmiyyət verməmişdir. Bundan əsəbləşərək cavabdeh ona şər ataraq, onu öldürməklə hədələməyə başlamışdır. Cavabdehi sakitləşdirmək istəsə də, o, daha da coşaraq onu vəhşicəsinə vurmağa başlamışdır. Cavabdeh qayçı ilə onun qarın nahiyəsinə, yumruq və təpiklə başına və bədəninin müxtəlif nahiyələrinə zərbə vuraraq xəsarət yetirmişdir. Səhər saat təxminən 11:00 radələrində cavabdeh uşaqlarını anasıgilə aparmış və qayıdıb təzədən onu döyməyə başlamışdır. Bu səs-küyü eşidən qonşular onun Ucar rayonunda yaşayan anasına zəng edərək xəbər vermişlər. O, bu barədə 102 xidmətinə zəng edərək məlumat vermiş və atası ilə anası axşama yaxın özlərini onlara çatdırmışlar. Valideynləri çatan kimi polislər gəlmiş və X aparmışlar. Bundan sonra onun valideynləri, qardaşı və X anası, qardaşı X, əmisi oğlanları X və X onlara gəlmişlər. X də onlarla bir yerdə qayıtmışdır. Bundan sonra X təzədən atası ilə mübahisə etməyə başlamış və tərəflər arasında mübahisə yenidən genişlənmişdir. O, həmin vaxt özündə olmamış, döyülməkdən başı və bədəni bərk ağrımış, ürəyi bulanmışdır. Vəziyyəti belə görən valideynləri onu elə oradan ev paltarında tələm-tələsik rayona aparmışlar. Bu zaman X ondan evin açarını istəmişdir. O da evin açarını orada elə X üstünə tullamışdır. Rayona gedəndən bir gün sonra, yəni 06 mart 2018-ci il tarixində Ucar Rayon Polis Şöbəsinə müraciət etmiş, ekspertizadan keçmiş və bu barədə araşdırma aparılmışdır. Bundan sonra 2018-ci ilin yayında o, özünün və uşaqlarının geyim pa ltarlarını gətirmək üçün Bakıya getmişdir. Evin açarı olmadığı üçün onlar Abşeron Rayon Polis Şöbəsinə müraciət etmişlər ki, X açarı alıb onlara versinlər. Lakin həmin vaxt Abşeron Rayon Polis Şöbəsinin rəis müavini kimi özünü təqdim edən X adlı şəxs “ev sizin adınızadırsa, gedin, qıfılı sındırın, girin evə” demişdir. Lakin buna baxmayaraq o, 102 xidmətinə zəng edərək bildirmişdir ki, onu öz evinə buraxmırlar və o, qıfılı qırıb evinə girəcəkdir. Bundan sonra evin qapısını açmaq üçün usta çağırmışlar. Usta 20 dəqiqəyə qapını açmışdır. Onlar evə daxil olarkən 102 xidmətinin əməkdaşları gəlib çatmışlar və onlar bir yerdə evə girmişlər. Həmin vaxt X qardaşı X də polislərlə birlikdə olmuşdur. Evə girəndə ev boş olmuşdur. Evdə bir soyuducu qalmışdır. Özünün və uşaqlarının paltarlarını götürərkən qızıl-ziynət əşyalarının və şubasının evdə olmadığını görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, ona və uşaqlarına məxsus olan qızıl-zinət əşyalarını və şubasını açarın onda olmasından istifadə edən X yığışdırıb aparmışdır. Bundan sonra o, evdə qalan soyuducunu da satmasın deyə qıfılı dəyişdirmişlər və evini mühafizə xidmətinə qoşdurmuşdur. Bundan sonra da rayona qayıtmışdır. Hazırda da uşaqları ilə birlikdə rayonda atasının evində yaşayır. Aşağıda qeyd olunan onun qızıl-ziynət, cehiz əşya və əmlakları cavabdehdə qalmışdır. Həmin əşyalar cavabdeh tərəfindən ona qaytarılmır.

13. Abşeron Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(012)-111/2021 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh qarşı yaşayış hüququnun verilməsi, köçürülmə və əmlak bölgüsü tələbinə dair ilk iddia qismən təmin edilib, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 3 (köhnə sıralamada 30 nömrəli) mənzilə köçürülməsi, mənzilin 2,7 metr x 4,3 metr ölçüdə olan yataq otağının yaşamaq üçün İddiaçı istifadəsinə verilməklə, mənzilin sanitar qovşağı, dəhliz və mətbəx otağı birgə istifadədə saxlanılmış, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 3 (köhnə sıralamada 30 nömrəli) mənzildə olan birgə nikah dövründə alınmış iki ədəd LG televizor, bir ədəd soyuducu, bir ədəd “Samsung” televizor, mətbəx, dəhliz, qonaq və mebel dəstləri icra mərhələsində qiymətləndirilərək satılmsı, əldə ediləcək pul vəsaitinin ½ hissəsinin İddiaçı və Cavabdeh arasında bölünərək onlara verilməsi və ilk iddia qalan h issədə təmin edilməmişdir, Cavabdeh İddiaçı qarşı qızıl-zinət əşyaları və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia qismən təmin edilib, Türkiyənin “Altınbaşaq” firmasına məxsus 750 əyarlı, çəkisi 35 qr olan brilliant qaşlı kolye və qolbağ dəsti - 2000 AZN dəyərində; zümrüd və brilliant qaşlarla bəzədilmiş 583 əyarlı, çəkisi 32 qr olan “fantaziya” üzük və sirqa dəsti - 1920 AZN dəyərində; “Badam” formalı 583 əyarlı, çəkisi 26 qr olan brilliant qaşlı sırğa və üzük dəsti - 1560 AZN dəyərində; İtalya istehsalı olan ağ qızıldan 750 əyarlı, çəkisi 25 qr olan sırğa, üzük və klon dəsti - 1750 AZN dəyərində; Rusiya istehsalı olan “moruq” formalı 750 əyarlı, çəkisi 55 qr olan boyunbağı 3850 AZN dəyərində; İtalya istehsalı olan 750 əyarlı, çəkisi 20 qr olan b oyunbağı, qolbağ, sırğa və üzük dəsti - 1400 AZN dəyərində; İtalya istehsalı olan 750 əyarlı, çəkisi 15 qr olan “sonsuzluq” formalı sırğa və üzük dəsti - 1050 AZN dəyərində; İtalya istehsalı olan 750 əyarlı, çəkisi 15 qr olan brilliant qaşlı nişan üzüyü - 1125 AZN dəyərində; Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 12 qr olan sırğa, üzük, boyunbağı və klondan ibarət brilliant qaşlı uşaq dəsti - 720 AZN dəyərində; Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 18 qram “silsilə” formalı boyunbağı - 990 AZN dəyərində; İtalya istehsalı olan “tısbağa” formalı, 750 əyarlı, çəkisi 12 qr olan üzük - 840 AZN dəyərində; 1 ədəd “Samsung” markalı, istifadə olunmuş, 82 diaqonallı televizor - 70 AZN dəyərində; 1 ədəd “beko” markalı, istifadə olunmuş, böyük ölçülü soyuducu - 300 AZN dəyərində; 1 ədəd “beko” ma rkalı, iki qapılı, istifadə olunmuş qabyuyan - 150 AZN; 1 ədəd “beko” markalı, istifafə olunmuş paltaryuyan - 150 AZN dəyərində; 1 ədəd güzgülü kamod, 1 ədəd 4 qapılı servant, 1 ədəd künc şkafından, 8 nəfərlik stol-stul dəstindən ibarət, qəhvəyi rəngli, taxtadan oyulma əl işləməsi olan, Malayziya istehsalı qonaq dəsti - 3000 AZN dəyərində; Malaziya istehsalı olan qonaq dəsti ilə eynilik təşkil edən yataq dəsti - 2000 AZN dəyərində; Polşa istehsalı olan qəhvəyi rəngli, 3 metr uzunluğu olan mətbəx mebeli - 500 AZN dəyərində; 1 ədəd qəhvəyi rəngli dəhliz şkafı - 300 AZN dəyərində, Krem rəngli 1 ədəd divan, 2 ədəd kreslodan ibarət yumuşaq dəst - 500 AZN dəyərində; 1 ədəd “Bohema” markalı, əmtəə nişanlı, böyük ölçülü zal üçün nəzərdə tutulmuş büllur çilçıraq 300 AZN dəyərində; 1 ədəd “Bohema” m arkalı, əmtəə nişanlı, yataq otağı üçün nəzərdə tutulmuş büllur çilçıraq - 300 AZN dəyərində; 1 ədəd Türkiyə istehsalı olan mətbəx üçün çilçıraq - 70 AZN dəyərində; qonaq, yataq otaqları və mətbəx üçün “capsella” firmasının pərdələri - 1100 AZN dəyərində; 2 ədəd yumru, balaca “kaşmir” xalçaları - 300 AZN dəyərində; 2 ədəd 2.5x5.5 ölçülü “kaşmir” xalçaları - 600 AZN dəyərində; 2 ədəd 3x5 ölçülü “merinos” firmasının xalçaları 700 AZN dəyərində; 2 ədəd 2x3 ölçülü “imperial” firmasının xalçaları - 400 AZN dəyərində; 1 ədəd böyük ölçülü sandıq - 130 AZN dəyərində; Çexiya istehsalı, 12 nəfərlik yemək, çay, qəhvə dəstləri - 700 AZN dəyərində; 4 ədəd “bohema” markalı büllur qənd qabı - 300 AZN dəyərində; 4 ədəd “bohema” markalı büllur mürəbbə qabı - 300 AZN dəyərində; 2 dəst 6 nəfərlik büllur boka l böyük və balaca 250 AZN dəyərində; 6 ədəd büllur ləpə qabları - 180 AZN dəyərində; 1 ədəd böyük saat 150 AZN dəyərində; 4 ədəd “bohema” markalı büllur meyvə qabları - 200 AZN dəyərində; Türkiyə istehsalı, qırmızı rəngli, “tefal” markalı qazantava dəsti - 200 AZN dəyərində; 1 ədəd aliminium materiallı aş qazanı - 80 AZN dəyərində; 1 ədəd “Samsung” markalı, istifadə olunmuş ətçəkən maşın - 80 AZN dəyərində; 1 ədəd “Samsung” markalı, istifadə olunmuş tozsoran - 50 AZN dəyərində; 1 ədəd Türkiyə istehsalı olan buxarlı qazan - 100 AZN dəyərində; 1 ədəd Türkiyə istehsalı olan jurnal stolu - 250 AZN dəyərində; 1 ədəd “Beko” markalı, istifadə olunmuş şirəçəkən maşın - 30 AZN dəyərində; 1 ədəd “beko” markalı mətbəx elektrik dəsti (kombayn) - 50 AZN dəyərində; Çexiya istehsalı, 6 stəkan və 1 qraf indən ibarət kampot dəsti - 200 AZN dəyərində; 1 ədəd “Tefal” markalı, istifadə olunmuş çaydan - 20 AZN dəyərində; 1 ədəd “Beko” markalı, istifadə olunmuş toster - 30 AZN dəyərində; 1 ədəd Çexiya istehsalı, basma naxışlı büllur güldan - 160 AZN dəyərində; 1 ədəd qara rəngli, az istifadə olunmuş xəz dəri materialdan tikilmiş üst geyimi (şuba) - 1500 AZN dəyərində - olan qızıl-zinət əşyaları, cehiz və geyim əşyaları, onlar naturada aşkar olunmadıqda, hər birinin qeyd edilən məbləğdə pul dəyərinin X2 alınıb, Cavabdeh verilməsi, “Hyundai Veloster” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyəri olan 1000 manat pulun ½ hissəsi, 500 manat məbləğində pul X2 alınıb, Cavabdeh verilməsi, qarşılıqlı iddia qalan hissədə təmin edilməmiş, ilk və qarşılıqlı iddia ərizələrinin verilməs i üçün ödənilmiş dövlət rüsumlarının tərəflərin özünə aid edilməsi və məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul Cavabdeh tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ilkin iddiaçının köçürülməsini tələb etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 3 (köhnə sıralamada 30 nömrəli) mənzil mülkiyyət hüququ üzrə tərəflərin hər hansısa birinin adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmasa da, Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 19 oktyabr 2018-ci il tarixli 2(012)-4609/2018 nömrəli qətnaməsi ilə müəyyən edil miş haldır ki, mənzil tərəflərin birgə nikah dövründə əldə edilmişdir və mənzildə İddiaçı ilə Cavabdeh hər birinin ½ hissədə pay haqqı vardır, mülki qanunvericiliyə müvafiq olaraq mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da həmin əmlaka sahiblik edən şəxslərə də mənsubdur, bununla da tərəflər həmin əmlaka münasibətdə “qanuni gözləntiyə” malik şəxslər kimi qeyd olunan əmlakın sahibi hesab olunurlar. Belə olan halda, onların hər ikisi sözügedən mənzilə münasibətdə bərabər hüquq və vəzifələrə malikdirlər, Cavabdeh onunla eyni statusda olan İddiaçı qarşı törətdiyi məhrumetmə, yəni cavabdehin iddiaçının ½ hissədə pay haqqı müəyyən edilmiş mənzildə yaşamasına, ora köçməsinə mane olması qanunsuzdur.

15. Məhkəmə ilkin iddia tələbinin “mənzildən birgə istifadə qaydalarının müəyyən edilməsi”nə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflərin mənzilə olan ½ paylarına mütənasib olaraq istifadə qaydalarının müəyyən edilməsi üçün məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 aprel 2021-ci il tarixli 10/3508 nömrəli rəyə əsasən Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 3 mənzilin zal otağı, mənzilə daxil olarkən ən sağda yerləşən yataq otağının yarısı bir payçının istifadəsinə, bir yataq otağı ilə digər yataq otağının yarısı, dəhlizin bir hissəsi digər payçının istifadəsinə, sanitar qovşaq, dəhliz və mətbəx otaqları ümumi istifadədə saxlanılmaqla həmin mənzildən payçıların paylarından kənara çıxmaqla istifadəsinin mümkün olduğu müəyyən edilmişdir. Lakin rəyin verilməsində sonra İddiaçı məhk əməyə təqdim etdiyi 08 may 2021-ci il tarixli ərizəsində göstərmişdir ki, mənzilin 2,7m x 4,3m ölçüdə olan yataq otağının ona verilməsinə (yaşamaq üçün) və sanitar qovşaq, dəhliz və mətbəx otağından birgə istifadə etməyə etiraz etmir.

16. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı köçürülməli olduğu mənzildən, onun müvafiq sahələrindən Cavabdeh ilə birlikdə istifadə etmək hüququ vardır, onun mənzildən və müvafiq sahələrindən istifadə qaydaları müəyyən edilməlidir. Bu zaman məhkəmə iddiaçının sonuncu ərizəsini iddia tələbinə dəqiqləşdirmə kimi qəbul etmiş, habelə tərəflərin mənzildə yaşayarkən eyni vaxtda mənzildən və müvafiq sahələrindən istifadə etmələrinin mümkünlüyü barədə ekspertiza rəyinin olmasını nəzərə alaraq, hesab etmişdir ki, iddia həmin ərizədə göstərilən qaydada təmin edilməlidir.

17. Məhkəmə ilkin iddianın “mənzildə yerləşən 8000 manat dəyərinə yaxın fərdi istifadə əşyalarının - 25 ədəd şalvar, 25 ədəd qısaqol köynək, 25 ədəd uzunqol köynək, 4 ədəd gödəkçə, 30 cüt ayaqqabı, 2 ədəd qiymətli nərd taxtası”nın Cavabdeh alınaraq İddiaçı verilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, 2018-ci ilin mart ayında tərəflər arasında baş vermiş münaqişədən sonra Cavabdeh mənzili tərk edərək getmiş, mənzilin açarı İddiaçı qalmış, mənzildən istifadə etmişdir. Həmin şəraitdə İddiaçı aid həmin əşyaların Cavabdeh qalması, onun tərəfindən iddiaçıya verilməməsi barədə qənaətə gəlinməsi üçün hər hansı qanuni əsas yoxdur.

18. Məhkəmə ilkin iddia tələbinin “mənzildə olan birgə nikah dövründə alınmış 2500 manat dəyərində LG tele vizor, 2500 manat dəyərində soyuducu, 600 manat dəyərində Samsung televizor, 230 manat dəyərində LG televizor, mətbəx, dəhliz, qonaq və mebel dəstlərinin ½ nisbətdə olaraq bölünərək ona verilməsi, bu mümkün olmadığı təqdirdə sözügedən əmlakların satılaraq, əldə edilən pul məbləğinin cavabdehlə onun arasında bölünməsi”nə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, sözügedən əmlaklar Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 3 (köhnə sıralamada 30 nömrəli) mənzilində yerləşir, tərəflərin birgə nikah dövründə alınmışdır, ona görə onlar arasında bərabər şəkildə bölünməlidir. Məhkəmə hesab edir ki, ilkin iddiaçı həmin əmlakların hamısının qiymətini, eləcə də qiymətlərinə dair sübutlarını təqdim etmədiyinə görə sözügedən əmlaklar icra mərhələsind ə qiymətləndirilməklə əldə ediləcək pul vəsaiti tərəflər arasında ½ hissədə olmaqla bərabər payda bölünməlidir.

19. Bundan başqa məhkəmə ilkin iddianın “ayı 350 manat olmaqla 1 il 6 ay müddətində yaşamaq hüququnun pozulması səbəbindən məcburi olaraq kirayədə qalma xərclərinin cavabdehdən tutulması”na dair hissəsinə münasibətdə qeyd etmişdir ki, İddiaçı kirayədə yaşamasına, aylıq kirayə haqqı ödəməsinə, bunun məbləğinə, xüsusən isə kirayədə yaşayaraq belə xərcə məruz qalmasının məhz Cavabdeh təqsirinin olmasına, buna cavabdehlik daşımasının əsaslarına, bununla məhz mülki hüquq pozuntusu (delikt) törətməsinə dair hər hansı sübutunu təqdim etməmişdir, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla cavabdehin iddiaçıya həmin qaydada ziyan vurması, bu ziyanın vurulmasında təqsirli olması, habelə b u əməlin qanuna zidd olması müəyyən edilməmişdir.

20. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh İddiaçı qızılzinət əşyalarının mövcudluğunu və ya dəyərini mübahisələndirmir, onun mübahisələndirdiyi hal onunla bağlıdır ki, qızıl-zinət əşyaları lombarda qoyulmuşdur, lombard üzrə öhdəliklər yerinə yetirilə bilmədiyindən ödənişlər həmin zinət əşyalarına yönəldilmişdir, qalan zinət əşyaları isə cavabdehin öz üzərindədir. Lakin cavabdeh buna dair hər hansı sübut təqdim etməmişdir. Məlum olduğu kimi, ailə münaqişəsi və İddiaçı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurması nəticəsində Cavabdeh yaşadığı mənzili tərk edərək getmişdir, mənzilin açarı İddiaçı olmuş, o, sərbəst surətdə mənzilə daxil olmaq, oradan han sısa predmeti götürmək imkanında olmuşdur. Belə olan halda, cavabdehin tələbin əsassızlığı barədə dəlilləri kifayət qədər şübhə doğurmaqla onun gətirdiyi dəlillər əsassızdır. Buna baxmayaraq məhkəmə toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, qarşılıqlı iddiaçının özü də qızıl-zinət əşyalarının ilk növbədə mövcudluğuna dair sübut təqdim etməmişdir, təqdim edilən fotoşəkillərin özünün tədqiqi ilə təsdiq olunur ki, tələbdə qeyd edilən qızıl-zinət əşyaları mövcud olmuşdur, onlardan yalnız İtaliya istehsalı olan 750 əyarlı, çəkisi 70 qram olan boyunbağı, qolbağ, sırğa və üzük dəsti; Rusiya istehsalı olan “Rekert” formalı 583 əyarlı, çəkisi 25 qram olan boyunbağı, 7 qram, 583 əyarlı klonla birlikdə; Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 22 qram olan boyunb ağı, 583 əyalı 12 qr-lıq qolbaqla birlikdə (dəst) və Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 10 qram olan brilliant qaşlı bilərzik və üzük dəstinin mövcudluğuna dair sübut təqdim edilməmişdir. Ona görə məhkəmə hesab etmişdir ki, “İtaliya istehsalı olan 750 əyarlı, çəkisi 70 qram olan boyunbağı, qolbağ, sırğa və üzük dəsti; Rusiya istehsalı olan “Rekert” formalı 583 əyarlı, çəkisi 25 qram olan boyunbağı, 7 qram, 583 əyarlı klonla birlikdə; Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 22 qram olan boyunbağı, 583 əyalı 12 qr-lıq qolbaqla birlikdə (dəst) və Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 10 qram olan brilliant qaşlı bilərzik və üzük dəsti” istisna olunmaqla digər qızıl-zinət əşyaları, özləri olmadıqda onların dəyəri cavabdehdən alınaraq qarşılıqlı iddiaçıya verilməlidir. Qızıl-zinət əşy alarının dəyəri müəyyən edilərkən isə, məhkəmə hesab edir ki, təqdim edilmiş ekspertiza rəyi ilə müəyyən edilmiş qiymətlər mötəbər sübut qismində qəbul edilməli, qarşılıqlı iddiaçıya qaytarılmalı olan qızıl-zinət əşyaları naturada aşkar edilmədikdə, rəylə müəyyən edilmiş həddə dəyərləri cavabdehdən alınmalıdır.

21. Bundan başqa cavabdeh İddiaçı Cavabdeh cehiz əşyalarını qardaşına verdiyini, bəzi əşyaların rayonda özünün yaşadığı evdə olduğunu, digər əşyaların istifadə müddəti ərzində istifadəyə yararsız vəziyyətə düşdüyünü, bəzilərinin isə qırıldığını göstərmişdir. Buradan da məlum olur ki, cavabdeh ümumilikdə cehiz əşyalarının ilkin mövcudluğunu və ya onların dəyərini mübahisələndirmir, irəli sürdüyü dəlillərə dair isə hər hansı sübut təqdim etməmişdir.

22. Məhkəmə qarşılıqlı iddia tələ binin “Hyundai” markalı, “Veloster” modelli, ** CG *** qeydiyyat nişanlı avtomobilin dəyəri olan 20.000 AZN pulun ½ hissədə ona ödənilməsinə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh İddiaçı izahatı və nəqliyyat vasitəsinin alqı-satqısına dair 05 iyul 2019-cu il tarixli müqavilə ilə müəyyən olunur ki, sözügedən nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi zamanı əzilərək yararsız hala düşmüşdür, İddiaçı həmin avtomobili DİN-nin BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsində qeydiyyata alınmış müqaviləyə əsasən 1000 manata X1, avtomobil 05 iyul 2019-cu il tarixdə verilmiş şəhadətnaməyə əsasən həmin şəxsin adına qeydiyyata alınmışdır. Göründüyü kimi, avtomobil qəzalı vəziyyətdə olduğundan məhz 1000 manat məbləğinə satılmışdır, avtomobilin dəyərinin 20.000 manat məbləğində olmasına, həmin mə bləğdə pula satılmasına dair sübut mövcud deyildir, ona görə məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia həmin hissədə qismən təmin olunaraq “Hyundai Veloster” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyəri olan 1000 manat pulun ½ hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097, 1115-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1, 5.3, 30.1, 30.2-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 119, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər.

25. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2849/2021 nömrəli, 03 noyabr 2021-ci i l tarixli qətnaməsi ilə (hakimlər: T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(012)-111/2021 saylı qətnaməsi qismən ləğv edilmiş, Cavabdeh İddiaçı qarşı qızıl-zinət əşyaları və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, “Hyundai Veloster” minik markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyəri olan 17.000 manat pulun ½ hissəsi– 8500 manat məbləğində pul vəsaitinin İddiaçı alınıb Cavabdeh ödənilməsi, qətnamənin - «İddiaçı Cavabdeh qarşı yaşayış hüququnun verilməsi, köçürülmə və əmlak bölgüsü tələbinə dair ilk iddia qismən təmin edilsin, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 3 (köhnə sıralamada 30 nömrəli) mənzilə köçürülsün, mənzilin 2,7m x 4,3m ölçüdə olan yataq otağı yaşamaq üçün İddiaçı istifadəsinə verilməklə, mənzilin sanitar qovşağı, dəhliz və mətbəx otağı birgə istifadədə saxlanılsın, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 3 (köhnə sıralamada 30 nömrəli) mənzildə olan birgə nikah dövründə alınmış iki ədəd LG televizor, bir ədəd soyuducu, bir ədəd Samsung televizor, mətbəx, dəhliz, qonaq və mebel dəstləri icra mərhələsində qiymətləndirilərək satılsın, əldə ediləcək pul vəsaitinin ½ hissəsi İddiaçı ilə Cavabdeh arasında bölünərək onlara verilsin, ilk iddia tələbi qalan hissədə təmin edilməsin, qarşılıqlı iddia tələbi qismən təmin edilsin, Türkiyənin “Altınbaşaq” firmasına məxsus 750 əyarlı, çəkisi 35 qr olan brilliant qaşlı kolye və qolbağ dəsti - 2000 AZN dəyərində; zümrüd və brilliant qaşlarla bəzədilmiş 583 əyarlı, çəkisi 32 qr olan “fantaziya” üzük və sirqa dəsti - 1920 AZN dəyərində; “Badam” formalı 583 əyarlı, çəkisi 26 qr olan brilliant qaşlı sırğa və üzük dəsti - 1560 AZN dəyərində; İtalya istehsalı olan ağ qızıldan 750 əyarlı, çəkisi 25 qr olan sırğa, üzük və klon dəsti - 1750 AZN dəyərində; Rusiya istehsalı olan “moruq” formalı 750 əyarlı, çəkisi 55 qr olan boyunbağı 3850 AZN dəyərində; İtalya istehsalı olan 750 əyarlı, çəkisi 20 qr olan boyunbağı, qolbağ, sırğa v ə üzük dəsti - 1400 AZN dəyərində; İtalya istehsalı olan 750 əyarlı, çəkisi 15 qr olan “sonsuzluq” formalı sırğa və üzük dəsti - 1050 AZN dəyərində; İtalya istehsalı olan 750 əyarlı, çəkisi 15 qr olan brilliant qaşlı nişan üzüyü - 1125 AZN dəyərində; Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 12 qr olan sırğa, üzük, boyunbağı və klondan ibarət brilliant qaşlı uşaq dəsti - 720 AZN dəyərində; Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 18 qram “silsilə” formalı boyunbağı - 990 AZN dəyərində; İtalya istehsalı olan “tısbağa” formalı, 750 əyarlı, çəkisi 12 qr olan üzük - 840 AZN dəyərində; 1 ədəd “Samsung” markalı, istifadə olunmuş, 82 diaqonallı televizor - 70 AZN dəyərində; 1 ədəd “beko” markalı, istifadə olunmuş, böyük ölçülü soyuducu - 300 AZN dəyərində; 1 ədəd “beko” markalı, iki qapılı, istifa də olunmuş qabyuyan - 150 AZN; 1 ədəd “beko” markalı, istifafə olunmuş paltaryuyan - 150 AZN dəyərində; 1 ədəd güzgülü kamod, 1 ədəd 4 qapılı servant, 1 ədəd künc şkafından, 8 nəfərlik stol-stul dəstindən ibarət, qəhvəyi rəngli, taxtadan oyulma əl işləməsi olan, Malayziya istehsalı qonaq dəsti - 3000 AZN dəyərində; Malayziya istehsalı olan qonaq dəsti ilə eynilik təşkil edən yataq dəsti - 2000 AZN dəyərində; Polşa istehsalı olan qəhvəyi rəngli, 3 metr uzunluğu olan mətbəx mebeli - 500 AZN dəyərində; 1 ədəd qəhvəyi rəngli dəhliz şkafı - 300 AZN dəyərində, Krem rəngli 1 ədəd divan, 2 ədəd kreslodan ibarət yumuşaq dəst - 500 AZN dəyərində; 1 ədəd “bohema” markalı, əmtəə nişanlı, böyük ölçülü zal üçün nəzərdə tutulmuş büllur çilçıraq 300 AZN dəyərində; 1 ədəd “bohema” markalı, əmtəə nişanlı, y ataq otağı üçün nəzərdə tutulmuş büllur çilçıraq - 300 AZN dəyərində; 1 ədəd Türkiyə istehsalı olan mətbəx üçün çilçıraq - 70 AZN dəyərində; qonaq, yataq otaqları və mətbəx üçün “capsella” firmasının pərdələri - 1100 AZN dəyərində; 2 ədəd yumru, balaca “kaşmir” xalçaları - 300 AZN dəyərində; 2 ədəd 2.5x5.5 ölçülü “kaşmir” xalçaları - 600 AZN dəyərində; 2 ədəd 3x5 ölçülü “merinos” firmasının xalçaları 700 AZN dəyərində; 2 ədəd 2x3 ölçülü “imperial” firmasının xalçaları - 400 AZN dəyərində; 1 ədəd böyük ölçülü sandıq - 130 AZN dəyərində; Çexiya istehsalı, 12 nəfərlik yemək, çay, qəhvə dəstləri - 700 AZN dəyərində; 4 ədəd “bohema” markalı büllur qənd qabı - 300 AZN dəyərində; 4 ədəd “bohema” markalı büllur mürəbbə qabı - 300 AZN dəyərində; 2 dəst 6 nəfərlik büllur bokal böyük və balaca 250 AZ N dəyərində; 6 ədəd büllur ləpə qabları - 180 AZN dəyərində; 1 ədəd böyük saat 150 AZN dəyərində; 4 ədəd “bohema” markalı büllur meyvə qabları - 200 AZN dəyərində; Türkiyə istehsalı, qırmızı rəngli, “tefal” markalı qazantava dəsti - 200 AZN dəyərində; 1 ədəd aliminium materiallı aş qazanı - 80 AZN dəyərində; 1 ədəd “Samsung” markalı, istifadə olunmuş ətçəkən maşın - 80 AZN dəyərində; 1 ədəd “Samsung” markalı, istifadə olunmuş tozsoran - 50 AZN dəyərində; 1 ədəd Türkiyə istehsalı olan buxarlı qazan - 100 AZN dəyərində; 1 ədəd Türkiyə istehsalı olan jurnal stolu - 250 AZN dəyərində; 1 ədəd “beko” markalı, istifadə olunmuş şirəçəkən maşın - 30 AZN dəyərində; 1 ədəd “beko” markalı mətbəx elektrik dəsti (kombayn) - 50 AZN dəyərində; Çexiya istehsalı, 6 stəkan və 1 qrafindən ibarət kampot dəsti - 200 AZN dəyərində; 1 ədəd “tefal” markalı, istifadə olunmuş çaydan - 20 AZN dəyərində; 1 ədəd “beko” markalı, istifadə olunmuş toster - 30 AZN dəyərində; 1 ədəd Çexiya istehsalı, basma naxışlı büllur güldan - 160 AZN dəyərində; 1 ədəd qara rəngli, az istifadə olunmuş xəz dəri materialdan tikilmiş üst geyimi (şuba) - 1500 AZN dəyərində - olan qızıl-zinət əşyaları, cehiz və geyim əşyaları, onlar naturada aşkar olunmadıqda, hər birinin qeyd edilən məbləğdə pul dəyəri X2 alınıb, Cavabdeh verilsin, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin, ilk və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin və məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul Cavabdeh tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin» hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, “X4” tərəfindən verilmiş 18 iyun 2020-ci il tarixli, 258 nömrəli rəyə əsasən “Hyundai Veloster” minik markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiyməti 17.000 AZN məbləğində müəyyən edilir. Birinci instansiya məhkəməsi tərəfindən sözügedən avtomobilin yararsız vəziyyətə düşmüş kimi qəbul edilməsi işin araşdırılan halları ilə təkzib edilmiş və bu barədə iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Avtomobilin satış dəyərinin 1000 manat qiymətləndirilməsi inandırıcı olmayıb, həqiqəti özündə əks etdirmir, reallıqdan tam uzaq olu b, avtomobilin hazıkı dəyərinə cavab vermir.

27. Qalan hissələrə münasibətdə məhkəmə kollegiyası hesb etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi qalan hissələrdə dəyişdirilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya inatnsiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı yazılı daxil olmamışdır. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində iş iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

33. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. (maddə 225.1)

34. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. (maddə 225.2) Ailə Məcəlləsi

35. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. (maddə 32.1)

36. Ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlir lər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. (maddə 32.2)

37. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olm ayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. (maddə 32.3)

38. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). (maddə 34.1)

39. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. (maddə 36.1)

40. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. (maddə 36.3) 4

1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. (maddə 37.1) Mülki Prossesual Məcəllə

42. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

43. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

44. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

45. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırıl mamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

46. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

47. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları d üzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhb ər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2849/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar