Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1684/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddia tələbi, iddiaçı Cavabdehlər İddiaçı və X3 qarşı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkkül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı Cavabdeh qarşı əmlakın məcburi çıxarılması tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı və X3 qarşı ona hədiyyə kimi verilmiş qızı l-ziynət əşyalarının, çatışmayan cehiz əşyalarının və evə görə kompensasiyasının ödənilməsi tələbinə qarşılıqlı iddiasına dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1065/2023 nömrəli, 5 mart 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 may 2024-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçı X4 Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Şamaxı rayonu, Mərzəndiyə kəndi ərazisində yerləşən ona məxsus evdən cavabdehə məxsus ümumi dəyəri 1000 manat olan bir ədəd mebel dəsti, iki ədəd kreslo, bir ədəd divan, beş ədəd “karniz”, 6 ədəd pərdə, bir ədəd soyuducu, iki ədəd çılçıraq, qab-qacaq, xalça- palaz, taxt dəsti, yorğan-döşəyin məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdehlər X4 və X5 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hədiyyə kimi verilmiş 300 manat dəyərində 3 qram çəkisi olan 1 ədəd qızıl üzük, 350 manat dəyərində 4 qram çəkisi olan 1 ədəd qızıl üzük, 400 manat dəyərində 5 qram çəkisi olan 1 ədəd qızıl üzük, 250 manat dəyərində 2,5 qram çəkisi olan 1 ədəd qızıl üzük, 600 manat dəyərində 7 qram çəkisi olan 1 ədəd qızıl üzük, 3000 manat dəyərində 30 qram çəkisi olan qolbaq və sep dəsti, 1500 manat dəyərində 4 qram çəkisi olan sırğa və üzük dəstinin, ümumi dəyəri 6400 manat dəyərində qızıl-zinət əşyalarının, çatışmayan cehiz əşyalarının və evə görə kompensasiyasının ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəm ədən xahiş etmişdir.
3. Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(026)-378/2022 nömrəli qətnaməsi ilə (hakim Mirələm Quliyev) ilk iddia təmin, qarşılıqlı iddia qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus cehiz əşyalarından ibarət əmlakların Şamaxı rayonu Mərzəndiyə kəndi ərazisində yerləşən ilkin iddia üzrə iddiaçı X1 məxsus evdən çıxarılması, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X4 və qarşılıqlı iddia üzrə cavabdeh X2 1000 manat dəyərində 1 ədəd 10 qram çəkisi olan qolbaq və 1 ədəd 300 manat dəyərində 3 qram çəkisi olan üzük və ya onların dəyərinin alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamə nin ləğv edilməsini, evin dəyərinin yarısının alınıb ona verilməsi, qızıl-ziynət əşyalarının qaytarılması barədə tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1065/2023 nömrəli iş üzrə 4 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(026)-378/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır
6. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
8. Bundan sonra, Cavabdeh Sumqayıt Apellyasi ya Məhkəməsi Mülki kollegiyasının 4 iyul 2023-cü il tarixli qətnaməsindən təkrarən kassasiya şikayəti verməklə yanaşı, ərizə ilə məhkəməyə müraciət edərək 4 iyul 2023-cü il tarixli qətnamədən kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə qərardad qəbul edilməsini xahiş etmişdir
9. Ərizənin əsaslarına görə, ona həmin qətnamənin ünvanına göndəriləcəyini və qətnaməni aldığı tarixdən 2 ay müddətində kassasiya şikayəti verməli olduğu bildirilmişdir, bu səbəbdən məhkəmə qətnaməsini ünvanında aldığı tarixdən 2 ay müddətində tərəfindən kassasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı ilə şikayət vermək müddətinin buraxılması əsası ilə kassasiya şikayəti geri qaytarılmışdır, bundan sonra ona məhkəmə qətnaməsinin elektron qaydada göndəril diyi və kassasiya şikayəti vermə müddətinin həmin tarixdən hesablandığı, bu səbəbdən onun qətnamədən kassasiya şikayəti vermə müddətinin buraxıldığı məlum olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə bağlı vəkil ona asan imza nömrəsini aldırmış və apellyasiya şikayəti verdikdən sonra asan imza nömrəsini ona qaytarmışdır və onun məhkəmə qətnaməsinin elektron məhkəmə sistemi vasitəsilə ona göndəriləcəyi və kassasiya vermə müddətinin həmin tarixdən hesablancağı barədə heç bir bilgi və məlumatı olmamışdır. Bunu bilmədiyi üçün qətnamədən kassasiya şikayətinin verilməsi müddətini buraxmışdır.
10. Sumqayıtı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 mart 2024-cü il tarixli, 2(105)-1065/2023 saylı qərardadı ilə qətnamədən kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizə təmin olunmamış, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər qaytarılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslarına görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi xx.xx.2023-cü il tarixdə Cavabdeh məxsus “Elektron məhkəmə informasiya” sistemində yaradılmış kabinetə yerləşdirilmiş, lakin həmin qətnamədən verilmiş kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinin məhkəmə işlərinin elektron idarəetmə sisteminə yerləşdirilməklə, kassasiya şikayətinin verilmə müddəti buraxılmışdır.
12. Məhkəmə kollegiyası cavabdehin ərizəsində göstərdiyi halı üzrlü hesab etməyərək qeyd etmişdir ki, qətnamənin surəti cavabdehə qanunla müəyyən olunmuş q aydada təqdim edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, prosessual müddətin üzrlü səbəbdən buraxılması müəyyən edilmədiyindən ərizə təmin edilə bilməz və cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır.
14. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini X8 130.1, 133.1, 135.5, 135.6, 405.0.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)Kassasiya şikayətinin dəlilləri
15. Apellyasiya instansiyası məhkəməsinin 5 mart 2024-cü il tarixli qərardadı ilə razılaşmayan Cavabdeh (vəkil X6) ondan kassasiya şikayəti verərək, qərardadın ləğv edilib, kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsinin əsası kimi MPM-in 135.6-cı maddəsinin göstərilməsi əsassızdır. Belə ki, qətnamə onun elektron kabinetində yerləşdirilsə də, telefonuna bu barədə SMS-lə məlumat göndərilməmişdir (elektron poçtu yoxdur). Ona bu barədə SMS-lə məlumat göndərilmiş olsaydı, bu barədə maraqlanar və qətnamənin elektron kabinetdə yerləşdirildiyi və kassasiya şikayətinin verilmə müddətinin həmin tarixdən hesablanmalı barədə məlumat əldə etmiş olardı. Lakin məhkəmə kollegiyası ”elektron kabinet”ində qətnamənin yerləşdirilməsi barədə elektron poçt, SMS və s. vasitəsilə ona məlumatın çatdırılmalı olması və müddətin belə məlumat çatdırıldıqdan sonra hesablanmalı olması barədə tələ binə münasibət bildirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz dail olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir
19. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallard a, onlar məhkəmə tərəfindən təyin edilir.
20. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
21. Maddə130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
22. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
23. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsin ə əsasən buraxılmış müddəti bərpa edir.
24. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan şikayət verilə bilər.
25. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində qərardadın ləğvi tələb edildiyi üçün, apellyasiya instansiyası məhkəməsinin məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Qarşlıqlı iddiaçı ötürülmüş prosessual müddətin bərpası barədə xahişini onunla əsaslandırmışdır ki, ona həmin qətnamənin ünvanına göndəriləcəyini və qətnaməni aldığı tarixdən 2 ay müddətində kassasiya şikayəti verməli olduğu bildirilmişdir, bu səbəbdən məhkəmə qətnaməsini ünvanında aldığı tarixdən 2 ay müddətində tərəfindən kassasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı ilə şikayət vermək müddətinin buraxılması əsası ilə kassasiya şikayəti geri qaytarılmışdır, bundan sonra ona məhkəmə qətnaməsinin elektron q aydada göndərildiyi və kassasiya şikayəti vermə müddətinin həmin tarixdən hesablandığı, bu səbəbdən onun qətnamədən kassasiya şikayəti vermə müddətinin buraxıldığı məlum olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə bağlı vəkil ona asan imza nömrəsini aldırmış və apellyasiya şikayəti verdikdən sonra asan imza nömrəsini ona qaytarmışdır və onun məhkəmə qətnaməsinin elektron məhkəmə sistemi vasitəsilə ona göndəriləcəyi və kassasiya vermə müddətinin həmin tarixdən hesablancağı barədə heç bir bilgi və məlumatı olmamışdır. Bunu bilmədiyi üçün qətnamədən kassasiya şikayətinin verilməsi müddətini buraxmışdır.
32. Apellyasiya instansiyası məhkəməsi bu dəlili həmin müddətin bərpa edilməsi üçün üzrlü səbəb saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin axımı qətnamənin xx.xx.2023-cü il tarixdə Cavabdeh məxsus “Elektron məhkəmə informasiya” sistemində yaradılmış kabinetə yerləşdirilməsi ilə başlamışdır. Kassasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinin məhkəmə işlərinin elektron idarəetmə sisteminə yerləşdirilmişdir.
33. Cavabdeh özü qəbul edir ki, elektron imza almış və bununla da onunla işləmək və izələmək qaydası ona aydın olması aşkar və mübahisəsizdir. Nəzərə alınmalıdır ki elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Cavabdehin göstərdiyi hallar isə müddətin üzürlü hesab edilərək bərpa edilməsi üçün əsas kimi qəbul edilə bilməz.
34. Kassasiya məhkəməsi hesab edir ki, apellyasiya məhkəməs inin mövqeyi əsaslı olduğundan buraxılmış müddətin bərpa olunmasına dair ərizənin təmin edilməməsi və qətnamədən verilmiş kassasiya şikayəti geri qaytarılması mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
35. Belə ki, Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
36. Beləliklə, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmədiyindən şikayət təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1065/2023 nömrəli iş üzrə 05 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.