Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1683/2022 18.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12 qarşı “evin boşaldılması və istifadə hüququna xitam verilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququna xitam verilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8645/2021 nömrəli iş üzrə 02 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı
1. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 28 saylı evin 1 saylı mənzilini Notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 almış və DƏDRX-dən çıxarışa əsasən şəxsi mülkiyyət kimi onun adına rəsmiləşdirilmişdir. Hazırda həmin mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh1 və onun ailə üzvləri həmin mənzili bu günə qədər müxtəlif bəhanələr gətirərək boşaltmaqdan və mənzildən pasport qeydiyyatından çıxmalarından yayınırlar. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində ic raat
2. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 28 saylı evin, 1 saylı mənzilindən məcburi qaydada çıxarılması və onların istifadə hüquqlarına xitam verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 28 saylı evin 1 saylı mənzilini Bakı şəhəri 9 saylı Notariat Kontorunda təsdiq edilmiş 27 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 almış və 19 dekabr 2019-cu il tarixdə Bakı şəhəri DƏDRX-dən çıxarışa əsasən şəxsi mülkiyyət kimi onun adına rəsmiləşdirilmişdir. Hazırda həmin mənzil mülkiyyət hüquq u əsasında iddiaçıya məxsusdur. Cavabdeh1 və onun ailə üzvləri həmin mənzili bu günə qədər müxtəlif bəhanələr gətirərək boşaltmaqdan və mənzildən pasport qeydiyyatından çıxmalarından yayınırlar. Cavabdehlər qeydiyyatda olma müddətindən asılı olmayaraq həmin sahəyə heç bir hüquq əldə etməmişlər. Cavabdehlərin iddiaçının mülkiyyətində olan evi boşaltmamaları və pasport qeydiyyatından könüllü çıxmamaları iddiaçının mülkiyyət hüququnu pozur. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(006)1680/2021 saylı (hakim N.Tağıyeva) qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 2 8 saylı evin, 1 saylı mənzildən məcburi qaydada çıxarılmaları və onların istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 28 saylı evin 1 saylı mənzilini Bakı şəhəri 9 saylı Notariat Kontorunda təsdiq edilmiş 27 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı xeyrinə özgəninkiləşdirmişdir. İddiaçı həmin yaşayış evinə mülkiyyət hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları və həmin mənzili təhvil verməmələri iddiaçının mülkiyyət hüququnu pozur.
6. Məhkəmə iş üzrə gəldiyi nəticənin qanuni əsasları kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4, 152, 157.4-cü ma ddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 29, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2, 5, 9-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə istinad etmişdir.
7. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2021-ci il tarixli 2(103)-8645/2021 saylı qətnaməsi (hakimlər E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və X.Ə.Sarıyev) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəm əsinin 05 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya kollegiyası işin hallarını araşdırıb belə qənaətə gəlmişdir ki, iddiaçı ilə cavabdeh arasında 27.11.2019-cu il tarixdə notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsi bağlanmış və mübahisəli mənzil həmin müqavilə əsasında iddiaçının adına dövlət reyestrində qeydə alınmaqla rəsmiləşdirilmişdir. Cavabdeh bununla da mənzilə olan istifadə hüququnu itirmişdir və bu səbəbdən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4, 152, 157.4, Azərbaycan Respublikası Konstitusiyasının 29-cü, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Konvens iyanın 1 saylı Protokolunun 1-ci maddələrinə istinad etmişdir.
11. Cavabdeh1 (kassasiya şikayətini tərtib edən Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8645/2021 saylı iş üzrə 02 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi “alqı-satqı” müqavilələrinin hərfi mənasına istinad etməklə qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə tərəflərin mübahisə edilən müqavilənin bağlanması ilə bağlı müddəalara deyil, müqavilənin özündə əks olunan müddəalara istinad ed ərək qətnamə qəbul etmişdir. Halbuki AR Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Belə ki, cavabdehlər onlara məxsus mənzilli (fərdi yaşayış evini) satmaq niyyəti (iradə ifadəsi) olmamışdır. Bunun təsdiqi kimi onu qeyd edir ki, alqı- satqı müqaviləsinin predmeti olan evin satılması ilə əlaqədar heç bir yerdə elan verilməmişdir. Onların alqı-satqı müqaviləsi bağlayarkən niyyətləri mənzillərin satılması yox, məhz arasında olan borcun zəmanəti kimi rəsmiləşdirilməsi olmuşdur. Həqiqətdə “alqı-satqı” müqaviləsi üzrə ödəniş edilməmişdir. Tərəflərin arasında olan müqavilə formal bağlanmışdır. Yəni İddiaçı Cavabdeh5 X2 olan borcu pərdələmək məqsədi ilə b ağlanmışdır. Tərəflərin arasında olan razılaşmaya (tərəflərin iradə ifadəsinə) əsasən borc pul qaytarıldıqda ev Cavabdeh1 adına qaytarılmalı idi. Lakin iddiaçı hal-hazırda cavabdehləri evdən çıxartmaq istəyir. Bundan başqa mübahisəli ev onların son yaşayış yeri olduğundan satmaq kimi niyyətləri olmamışdır. Digər tərəfdən isə qarşılıqlı razılaşmaya əsasən müqavilə formal bağlandığından bu günə kimi həmin evdə yaşayırlar. Xüsusi ilə qeyd olunmalı hal ondan ibarətdir ki, müqavilədə əks olunan məbləğ mübahisəli evin real bazar qiymətindən qat-qat azdır.
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclası yazılı icraat qaydasında keçirildiyindən MPM-nin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 228.4 Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdə n təmin edilmiş imkanıdır.
18. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
19. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
25. Maddə
416. Kassasiya instansiyası məhkəməs i apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
27. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələri n işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
29. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları a raşdırması kimi qiymətləndirilməməlidir.
31. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası haqlı olaraq hesab etmişdir ki, iddiaçı ilə cavabd eh arasında 27.11.2019-cu il tarixdə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanmış və mübahisəli mənzil həmin müqavilə əsasında iddiaçının adına dövlət reyestrində qeydə alınmaqla rəsmiləşdirilmişdir. Cavabdeh bununla da mənzilə olan istifadə hüququnu itirmişdir.
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və ədalətlidir, qəbul etdiyi qətnaməsi işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşd ırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir.
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8645/2021 nömrəli iş üzrə 02 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən sax