Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1681/2021 21.04.2021 ALİ MƏHKƏMƏ İ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası X2 nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.09.2020-ci il tarixli, x nömrəli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3 İdarəsinə və Şəki Tarix-Diyarşünaslıq muzeyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Tarix-Diyarşünaslıq muzeyi nin direktorunun 29.01.2020-ci il tarixli, 01 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və işləmədiyi dövr üçün əmək haqqının cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 11 iyun 2020-ci il tarixli, 2 x nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Şəki Tarix-Diyarşünaslıq muzeyinin İddiaçı işdən azad olunması barədə 29.01.2020-ci il tarixli, 01 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa olunduğu günədək məcburi iş buraxma (boşdayanma) müddəti üçün orta aylıq əmək haqqı ödənilməklə işlədiyi və hal-hazırda Azərbaycan Respublikası X2 tabeliyində olan Şəki Tarix-Diyarşünaslıq muzeyində əvvəlki işinə bərpa edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Hüseynov (sədrlik edən və məruzəçi) E.Hüseynov və G.Abbasov) 16.09.2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə cavabdeh X2 apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi kassasiya şikayəti vermişdir. İddiaçı iddiadan imtina edilməsi barədə notarial qaydada təsdiq edilmiş 18.03.2021-ci il tarixli ərizə ilə Ali Məhkəməyə müraciət edərək, 2(102)1681/2021 nömrəli iş üzrə iddiadan imtinasının qəbul olunmaqla icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili bildirmişlər ki, tərəflər arasındakı mübahisə məhkəmədən kənar həll olunmuş, iddiaçı işlə təmin edilərək onunla müvafiq əmək müqaviləsi bağlanmışdır. Ona görə də iddiadan imtina barədə ərizənin qəbul olunmasına və işin icraatına xitam verilməsinə etiraz etmirlər. Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. MPM-nin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası iddiaçının iddiadan imtina barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qəbul edilməli, iş üzrə Şəki Apellyas iya Məhkəməsinin Mülki Kollegiyasının 16.09.2020-ci il tarixli, x nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. MPM-in 417.1.5-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 262.4, 416, 417.1.5, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.09.202 0-ci il tarixli, x nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1681/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-1681/2021
21.04.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver