Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1690/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 8 nömrəli Şəhər Poliklinikasına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-*******/21 (Açar sözlər: işə bərpa və əmək haqqı) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 8 nömrəli Şəhər Poliklinikasının baş həkimi Cava bdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-*****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 8 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Bakı Baş Səhiyyə İdarəsinin 8 saylı Şəhər Poliklinikasına qarşı “işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu 8 saylı Şəhər Poliklinikasına əvvəlki massajçı (massajist) vəzifəsinə işə bərpa olunmağı, məcburi iş buraxmağa görə itirdiyi əmək haqqının ona ödənilməs i barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1-ci qrup gözdən əlildir. İxtisaslaşdırılmış massajistlər məktəbini bitirərək, orta tibbi təhsil alaraq massajistçi peşəsinə yiyələnmişdir. Nərimanov rayonu, 8 saylı Şəhər Poliklinikası ilə onun arasında xx.xx.2007-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, həmin tibb müəssisəsinə massasjçı kimi işə qəbul olunmuşdur. Əmək müqaviləsi müddətsiz olaraq bağlanmışdır. Bildirir ki, 8 saylı Şəhər Poliklinikasının baş həkimi son vaxtlar onun üçün naməlum səbəbdən onu 1-ci qrup gözdən əlil olduğuna baxmayaraq sıxmaboğmaya salmış, əmək funksiyanı yerinə yetirə bilmədiyi üçün onu xəstə ilə təmin etməmiş-əsassız yerə onu təh qir etmiş, hətta onu özünü öldürmə dərəcəsinə çatdıran hərəkətlərə yol vermişdir (bununla əlaqədar hüquq mühafizə orqanlarına müraciət etmişdir). Əmək müqaviləsi ilə nəzərdə tutulmuş əmək funksiyanı yerinə yetirməyinə məhz baş həkimin qəsdən mane olması, onu normal işləməyə imkan verməməsi barədə aidiyyəti üzrə Bakı Şəhər Baş Səhiyyə İdarəsinə dəfələrlə yazılı müraciət etmişdir. Həmin idarədən ona verilən cavablarda ona irad tutularaq, biİdirilmişdir ki, guya o, əmək müqaviləsi ilə nəzərdə tutulmuş əmək funksiyasını yerinə yetirməmişdir, 2016-2018-ci illər ərzində heç bir xəstə qəbul etməmişdir. Bakı Şəhər Baş Səhiyyə İdarəsindən ona verilən cavablardan birində ona tutulmuş bu iradın tamamilə əsassız olduğunu sübut etmək üçün onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinin 3.1-ci m addəsinin a bəndini vurğulamaq istəyir. Belə ki, müqavilənin 3-cü paraqrafının 3.1-ci maddəsinin a bəndində göstərilir ki, o, ”həkimin göstərişinə əsasən xəstələrə massaj proseduraları etməlidir”. Müqavilənin həmin bəndinin tələbindən də görünür ki, o, istəsə belə, müstəqil şəkildə xəstə qəbul edə bilməz, yalnız həkimin göstərişinə əsasən xəstələrə massaj prosedurları etməlidir. Buradan da onun xəstə qəbul etməməyi ilə əlaqədar həm baş həkimin, həm də Səhiyyə İdarəsinin ona tutduğu iradların əsassız olduğu aydın görünür və sübut olunur ki, onun əmək funksiyasını yerinə-yetirə bilməməyinin səbəbi məhz işəgötürənin əmək müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini qəsdən yerinə yetirməməsidir. Bütün yuxarıda qeyd olunanlara-yəni əmək müqaviləsinin şərtlərinin cavabdeh tərəfindən pozulmasına baxmayaraq, cavabdeh xx.xx.2019-cu il tarixdə verdiyi 56-K nömrəli əmr əsasında onunla bağlanmış ****** saylı əmək müqaviləsinə xitam vermişdir. Yuxarıda sadalananlar onunla bağlanmış ****** saylı əmək müqaviləsinə xitam verilməsinin tamamilə qanunsuz və əsassız olduğunu göstərir, bununla bərabər cavabdeh tərəfindən onunla-1-ci qrup gözdən əlil olan vətəndaşla əmək müqaviləsinə xitam verərkən qanunun bir cox tələblərini kobud şəkildə pozmuşdur. Onunla olan əmək müqaviləsinə xitam verilməsi barədəki əmri əsaslandırmaq üçün qanunda göstərilən halların heç biri mövcud deyildir. Bu isə həmin əmrin qanunsuz olduğunu birmənalı olaraq təsdiq edir. Eyni zamanda cavabdeh tərəfindən həmin əmr verilərkən onun 1-ci qrup gözdən əlil olduğu üçün yiyələndiyi massajçı peşəsindən başqa hər hansı bir işdə ç alışmağının mümkün olmaması və himayəsində azyaşlı uşağının olması və ailənin yeganə gəlir gətirəni olmağını da əsassız olaraq nəzərə alınmamışdır. Buna görə də, hesab edir ki, o, məhkəmə qaydasında əvvəlki vəzifəsində işə bərpa olunmalıdır və məcburi işburaxmağa görə itirdiyi əmək haqqı ona ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxx 2019-cu il tarixli, 2(005)-******/2019 saylı qətnaməsi ilə (hakim Vüqar Quliyev) iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 8 saylı Şəhər Poliklinikasının xx xxxxx 2019-cu il tarixli ****** saylı əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 8 saylı Şəhər Poliklinikası tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, dövlət büdcəsinə ödənilmiş olan 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “d” bəndində tərəflərin iradəsindən asılı olmayan hallara əsaslanaraq əmək müqaviləsinə xitam verilə biləcəyi təsbit olunmuş, həmin halların nədən ibarət olması isə həmin məcəllənin 74-cü maddəsində sadalanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsində tərəflərin iradəsindən asılı olmayan halların sadalanmasına baxmayaraq məhkəmə iclaslarında tərəflərin təqdim etdiyi sübutlarla həmin Məcəllənin 68-ci maddəsinin “d” bəndinə əsaslanan sübutun olduğu müəyyən edilməmişdir. Belə ki, X4 8 nömrəli Şəhər Poliklinikasına massaj üzrə tibb bacısı vəzifəsinə işləmək üçün göndərilməsi tərəflərin iradəsindən asılı olmayan hal hesab olunmur, başqa bir ifadəylə bu hal İddiaçı ilə 8 nömrəli Şəhər Polikilinikası arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "d" bəndi ilə xitam verilməsi üçün əsas deyildir. Məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək hesab edir ki, cavabdeh işəgötürən 8 saylı Şəhər Poliklinikasının baş həkimi Cavabdeh işçi qismində çıxış edən İddiaçı ilə tərəflərin iradəsindən asılı olmayan hallara görə əmək müqaviləsinə xitam verərkən, Əmək Məcəlləsinin tələblərinə əməl etməyərək, əmək qanunvericiliyinin tələblərini pozduğundan, iddiaçının iddia tələbi əsaslı sayılmaqla təmin olunmalıdır. M əhkəmə hesab edir ki, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi törəmə hüquq münasibəti olub, işə bərpa haqqında tələbin təmin edilməsindən asılıdır. İddiaçı iddia tələbinin təmin edilməsi, işə bərpa olunduğu günə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsini şərtləndirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 8 saylı Şəhər Poliklinikasının xx xxxxx 2019-cu il tarixli ******** saylı əmri ləğv edilməli və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 8 saylı Şəhər Poliklinikası tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.2, 3, 68.1, 68.2, 74.1, 74.2, 287, 288, 292, 300.1, 301-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Fuad Talışinski- sədrlik edən və məruzəçi, Zaur Əliyev, Rafael Eyvazov) xx xxxxxx 2019-cu il tarixli, 2(103)-*****/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-****/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Birinci instansiya mə hkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası ƏM-in 2, 7, 11, 58, 68; MM-nin 560; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi yalnız əvəzçilik üzrə işçi olmuş iddiaçının dəlillərini əsas götürərək müəyyən edilmiş hallardan səhv nəticəyə gəlmiş və birmənalı bəsit təfsirlə Əmək Məcəlləsinin 68-ci maddəsinin (74-cü maddənin göstərişləri baxımından) işəgötürən tərəfindən tətbiq edilməsinin yolverilməzliyini müəyyən etmişdir. Əslində əmrdə qeyd edilən əsas təkcə 74-cü maddənin dispozitiv şərti ilə məhdudlaşmır. Əmrdə əsas kimi qeyd edilən ibarə daha geniş mənada Məcəllənin “Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası” adlanan 83 maddənin 1-ci hissəsində təsbit edilmişdir, bu maddədə qeyd edilmişdir ki, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “əmək müqaviləsi bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhk əmə təcrübəsi” haqqında xx.xx.1993-cü il tarixli 5 nömrəli qərarının 31-ci bəndinə əsasən, əgər işə bərpa haqqında mübahisəni həll edərkən məhkəmə hesab etsə ki, əmək müqaviləsini pozmaq üçün müdriyyətin əsası olsa da, o əmr də işdən çıxarma səbəbini düzgün ifadə etməmiş və ya müvafiq olmayan qanuna istinad etmişdir. Onda işdən çıxarmaya əsas vermiş faktik halları əsas götürərək işdən çıxarma səbəbinin ifadəsini qüvvədə olan əmək qanunvericiliyinə uyğunlaşdıra bilər. Beləliklə, iddiaçının istinad etdiyi əmrin verilməsində qanunvericiliyin təfsirində səhv təfsiri əsası ilə yol verilmiş pozuntu barədə mülahizələr əsassızdır. Belə ki, Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər adlanan Məcəllənin 76-cı maddəsində qeyd edilmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə bu M əcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər; Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Deməli, Əmək Məcəlləsinin 68 və 74-cü maddələr müstəqil tətbiq edilən maddələrdir və cavabdehin inzibati qaydada üstqurum tərəfindən təşkilati məsələlərinin həllinə onlar arasında münasibətlərin formasına aiddir ki, bu hallar hazırki icraat çərçivəsində mübahisələndirilmədiyindən (tələbdən kənar) qiymət verilməsi yolverilməzdir. Göstərilənlərə əsasən apelyasiya kollegiyası iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. İddiaçı qeyd edilən qətnamədən kas asiya şikayəti vermişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Əhməd Əhmədov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlqar Dəmirov) xx xxxxxx 2020-ci il tarixli, 2(102)-****/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunaraq, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kasasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “d” bəndi və 74-cü maddəsinin tələbləri ilə əsaslandırmağa çalışsa da, həmin maddələrin tətbiqində və təfsirində səhvə yol verib. Belə ki, Əmək Məcəlləsinin 68-ci maddəsind ə əmək müqaviləsinə xitam verilməsinin konkret əsasları müəyyən edilib göstərilib. Həmin Maddənin 1-ci hissəsində göstərilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddənin mənasına görə, Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslara və qaydalara əməl edilmədən əmək müqaviləsinə xitam verilməsi yolverilməzdir. Eləcə də həmin Maddənin 2-ci hissəsində əmək müqaviləsinə xitam verilməsinin konkret əsasları sadalanıb göstərilib və həmin əsaslardan biri də d) bəndində nəzərdə tutulan tərəflərin iradəsindən asılı olmayan haldır. Göründüyü kimi Qanunverici tərəflərin iradəsindən asılı olmayan hallar olduqda əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyünü istisna etmir, lakin bunun üçün Əmək Məcəlləsinin 74-cü maddəsində sadalanan əsasla r olmalıdır. Hazırki halda, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi qeyd olunan maddədə sadalanan tərəflərin iradəsindən və ya istəyindən asılı olmayan hallardan hər hansı birinə uyğun gəlmir. İşəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin d) bəndi üzrə düzgün olmayaraq xitam verilmişdir. Çünki, işdə, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayan hər hansı hal mövcud deyil. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini əsaslı hesab edib və belə qənaətə gəlir ki, Səhiyyə Nazirliyinin və Bakı şəhər Baş Səhiyyə İdarəsinin sözügedən məktubları ilə İ qrup gözdən əlil Süsən Əliyevanın cavabdeh təşkilatda olan 1,0 ştat vahidi massaj üzrə tibb bacısı işinə göndərilməsi, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayan hal kimi qiymətləndirilə və bu, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas sayıla bilməz. Digər tərəfdən, iddiaçı, xx xxxx 1990-cı il tarixdən fasiləsiz və etirazsız olaraq cavabdeh təşkilatda massajist işində işləyir, xx xxxxxx 2007-ci il tarixdən isə onunla müddətsiz əmək müqaviləsi bağlanıb. Əmək müqaviləsinin 1.2-ci bəndinə görə o, cavabdeh təşkilatda 0,5 ştat vahidi üzrə əvəzçi massajist işinə keçirilib. Eyni zamanda iddiaçı, 1994-cü ildən əsas iş yeri olmaqla 1 saylı şəhər Poliklinikasında 1,0 ştat vahidi üzrə massajist işləyir və son 30 ilə yaxındır ki, bu qaydada çalışır və əmək funksiyalarını yerinə yetirir. Əmək Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiy i hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır. Həmin Maddənin 4-cü bəndində göstərilir ki, əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə...heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, xx xxxxxx 2007-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçının əlavə iş yerində son 12 il müddət ərzində əvəzçilik üzrə əmək fəaliyyətini yerinə yetirməsinə və heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normaların, qaydaların və müddəaların ona da şamil edilməsinə, lakin, onunla bağlanmış əmək müqaviləsinə xitam vermədən işəgötürənin verdiyi yalnış məlumata görə, xx xxxxxx 2019-cu il tarixdə səlahiyyətli dövlət orqanının “Tibb qəzetində” massaj işinin vakant olmasına dair müsabiqə elan etməsinə, Səhiyyə Nazirliyinin və Bakı şəhər Baş Səhiyyə İdarəsinin sözügedən məktubları əsas tutularaq faktiki və hüquqi cəhətdən boş olmayan massajist ştatına təyin edilməsi üçün İ qrup gözdən əlil Süsən Əliyevanın göndərilməsinə və beləliklə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin p ozulmasına əhəmiyyət vermədən, yalnız cavabdeh tərəfin formal mülahizələrinə əsaslanaraq iddia ərizəsini rədd etmişdir. Daha sonra, apelyasiya instansiyası məhkəməsi “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunverciliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx xxxxxx 1993-cü il tarixli, 05 saylı Qərarının 31-ci bəndinə istinad edib, iddiaçının işdən çıxarılmasına əsas vermiş faktiki halları əsas götürərək, onun işdən çıxarılma səbəbinin ifadəsini qüvvədə olan əmək qanunverciliyinin tələblərinə uyğunlaşdırmağa çalışsa da, gəldiyi nəticəni qətnamədə əsaslandırmayıb və iddiaçının işdən çıxarılma səbəbinin ifadəsini qüvvədə olan Əmək Məcəlləsinin hansı normasına uyğunlaşdırmasını qətnamədə göstərməyib. Eyni zamanda, apelya siya instansiyası məhkəməsi hansı dəlillərə əsasən cavabdeh tərəfin apellyasiya şikayətini təmin etdiyini qətnamədə göstərməyib və bununla da Azərbaycan Respublikası MPM-nin 392.2-ci maddəsinin tələblərini pozub. Halbuki, həmin maddənin mənasına görə, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin və ya rədd etdiyini qətnamədə göstərməyə borcludur. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlham Kərimli - sədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Elşən Kazımov) xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-*****/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxla nması, qətnamədən “dövlət büdcəsinə ödənilmiş olan 30 manat dövlət rüsumu cavabdehə aid edilsin” müddəasının xaric edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunverici tərəflərin iradəsindən asılı olmayan hallar olduqda əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyünü istisna etmir, lakin bunun üçün Əmək Məcəlləsinin 74-cü maddəsində sadalanan hallar olmalıdır. Hazırkı halda, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi qeyd olunan maddədə sadalanan tərəflərin iradəsindən və ya istəyindən asılı olmayan hallardan hər hansı birinə uyğun gəlmir. İşəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “d” bəndi üzrə düzgün olmayaraq xitam verilmişdir. Belə k i, iş materiallarında tərəflərin iradəsindən və ya istəyindən asılı olmayan hər hansı hal mövcud deyil. Səhiyyə Nazirliyinin və Bakı şəhər Baş Səhiyyə İdarəsinin sözügedən məktubları ilə İ qrup gözdən əlil Süsən Əliyevanın cavabdeh təşkilatda olan 1,0 ştat vahidi massaj üzrə tibb bacısı işinə göndərilməsi, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayan hal kimi qiymətləndirilə və bu, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas sayıla bilməz. Bundan əlavə, iddiaçı x xxxx 1990-cı il tarixdən fasiləsiz və etirazsız olaraq cavabdeh təşkilatda massajist işində işləyir, xx xxxxxx 2007-ci il tarixdən isə onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin 1.2-ci bəndinə görə o, cavabdeh təşkilatda 0,5 ştat vahidi üzrə əvəzçi massajist işinə keçirilmişdir. Eyni zamanda iddiaçı 1994-cü ildən əsas iş yeri olmaqla 1 saylı şəhər poliklinikasında 1,0 ştat vahidi üzrə massajist işləyir, son 30 ildən yuxarı müddətdə bu qaydada çalışaraq əmək funksiyalarını yerinə yetirir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, 8 saylı şəhər poliklinikasının rəhbərliyi İddiaçı ilə əmək müqaviləsinə xitam vermədən həmin iş yerinin vakant olması barədə verdiyi yanlış məlumat əsasında xx xxxxxx 2019-cu il tarixində səlahiyyətli dövlət orqanının “Tibb qəzeti”ndə massajist işinin vakant olmasına dair müsabiqə elan edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarında şərh olunan göstərişlərini də nəzərə alan apelyasiya kollegiyası nəticə etibarilə hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilmədiyinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 8 nömrəli Şəhər Poliklinikası (Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi tər əfindən cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərə münasibət bildirilməmişdir. Belə ki, iddiaçının işdən azad edilməsinin qanunun analogiyası üzrə tərəflərin iradəsindən asılı olmayan hal hesab edilməsi apelyasiya şikayətində şərh edilmiş və göstərilmişdir ki, iddiaçının xarici əvəzçilik üzrə işlədiyi vəzifə, onun tərəfindən 0,5 ştat vahidi üzrə tutulmuşdu. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2012-ci il tarixli 2421 saylı sərəncamı: ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli İ Fəaliyyət Planı”nın 22.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeliyində olan səhiyyə müəssisələrində vakant vəzifələrə həkimlərin müsabiqə yolu ilə mərkəzləşdirilmiş qaydada işə qəbulunun həyata keçirilməsi tapşırılmışdır. Milli Fəaliyyət Planına uyğun olaraq, həmin vəzifə, tam ştat vahidi üzrə müsabiqəyə çıxarılmış, bu barədə “Tibb” qəzetinin xx.xx.2019-cu il tarixli sayında elan verilmişdir. xx.xx.2019-cu il tarixdə, poliklinikanın həmkarlar ittifaqının üzvlərinin iştirakı ilə, İddiaçı bu barədə məlumat verilmişdir. Keçirilmiş müsabiqədən X2 və o, Bakı Baş Səhiyyə İdarəsi tərəfindən həmin vakant vəzifəyə işə götürülmək üçün 8 saylı polikliniya göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qətnamələrində Süsən Əliyeva ilə bağlanmış əmək müqaviləsinə münasibət bildirilməmiş, Süsən Əliuyeva 3-cü şəxs qismində cəlb edilməmişdir. Halbuki, hazırki qətnamə icra olunacağı halda S.Əliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilməlidir. Həmin müqaviləyə xitam verilməsi üçün isə qanuni əsaslar mövcud deyil. 8 saylı polklinika tərəfindən, tabeçilik üzrə yuxarı təşkilatı olan Bakı Baş Səhiyyə İdarəsinin göstərişi əsasında İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və Süsən Əliyeva həmin vəzifəyə işə götürülmüşdür. Vakant ştata yuxarı təşkilatdan qanuni əsaslarla işçi göndərilməsinə əsasən, əvəzçilik üzrə işləyən işçinin vəzifədən azad edilməsinin, tərəflərin iradəsindən asılı olmayan hal hesab edən qanun norması olmadığına görə və bu ictimai münasibətlər işçinin hərbi xidmətdən qayıtması səbəbilə əvəzçilik üzrə işləyən işçi ilə əmək müqaviləsinə xitam verilməsinə dair ictimai münasibətlərlə analogiya təşkil etdiyi üçün, həmin münasibətlərə də AR ƏM-nin 74.1-ci maddəsinin “ə” bəndini tətbiq etməklə, tərəflərin iradəsindən asılı olmayan hal hesab edilməlidir. Göründüyü kimi, iddiaçının işdən azad edilməsinin AR ƏM-nin 74.1-ci maddəsinin “ə” bəndində nəzərdə tutulmuş halla analogiya təşkil etməsinə baxmayaraq, məhkəmə tərəfindən məsələyə düzgün qiymət verilməmiş, səhv nəticə çıxarılmışdır. Həmçinin, iddiaçı tərəfindən mübahisələndirilmiş 8 saylı poliklinikanın əmrinin verilməsinə əsas olmuş Bakı Baş Səhiyyə İdarəsinin həmin göstərişi inzibati mübahisə icraatı qaydasında mübahisələndirilmədən, əmrin ləğv edilməsi mümkün deyil. Apelyasiya şikayətində göstərilmiş, iddiaçının cavabdeh təşkilatda işləməsinin Əmək Məcəlləsinin 91-ci maddəsinə zidd olmasına dair dəlilə məhkəmə tərəfindən heç bir münasibət bildirilməmişdir. Beləliklə, apelyasiya instansiya məhkəməsi işə baxarkən, maddi hüquq normalarından Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndin in “d” yarımbəndi səhv təfsir etmiş, 91-ci maddəsi tətbiq edilməli olduğu halda tətbiq edilməmiş, həmin maddələrin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı, vəkili X1 və cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 8 nömrəli Şəhər Poliklinikasının vəkili Vəkil1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 8 nömrəli Şəhər Poliklinikasının baş həkimi Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 74.1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda; b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda. c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə; ç) işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə;d) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə; e) işçi vəfat etdikdə; ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə. Maddə
292. İşçi hüquqlarının və ya qanunla qor unan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nət icələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edil miş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı tələbi rədd olunan hissəsində qətnaməni mübahisələndirməmişdir. Qətnamə cavabdehin apelyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində mübahisələndirilmişdir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyas ı məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, cavabdehin kasasiya şikayətinin dəlilləri əsasən apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, kasasiya yoxlaması zamanı da müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanunsuz olmuşdur. Belə ki, kasasiya yoxlaması zamanı da müəyyən edilmişdir ki, əvvəla, 8 saylı şəhər poliklinikasının rəhbərliyi İddiaçı ilə əmək müqaviləsinə xitam vermədən həmin iş yerinin vakant olması barədə verdiyi yanlış məlumat əsasında xx xxxxxx 2019-cu il tarixində səlahiyyətli dövlət orqanının “Tibb qəzeti”ndə massajist işinin vakant olmasına dair müsabiqə elan edilmişdir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respubl ikası Əmək Məcəlləsinin 74-cü maddəsində tərəflərin iradəsindən asılı olmayan halların sadalanmasına baxmayaraq məhkəmə iclaslarında tərəflərin təqdim etdiyi sübutlarla həmin Məcəllənin 68-ci maddəsinin “d” bəndinə əsaslanan sübutun olduğu müəyyən edilməmişdir. Belə ki, X4 8 nömrəli Şəhər Poliklinikasına massaj üzrə tibb bacısı vəzifəsinə işləmək üçün göndərilməsi tərəflərin iradəsindən asılı olmayan hal hesab olunmur. Yəni bu hal İddiaçı ilə 8 nömrəli Şəhər Polikilinikası arasında bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "d" bəndi ilə xitam verilməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 8 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-*****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.