Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1683/2025 28.04.2025 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1851/2024 nömrəli iş üzrə 14 mart 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1851/2024 nömrəli iş üzrə 14 mart 2025-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Əlavənin 9-cu bəndinə əsasən, “kassasiya şikayəti verən şəxsin tələbi” hissəsində kassasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair tələblərini dəqiq bildirməlidir. Hazırkı kassasiya şikayətində şikayət verən şəxsin tələbi göstərilməmişdir. MPM-in 408.1.1-ci və 408.1.5-ci maddələrinə əsasən, kassasiya şikayəti Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyrimümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.4 və 408.3cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1851/2024 nömrəli iş üzrə 14 mart 2025-ci il tarixli qərardadından C avabdeh verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1683/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-1683/2025
28.04.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver