Məhkəmə qərarları › İş №2(102)-169/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-169/2024

29.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-169/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin və darvazanın sökülməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 2324/2023 saylı iş ü zrə 12 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə 29 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İŞİN HALLARİ

1. İddiaçı ilə Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanda bitişik torpaq sahələrində qonşuluqda yaşayırlar.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 01 may 2013-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin çıxarışda dövlətə məxsus Bakı şəhəri, Xətai rayonu. Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsində yerlə şən 0,00728 ha torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi təsbit olunmuşdur.

3. Bakı şəhəri, Xətai rayonu. Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanda yerləşən torpaq sahəsi bağ bostan əkmək üçün Cavabdeh ayrılmışdır.

4. Həmin torpaq sahəsinin cizgisi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilmədiyindən sahənin sərhədlərini müəyyənləşdirmək mümkün deyildir, ona görə Cavabdeh tərəfindən qanuni istifadə olunan torpaq sahəsinin sərhədləri aydın deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsinin qaytarılması və həmin ərazidə həyata keçirilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanda inşa edilmiş darvazanın və özbaşına tikili olan hamamın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2013-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən (Seriya RX № 0170107) ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Bir neçə il əvvəl iddiaçının evinin həyətinə giriş hissəsində, dövlətin mülkiyyətində olan və ümumi istifadədə olan torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz tutulmuş və həmin ərazi hasara alınaraq öz həyətinə daxil edilmişdir. Bunun nəticəsində iddiaçının evinin bir pəncərəsi faktiki olaraq həmin ərazidə qalmış və həmin pəncərənin istifadəsi qanunsuz olaraq iddiaçı üçün məhdudlaşdırılmışdır. İddiaçı dəfələrlə bununla bağlı öz iradını bildirməsinə baxmayaraq Cavabdeh qeyd edilmiş iradlara məhəl qoymamış və bununla bağlı heç bir addım atmamışdır. Bundan başqa, Cavabdeh özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsində, düz iddiaçının evinə bitişik hissədə özünə hamam tikmişdir. Bunun nəticəsində hamamdan gələn bütün nəm buxarlanması iddiaçının çöl divarından evinin içinə qədər daxil olur və nəticədə iddiaçıya həm də maddi ziyan dəyir. Həmçinin bu cür şəraitdə yaşamaq sağlamlıq üçün də təhlükə törədir. Bununla bağlı iddiaçı öz etirazını bildirmiş, ancaq yenə də bir nəticə verməmişdir.

8. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində İddiaçı tərəfindən Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6 saylı fərdi yaşayış evində hörülmüş (iddiaçının həyətinə baxan) pəncərənin İddiaçı hesabına hörülməsi, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinin Cavabdeh məxsus torpaq sahəsində yerləşən hasarın üzərində İddiaçı tərəfindən inşa edilmiş tikilinin onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıy a qarşı irəli sürdüyü iddia tələbi ilə razı deyildir. İddiaçı iddia etdiyi kimi torpaq sahəsi qanunsuz olaraq zəbt olunmamış, ona məxsus olan torpaq sahəsinə iddiaçı tərəfindən hasar çəkilməməmişdir. Cavabdeh öz istifadəsində olan başqasının şəxsi əmlakı hesab olunmayan torpaq sahəsi üzərində ev tikmişdir. İddiaçı iddiasının əksinə olaraq, hazırkı torpaq sahəsi Cavabdeh məxsus olmuşdur. Torpaq sahəsini iddiaçı illər bundan öncə İddiaçı satmış və həmin torpaq sahəsi satılan zaman aralarında hasar olmuşdur ki, sözügedən hasarın üstündən İddiaçı ev inşa etmiş, beləliklə Cavabdeh məxsus hissəyə daxil olmuşdur. Bundan başqa, iddiaçının istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6 saylı fərdi yaşayış evindən rahat şəkildə istifadə edə bilmir. Belə ki, İddiaçı tərəfindən edilən qanunsuzluqlar azmış kimi İddiaçı həm də onun həyətini rahatlıqla müşahidə edə biləcəyi bir pəncərə də açdırmışdır. Bu pəncərə İddiaçı məxsus evin arxa hissəsində Cavabdeh həyətinə açılmışdır. Hesab edir ki, İddiaçı bunun üçün heç bir icazə almamış, hüquqi sənəd əsasında, yəni hər hansı bir texniki pasport və ya tikinti lahiyəsinə əsasən etməmişdir. Halbuki, iddiaçının hüquqlarını pozan bu addımın atılmasından öncə iddiaçının razılığı alınmalı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə sənədi əldə edilməli idi. İddiaçı tərəfindən bu özbaşınalıq iddiaçının və ailəsinin rahat şəkildə öz fərdi yaşayış evlərindən istifadə etmələrinə maneə olur, isti yay aylarında öz həyətlərində istirahət etmələrinə imkan vermir. Məhz bu səbəbdən ona məxs us Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi yanında yerləşən 6 saylı fərdi yaşayış evinin arxa hissəsinə açılan (Cavabdeh həyətinə baxan) pəncərənin hörülməsi (bağlanması) qanunauyğundur. Cavabdeh dəfələrlə İddiaçı ilə məhkəmədənkənar razılığa gəlmək üçün ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinin qanunsuz zəbt etdikləri hissəsini qaytarmalarını tələb etsə də, İddiaçı hər dəfə bundan boyun qaçıraraq konstitusiya ilə qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozmuş, bu da azmış kimi öz törətdiyi qanun pozuntusunun üstünü ört-basdır etmək üçün iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

10. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yerində müayinə zamanı müəyyən edilmiş dir ki, Cavabdeh həyətyanı sahəsində tikilmiş hamam planda olmamış, sonradan Cavabdeh tərəfindən inşa edilərək, İddiaçı məxsus fərdi yaşayış evi Cavabdeh məxsus hamam ilə təmassız birləşmişdir. İddiaçı evinin hamam ilə birləşən divarında rütubət və nəmliyin müşayiət olunması və İddiaçı evinin mətbəx hissəsində yerləşən pəncərə Cavabdeh həyətyanı sahəsinə açılması aşkar edilmişdir.

11. Xətai Rayon Məhkəməsinin 2(011)-5462/2021 nömrəli, 13 avqust 2021-ci il tarixli qətnaməsi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

12. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08 aprel 2022-ci il tarixli nömrəli ********** 01 nömrəli mütəxəssis rəyinə əsasən, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinə baxış keçirilərək ölçü işləri aparılmış, sərhədləri və koordinatları müəyyən edilmişdir. Lakin, Cavabdeh adına Xətai rayonu Əhmədli qəsəbə soveti İcraiyyə Komitəsi tərəfindən bağçılıq-bostançılıq sahəsi məqsədilə ayrılması iddia olunan torpaq sahəsinin cizgisi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilmədiyindən sözügedən torpaq sahəsinin sərhədlərini müəyyənləşdirmək, eyni zamanda Cavabdeh tərəfindən hansı torpaq sahəsinin zəbt edilməsini aydınlaşdırmaq mümkün olmamışdır. Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında Cavabdeh tərəfindən quraşdırılmış darvaza ümumi istifadə olunan yolun giriş-çıxışına mane olmur.

13. Ədliyyə Nazirliyi Məhkəmə Eksp ertizası Mərkəzinin 04 iyul 2022-ci il tarixli 10/2939 nömrəli ekspert rəyinə əsasən, İddiaçı məxsus Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6a nömrəli fərdi yaşayış evinin mətbəxində olan pəncərənin Cavabdeh istifadəsində olan torpaq sahəsinə baxdığı müəyyən olunur. Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.3-cü bəndinə əsasən yaşayış otağı və mətbəx təbii işıq ilə təmin olunmalıdır. İddiaçı xüsusi mülkiyyətində olan mətbəxində divar kağızlarının bəzi hissədə divardan aralanması və nəm çəkməsinin texniki səbəbinin Cavabdeh istifadəsində olan topaq sahəsində yerləşən hamam və ayaq yolu tikililərinin mətbəxə bitişik şəkildə olması ehtimal olunur. Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında Cavabdeh istifadəsində ola n hamamın sökülüb Cavabdeh istifadəsində olan torpaq sahəsində inşa edilmiş yaşayış sahəsinə yaxın yerə, hər hansı tikiliyə bitişik şəkildə inşa edilməməklə keçirilməsi texniki cəhətdən mümkündür. Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında Cavabdeh istifadəsində olan darvazanın sökülüb 4-6 metr arxaya Cavabdeh istifadəsində olan torpaq sahəsində inşa edilmiş yaşayış sahəsinə yaxın yerə keçirilməsi texniki cəhətdən mümkündür. Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında yerləşən Cavabdeh tərəfindən quraşdırılmış darvaza ümumi istifadə olunan yolun giriş-çıxışına maneə olubolmaması subyektiv xarakter daşıdığı üçün məhkəmə tərəfindən qiymət verilə bilər.

14. Xətai Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(011)-143/2022 nömrə li qətnaməsi ilə (hakim Lalə Rəhimli) ilk iddia təmin edilmiş, İddiaçı məxsus Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6a nömrəli fərdi yaşayış evinin mətbəx otağının çöl divarına bitişik Cavabdeh tərəfindən inşa edilmiş hamam (ayaqyolu ilə birlikdə) otağı və həmin ünvanda Cavabdeh istifadəsində olan torpaq sahəsinə giriş məqsədilə ilə inşa edilmiş darvazanın Cavabdeh hesabına sökülməsi, Cavabdeh İddiaçı qarşı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində cavabdeh İddiaçı tərəfindən Cavabdeh məxsus Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6 nömrəli fərdi yaşayış evində hörülmüş (iddiaçının həyətinə baxan) pəncərənin İddiaçı hesabına hörülməsi, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında yerləşən 6 nömrəli fərdi yaşayış evinin iddiaçıya məxsus torpaq sahəsində yerləşən hasarın üzərində cavabdeh tərəfindən inşa edilmiş tikilinin onun hesabına sökülməsi barədə qarşılıqlı iddiasının təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, cavabdeh və ilkin iddiaçı tərəf məhkəmə iclasında Cavabdeh torpaqdan istifadəsinin qanuni olmasını göstərərək bağçılıq və bostançılıq məqsədi ilə torpağın ayrılması barədə sənəd təqdim etsə də, həmin sənəd üzrə onun hansı hüdudlarda və koordinatlarda torpaq sahəsinə sahibliyinin qanuni olmasını müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən, Cavabdeh həmin torpaq sahəsində mübahisələndiri lən tikilinin və darvazanın inşasının qanuniliyini sübuta yetirə bilməmişdir.

16. Məhkəmə hesab etmişdir ki, göstərilən torpaq sahəsində tikilmiş hamamın (ayaqyolu ilə birlikdə) mövcudluğu İddiaçı yola baxan mətbəxinin işıqlandırılmasına maneə yaradır və mətbəxin divarlarının rütubətlənməsi nəticəsində divar kağızlarının qopmasına gətirib çıxarır. Bu isə ilk iddiaçının qanunla qorunan mülkiyyətçi hüquqlarını pozur. Həmçinin həmin tikililərin texniki cəhətdən də başqa yerə köçürülməsi mümkündür. Odur ki, ilkin iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Rezervuar küçəsi ünvanında inşa edilmiş darvaza və özbaşına tikili olan hamam (ayaqyolu ilə birlikdə) onun öz hesabına sökülməlidir.

17. Məhkəmə qarşılıqlı iddia tələblərinə hüquqi qiymə t verərək, hesab etmişdir ki, İddiaçı yaşadığı fərdi yaşayış evi onun mülkiyyətində olmaqla, həmin fərdi yaşayış evi onun qanuni istifadəsində olan torpaq sahəsinin hüdudlarında tikildiyindən, Cavabdeh isə faktiki istifadəsində olan torpaq sahəsinə qanuni sahibliyi məhkəmə araşdırılması zamanı müəyyən olunmadığından, həmçinin, Cavabdeh tərəfindən mübahisələndirilən Va sif Əhmədovun mülkiyyətində olan tikilinin ona hər hansı şəkildə maneə yaratması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından, qarşılıqlı iddia tələbləri əsassızdır və təmin edilməməlidir.

18. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 170.1 və 170.2-ci, Mülki Prosessual Məcəllinin 4.1, 14.2, 77.1, 88, 101.1, 103.1, 217.4 və 218.3-cü maddələrinə, Azər baycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız ilkin iddia tələbinin təmin edilməsinə yönələn hal kimi onun tərəfindən qonşu torpaq sahəsinə müdaxilə olunduğu qənaətinə gəlmişdir. Halbuki, bunun əsasını təşkil edən bir sübut iş materiallarında mövcud deyildir. Bunun əksinə olaraq ilkin iddiaçı tərəfindən onun torpaq sahəsinə qanunsuz müdaxilə olunmasının qarşısının alı nması üçün müraciət olunsa da, onun tələbi gözardı edilərək işə birtərəfli baxılmışdır. Məhkəmə iş üzrə ekspertiza təyin etsə də yekunda yanlış qənaətə gəlmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08 aprel 2022-ci il tarixli **********01 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında Cavabdeh tərəfindən quraşdırılmış darvaza ümumi istifadə olunan yolun giriş-çıxışına mane olmur. Göründüyü kimi, hər hansı bir maneənin olmadığı açıq-aşkar vurğulanmışdır. Bundan başqa, Əhmədli qəsəbə sovetliyi İcraiyyə komitəsi tərəfindən Cavabdeh bağ-bostan əkmək üçün torpağın ayrılmasına baxmayaraq, həmin torpaq sahəsinin cizgisi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstər ilmədiyindən sözügedən torpaq sahəsinin sərhədlərini müəyyənləşdirmək mümkün olmadığından, Cavabdeh tərəfindən hansı torpaq sahəsindən qanuni istifadə etməsi müəyyən edilməmişdir. Göründüyü kimi, ekspertiza rəyində də hər hansı bir qanunsuzluğun müəyyən edilməsi barədə bir qeyd mövcud deyildir. Bundan savayı, hamam İddiaçı fərdi yaşayış evinə təmassız birləşdirildiyi, rütubət və nəmliyin müşayiət olunduğu qeyd edilmişdir. Halbuki, onun həyətində inşa edilmiş hamam İddiaçı gəlmədən öncə mövcud idi. İddiaçı sonradan həmin torpaq sahəsində fərdi yaşayış evini inşa etmişdir. Buradan da aydın olur ki, ona məxsus həyətdə inşa edilmiş hamam qanunsuz olmamışdır.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2324/2023 nömrəli, 12 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(011)-143/2022 nömrəli qətnaməsinin qismən – ilkin iddianın İddiaçı məxsus Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanda Cavabdeh istifadəsində olan torpaq sahəsinə giriş məqsədilə ilə inşa edilmiş darvazanın Cavabdeh hesabına sökülməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı ilkin iddiasının ona məxsus ünvan 4 ünvanında Cavabdeh istifadəsində olan torpaq sahəsinə giriş məqsədilə ilə inşa edilmiş darvazanın Cavabdeh hesabına sökülməsi hissəsində rədd edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissələrdə dəyişdirilmədən saxlanılm ası qət olunmuşdur.

22. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbi üzrə mübahisəli tikili olan hamamın sökülməsi tələbinin təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı hissələrdə düzgün nəticəyə gəlmişdir.

23. Apellyasiya şikayətinin qarşılıqlı iddianın təmin olunması və ilk iddianın tam rəddinə yönələn dəlilləri sübuta yetirilməmişdir.

24. Birinci instansiya məhkəməsi tərəfindən qonşu torpaq sahəsinə müdaxilə olunduğu qənaətinə gəlinməsi, lakin bunun əsasını təşkil edən sübutların iş materiallarında mövcud olmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibət bildirərək apellyasiya məhkəməsi qeyd etmişdir ki, qonşu torpaq sahəsinə müdaxilə hazırkı mübahisənin predmeti olmamış, iddiaçının iddia tələbini cavabdeh tərəfin dən inşa edilmiş tikililərin sökülməsi təşkil etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən də hüquqi dəyərləndirmə də bu istiqamətdə aparılmışdır.

25. İnşa edilmiş hamamın iddiaçı gəlmədən öncə mövcud olması, iddiaçının sonradan həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etməsi barədə dəlillər ilk olaraq iş materialları ilə öz təsdiqini tapmır. Digər tərəfdən hamam həqiqətən daha əvvəl tikilmiş olsaydı belə, bu onun qanunsuz tikili olması faktını dəyişdirməzdi və qanuni sahib – iddiaçının hüquqlarını məhdudlaşdırmağa əsas verən hal kimi nəzərə alına bilməzdi.

26. Cavabdehin şikayətində qarşılıqlı iddia ərizəsinin təmin olunmasına dəlalət edən, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia üzrə əsaslandırmasını təkzib edən hər hansı dəlil, araşdırılmalı məqam irəli sürülməmişdir.

27. Apellyasiya məhkəməsi cavabdehin onun tərəfindən quraşdırılmış darvazanın ümumi istifadə olunan yolun giriş-çıxışına mane olmaması barədə dəlili ilə razılaşaraq hesab etmişdir ki, ekspert rəyində Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08 aprel 2022-ci il tarixli **********01 nömrəli mütəxəssis rəyinə istinad olunsa da, darvaza ilə bağlı mütəxəssisin gəldiyi qənaət ekspert rəyində əksini tapmamışdır. Lakin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08 aprel 2022-ci il tarixli **********01 nömrəli mütəxəssis rəyində konkret olaraq göstərilmişdir ki, Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi 5-ci Rezervuar küçəsi ünvanında Cavabdeh tərəfindən quraşdırılmış darvaza ümumi istifadə olunan yolun girişçıxışına mane olmur. İş ə apellyasiya instansiya məhkəməsində baxılarkən sübutların yerində müayinəsi zamanı da Cavabdeh tərəfindən quraşdırılmış darvazanın ümumi istifadə olunan yolun giriş-çıxışına mane olmadığı müəyyən olunmuş, həmçinin, İddiaçı tərəfindən iddianın həmin hissəsi onun hüquqlarını hansı formada məhdudlaşdırdığı əsaslandırılmamışdır.

28. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 152.1, 152.2, 152.5, 157.2, 157.4, 170.1, 170.2, 180.3 və 180.4-cü, Mülki Prosessual Məcəllənin 4.1, 5.1, 14.2, 77.1, 81, 82.3, 101.7, 217.1, 217.3, 384.0.2, 385.1, 385.1.4 və 390-cu maddələrinə istinad etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətna mənin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edərkən mülkiyyət hüququnun məhdudlaşmasını və pozulmasını, Cavabdeh özbaşına darvaza inşa etməklə onun əmlakından istifadəyə məhdudiyyət yaratmasını nəzərə almamışdır. Həmçinin, apellyasiya instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmişdir.

31. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, Mülki Prosessual Məcəllənin 77.1, 88, 170.1 və 170.2-ci maddələri göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQ UQ Azərbaycan Respublikası Mülki Məcəlləsi

33. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

36. Maddə152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhd udiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə v asitəsilə tələb edə bilər.

39. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

40. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

41. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyət ində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

42. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddia tələbinin rədd olunması hissədə mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin həmin hissədə yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, qətnamədən kassas iya şikayəti verilməsi hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. İddiaçının cavabdeh tərəfindən quraşdırılmış darvazanın ümumi istifadə olunan yolun giriş-çıxışına mane olması barədə kassasiya şikayəti dəlilil ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi həmin məsələnin həllində düzgün nəticəyə gəlmiş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08 aprel 2022ci il tarixli **********01 nömrəli mütəxəssis rəyinə əsaslanmışdır. Həmin r əyə görə isə Cavabdeh tərəfindən quraşdırılmış darvaza ümumi istifadə olunan yolun giriş-çıxışına mane olmur. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən sübutların yerində müayinəsi zamanı da Cavabdeh tərəfindən quraşdırılmış darvazanın ümumi istifadə olunan yolun giriş-çıxışına mane olmadığı müəyyən edilmiş, həmçinin, İddiaçı tərəfindən iddianın həmin hissəsi onun hüquqlarını hansı formada məhdudlaşdırdığı əsaslandırılmamışdır.

37. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki hallarının düzgün müəyyən edilməməsi, bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. Həmin dəlillərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

38. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əs asən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və qarşılıqlı idida üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 2324/2023 saylı iş üzrə 12 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar