Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1687/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-****/21 (Açar sözlər: istifadə hüququnun itirilməsi, mənzilə köçürülmə) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(10 3)-****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “yaşayış hüququnun itirilməsi və pasport qeydiyyatından çıxarma” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Bakı şəhəri, Ünvan1 saylı evin, ***** nömrəli mənzilindən yaşayış hüququnun itirilməsi, onun həmin mənzildən passport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərə k, onun cavabdehə məxsus olan ünvan1 ünvanında yerləşən mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ****** rayonu, ***** şöbəsinin *** №-li qeydi ilə xx xxxx 1986-cı il tarixdə rəsmi nikaha daxil olmaqla, ailə qurmuşdur. O, ailə həyatı qurduqdan sonra onlar bir ilə yaxın müddətdə ****** rayonu, ***** kəndində yaşamışlar. Lakin kənddə iş olmadığı üçün onlar ***** şəhərinə gəlib, müxtəlif ünvanlarda kirayə yaşamışlar. Cavabdehi Bakı şəhərində işə düzəltmək məqsədi ilə ailə üzvlərinin razılığı əsasında X2 məxsus olan ünvan 4 ünvanına qeydiyyata almışlar və o, Bakı şəhərində qeydiyyata düşəndən sonra “Azərelektroterm” İsteh salat Birliyinə işə düzəlmişdir. Onların birgə nikahdan üç övladları var. 2015ci ildə Cavabdeh özünə məxsus əşyalarını götürüb, yaşadıqları mənzili tərk edərək, əvvəllər yaşadığı ****** rayonu. ***** kəndinə getmişdir. Bu müddət ərzində o, ailəsi ilə maraqlanmamış və birgə nikahdan olan qızlarına heç bir maddi və mənəvi dəstək olmamışdır. Cavabdeh nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(010)-*****/2015 saylı qətnaməsi ilə xx xxxx 1986-cı ildə bağlanmış nikah pozulmuşdur. X2 xx xxxxxx 2019-cu il tarixdə vəfat etdiyinə görə, atasının vərəsələri həmin mənzilin onun adına rəsmiləşdirilməsi barədə razılıq verdikləri üçün, mübahisəli mənzili öz adına Seriya XXX № *****qeydiyyat vəsiqəsi ilə rəsmilə şdirmişlər. Cavabdeh səkkiz ay bundan öncə onun və qızı X1 uşaqları ilə birlikdə yaşadıqları mübahisəli mənzilə gələrək, nəvələrini görmək istədiyini bildirmişdir. Bundan sonra cavabdeh dəfələrlə onların mənzilinə gəlmiş və bir dəfə özünü xəstəliyə vuraraq mənzildə gecələmişdir. Sonradan o, mənzilə gəlmiş və mənzildən bir daha getməyəcəyini bildirmişdir. O, cavabdehdən dəfələrlə mənzilini tərk edilməsini tələb etsə də, sonuncu mənzildə qeydiyyatda olduğunu və mənzilin hüquqi sahiblərindən biri olduğunu bildirərək mənzili tərk etməkdən imtina etmişdir. Hazırda isə cavabdeh qanun pozuntularına əl atır, onu hədələyir. İddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə xx xxxx 1986-cı ildə rəsmi nikaha daxil olmuş, 1987-ci ildə keçmiş qaynatasının adına olan ünvan6 ünva nında yerləşən mənzilinin dəyərini ödəyərək, həmin mənzilin qeydiyyatına düşmüş və mənzilə köçüb orda yaşamağa başlamışlar. İddiaçı ilə aralarında olan xasiyyət uyğunsuzluğuna görə onun iddiasına əsasən Suraxanı rayon məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(010)-****/2015 saylı qətnaməsi ilə aralarında olan nikaha xitam verilmişdir. Cavabdeh öz iddia ərizəsində işə düzəlmək adı ilə Bakı şəhərinə gəlib onların mənzilinə qeydiyyata düşdüyünü bildirsə də, bu tamamilə belə deyil, çünki xx xxxx 1984-cü ildən “************” İstehsalat Birliyində işləməyə başlamış və bu nikahdan əvvəl olmuşdur. Eləcə də İddiaçı mübahisəli mənzilin atasının mülkiyyətində olduğu və ona vərəsələrin razılığı ilə keçdiyini bildirsə də, həmin mənzil X4 order əsasında məxsus olmuş və həmin mənzil atası öldükdən sonra onun razılığı əsasında İddiaçı adına keçirilmişdir. Bundan sonra isə sonuncuya qeydiyyat vəsiqəsi verilmişdir. Həmin mübahisəli mənzildə o, cavabdehlə birlikdə yaşayıa birgə təsərrüfat aparmış, mənzilin təmirində və kommunal ödənişlərdə daimi iştirak etmişdir. Ona aid olan əşyaları, elektro texnika əşyaları da hazırda mənzildədir. Lakin cavabdeh 2020-ci ilin yanvar ayında onu qeydiyyatdan çıxarmaq iddiası ilə məhkəməyə müraciət etmiş, fevral ayının axırında isə işdən qayıtdığı zaman qapının qıfılının dəyişdirildiyini aşkar etmişdir. Onun bütün geyim əşyaları, hətta şəxsiyyət vəsiqəsi orada qalmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2020-ci il tarixli 2(010)-*****/2020 nömrəli qətnaməsi ilə (hakim Anar Qasımov) ilk iddia tələbini n təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh qeydiyyatda olduğu ünvan 6 ünvanında yerləşən mənzilinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri ********* yaşayış sahəsinidəki *****a №-li yaşayış evinin ***** saylı mənzili Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında qanununa uyğun olaraq X3 adına qeydiyyata alınmış və bu zaman Cavabdeh buna razı olduğuna dair yazılı ərizə vermişdir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri, ********** yaşayış sahəsində yerləşəm ***** saylı evin ***** nömrəli mənzilindən istifadə hüququna malik olan şəxs kimi qəbul edilməlidir. Bu zaman məhkəmə ilk növbədə nəzərə alır ki, 1988 -ci ildən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin mənzildə yaşamış, pasport qeydiyyatına alınmış və mübahisəli mənzilin özəlləşdirməsində iştirak etmişdir. Onun mübahisəli mənzildə yaşamaqla qarşılıqlı iddia üzrə cavabdehlə birlikdə təsərrüfat aparması, mübahisəli mənzilin özəlləşdirməsində iştirak etməsi tam sübuta yetirilir. Belə olduğu halda məhkəmə hesab edir ki, mülkiyyətçi İddiaçı Bakı şəhəri, Ünvan1 saylı evin, ***** nömrəli mənzili üzərindəki mülkiyyət hüquqları dövlət tərəfindən tanınan və qorunan hüquq olduğu kimi, Cavabdeh da həmin mənzili üzərindəki istifadə hüquqları dövlət tərəfindən tanınan və qorunan hüquqdur, həmçinin onun həmin mənzildən istifadə hüquqları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən mülkiyyətçi İddi açı tərəfindən pozulmaqdan müdafiə edilir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 27, 43cü, xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 123-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 158.4-cü, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasında “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarı əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv ed ilməsini və iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(010)-****/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri, Ünvan1 saylı evin ***** nömrəli mənzilindən istifadə hüququnun yaranmış olduğu mübahisəli deyildir; tərəflərin mübahisə etdikləri hal, onun həmin mənzilə istifadə hüququnun qalıbqalmaması ilə bağlı dır; ilkin iddia üzrə iddiaçı, keçmiş həyat yoldaşının mənzilə istifadə hüququnun itirilmiş hesab olunduğunu, Cavabdeh isə 2020-ci ilin fevral ayına qədər mənzildə yaşadığını, bu tarixdən sonra S10 onu mənzilə buraxmadığını və mənzildə hazırda da əşyalarının olduğunu irəli sürmüşlər. Kollegiya, Bakı şəhərində işlədiyi və bu şəhərdə başqa yaşayış sahəsi olmadığı müəyyən edilən Cavabdeh 30 ildən artıq müddətdir yaşadığı, qeydiyyatda olduğu, cari təmirində və saxlanılmasında iştirak etdiyi mənzildən könüllü və birdəfəlik çıxıb getməsinin ağlabatan olmadığını da nəzərə almaqla onun arqumentini inandırıcı hesab edir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunmuşdur ki, bu cür mübahisələr zamanı məhkəmə, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədləri (şəxsin yaşayış yerindən qeydiyyatdan çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və s. bu kimi halları təsdiq edən sənədləri) tələb etməlidir; hazırki işdə isə belə sənədlər mövcud deyildir. Bu baxımdan kollegiya hesab edir ki, işdəki sübutların məcmusu Cavabdeh mübahisəli mənzildən daimi yaşamaq üçün getdiyi qənaətinə gəlməyə əsas verməməklə, mənzilə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olmadığını təsdiq edir. Bu qənaətə gələrkə n kollegiya onu da nəzərə alır ki, iş materiallarında olan “Cinayət haqqında məlumatın istintaq aidiyyatı üzrə göndərilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan da Cavabdeh 2020-ci ilin yanvar ayının 25-nə qədər sözügedən mənzildə yaşadığı və bu tarixdə S10 ilə arasında yaranmış münaqişə səbəbilə evi tərk etdiyi aydın olur. Kollegiya hesab edir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüquqları olduğundan o, bu hüququn ona tanıdığı imkandan istifadə edərək həmin evə köçürülməsini tələb, məhkəmə də haqlı olaraq bu tələbi təmin etmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (vəkili Vəkil2) kasasiya şikayəti verərək apelyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və mülki prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. İşə baxan məhkəmə qanunvericiliyin tələblərinə zidd olaraq ədalətsiz qətnamə qət etmişdir. Belə ki, Bakı şəhəri,********** yaşayış sahəsində yerləşən ****** saylı evin ***** nömrəli mənzili onun valideynlərinə məxsus ev olmaqla onların ölümündən sonra xx xxxxxx 1998-ci ildə Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsi ilə onun adına sənədləşməklə mülkiyyətç isidir və Cavabdeh xx xxxxxxxx 1998-ci il tarixdə həmin mənzildə qeydiyyata düşmüşdür. Hal-hazırda Cavabdeh onun evində qeydiyyatda olması onun mülkiyyət hüququnu açıq-aşkar pozur. Yəni o, həmin yaşayış evini hal-hazırda satıb Bakı şəhərində həyət evi almaq istəyir. Lakin həmin şəxsin göstərilən ünvanda qeydiyyatda olması və hal-hazırda harada yaşamasını bilmədiyi üçün bu hal alqı-satqının həyata keçirilməsinə mane olur. Belə ki, Cavabdeh artıq 2014-2015-ci il tarixdən özünə məxsus əşyalarını da aparmaqla bu ünvandan köçüb getmiş və xx xxxx 1986-cı il tarixli birgə nikahları Suraxanı rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli Qətnaməsi əsasında pozulmaqla ər-arvad münasibətlərinə 5 ildən artıqdır ki, son qoyulub və bir yerdə yaşamırlar və bir yerdə, yəni bir mənzildə yaşamağımız mümkün deyil, Cavabdeh dəfələrlə onu döyüb, təhqir edib. Suraxanı rayonu Polis İdarəsinin 33-cü Polis Bölməsində bu barədə araşdırmalar aparılıb və materiallar İstintaq Şöbəsinə göndərilib. Nəticə olaraq bədbəxt hadisə baş verə bilər. Cavabdeh 2014-2015-ci il tarixdən istifadə hüququnu itirmişdir. Cavabdeh qeydiyyatda qalması onun mülkiyyət hüququnu pozur. Eyni zamanda Cavabdeh istifadə hüquqlarının yaranması üçün mülkiyyətçi ilə, yəni onunla arasında notariat qaydada təsdiq olunan razılaşma olmalıdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddia çı və vəkili Vəkil2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili Vəkil1 kasasiya şikayətinə etiraz edərək. Şikayətin əsassız olduğunu bildirib, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbayca n Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına əsasən, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi: Maddə 53.1 Kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə y etirməlidirlər. Maddə 53.3 Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Maddə
60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə
123. Yyaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Re spublikasının Mülki Məcəlləsi: Maddə
27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə v ə qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya ) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün ə sas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda tərtib edilmiş, ilkin iddiaçı kasasiya şikayətində yalnız işin hallarını qeyd etməklə kifayətlənmiş, apelyasiya kollegiyası tərəfindən hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsini, pozuntunun nədə ifadə edilməsini göstərə bilməmişdir. Kasasiya yoxlaması zamanı isə müəyyən edilmişdir ki, ilkin iddia üzrə cavabdehin mübahisəli mənzildən istifadə hüququ vardır. Onun mübahisəli mənzili daimi yaşamaq üçün tərk etməsi iş materialları ilə öz təsdiqini tapmır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi ü çün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-******/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Mehparə Əhmədova Hakimlər: Ələsgər Əliyev İsmayıl Xəlilov