Məhkəmə qərarları › İş №2(102)-1681/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1681/2024

16.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1681/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun yaranma şərtləri, evdən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2082/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi, dalan 1-də yerləşən, ümumi sahəsi 62,2 kv.metr olan 25 A saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin ev İddiaçı tərəfindən X3 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış alğı-satqı müqaviləsi əsasında əldə edilmiş, evin üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır.

2. Cavabdeh iddiaçının oğlu X8 ilə qeyri-rəsmi evlənmiş, həmin evlilikdən xx.xx.2010-cu il təvəllüdlü Xalidə, xx.xx.2014-cü il təvəllüdlü Fatimə və xx.xx.2017-ci il təvəllüdlü Raul adlı uşaqları doğulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Xaçmaz Rayon Məhkəməsinə iddia ər izəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X9 ilə birlikdə iddiaçıya məxsus ünvan 1 ünvanındakı 0,0149 ha olan torpaq sahəsindən və orada yerləşən ümumi sahəsi 62,2 kv.metr olan 25 A saylı fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbi onunla əsaslandırıb ki, qeyd olunan ünvanda rəsmi qeydiyyatdadır və orada yaşayır. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 62,2 kv.metr olan 25 A saylı fərdi yaşayış evini və həmin evin yerləşdiyi ümumi sahəsi 0,0149 ha olan torpaq sahəsini X1 almışdır. Bununla bağlı onların arasında Bakı şəhəri 53 saylı Notariat Ofisində AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin alğı-satqı müqaviləsinə əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ona xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Lakin Cavabdeh ona məxsus fərdi yaşayış evindən çıxmır. Dəfələrlə cavabdehə irad tutsa da, fərdi yaşayış evindən çıxmasını tələb etsə də, nəticəsi olmur. Cavabdeh evdə olanda ona rahatlıq vermir, musiqi səsini bilərəkdən qaldırır ki, yata bilməsin. Öz evində rahat yaşaya bilmir. Bu yaşında dolanmaq üçün təmizlik işləri ilə məşğul olur. İşdən sonra evə gələndə qapını üzünə açmırlar ki, mülkiyyətçisi olduğu mənzildən çıxsın və orada yaşamasın.

5. İddiaçının təqdim etdiyi Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu i l tarixli, 2(012)- 3569/2019 nömrəli qətnaməsindən görünür ki, Cavabdehlər İddiaçı və X7 qarşı iddiası qismən təmin edilmiş, 22 adda əşyanın, olmadığı təqdirdə onların dəyərinin İddiaçı və X2 müştərək qaydada tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Cavabdeh iddia ərizəsində X8 ilə xx.xx.2009-cu ildən qeyri-rəsmi ar-arvad münasibətlərinin olduğunu, ailə həyatı qurduqları vaxtdan Bakı şəhərində yaşadıqlarını, 2012-ci ildən faktiki ünvan 1-də yerləşən 25 A saylı evdə yaşadığını bildirmişdir.

6. Birinci instansiya məhkəməsinin iclaslarında cavabdeh iştirak etməmişdir.

7. Abşeron Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(012)-2867/2023 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia tələbi təmin edilərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X5, xx. xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X9 ilə birlikdə İddiaçı məxsus ünvan 1 ünvanındakı 0,0149 ha torpaq sahəsindən və orada yerləşən ümumi sahəsi 62,2 kv.metr olan 25 A saylı fərdi yaşayış evindən çıxarılması, Cavabdeh 100 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı verilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı mübahisəli yaşayış sahəsini xx.xx.2023-cü il tarixdə alğı-satqı yolu ilə əldə etmiş İddiaçı ilə Cavabdeh arasında hər hansı kirayə müqaviləsi bağlanmamış, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla onlar arasında hər hansı münasibət yaranmamışdır. Belə olan halda cavabdehin iddiaçının oğlu R.Ə.İskəndərovla qeyri-rəsmi nikahda olmasına istinad edərək mübahisəli evdə yaşaması mülkiyyətçi kimi İddiaçı hüquqların ın pozulması kimi qiymətləndirilməlidir. Çünki mülkiyyət hüququ qanunla qorunur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsini bririnci hissəsi, 29-cu maddəsi, Mülki Məcəllənin 27.2, 140, 152.1, 157.2, 157.4-cü, Mənzil Məcəlləsinin 29.1, 29.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2009-cu ilin sentyabr ayında iddiaçının oğlu X10 ilə nikaha daxil olmuşlar. Həmin tarixdən etibarən X8 ilə iddiaçı qaynanası İddiaçı Cəlal qızı birlikdə y aşamışlar. İddia tələbində qeyd edilən mənzildə 2012-ci ildən o, əri İsgəndərov Rauf və qaynanası iddiaçı ilə birlikdə yaşayırlar. Fatimə və Raul iddiada qeyd edilən mənzildə anadan olmuşlar. Məhkəmə bu sadalanan faktları ümumiyyətlə nəzərə almamışdır. Halbuki, həyat yoldaşı Rauf İsgəndərovla birlikdə ancaq qeyd edilən mənzildə yaşamışlar. İddia ərizəsində qeyd edilən yalan məlumatlar məhkəmə üçün əsas olmuş və heç bir araşdırma aparmadan qətnamə qəbul etmişdir. İddia ərizəsində mənzilin 2023-cü il tarixdə alınması barədə yalan məlumat verilib. Qeyd etdiyi tarixdən həmin mənzil iddiaçıya məxusdur və bunu sübut edəcək müvafiq kommunal çekləri məhkəmə prosesi vaxtı məhkəməyə təqdim edəcəkdir. İddiaçı ilə aralarında notarial qaydada təsdiq edilmiş razılaşma olmadığı təqdirdə məhkəmə fərdi yaş ayış evinin boşaldılması ilə bağlı qətnamə qəbul edərkən himayəsində və iddiaçının nəvələri olan üç azyaşlı uşağın başqa yaşayış yeri olmamasını nəzərə almadan, eyni zamanda iddiaçı tərəfindən hər hansı kompensasiya təklif edilmədən onun və üç azyaşlı övladının küçəyə atılması barədə qətnamə qəbul etmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2023-cü il tarixli 2(105)-2082/2023 nömrəli qətnaməsi ilə (hakimlər İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov, Lalə Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli, 2(012)-2867/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli evdə hazırda cavabdehin öz uşaqları ilə birlikdə yaşaması iddiaçının mülkiyyət hüquqlarını pozur. İddiaçı mübahisəli yaşayış sahəsini xx.xx.2023-cü il tarixdə alqı-satqı yolu ilə əldə etmişdir.

14. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edib ki, cavabdeh apellyasiya şikayətində 2023-cü ildən əvvəl mübahisəli mənzilin iddiaçıya məxus olduğunu, bunu sübut edəcək müvafiq kommunal çekləri məhkəmə prosesi vaxtı məhkəməyə təqdim edəcəyini bildirmişdir.

15. Məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə bağlı qeyd edib ki, məhkəmə kollegiyasının iclasında iddiaçı bildirdi ki, hazırda mülkiyyətçisi olan evdə 2014-cü ildən yaşayır, cavabdeh isə mübahisə predmeti olan evdə 2016-cı ildən yaşayır. Həmin ev əvvəldən ona məxsus olmuş, lakin borcu olduğuna görə əmisi qızına satmış, əmisi qızı həmin evdə yaşamağına icazə vermiş, sonra pulu olduğundan həmin evi 2 023-cü ildə yenidən almışdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, iş materiallarında olan ANİ ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X4 mülkiyyətində olan ünvan 1 ünvanındakı 0,0149 ha olan torpaq sahəsində yerləşən, ümumi sahəsi 62,2 kv.metr olan 25 A saylı fərdi yaşayış evini 40000 manata İddiaçı satmışdır. Beləliklə müəyyən edilir ki, İddiaçı mübahisəli yaşayış sahəsini xx.xx.2023-cü il tarixdə alqı-satqı yolu ilə əldə etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verib qətnamənin ləgv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərb aycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Lakin məhkəmələr tərəfindən cavabdehin az yaşlı uşaqları ilə birlikdə evdən çıxarılmaları barədə qətnamələr qəbul etmişlər. İddiaçı evi təzə aldığını qeyd etsə də cavabdeh onun gəlini olaraq neçə illərdi həmin evdə uşaqları ilə birlikdə yaşamışlar. Hazırda da cavabdehə aid bütün əmlaklar həmin mənzildədir. Məhkəmələr iddiaçının uşaqların nənəsi olması, yəni qohumluq əlaqəsinin olmasını nəzərə almamışdır. Aliment məbləğinin artırılması ilə bağlı iddia qaldırdığı üçün bu iş üzrə iddaçı cavabdehi və uşaqları küçəyə atacağını qeyd etmişdir. Cavabdeh hazırda işləmədiyini və azyaşlı uşaqlarla küçədə qalacağını bidirmiş və dəfələrlə xahiş etmişdir ki, cavabdehə üç il ərzində orada yaşamağını təmin etsinlər, cavabdeh uşaqları böyüdüb özünə iş tapa bilsin. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz edərək, kassasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. İddiaçının etiraz dəlilləri iddia tələbinin əsaslandırılması zamanı istinad etdiyi hallarla əsaslandırılmış, həmçinin qeyd etmişdir ki, cavabdehlə oğlu rəsmi nikaha daxil olmamışlar və onunla heç bir qohumluq münasibəti yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

20. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

21. Maddə 29, İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bi lər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın

24. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

25. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

26. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

27. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisini n ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

28. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Madd ə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və ya xud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qə tnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin möv qeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. İddia tələbi cavabdehlərin iddiaçının mənzilindən çıxarılması barədədir. Bu halda iddia tələbi Mülki Məcəllənin 152.5-ci və Mənzil Məcəlləsinin 30-cu maddələrinin işığında təhlil olunmalıdır. İddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində müəyyən edilmiş hüquqlardan istifadə etməklə mülkiyyətində olan mənzildən cavabdehin istifadə etməsinə yol ve rməmək ixtiyarı vardır. Lakin mülkiyyətçinin bu hüququ, mülkiyyətçi üçün qanunla və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə mümkündür.

42. Bu baxımdan cavabdehin mənzilə hüquqlarının müqavilə və ya qanuna əsasən yaranıb yaranmadığı araşdırılmalıdır. Yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu).

43. Yaşayış sahəsindən istifadə hüququnun əsaslarını müəyyən edən Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi (22-23 paraqraflar) yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyə tçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması.

44. İddiaçı ilə cavabdeh arasında mənzildən istifadəyə dair notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır.

45. Mənzildən istifadə hüququnun digər hüquqi əsasını müəyyən edən norma Mənzil Məcəlləsinin 30-cu maddəsidir (25-26-cı paraqraflar). Bu normada göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar dey il, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.

46. Apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 30-cu maddəsinin dispozisiya şərtləri əsasında iddianı təhlil etmiş və qeyd etmişdir ki, cavabdeh iddiaçının gəlini olmaqla, iddiaçının ailə üzvləri sırasına aid olmamış, eləcə də yuxarıda sadalanan şəxslər kateqoriyasına aid deyil.

47. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 -ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

48. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir.

49. Görü ndüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmişdir.

50. İşin halları onu deməyə əsas verir ki, iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməklə cavabdehin mənzildən çıxarılmasını tələb etmək hüququna malikdir.

51. «R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

52. Baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.

53. Kassatorun uşaqların mübahisəli yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə dəlili qətnamənin ləğvinə əsas vermir. Çünki Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşın a çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Cavabdeh uşaqların öz yanında olduğunu bildirir.

54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

55. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət v erildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2082/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar