Məhkəmə qərarları › İş №2(102)-1684/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1684/2025

20.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1684/2025 20.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): kassasiya şikayətinin qeyri-mümkünlüyü, prosessual müddətin buraxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlu oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “dövlət aktının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-87/2008 nömrəli, 7 aprel 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraa t qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gədəbəy rayonunun Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 22 nömrəli qərarı ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-0072 kod 50502018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ləğv edilməsini xahiş etmişdir

2. Gədəbəy Rayon Məhkəməsinin 10 may 2007-ci il tarixli, 2-81/2007 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

3. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 18 fevral 2008-ci il tarixli, 2(104)-87/2008 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Cavabdeh 26 iyul 2023-cü ildə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, lakin Gədəbəy Rayon Məhkəməsinin 31 may 2016-cı il tarixli “sənəd və işlərin məhv edilməsi” haqqında aktına əsasən 2-81/2007 nömrəli iş materialları məhv edildiyindən cavabdehin kassasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 3-7/1-B22xx-xx/2023 nömrəli məktubu ilə geri qaytarılmışdır.

5. Cavabdeh birinci instansiya məhkəməsinə müraciət edərək, 2-81/2007 nömrəli mülki iş üzrə icraatın bərpa edilməsini xahiş etmişdir.

6. Gədəbəy Rayon Məhkəməsinin 9 dekabr 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin ərizəsi təmin edilmiş edilmiş və 2-81/2007 nömrəli mülki iş üzrə icraat bərpa edilmişdir.

7. Bundan sonra cavabdeh 3 mart 2025-ci il tarixdə Gəncə Apellya siya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mülki işin materialları ilə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Gəncə şəhəri 2(104)-87/2008 nömrəli 7 aprel 2025-ci il tarixli qərardadı ilə (hakimlər – Günay Cavadova (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və İslam Həsənov) kassasiya şikayəti geri qaytarılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 2(104)-87/2008 nömrəli mülki iş üzrə 18 fevral 2008-ci il tаrixə təyin edilmiş son məhkəmə iclasında cavabdeh iştirak etmiş və həmin iclasda onun iştirakı ilə iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin “nəticə hissəsi” elan edilmiş, qətnamədən şikayət vermə müd dəti və qaydası izah edilmişdir. Cavabdehin nümayəndəsi kassasiya şikayəti üzrə kassasiyanın mümkünlüyünün yoxlanılmasına dair təyin edilmiş məhkəmə iclasında izahatında bildirmişdir ki, cavabdehin hüquqi savadı olmadığından vaxtında kassasiya şikayəti verməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, cavabdehin qətnamədən məlumatı olduğu halda qətnamənin qəbulundan 15 ildən artıq müddət keçdikdən sonra, yəni 26 iyul 2023-cü il tarixdə kassasiya şikayəti vermişdir. Cavabdehin hərəkətləri prosessual hüquqlardan suiistifadəyə yönəlmişdir.

11. Apellyasiya məhkəməsi qərardadını Mülki-Prosessual Məcəlləsinin 405, 408.1.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdehin nümayəndəsi kassasiya şikayəti ver ərək, qərardadın ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qətnaməni ümumiyyətlə almamışdır. Cavabdeh məhkəmə qətnaməsini almadığı və işin nəticəsi barədə məlumatı olmadığı üçün 20 iyul 2023-cü il tarixdə ərizə ilə apelyasiya instansiyası məhkəməsinə müraciət edərək qətnaməni rəsmi qaydada əldə etmiş, bundan dərhal sonra vəkillə müqavilə bağlayaraq müvafiq qətnamədən kassasiya şikayəti vermişdir. İş materialları mövcud olmadığı təqdirdə məhkəmənin hansı əsasla cavabdehin qətnaməni almağı barədə gəldiyi nəticə tamamilə əsassızdır. Bundan başqa, 2008-ci ildə cavabdehin adından kimin kassasiya şikayəti verməsi ona məlum deyildir. Əgər kassasiya şikayəti mövcuddursa həmin şikayətdəki imzanın cavabdehə məxsus olması faktı ekspertiza ilə müəyyənləşdirilə bilər. Əgər cavabdeh qətnaməni almış və kassasiya şikayəti vermişdisə, həmin şikayətin geri qaytarılması barədə qərardad cavabdehə niyə təqdim edilməmişdir. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə əldə heç bir sənəd olmamağına baxmayaraq, fərziyyələrə əsaslanır, eyni zamanda 2008-ci ildə apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qanunsuz və ədalətsiz qətnaməni ört-basdır etməyə planlanmışdır.

14. Qeyd olunanlardan başqa məhkəmə cavabdehin nümayəndəsinin məhkəmədə izahatını dəyişdirmiş və bununla bağlı nümayəndə tərəfindən məhkəmə iclas protokoluna qeyd verilmişdir. İzahatın dəyişdirilməsi də məhkəmənin nə dərəcədə ədalətsiz olmasının bariz sübutudur.

15. Apellyasiya instansiya məhkəməsi prosess ual hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki hallarına hüquqi qiymət verməmiş və nəticədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə etiraz edərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 aprel 2025-ci il tarixli qərardadının dəyişdirləmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

18. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

19. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

20. Maddə

405. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

21. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya baxışının hədləri

22. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunduğundan qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İşin hallarından görünür ki, Cavabdeh onun iştirakı ilə qəbul edilmiş və qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsinin 18 fevral 2008-ci il tarixli, 2(104)87/2008 nömrəli qətnaməsindən 26 iyul 2023-cü ildə kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

25. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, cavabdehin ərizəsi təmin edilə bilməz. 26. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənil ən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Bu normanın əsas tələblərindən biri hər hansı bir işə məhkəmələr tərəfindən “ağlabatan müddətdə” baxılmasını nəzərdə tutur. Avropa Məhkəməsi bir sıra qərarlarında bildirmişdir ki, hüquq sistemində məhkəmə qərarlarına müddətsiz nəzarət institutunun mövcud olması məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il, Volkova Rusiyaya qarşı iş üzrə 2005-ci il, Kutepov və Anikeyenko Rusiyaya qarşı iş üzrə 2005-ci il tarixli Qərarlar).

27. Avropa Məhkəməs Koem və digər ləri Belçikaya qarşı iş üzrə 2000-ci il 22 iyun tarixli Qərarında hüquqi müəyyənlik prinsipi baxımından işlərə “ağlabatan müddət”də baxılması şərtinin universal xarakter daşıdığını və hüquq sahələri baxımından istisnalıq təşkil etməməsini bildirmişdir. Bununla yanaşı, işə “ağlabatan müddət”də baxılması sübutların əhəmiyyətini itirməmək, onları düzgün və obyektiv qiymətləndirmək imkanını yaradır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, məhkəmə təcrübəsində “res judicata” (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Hüquqi qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir.

29. Konstitusiya Məhkəməsinin Plenumu S.Teymurovanın şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarında qeyd etmişdir ki, işlərin bütün məhkəmə instansiyal arında maddi və prosessual qanunvericiliyin normalarına riayət edilməklə həll olunması mahiyyət üzrə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və ədalətliliyinin hüquqi əsasını təşkil etməklə onların şübhə altına alınmasını istisna edir. C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, hüquqi müəyyənliyin əsas amili ondan ibarətdir ki, tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb etmək imkanı olmamalıdır.

30. MPM-nin 405.1-ci və 405.2-ci maddələrinin xx.xx.2009-cu il tarixədək qüvvədə olan redaksiyasına görə cavabdehin Gəncə Apellyasiya Məhkəməsinin 18 fevral 2008-ci il tarix li, 2(104)-87/2008 nömrəli qətnaməsindən qətnamə verildiyi vaxtdan 3 ay ərzində kassasiya şikayəti vermək hüququ olmuşdur. 2-81/2007 saylı iş saxlanma müddəti bitdiyi üçün məhv edildiyindən qətnamənin hansı tarixdə cavabdehə verildiyini müəyyən etmək mümkün olmasa da məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin 18 fevral 2008-ci il tarixli, 2(104)-87/2008 nömrəli qətnaməsi qəbul edildiyi gün məhkəmə iclasında iştirak etdiyindən qətnamə barədə məlumatı olmuşdur.

31. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, hazırkı halda cavabdehin 15 il əvvəl qəbul edilmiş və qanuni qüvvəyə minmiş qətnaməni kassasiya qaydasında mübahisələndirməyə cəhd etməsi işlərə “ağlabatan müddət”də baxılması prinsipinin pozulmasına, bu prinsipin poz ulması isə hüquqi müəyyənlik və ədalətli məhkəmə araşdırması prinsiplərinin pozulmasına əsas olur.

32. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-87/2008 nömrəli, 7 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar