Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1688/2021 03.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X1 (üçüncü şəxs X) qarşı iş üzrə QƏRARİ Açar sözlər: Kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-235/2020 nömrəli iş üzrə 26 oktyabr 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı X üçüncü şəxs qismində cəlb olunmaqla Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz tiklinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılması və qanunsuz tikintinin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 19.02.2019-cu il tarixli 2(094)-26/2019 saylı qətnaməsi ilə (hakimR.Mustafayev) iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı məxsus torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi qət edilmişdir.
3. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Gürgan qəsəbəsi, E.Hüseynov küçəsinin qərbdə yerləşdiyi 1650 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olsada, iddiaçının sahiblik və istifadəsindədir. İddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmasa da, mülkiyyətçi hüquqları əmlaka sahiblik edən şəxs olaraq iddiaçıya mənsubdur. Həmin torpaq sahəsinin faktiki ölçüsü 1650 kv.metrdir və torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikili inşa olunmuşdur. Bu isə iddiaçının qanunla qorunan hüquq və mənafelərinə ziddir.
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2, 152.3, 157.2, 157.8-ci, Torpaq Məcəlləsinin 111-ci, Mülki Prossesual Məcəllənin 77.1, 217.4 -cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
5. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
6. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.03.2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseyn (sədrlik edən və məruzəçi), R.Qurbanov və Ş.Məhərrəmova) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-26/2019 saylı, 19 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbləri rədd edilmişdir.
7. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır.
8. Belə ki, iddiaçı tələbinin əsası kimi mübahisəli 1650 kv.m torpaq s ahəsinin 21.05.2007-ci il tarixli 12 saylı “torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən X tərəfindən ona 99 il müddətinə icarəyə verilməsinə istinad etsə də, həmin torpaq sahəsinin ona ayrılması barədə hüquqmüəyyənedici sənədlərin əsli və ya notarial qaydada təsdiq edilmiş surətlərini, eləcə də torpaq sahəsinin yerləşmə sxemini nə birinci instansiya məhkəməsinə, nədə ki, məhkəmə kollegiyasına təqdim etməmişdir. Eyni zamanda torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması barədə sübutunu təqdim edə bilməmişdir.
9. Məhkəmə kollegiyası tərəfindən mübahisəyə obyektiv baxılmasının təmin edilməsi məqsədilə iş üzrə 15.05.2019-cu ildə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Qeyd olunan ekspertizasını icrası ilə bağlı Azərbaycan Respublikası Əml ak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01.10.2019-cu il tarixli **********36 saylı məktubu və ona əlavə edilmiş arayışdan müəyyən edilmişdir ki, Xidmətin yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifov tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilib naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. İş üzrə iddia edilən torpaq sahəsinə dair hüquqmüəyyənedici, həmçinin torpaq sahəsinin texniki göstərcilərini əks etdirən sənədlərin (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü, sxem və s) rəsmi surətdə təqdim edilməməsi səbəbindən müvafiq rəyin verilməsi mümkün olmamış, bu səbəbdən iş materialları ekspertiza keçirilmədən geri qaytarılmışdır.
10. Pirallahı rayonu X2 rayon Məhkəməsinə ünvanladığı 08 saylı, 06 fevral 2019-cu il tarixli məktubundan müəyyən olunur ki, “Pirallahı rayonunun ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 588-İVQ nömrəli Qanununa və həmin Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 mart tarixli 2801 nömrəli Sərəncamına əsasən ayrılma yolu ilə yeni Gürgən bələdiyyəsi təşkil edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının İİ hissəsinə əsasən bələdiyyələr seçkilər əsasında yaradılır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarə hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə s eçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2014-cü il 21 oktyabr tarixli 4/25 saylı Qərarı ilə növbəti bələdiyyə seçkiləri 2014-cü il 23 dekabr tarixində keçirilmiş və seçkilərin nəticələri Mərkəzi Seçki Komissiyasının 2015-ci il yanvar tarixli iclasında təsdiqlənmişdir. Bakı şəhəri Pirallahı rayonunun ərazisində yeni yaradılmış Gürgən bələdiyyəsi 2015-ci il 27 yanvar tarixində 01 saylı protokola əsasən fəaliyyətə başlamışdır. Qeyd olunanlara əsasən bildirilmişdir ki, Gürgən bələdiyyəsi fəaliyyətə başladığı vaxtdan hal-hazıradək torpaq sahəsi ayırmamış və qeyd etdiyiniz məsələ ilə bağlı bələdiyyə arxivində məlumat müəyyən edilməmişdir. Eyni zamand a, “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 dekabr tarixli 1184 nömrəli Fərmanının 1-ci bəndinə əsasən 2017-ci il yanvarın 1-dən etibarən bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə bağlı məsələlər ümumiyyətlə müvəqqəti dayandırılmışdır.
11. Bundan başqa iş materiallarına əlavə edilmiş sənədlərdən Gürgan qəsəbəsi, E.Hüseynov küçəsinin qərb tərəfindən yerləşən 1650 kv.m torpaq sahəsi üzərində X mülkiyyət, iddiaçının isə icarə hüquqlarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və rəsmiləşdirilməsi müəyyən olunmur.
12. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüqu qa malik olduğunu təsdiq etmək üçün ilk növbədə onun özünün qanuni istifadəsində olduğunu iddia etdiyi torpaq sahəsinə dair qanunla müdafiə olunan sahiblik, istifadə və ya sərəncam hüquqlarını təsdiq edən sübutlar təqdim etməli idi.
13. İddiaçı bunu təsdiq edən sübut qismində birinci instansiya məhkəməsinə ona müvafiq torpaq sahələrinin 99 il müddətinə icarəyə verilməsi barədə icarə müqaviləsinin kserosurətini təqdim etmiş, lakin həmin müqavilənin və onun verilməsinə əsas olmuş sənədlərin əsli və ya təsdiq edilmiş surətlərini, həmçinin torpaq sahəsinin dəqiq sərhədlərini müəyyən edən plan-cizgi, ayrıc aktı və digər hər hansı yer quruluşu sənədi təqdim etməmişlər. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən sorğu verilsə də, belə bir sənədin mövcudluğu barədə sənədlər aşkar edil məmişdir.
14. Göründüyü kimi iş üzrə iddiaçının təqdim etdiyi torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin kserosurəti əsasında cavabdehin sənədsiz istifadəsində olan torpaq sahəsinin məhz 2007-ci ildən iddiaçıya ayrılmış torpaq sahəsi olduğunu müəyyən etmək və bu torpaq sahəsindən qanuni istifadə (onlara qanunsuz müdaxilə) ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüquqlara malik olduqları barədə nəticəyə gəlmək mümkün deyildir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir
16. Ali Məhkəmənin 23 sentyabr 2020-ci il tarixli, 2(102)-5387/2020 saylı qərardadı ilə (hakim E.Vəliyeva) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)235/2020 saylı, 04 mart 2020-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməməsi, kassasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.
17. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi qeyd edilsə də, həmin pozuntuların nədən ibarət olması göstərilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-235/2020 nömrəli iş üzrə 26 oktyabr 2020-ci il tarixli qərardadı ilə ( hakimlər A.Hüseyn (sədrlik edən və məruzəçi), V.Baxışova və A.Nuriyeva) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(10 3)-235/2020 saylı, 04 mart 2020-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
19. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Ali Məhkəmənin 23 sentyabr 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi qeyd edilsə də, həmin pozuntuların nədən ibarət olması göstərilməmişdir.
20. Azərbaycan Respublikası MPM-nin 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir.
21. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya ş ikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
22. Azərbaycan Respublikası MPM-nin 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti MPM-in 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə kassasiya şikayəti qaytarılır.
23. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərini, Ali Məhkəmənin 23 sentyabr 2020-ci il tarixli, 2(102)-5387/2020 saylı qərardadında qeyd olunan göstərişlərin məcburiliyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayət i geri qaytarılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və kassasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün icraata qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər han sı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
28. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
29. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara ist inad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə
32. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. (maddə 407.1.4)
33. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. (407.2)
34. Ka ssasiya şikayəti MPM-in 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə kassasiya şikayəti qaytarılır. (maddə 408.1.1)
35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düz gün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə koll egiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-235/2020 nömrəli iş üzrə 26 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.