Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1691/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Şərifova Nuray Rizvan qızının qanuni nümayəndəsi İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmanətin sığortalanması, sığortalanmış əmanətə görə kompensasiyanın tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2(103)6130/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən ver ilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 06 avqust 2015-ci il tarixli, PTD.233773.001 nömrəli “Güvən” əmanət müqaviləsi ilə "xxxx" ASC X2 16000 ABŞ dolları məbləğində pul vəsaitini 36 ay müddətinə, 07 avqust 2018-ci il tarixədək, Azərbaycan Respublikasının vətəndaşı olan Şərifova Nuray Rizvan qızı xeyrinə AZ25AMRA******************** saylı hesaba qəbul edərək, müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini qaytarmağı və onun üçün illik 12 faiz dərəcəsi ilə faizlər ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 36 ay müddətinə, 7 avqust 2018-ci il tarixinədək bağlanmışdır.
2. Şərifova Nuray Rizvan qızı 12 yanvar 2010-cu il təvəllüdlü olmaqla, İddiaçı onun an asıdır.
3. Tərəflər arasında əvvəllər aşağıdakı məhkəmə mübahisələri olmuşdur: 3.1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Şərifova Nuray Rizvan qızının qanuni nümayəndəsi İddiaçı iddiası qismən təmin edilərək, iddiaçının xeyrinə bağlanmış əmanət müqaviləsi üzrə onun əmanətçi hüquqlarının tanınması, bu müqavilədən irəli gələn bütün hüquqların, o cümlədən əmanətçi hüquqlarının qeydə alınması və rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması qət olunmuşdur. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 11 iyun 2018-ci il qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 3.2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar Şərifo va Nuray Rizvan qızının və İddiaçı iddiasının qismən təmin edilməsi, "xxxx" ASC ilə X5 və Şərifova Nuray Rizvan qızı arasında bağlanmış 02 oktyabr 2015-ci il tarixli, 021015/138523/G No-li əmanət girovu müqaviləsinin və "xxxx" ASC ilə X5 və Şərifova Nuray Rizvan qızı arasında 14 oktyabr 2015-ci il tarixli, 141015/138523/G No-li əmanət girovu müqaviləsinin etibarsız hesab edilməsi, 06 avqust 2015-ci il tarixli “Güvən” əmanət müqaviləsi əsasında Şərifova Nuray Rizvan qızının xeyrinə açılmış əmanət hesabından "xxxx" ASC tərəfindən 16000 ABŞ dolları məbləğində vəsaitin silinməsinin qanunsuz hesab edilməsi və həmin məbləğin Şərifova Nuray Rizvan qızının hesabına qaytarılması qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qətnaməsi və Ali Məhkəmənin 22 s entyabr 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə 28 iyun 2022-ci il tarixdə icra olunmuşdur. 4. 30 aprel 2020-ci il tarixdə "xxxx" ASC müflis elan olunmuş və iflas proseduruna başlanmışdır.
5. İddiaçı tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış 09 avqust 2022-ci il tarixli ərizəyə əsasən övladının səhhətinə, həyat yoldaşı rəhmətə getdiyinə, tək ana olduğuna və özü şəhid bacısı olduğuna görə depozitin növbəsiz qaytarılmasını xahiş etmişdir.
6. Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 14 dekabr 2022-ci il tarixli cavab məktubuna əsasən Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsinə, Nəsimi rayon İcra və Probasiya şöbəsinin 05 yanvar 2021-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən 28 iyun 2022-ci il tarixdə Şərifova Nuray Rizvan qızının depozit hesabına qaytarılmış və kreditor tələblərinin reyestrinə daxil edilmişdir. Şərifova Nuray Rizvan qızının tələbi “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəkdir.
7. İddiaçı tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış 01 mart 2023-cü il tarixli ərizəyə əsasən övladı Şərifova Nuray Rizvan qızına məxsus "xxxx" ASC-də AZ67AMRA******************* * nömrəli depozit hesabda olan 16000 ABŞ dolları məbləğində əmanətə görə kompensasiyanın (faizlər də daxil olmaqla) rekvizitləri ərizəyə əlavə olunan bank hesabına ödənilməsinin təmin edilməsini xahiş etmişdir.
8. Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 03 aprel 2023-cü il tarixli məktub 14 dekabr 2022-ci il tarixli məktub ilə eyni məzmunda cavablandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Şərifova Nuray Rizvan qızının qanuni nümayəndəsi İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16000 ABŞ dolları əmanət və həmin əmanətə görə hesablanmış 3200 ABŞ dolları faizlər olmaqla, cəmi 19200 ABŞ dolları vəsaitin qorunan əmanət hesab edilməsi və həmin 1920 0 ABŞ dolları pulun, hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 200 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 187,92 manat pulun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia belə əsaslandırılmışdır ki, iddiaçının əmanəti 01 oktyabr 2018-ci il tarixdə "xxxx" ASC tərəfindən depozit hesabından qanunsuz olaraq silinmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli qətnaməsi ilə Bank tərəfindən 16000 ABŞ dolları vəsaitin silinməsi qanunsuz hesab edilərək, həmin vəsaitin əmanətçinin hesabına qaytarılması qərara alınmışdır. Sözügedən qətnamə 22 sentyabr 2020-ci il tarixdən etibarən qanuni qüvvəyə minmişdir. Sonradan Bank müflis elan edilərək, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. 09 avqust 2022-ci il tarixdə iddiaçı tərəfindən Fonda depozitin qaytarılması üçün ərizə ilə müraciət edilmiş və Fond tərəfindən verilən 14 dekabr 2022-ci il tarixli cavab məktubunda vəsaitin 28 iyun 2022-ci il tarixdə Əmanətçinin depozit hesabına qaytarıldığı bildirilmişdir. Lakin məktubda tələbin kreditor tələblərinin reyestrinə daxil edildiyi və “Banklar haqqında” Qanunun 82-ci maddəsində göstərilən növbəlilik qaydasında həyata keçiriləcəyi qeyd edilmişdir. Daha sonra iddiaçı 01 mart 2023-cü il tarixdə Fonda yenidən müraciət edərək, Əmanət qorunan əmanət olduğundan ona əmanətə görə kompensasiyanın ödənilməsini xahiş etmişdir. Fond tərəfindən 03 aprel 2023-cü il tarixdə yenidən oxşar məzmunlu cavab verilərək, kompensasiyanın ödənilməsindən imtin a edilmişdir. Sığorta hadisəsi baş verdiyi tarixdə qorunan (sığortalanmış) əmanət statusunda olmuşdur. Belə ki, müqavilənin 5.1-ci bəndinə əsasən, Fondun iştirakçısı kimi Bankın həmin müqaviləyə əsasən cəlb etdiyi əmanət “Əmanətlərin sığortalanması haqqında” Qanun ilə müəyyən edilmiş qaydada, həcmdə və şərtlərlə sığortalanır. Hazırkı iş üzrə Əmanət “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2-ci maddəsində təsbit edilmiş qorunan əmanətlərə aid edilməyən əmanətlərin heç birinə aid deyil. Müqavilənin 2.1-ci bəndindən göründüyü kimi, əmanət cəlb edildiyi günə, yəni 06 avqust 2015-ci il tarixə Əmanətin illik faiz dərəcəsi 12% təşkil etdiyi üçün həmin tarixdə X3 müəyyən etdiyi illik faiz dərəcəsi həddini aşmamışdır. Göründüyü kimi, Əmanətin qorunan əmanətə aid olmasını istisna edən hər h ansı bir hal mövcud deyildir.
11. Birinci instansiya məhkəməsində cavabdeh Əmanətlərin Sığortalanması Fondu iddiaya etiraz verərək göstərmişdir ki, sığorta hadisəsi baş verən anadək olan dövr ərzində əmanət qorunmayan hesab edildiyi üçün Əmanətlərin Sığortalanması Fonduna ödənilməli olan haqlar belə ödənilməmişdir. Əmanət 12 faizlə yerləşdirilmiş və əmanət üzrə müddət bitdikdən sonra əmanət eyni şərtlərlə uzadılmışdır. Bank, müqavilənin əsas şərtlərindən biri olan faiz dərəcəsində əmanət yerləşdirənin iradə ifadəsi olmadan birtərəfli qaydada dəyişiklik həyata keçirə bilməzdi. Həmçinin, hazırki iş üzrə iddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, iş üzrə iddiaçı X5 olmalıdır. Xüsusatlara və qanunvericiliyin müvafiq müddəalarına əsasən iş üzrə ümumiyyətlə aidiyyət düzgün müəyyənləşdir ilməmişdir. İşə Bakı Apellyasiya Məhkəməsində baxılmalı və tələb ləğv prosesində olan banka qarşı olmalıdır.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(006)2538/2023 nömrəli qətnaməsi ilə (hakim G.Ç.Abidova) iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanarkən əmanət qorunan əmanət olmuşdur. Müqavilə qüvvədə olduğu müddətdə 02 mart 2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3% müəyyən edilmişdir. Bu zaman iddiaçı tərəf (əmanətçi) müqavilənin şərtlərinin dəyişdirilərək əmanətin qorunan əmanət hesab edilməsi üçün banka müraciət etməmişdir. Müqavilənin müddəti 07 avqust 2018-ci il tarixdə bitmiş, əmanətçi tərəfindən əmanətin qaytarılması barədə müraciət olmadığından müqavilənin müddəti 36 ay müddətinə, 07 avqust 2021-ci il tarixədək uzadılmışdır. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən 01 iyul 2019-cu il tarixdən etibarən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xarici valyutada 2,5 % müəyyən edilmişdir. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə "xxxx" ASC müflis elan edilərək, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, 06 avqust 2015-ci il tarixli müqavilə üzrə illik 12 % dərəcəsi ilə banka xarici valyutada qoyulan əmanətin qorunan əmanət olması, müqavilənin qüvvədə olduğu müddət ərzində, yəni 02 mart 2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 3 % müəyyən edilməsi, lakin bu zaman iddiaçı tərəfin (əmanətçinin) müqaviləyə dəyişiklik edilməsi barədə banka müraciət etməməsi, 07 avqust 2018-ci il tarixdə müqavilənin müddətinin bitməsi və yenidən 36 ay müddətinə, yəni 07 avqust 2021-ci il tarixədək uzadılması, müqavilə qüvvədə olduğu müddətdə isə Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin müflis elan edilməsi ilə sığorta hadisəsinin baş verməsi işin mübahisəsiz halını təşkil edir.
15. Məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 922.1, “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3, 4.1, 5-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, hazırkı işdə işin mübahisəli halı sığorta hadisəsi baş verən anda iddiaçının əmanətinin qorunan (sığortalanmış) olub-olmaması ilə bağlıdır. İddiaçı tərəf nə müqavilə müddəti ərzində, nə də müqavilə müddəti başa çatdıqdan sonra əmanətin qorunan əmanət hesab olunması üçün əmanət müqaviləsinə dəyişikliklər edilməsi barədə müraciət etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə bank müflis elan edilmiş, bununla da sığorta hadisəsi baş vermişdir. Sığorta hadisəsi baş verən anda əmanət müqaviləsi üzrə 12 faiz ödənilməsi barədə müqavilənin şərti qüvvədə olmuşdur. Belə ki, müqavilənin müddəti uzadılarkən qorunan əmanətlər üzrə illik faiz dərəcəsi tətbiq olunmamış və bank bunu birtərəfli qaydada etməyə səlahiyyətli olmamışdır.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, müqavilə müddəti ərzində və müddəti bitdikdən sonra müqavilə tərəflərin qarşılıqlı razılaşması yolu ilə dəyişdirilə və sığortalı faiz dərəcəsi tətbiq oluna bilərdi. Lakin hazırki işdə əmanətçinin (qanuni nümayəndəsinin) həmin müddət ərzində müqavilə şərtlərinin dəyişdirilərək, qorunan əmanətlərə uyğunlaşdırılmasına dair tələblə banka müraciət etməsi halı müəyyən edilməmişdir. Müqavilə eyni şərtlərlə, eyni müddətə uzadılmış hesab olunmuşdur. Müqavilənin müddəti uzadılarkən bankda mövcud şərtlər və qaydalara dair sənədlər məhkəmə tərəfindən tələb edilmiş, lakin bank tərəfindən həmin dövrdə İdarə Heyəti və Müşahidə Şurasının qərarlarının olmaması bildirilmişdir. Müqavilə eyni şərtlərlə uzadıldığı üçün əmanət artıq qorunan əmanət hesab olun mamışdır. Çünki müqavilə 2015-ci il tarixdə 12 % şərtilə bağlanmış, 2016-cı ildə yuxarı hədd 3 % müəyyən edilmişdir. Nə qədər ki, əmanət müqaviləsi eyni tarixə uzadılmış hesab olunur, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsində nəzərdə tutulan depozitin “cəlb edildiyi gün” müqavilənin eyni tarixə uzadıldığı gün hesab olunur. Əks təqdirdə həmin qanunun 8.1.20-ci maddəsi öz əhəmiyyətini itirmiş olardı.
17. Məhkəmə qeyd etmişdir ki, qanunvericilik əmanətlərin tam sığortalanmış əmanətlər statusuna keçmə anını bu müqavilələrdəki illik faiz dərəcələrinin Əmanətlərin Sığortalanması X1 müəyyən etdiyi illik faiz dərəcəsinə uyğunlaşdırılmasına dair dəyişikliyin edildiyi tarixə bağlamışdır. Müqaviləyə dəyişikliklərin edilməsi isə Mülki Məcəllənin 423.1-ci maddəsində müəyyən ed ilmiş qaydada buna dair yazılı şəkildə qarşılıqlı razılığın imzalanması yolu ilə edilir. Nəhayət, qorunan əmanət kimi kompensasiya ödənilməsi barədə tələbin Fonda qarşı yönəlməsi üçün əmanət qorunan əmanət olmalı və müqavilə müddəti ərzində sığorta hadisəsi baş verməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, tələb əsassızdır.
18. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1, 390.1, 390.2, 405.1, 421.1, 421.2, 423.1, 883.1, 922.1, 944.1-ci, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2, 2.1.6, 2.1.2.6, 2.1.11, 3, 4.1, 5, 8.1.20-ci və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 88, 217.1, 218.1, 218.3, 220.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icr aat
19. İddiaçı Şərifova Nuray Rizvan qızının qanuni nümayəndəsi İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2(103)-6130/2023 nömrəli qətnaməsi ilə (hakim F.H.Qasımovun sədrliyi və məruzəsi ilə, hakimlər F.V.Abdıyevdən və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(006)2538/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq göstərmişdir ki, apellyasiya şikayətinin hüquqi əsası kimi iddiaçı Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Qanunun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair” 10 avqust 2020-ci il tarixli qərarına istinadən qeyd etmişdir ki, Mülki Məcəlləsinin 944.1-ci maddəsinə uyğun olaraq, əmanət müqaviləsinin bağlanma vaxtı həmin müqaviləsi üzrə sonrakı hər hansı hərəkətlərin həyata keçirildiyi, o cümlədən əmanətin miqrasiya edildiyi tarix deyil, ilkin (əsas) bank əmanəti müqaviləsinin bağlandığı və əmanətçinin əmanəti banka verdiyi an qəbul olunmalıdır və şərtləri dəyişdirilmiş əmanətlər də Qanunun 2.1.2.6-cı maddəsinə uyğun olaraq qorunan əmanətlər hesab edilməlidir. Qərarın nəticəvi hissəsində qeyd olunan bu cümlənin məzmunundan da görünür ki, əmanət müqavilə sinin bağlanma tarixi ilkin (əsas) bank əmanəti müqaviləsinin bağlandığı və əmanətçinin əmanəti banka verdiyi an qəbul olunmalıdır. Lakin, hazırkı iş üzrə müqavilənin bağlanma anı mübahisə predmeti deyildir, hər 2 tərəf müqavilənin 06 avqust 2015-ci il tarixdə, yəni illik 12 % dərəcəsi ilə banka xarici valyutada qoyulan əmanətin qorunan əmanət olduğu dövrdə bağlandığını mübahisələndirmir.
22. Mübahisənin əsasını o təşkil edir ki, müqavilənin qüvvədə olduğu müddət ərzində, yəni 02 mart 2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 3 % müəyyən edilmiş, lakin bu zaman iddiaçı tərəfin (əmanətçinin) müqaviləyə dəyişiklik edilməsi barədə banka müraciət etməmişdir.
23. Birinci i nstansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, qanunvericilik əmanətlərin tam sığortalanmış əmanətlər statusuna keçmə anını bu müqavilədəki illik faiz dərəcələrinin Əmanətlərin Sığortalanması X1 müəyyən etdiyi illik faiz dərəcəsinə uyğunlaşdırılmasına dair dəyişikliyin edildiyi tarixə bağlamışdır. Müqaviləyə dəyişikliklərin edilməsi isə Mülki Məcəllənin 423.1-ci maddəsində müəyyən edilmiş qaydada buna dair yazılı şəkildə qarşılıqlı razılığın imzalanması yolu ilə edilir. Lakin tərəflər arasında bu məsələnin tənzimlənməsi ilə bağlı hər hansı bir sənəd mövcud deyildir və bununla bağlı iddiaçının müraciət etməməsi işin mübahisələndirilməyən halını təşkil edir.
24. Apellyasiya kollegiyası qeyd etmişdir ki, depozitin faiz dərəcəsi bu növ müqavilələr üçün mühüm şərtdir və bank müqavil ənin mühüm şərtini birtərəfli qaydada dəyişməyə səlahiyyətli deyildir. Müqavilənin müddəti bitdikdən sonra müqavilə tərəflərin razılığı ilə dəyişdirilə və sığortalı faiz dərəcəsi tətbiq oluna bilərdi. Müddət müqavilənin müvafiq bəndinə əsasən uzadılmışdır və eyni şərtlərlə uzadıldığından artıq depozit məbləği sığortalı hesab oluna bilməzdi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
25. İddiaçı Şərifova Nuray Rizvan qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2(103)-6130/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 425.2-ci, “Əmanətlərin sığo rtalanması haqqında” Qanunun 2.1.2.6 və 8.1.20-ci, Mülki Prosessual Məcəllənin 14.1, 88-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Qanunun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair” 10 avqust 2020-ci il tarixli qərarının tələbləri pozulmuşdur.
27. Belə ki, iddiaçı ilə "xxxx" ASC arasındakı müqavilə ilk olaraq 36 ay müddətinə, yəni 07 avqust 2018-ci il tarixədək bağlanmış, sonra müqavilənin 6.1-ci bəndinə əsasən daha 36 ay müddətə, yəni 07 avqust 2021-ci il tarixədək uzadılmışdır. Bundan əvvəl, yəni 23 yanvar 2017-ci il tarixdə İddiaçı uşağı olan 7 yaşlı Şərifova Nuray Rizvan qızının yeganə qanuni nümayəndəsi kimi ərizə ilə Banka müraciət edərək Müqavilə ü zrə Sahibin əmanətçi hüquqlarının qeydə alınması və lazımı bank prosedurları həyata keçirilməsini xahiş etmiş, Bank bundan imtina etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilməklə, Şərifova Nuray Rizvan qızının əmanətçi hüquqları tanınmış, müqavilədən irəli gələn əmanətçi hüquqlarının qeydiyyata alınması və rəsmiləşdirilməsi vəzifəsi Bankın üzərinə qoyulmuşdur. Həmin qətnamə Bankın apellyasiya və kassasiya şikayətlərinə uyğun olaraq yuxarı instansiya məhkəmələrində yoxlanılmış, dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Şərifova Nuray Rizvan qızının əmanətçi hüquqlarının rəsmiləşdirilməsi 21 sentyabr 2018-ci il tarixdə həyata keçirilmiş, yəni, 21 sentyabr 2018-ci il tarixdən etibarən müqavilə üzrə əmanətçi qismində artıq X əyyam Şərifov deyil, Nuray Şərifova çıxış etmişdir. Bundan sonra, əmanətçi əmanətin qaytarılmasını tələb etsə də, Bank əmanəti qaytarmamış və 01 oktyabr 2018-ci il tarixdə əmanət Bank tərəfindən depozit hesabından qanunsuz olaraq silinmişdir. Bununla bağlı, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin 15 mart 2019-cu il tarixli qətnaməsi ilə Bank tərəfindən əmanətin silinməsi qanunsuz hesab edilərək, əmanətçinin hesabına qaytarılması qərara alınmışdır. Həmin qətnamə Bankın verdiyi apellyasiya və kassasiya şikayətlərinə uyğun olaraq yuxarı instansiya məhkəmələrində yoxlanılmış, dəyişdirilmədən saxlanılmışdır. Əmanətin qanunsuz silinməsi mübahisələndirilən dövrdə Bank müflis elan edilmişdir. Göründüyü kimi, iddiaçı müqavilənin qüvvədə olduğu və Bankın müflisl əşməsinə qədərki dövrdə, əmanətin qaytarılmasını nail ola bilməmiş və bu, Bankın Müqavilə öhdəliklərinə vicdansız davranışı nəticəsində baş vermişdir. Bank tərəfindən Mülki Məcəllənin 425.2-ci maddəsinin pozuntusunu nəzərə alınmaqla, iddiaçı qarşısında Bankın öhdəliyinin icrasının “Banklar haqqında” Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş növbəliliyə uyğun deyil, növbədənkənar qaydada ödəməlidir. Həmçinin, apellyasiya məhkəməsi əmanətin “cəlb edilmə anı”nı düzgün müəyyənləşdirilməmişdir. Əmanətin cəlb edilmə anı Müqavilənin uzadıldığı tarix deyil, Müqavilənin bağlandığı tarixdir. 06 avqust 2018-ci tarixdə əmanət qoyan tərəfindən vəsaitin yenidən banka təqdim edilməsi (cəlb edilməsi) baş verməmiş, həmin tarixdə baş verən hadisə (müqavilənin uzadılması) əmanət üzrə faizlərin ödənilməyə dav am edilməsi ilə nəticələnmişdir. Məhkəmə tərəfindən əmanətin “cəlb edilmə anı” düzgün müəyyənləşdirilmədiyindən əsassız və qanunsuz olaraq əmanət və onun faizləri qorunan əmanət hesab edilməmiş və kompensasiya tələbi təmin edilməmişdir. Apellyasiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, sənədlərə hərtərəfli və tam baxmamışdır, nəticədə qanunsuz qətnamə qəbul etmişdir.
28. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
29. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətinə etiraz verərək, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
30. Etiraz apellyasiya məhkəməsinin qətnaməsinin məzmununa uyğun əsaslandırılmışdır. Kassasiya baxışının hədlər i:
31. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir gö stərə bilər.
32. Kassator apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini kassasiya şikayətinin dəlilləri üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adland ırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çək inməlidirlər. 34. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. 2.1.2.6-cı maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. 8.1.20-ci maddəsinə əsasən X4 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxar ı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən ed ilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkə məsinin mövqeyi:
36. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normaları pozulmuşdur.
37. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçının adına banka əmanət yerləşdirilərkən müqavilənin şərtlərinə görə həmin əmanət qorunan əmanət olmuşdur.
38. Müqavilə ilkin olaraq 3 il müddətinə, 07 avqust 2018-ci il tarixədək qoyulmuşdur.
39. Həmçinin müəyyən olunur ki, bu dövrdə, Əmanətlərin Sığortalanması X1 02 mart 2016-cı il tarixli q ərarı ilə xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 % müəyyən edilmişdir. Əmanətlərin Sığortalanması X1 01 iyul 2019-cu il tarixli qərarı ilə isə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xarici valyutada 2,5 % müəyyən edilmişdir. 40. "xxxx" ASC bu qərardan sonra - Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020ci il tarixli qərarı ilə müflis elan edilərək, sığorta hadisəsi baş vermişdir.
41. İddianı rədd edən birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Əmanətlərin Sığortalanması Fondunun xarici valyutada qorunan əmanətlərin faiz dərəcəsinin aşağı salınmasına dair qərar qəbul edildiyi tarixdən sonra iddiaçı əmanətinin faiz dərəcəsinin aşağı salınması ilə bağlı müraciət etmədiyindən, sığorta hadisəsi baş verdiyi tarixdə ə manət sığortalı olmamışdır. Apellyasiya məhkəməsi bu mövqe ilə razılaşmışdır.
42. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 6 iyul 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki,... sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsai tini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır.
43. Həmçinin, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47 və 48-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 avqust 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 94 4.1-ci maddəsinə uyğun olaraq, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqaviləsinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının əmanətinin Bankda yerləşdiyi tarixdə qüvvədə olmuş “Əmanətlərin sığortalanması haqqında” Qanunun tələblərinə əsasən sığortalı əmanət olmasını və müqavilə müddəti bitdiyi tarixədək, Əmanətlərin Sığortalanması X1 qərarının qəbulundan asılı olmadan bu statusunu saxlamasını Konstitusiya Məhkəməsinin Plenumunun 10 avqust 2020-ci il tarixli qərarında ifadə olunmuş mövqeyə uyğun hüquqi qiymət verməmişdir.
45. Həmçinin məhkəmə kollegiyasının mövqeyinə görə, əmanət müqaviləsinin müddəti ilkin olaraq 07 avqust 2018-ci il tarixdə bitməsi nəzərə alınmaqla, bu tarixdən sonra iddiaçının X1 həmin zaman qüvvədə olmuş qərarına əsasən yeni şərtlərlə müqavilənin dəyişdirilməsi ilə bağlı Banka müraciət etməli olmasına dair apellyasiya şikayətinin mövqeyi ilə razılaşmaq olardı.
46. Lakin, hazırki iş üzrə nəzərə alınmalıdır ki, iş materiallarına əsasən müqavilə müddəti bitmədən artıq iddiaçı və "xxxx" ASC arasında məhkəmə mübahisələrinə başlanılmış və hazırki qərarın 3.1 və 3.2-ci bəndlərində qeyd olunan məhkəmə aktları qəbul olunmuşdur. Həmin işlər üzrə yekun məhkəmə aktı - Ali Məhkəmənin Mülki kollegiyasının 22 sentyabr 2020-ci il tarixli qərarı qəbul edilərkən, bank artıq müflis elan olunmuşdur.
47. Beləliklə müəyyən olunur ki, iddiaçı h ələ müqavilənin qüvvədə olduğu müddətdə əmanətə hüquqlarının təsbit edilməsi ilə bağlı "xxxx" ASC-yə qarşı məhkəmədə iddialar qaldırmış, iddiaları qismən təmin olunmuş və son nəticədə əmanəti hazırki cavabdeh tərəfindən 28 iyun 2022-ci il tarixdə iddiaçının depozit hesabına qaytarılmışdır.
48. Belə olan halda, apellyasiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış hesab oluna bilməz.
49. Belə ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının müqavilə şərtlərinin dəyişməklə əmanətin sığortalı statusuna gətirilməsi ilə bağlı banka müraciət etməsinin mümkünlüyünü araşdırılmamış, iddiaçının əmanətinə çatımlılığının məhdudlaşdırılması və buna təqsirin kimin üzərinə düşməsi, o cümlədən 30 aprel 2020-ci il tarixdən əmanət depoz it hesabına bərpa edildiyi 28 iyun 2022-ci il tarixədək bankın ləğv prosesində olmaqla, bütün hərəkətlərinə görə məsuliyyətini ləğvedicisi olan hazırki cavabdehin üzərinə düşməsi nəzərə alınmamış, bu halların nöqteyi-nəzərdən iddiaçının hazırda əmanətinin kompensasiyasını tələb etmək hüququna qiymət verilməmişdir.
50. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə ü zrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
51. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
52. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalı, işə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara, habelə apellyasiya şikayətinin dəlillərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4 və 372.6-cı mad dələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Şərifova Nuray Rizvan qızının qanuni nümayəndəsi İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il i tarixli, 2(103)-6130/2023 nömrəli tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.