Məhkəmə qərarları › İş №2(102)-1688/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1688/2022

15.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1688/2022 15.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2589/2021 nömrəli iş üzrə 01 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 15 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdak ıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 E saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, E xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh1 onun doğma qardaşıdır. Cavabdeh ona məxsus mənzildə qeydiyyatda olsa da, həmin mənzildə yaşamır. Belə ki, mənzil əvvəllər onların anasının adına olmuşdur. Cavabdeh1 1998-ci ildə ailə qurmuş, 4-5 ay arvadı ilə mənzildə yaşadıqdan sonra, anası ilə yola getməyərək mənzildən köçmüşdür. Həmin vax tdan cavabdeh ailəsi ilə birlikdə mənzildə yaşamır. Bu qonşuların iştirakı ilə tərtib olunmuş aktda da öz təsdiqini tapır. Cavabdeh1 hətta anasının yas mərasimində belə iştirak etməmişdir. Belə ki, cavabdeh içki aludəçisi olmuş, yas mərasiminə də içkili gəldiyinə görə onu yas yerindən uzaqlaşdırmışlar. Bu müddət ərzində dəfələrlə cavabdehə müraciət edərək, ona məxsus mənzildən qeydiyyatdan çıxmasını tələb etsə də, cavabdeh öncə qeydiyyatdan çıxacağına razı olsa da, sonra qeydiyyatdan çıxmamışdır. Cavabdehin qızı Cavabdeh2 da ailə qurmasına baxmayaraq, ona məxsus mənzildə qeydiyyatdadır. Cavabdehlərin ona məxsus mənzilə qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. O, cavadehlərin əvəzinə kommu nal xidmət haqqı ödəyir. Bu isə onun üçün əlavə xərcdir. Buna maddi imkanı çatmır. Hesab edir ki, cavabdehlərin ona məxsus mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 may 2021-ci il tarixli, 2(060)-1208/2021 saylı qətnaməsi ilə (hakim Azər İsmayılov) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 E saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hazırki mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli qanunu ilə təsdiq edilmişdir) normaları tətbiq olunmalı və qətnamə həmin hüquq nor malarına uyğun çıxarılmalıdır. İşin məhkəmə iclasında müəyyən edilmiş halları və iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh1 1998-ci ildə ailə qurduqdan sonra ailəsi ilə birlikdə bir müddət mənzildə yaşamış, lakin münasibətləri pozulduğuna görə ailəsi ilə birlikdə mənzildən köçərək hal-hazıradək Corat qəsəbəsində yaşayır. Bu müddət ərzində o, mənzilə köçməyə cəhd etməmiş, hətta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mənzildən ona düşən payını iddiaçıya bağışlamışdır. Digər Cavabdeh2 da anadan olandan öz valideyinləri ilə birlikdə yaşamış, hazırda isə ailə həyatı quraraq, ailəsi ilə birlikdə yaşayır. Göründüyü kimi cavabdehlər uzun müddətdir ki, digər yaşayış məntəqəsinə gedərək, daimi yaşayış yerlərini dəyişmişlər. Məhkəmə, ona görə də, belə nətic əyə gəlir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 E saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87.2-ci maddələri və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abasov - sədrlik edən və məruzəçi, Səyyad Qafari, Telman Məmmədov) 01 oktyabr 2021ci il tarixli, 2(105)-2589/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(060)-1208/2021 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarında cavabdehlərin başqa yaşayış sahəsində daimi yaşamalarını təsdiq edən mötəbər sübut yoxdur. Cavabdehlərin başqa ünvanda kirayədə yaşamaları isə onların həmin ünvanda daimi yaşamalarını təsdiq etmir. Belə ki, tərəflərin izahatları ilə müəyyən olunur ki, ailə vəziy yətilə əlaqədar olaraq cavabdeh İddiaçı mənzili məcbur qalaraq tərk etmişdir və mübahisəli mənzillə əlaqəsi tam kəsilməmişdir. İşdən görünür ki, tərəflər arasında əsas mübahisə iddiaçının mənzilə dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırıb öz adına reyestrdən çıxarış əldə etməsindən sonra yaranmışdır. Bu hallara məcmu qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilə bilməz. Məhkəmə bu qənaətə gələrkən xüsusi olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edildiyi kimi E saylı mənzili əvvəlcə dövlət mənzili fonduna daxil olmuş, 07.01.2005-ci il tarixində X1 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İddiaçı 1977-ci ildən, Cavabdeh1 1990-cı ildən, Cavabdeh2 isə 200 3-cü ildən həmin mənzildə qeydiyyatdadırlar. Mənzilin mülkiyyətçisi X2 10.11.2017-ci il tarixdə vəfat etmişdir. X1 vərəsələri İddiaçı və Cavabdeh1 miras qalmış E saylı mənzilindən ½ hissədə pay almışlar. 30.06.2018-ci il tarixdə Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona düşən payını İddiaçı bağışlamışdır. Mənzil 03.07.2018-ci ildə İddiaçı adına qeydiyyatdan keçmişdir. Beləliklə, iş üzrə tərəflər yeni hüquq münasibətlərinə daxil olmuşlar. Belə ki, anasından miras qalmış payı 30.06.2018-ci ildə qəbul etməklə Cavabdeh1 mənzildə pay hüququna sahib olmuş, daha dəqiqi mənzilin mülkiyətçilərindən birinə çevrilmişdir. Bundan sonra o, payı üzərində sərəncam hüququnu həyata keçirərək onu qardaşı, hazırda ona qarşı iddia qaldırmış İddiaçı bağışlamışdır. Məhkəmə kollegiya sı hesab edir ki, Cavabdeh1 mənzildə payını qardaşına bağışlaması onun həmin mənzildən istifadə hüququnun itirilməsi anlamına gəlməməli, miras paydan qardaşının xeyrinə imtina yeganə yaşayış yeri olan mənzilə yaşayış hüququndan imtina kimi qiymətləndirilməməlidir. Eləcə də, nənəsindən miras qalmış əmlakın mülkiyyətçisinin şərh edilən qaydada dəyişilməsi doğulduğu həmin mənzilə yaşayış hüququ olan Fatimənin həmin hüququnun avtomatik ləğvi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası mübahisəni həll edərkən məhz Konstitusiya Məhkəməsinin daha öncə sadalanan hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının əd alətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Qeyd edildiyi kimi iş üzrə mübahisə tərəfləri olan M və İddiaçılar arasında ilkin hüquq münasibətləri 1990-cı ildən sonra yaranmışdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28.07.2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İstinad olunan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Mənzil Məcəlləsinin 54-cü madəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Hazırki işin halları isə onu deməyə əsas verir ki, cavabdehlər mübahisəli yaşayış evindən istifadə hüququna malik olan şəxslər olduqlarından o nların bu hüquqlarına yalnız kompensasiya verilməklə xitam verilə bilər. Çünki onların mübahisəli mənzil üzərindəki istifadə hüquqları dövlət tərəfindən tanınan və qorunan hüquqdur, həmçinin onların həmin yaşayış sahəsindən istifadə hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi iddiaçı tərəfindən pozulmaqdan müdafiə edilir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə sadalanan hallara düzgün qiymət verməmiş, daimi yaşayış yeri sübut olunmayan cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına heç bir kompensasiya ödənilmədən xitam vermişdir ki, bu da qüvvədə ol an mülki qanunvericiliyə görə yolverilməzdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan 12 saylı MKS tərəfindən tərtib edilmiş 13.11.2020-ci il tarixli aktdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 E saylı mənzilində yaşamırlar. Həmçinin məhkəmə gedişatında da müəyyən olundu ki, cavabdehlər 22 ildir ki, mənzildə yaşamırlar. Məhkəmə maddi hüquq normasını səhv təfsir etmişdir. Məhkəmə nəzərə almamışdır ki, 22 ildir cavabdehlər ona məxsu s mənzildə yaşamırlar. Onlar mənzili daimi olaraq tərk etdiyi halda, məhkəmə belə nəticəyə gəlmişdir ki, onlar mənzili müvəqqəti tərk ediblər və cavabdehlərin daimi yaşayış yerləri yoxdur. İşin məhkəmə iclasında müəyyən edilmiş halları və iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh1 1998-cl ildə ailə qurduqdan sonra ailəsi ilə birlikdə bir müddət mənzildə yaşamış, lakin sonradan ailəsi ilə birlikdə mənzildən köçərək hal-hazıradək Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayır. Bu müddət ərzində o, mənzilə köçməyə cəhd etməmiş, hətta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mənzildən ona düşən payını iddiaçıya bağışlamışdır. Digər Cavabdeh2 da anadan olandan öz valideyinləri ilə birlikdə yaşamış, hazırda isə ailə həyatı quraraq, ailəsi ilə birlikdə yaşayı r. Göründüyü kimi cavabdehlər uzun müddətdir ki, digər yaşayış məntəqəsinə gedərək, daimi yaşayış yerlərini dəyişmişlər. Kompensasiyanın verilməsi yalnız mənzildən istifadə edildiyi təqdirdə mümkündür. Hazırki işdən müəyyən edilmişdir ki, mənzilə istifadə hüququnu əldə etmiş şəxslər uzun müddət həmin mənzildən istifadə etməmiş və başqa yerdə yaşayırlar. Mülkiyyətçi tərəfindən onlara qarşı iddia qaldırıldıqda isə onlar, istifadə hüquqlarına yalnız kompensasiya verilməklə xitam verilməsini tələb etmişlər. Cavabdehlər könüllü olaraq mübahisəli mənzildən çıxıb gedib və həmin mənzillə bağlılıqlarını itiriblər. Onları mübahisəli mənzilə bağlayan hər hansı əlamət mövcud deyil, həmin mənzildə onlara məxsus olan əşyalar da yoxdur. Buna görə də onlar mübahisəli mənzilə formal qeydiyyatda olaraq qalı blar və onların mənzilə olan hüquqlarına kompensasiya ödənilmədən xitam verilməlidir. Hazırkı vəziyyətdə cavabdehlərin həmin mənzildə yaşmalarına heç kim mane olmayıb, onlar həmin mənzilə köçürülmə ilə bağlı nə vaxtsa məhkəməyə müraciət etməmişlər. Əksinə Cavabdeh1 vərəsə kimi öz payını mənə bağışlamışdır. İşin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri məhkəmə tərəfindən dəqiq və hərtərəfli araşdırılmamışdır. Ona görə də məhkəmə düzgün nəticəyə gəlməmişdir. Cavabdehlər mənzili könüllü şəkildə tərk etmişlər. Bu hallar iş materilları ilə də öz təsdiqini tapır. Lakin nədənsə məhkəmə bu hala düzgün qiymət verməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış və qanunsuz və əsassız qətnamənin qəbu l olunmasına səbəb olmuşdur. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir k i, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 01 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, ilkin olaraq olaraq apelyasiya kollegiyasının “işə baxan məhkəmə sadalanan hallara düzgün qiymət verməmiş, daimi yaşayış yeri sübut olunmayan cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına heç bir kompensasiya ödənilmədən xitam vermişdir ki, bu da qüvvədə olan mülki qanunvericiliyə görə yolverilməzdir” mövqeyi üzrə qeyd edilməlidir ki, apelyasiya kollegiyası bu mövqeyini iş materiallarında cavabdehlərin başqa yaşayış sahəsində daimi yaşamalarını təsdiq edən mötəbər sübut olmaması, cavabdehlərin başqa ünvanda kirayəd ə yaşamalarının onların həmin ünvanda daimi yaşamalarını təsdiq etmədiyi, tərəflərin izahatları ilə ailə vəziyyətilə əlaqədar olaraq cavabdeh İddiaçı mənzili məcbur qalaraq tərk etməsinin müəyyən edildiyi və mübahisəli mənzillə əlaqəsinin tam kəsilmədiyi ilə əsası ilə möhkəmləndirməyə çalışsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh1 birinci instansiya məhkəməsində izahat verərkən (səh 40) anasının sağlığında evi tərk edib Corat qəsəbəsində müxtəlif ünvanlarda 15 ildən çoxdur kirayədə yaşadığını, mübahisə predmeti olan olan evdə 3-4 ay yaşadıqlarını, əvvəllər evdən qeydiyyatdan çıxmağa razı olduğunu, sonradan fikrindən daşındığını, öz payını qardaşı olan iddiaçıya bağışladığını bildirmişdir ki, buradan da aydın olur ki, cavabdeh mənzildə olan payını könüllü olaraq qardaşına bağışladığını etiraf etməklə yanaşı, həmin bağışlamaya dair hər hansı mübahisələndirmə qismində etirazı olmasını bildirməmiş, hətta bunun üzərinə mənzildən qeydiyyatdan çıxmaq üçün ilk əvvəl razı olmuşdur. Bu halın özü də təsdiq edir ki, cavabdeh mənzili müvəqqəti deyil, daimi olaraq tərk etmiş, mənzillə əlaqəsi kəsildiyi üçün o, mənzildəki payını bağışlamaqla yanaşı, mənzildən qeydiyyatdan çıxmağa da razı olmuşdur. Apelyasiya kollegiyası isə cavabdehin qeyd edilən izahatına hər hansı münasibət bildirmədən onun mübahisəli mənzillə əlaqəsini kəsməməsini, cavabdehlərin başqa ünvanda yaşamalarının onların daimi həmin ünvanda yaşamasını təsdiq etmədiyi, bu barədə sübut olmadığı qənaətinə gəlmişdir. Halbuki, tərəflərin izahatları da digər sübutlarla yanaşı, dəyərləndirilməli və hüq uqi qiymət verilməli idi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Daha sonra apelyasiya kollegiyasının cavabdehlərə kompensasiya verilmədən onların mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinin yolverilməzliyi barədə mövqeyi üzrə bildirilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29.03.2016-cı il tarixli qərarında formalaşdırdığı mövqeyə görə, “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahi yyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın e vinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxm ayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmal ıdır. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz.” Konstitusiya məhkəməsinin adıçəkilən qərarından da göründüyü kimi, yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə və ya kompensasiya verilmədən xitam verilməsinin əsaslarını müəyyən etmiş, kompensasiya verilməli olmasının və ya olmamasının əsası kimi də yaşayış sahəsinə ehtiyac amilinin müəyyən olunmalı olduğunu, bu tip mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki hallarının, o cümlədən istifadə hüququnun həy ata keçirilməməsinin səbəblərinin dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalı olduğu xüsusi vurğulanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Beləliklə işdən görünür ki, apelyasi ya kollegiyası işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstərilmiş hallarının Cavabdeh1 tərəfindən veril miş izahat ilə qarşılıqlı surətdə tam, hərtərəfli və düzgün araşdırılması, sübutların müqayisəli tədqiq edilməsi, tərəflərin bərabərliyinin və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.10.2021-ci il tarixli, 2(105)-2589/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 41 7 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01.10.2021-ci il tarixli, 2(105)2589/2021 nömrəli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar