Məhkəmə qərarları › İş №2(102)-1685/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1685/2021

01.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1685/2021 01.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X1 Cavabdeh QSC-nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əmək haqqının gecikdirilməsinə görə bir faizlik ödənc (172-ci madə 5-ci bənd). Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı X1, onun vəkili Vəkil1, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı əmək haqqı üzrə 3808,93 manatın, əmək haqqının gecikdirilməsinə görə 10519,17 manatın, əmək haqqının gecikdirilməsi nəticəsində dəymiş 5000 manat mənəvi zərərin, ümumilikdə isə 19326,10 manatın Cavabdeh QSCdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6875/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı X1 və Cavabdeh QSC tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh şirkət arasında xx xxxxx 2018-ci il tarixdən əmək müqaviləsi bağlanmasına dair portalda qeydlər aparılmışdır. Həmin qeydlərə əsasən iddiaçı Cavabdeh QSC-də baş hüquqşünas vəzifəsində işləmiş və əmək haqqı 200 manat müəyyən edilmişdir. İddiaçı iddia edir ki, əmək müqaviləsi bağlandığı xx xxxxx 2018-ci il tarixdən işdən azad olunduğu xx.xx.2019-cu il tarixə qədər işəgötürən ona əmək haqqı öd əməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək haqqı üzrə 3808,93 manatın, əmək haqqının gecikdirilməsinə görə 10519,17 manatın, əmək haqqının gecikdirilməsi nəticəsində dəymiş 5000 manat mənəvi zərərin, ümumilikdə isə 19326,10 manatın Cavabdeh QSC-dən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır: “24” aprel 2018-ci il tarixdən o, Cavabdeh QSC-də baş hüquqşünas vəzifəsində işləmiş və işəgötürənin mənafeyini məhkəmə orqanlarında, digər idarə, müəssisə və təşkilatlarda, habelə hüquq mühafizə orqanlarında müdafiə etmiş, rəhbərliyinin hüquqi xarakterli digər göstərişlərinin yerinə yetirmiş, məhkəmə i şlərinin nəticələrini öyrənmiş və ümumiləşdirmiş, müqavilələrin bağlanması və icra praktikasını analiz etmiş, iddialar, arayışlar, hesabatlar, izahatlar hazırlamışdır. xx xxxxx 2018-ci il tarixdən onunla işəgötürən arasında əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində iddiaçı əlavə iş yeri üzrə işə qəbul edilmiş və əmək haqqı 200 manat müəyyən edilmişdir. Əsas ödənişlər üzrə cavabdehin qeyd olunan müddət üçün borcu ümumilikdə 3806,93 manat təşkil edir. Lakin xx xxxxx 2018-ci il tarixdən işdən öz xahişi ilə azad olunduğu günə kimi, yəni xx.xx.2019cu il tarixədək işəgötürən tərəfindən ona hər hansı ödəniş edilməyib. Əsas və digər ödənişlərinin ödənilməsi üçün cavabdehə xx xxxxxx 2020-ci il tarixdə iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər həlli qaydasında riayət edilməsi məqsədilə rəsmi müraciət edilmişdir, lakin nəticəsiz qalmışdır. Həmin məktub bugünkü günə qədər cavabsız qalmışdır. Odur ki, bununla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşəgötürən tərəfindən əmək haqqının vaxtında ödənilməməsi şəxsi və ailə həyatında ciddi maddi və mənəvi problemlərin yaranmasına səbəb olmuşdur. Belə ki, işəgötürən tərəfindən maaşının vaxtında verilməməsi ilə əlaqədar o, uzun müddət ailə və şəxsi həyatında gərgin narahatlıq və stress yaşamış, mənəvi sarsıntı və iztirab keçirmiş, bu isə ona mənəvi ziyan vurmuşdur. İddiaçının işdən öz xahişi ilə azad olunduğu günə kimi, yəni xx.xx.2019-cu il tarixinədək olan hesaba görə cavabdeh ödənişin hər gecikdirilmiş gün üçün 1 faiz hesablanmaqla ona cəmi 10 519,17 manat məblə ğində ödənc verilməlidir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-1412/2020 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim S.Ədilova) iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi qət edilmişdir.

4. İddianı rədd edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 375.2, Əmək Məcəlləsinin 44.3, 172.1-172.6-cı maddələrinə istinad etmişdir. a) Apelyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər- E.Kazımov (sədrlik edən və məruzəçi) E.Həsənov və F.Babayev ) xx xxxxxxx 2020-ci il tarixli, 2(103)6898/2020 nömrəli qətnaməsi ilə hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)1412/2020 nömrəli qətnaməsi ləğv edilərək, idd ia qismən təmin edilmiş, Cavabdeh qapalı səhmdar cəmiyyətindən 2000 (iki min) manat əmək haqqı, 600(altı yüz) manat əmək haqqının gecikdirilməsinə görə ödənc, cəmi 2600(iki min altı yüz) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5, 172.6, 195-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

6. İddiaçı apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin olunması dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mə hkəmə iddia müddətini tədbiq edərkən iddia müddətinin axımının başlanğıcını düzgün müəyyən etməmişdir. Əmək münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Əmək müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əmək haqqı ödənişləri ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti əmək müqaviləsində əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Beləliklə, əmək haqqının ödənilməsi öhdəliyi icra müddəti müəyyənləşdirilmiş öhdəliklər kimi qiymətləndirilməlidir, çünki burda konkret olaraq öhdəliklərin son icra müddəti göstərilməkdədir.

8. Cavabdeh QSC apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini x ahiş etmişdir.

9. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan apelyasiya instansiyası məhkəməsi iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı və Mülki Prosessual Məcəllənin 88 və 218.1-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı Rəhimov Rəhim Rəhimxanoviç və onun vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişlər.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat verərək şikayətin təmin olunmasını, iddiaçının kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xah iş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

13. Maddə 172.,5-ci bənd. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

14. Həmin normanın qeyd hissəsində deyilir: Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı o lan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

15. Maddə 296., 4-cü bənd. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərəri n ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

20. Maddə 418.1., Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

21. Maddə 417.1.4. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş ma teriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Hər iki tərəfin kassasiya şikayətində iddia müddətinin Apelyasiya Məhkəməsi tərəfindən düzgün tətbiq olunmaması barədə dəlillər yer alır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddia müddətinin başlanması anı və tətbiqi ilə bağlı apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

24. Həmin məsələ ilə bağlı iddiaçının bir dəlili də ondan ibarətdir ki, cavabdeh tərəfin ərizəsi olmadan məhkəmə iddia müddətini tətbiq etmişdir. Pul və digər əmlak tələbləri ilə əlaqə dar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər (ƏM.m.296.4). İddiaçının iddia ərizəsi birinci instansiya məhkəməsinin icraatına xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Deməli, iddia müddəti 2019-cu ilin fevral ayına qədər olan dövr üzrə tətbiq edilə bilər. İddiaçı cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim etmədiyini bildirsə də bu dəlil əsaslı hesab edilə bilməz. Çünki, cavabdeh tərəf iddia ərizəsinə etiraz təqdim etmiş və həmin etirazda iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi xahiş edilmişdir (bax.iş.v.41-42). Vacib deyil ki, ərizə iddia müddətinin tətbiqi barədə ayrıca müraciət formasında tərtib edilsin. Əsas o dur ki, cavabdeh bununla bağlı etirazını bildirmiş və müddətin tətbiqini tələb etmiş, iradəsini ifadə etmişdir.

25. Tutulmalı olan əmək haqqının məbləği ilə bağlı da Apelyasiya Məhkəməsinin mövqeyi düzgün olmuşdur. Beləki, iddiaçı 2019-cu ilin fevral ayından əmək müqaviləsinə xitam verildiyi xx xxxxxx 2019-cu il tarixə qədər, yəni 10 ay üçün əmək haqqını tələb edə bilər. Aylıq əmək haqqı isə işdə olan sənədlərə əsasən 200 manat olmuşdur. Cavabdehin 10 ay üzrə iddiaçıya ödəməli olduğu əmək haqqının cəmi 2000 manat təşkil edir.

26. Cavabdeh iddia tələbinə etirazda tərəflər arasında əmək müqaviləsi olmadığından əmək münasibətlərinin də mövcud olmadığını bildirsə də bu halı sübuta yetirə bilməmişdir. Portalda iddiaçının xx xxxxx 2018-ci il tarixdən cavabdeh Cəmiyyətdə baş hüququşunas vəzifəsin ə təyin olunmasına dair həmin tarixli 002/18K nömrəli Cəmiyyətin direktorunun əmrinin olmasına dair qeydlər var. Həmin əmrdə əsas kimi iddiaçının xx.xx.2018-ci il tarixli ərizəsinin və xx.xx.2018-ci il tarixli 001/18 nömrəli əmək müqaviləsinin olması göstərilmişdir. Bundan əlavə, əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişləri də tərəflər arasında qeyd olunan dövrdə əmək münasibətlərinin mövcud olduğunu təsdiq edir. Tərəflər arasında kağız daşıyıcıda olan əmək müqaviləsinin məhkəməyə təqdim edilməməsi tərəflər arasında əmək münasibətlərinin ümumiyyətlə olmadığını deməyə əsas vermir. Cavabdeh tərəf iddiaçının ona edilmiş etibardan istifadə e dərək portala daxil olmaqla özünə saxta əmək müqaviləsi bağlaması dəlilini irəli sürsə də, bu halı sübuta yetirə bilməmişdir.

27. Məhkəmə kollegiyası iddiaçıya hər gecikdirilmiş gün üçün 600 manat pul tutulması ilə bağlı Apelyasiya Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Beləki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir (ƏM.m.172.5).

28. Həmin məsələ ilə bağlı məhkəmə kollegiyasının mövqeyi fərqlidir. Beləki, Apelyasiya Məhkəməsinin tətbiq etdiyi normanın (ƏM.m.172.5) dispozisiya şərtlərindən gö ründüyü kimi əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmadıqda normada qeyd olunan qaydada ödənc hesablanır. Normanın qeyd hissəsində deyilir: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

29. Hazırkı işdə cavabdeh təşkilat iddiaçını işçi kimi qəbul etmir, hesab edir ki, şirkət uzun müddət əvvəl fəaliyyətini dayandırmış, heç bir işçiyə əmək haqqı verilməmiş, şirkətdə işçi olmamış, mühasibatlıq aparılmamış, iddiaçıya əmək haqqı hesablanmamışdır. Cavabdeh bildirir ki, iddiaçı eyni təsisçiyə aid olan digər şirkətdə-“xxxx”MMC-də işləməklə bu imkandan istifadə edərək özü ilə əmək müqaviləsi bağlanmasına dair portalda qeydlər aparmış və iki ildən sonra işdən çıxma barədə ərizə verərək ödənilməmiş əmək haqqı tələb etmişdir.

30. Göründüyü kimi cavabdeh təşkilat idd iaçını işçi kimi qəbul etməmiş, ona əmək haqqı hesablamamış, bununla bağlı mühasibatlıq aparmamış və fərdi əmək mübahisəsi açır. 1-ci instansiya və apelyasiya icraatında da cavabdehin etirazları onunla bağlı olmuşdur ki, iddiaçı şirkətin işçisi deyil. Məhz buna görə Apelyasiya Məhkəməsi həmin halla bağlı ayrıca dəyərləndirmə aparmışdır.

31. Əmək Məcəlləsinin 172.5-ci maddəsinin mənasına görə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc o halda verilə bilər ki, birincisi, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilmiş olsun; ikincisi, bu hal fərdi əmək mübahisəsi yaratmamış olsun.

32. Məcəllənin 287-ci maddəsində göstərilir ki, fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, hab elə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

33. Bu maddə həm mahiyyət etibarilə işçinin əmək haqqını vaxtında ala bilməməsinə görə məruz qaldığı itkilərin kompensasiyasını, həm də işəgötürənləri əmək haqlarının ödənilməsində gecikdirmələrdən çəkindirmək məqsədilə müəyyən olunmuş qanuni maliyyə sanksiyasını təşkil edir. Bu səbəbdən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödənişin məhkəmə qaydasında tələb edilməsinin qanunvericiliyin tələbləri nəzərə alınmadan istənilən halda fərdi əmək mübahisəsi kimi qəbul edilməsi və qeyd olunan əsasla həmin tələblərin rədd olunması yolverilməzdir. Əks yanaşma əmək qanunvericiliyinin vəzifə və prinsiplərinə, o cümlədən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla bərabər həmin maddəni tətbiqi mümkünsüz olan əhəmiyyətsiz normaya çevirmiş olar və işçiləri gecikdirilən vaxta görə məruz qaldıqları itkinin kompensasiyasını qanunla tələb etmək hüququndan məhrum edərdi.

34. Halbuki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquq i təminat yaradılması prinsiplərinə əsaslanır (maddə 3).

35. Bu baxımdan əgər tərəflər arasında əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa, yəni işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzürsüz səbəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa həmin mübahisəyə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi tətbiq edilməli və hesablanmış ödənc işəgötürəndən tutulmalıdır. Lakin, əgər əmək haqqı borcunun yarandığı tərəflər arasında mübahisəyə səbəb olursa, onda qeyd olunan ödənc tutula bilməz. Çünki həmin vəziyyətdə işəgötürən ümumiyyətlə əmək haqqı borcunun olmadığını iddia etdiyi üçün tələb olunan pulun verilmədiyi faktı özü-özlüyündə işəgötürənin təqsiri üzündən gecikdiril mə kimi qəbul oluna bilməz. Belə borcun olub-olmadığı yalnız mübahisənin səlahiyyətli orqan və ya məhkəmə tərəfindən həlli nəticəsində müəyyən edilir.

36. Məcəllənin 172-ci maddəsinin qeydindən də göründüyü kimi «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» ifadəsi, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Göründüyü kimi maddədə söhbət tərəflərin mövcudluğunu mübahisəsiz qaydada qəbul etdikləri əmək haqqının gecikdirilməsindən gedir.

37. Baxılan iş üzrə fərdi əmək mübahisənin predmetini məhz cavabdehin idd iaçıya əmək haqqı borcunun mövcud olub-olmadığı təşkil etmişdir. Cavabdeh iddiaçıya əmək haqqı borcunun olduğunu mübahisələndirmiş, borcun yarandığı yalnız baxılan mübahisənin məhkəmə qaydasında həlli nəticəsində müəyən edilmişdir.

38. Bu baxımdan hazırkı iddia tələbi üzrə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istinadla hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödənc verilməsinə hüquqi əsas yoxdur.

39. Qeyd olunan məsələ ilə bağlı Apelyasiya Məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etmədiyi üçün qətnamə həmin hissədə ləğv olunaraq iddia həmin hissədə təmin edilməməlidir.

40. Hər iki tərəfin şikayətlərinin digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apelyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır.

41. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh QSC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6875/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi əmək haqqının gecikdirilməsinə görə 600 manat tutulması hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi təmin edilməsin. İddiaçı X1 kassasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar