Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1693/2022 11.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Ləğv prosesındə olan Cavabdeh1 ASC-yə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və daşınmaz əmlakın ipoteka yüklülüyündən azad olunması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsinin əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 dekabr 202 1-ci il tarixli, 2(103)10033/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Xaçmaz Rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ipoteka qoyulmuş İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 570 kv.m ümumi, 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (mağaza) açıq hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsait hesabına 25 fevral 2011-ci il tarixli kredit müqaviləsi üzrə 112965,13 manat əsas, 15707,26 manat faiz, 100 manat cərimə və 04 avqust 2011-ci il tarixli kredit mü qaviləsi üzrə 82031,97 manat əsas, 8658,30 manat faiz, 50 manat cərimə, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı “Dəmirbank" ASC-yə verilməsi, qalan məbləğin İddiaçı qızma verilməsi, İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli 570 kv.m ümumi, 401 kv.m əsas 169 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (mağaza) boşaldılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş və icra məmurunun sifarişinə əsasən "xxxx" MMC-nin 27 mart 2014-cü il tarixli hesabatı ilə İddiaçı məxsus olan Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində olan 0,4448 ha torpaq sahəsində yerləşən 3 girişli, 570 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli qeyri-yaşayış binasının qiyməti 380000 ma nat müəyyən edilmişdir. “X2” MMC tərəfindən Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində olan 0,4448 ha torpaq sahəsində yerləşən 3 girişli, 570 kv.m ümumi sahəsindən ibarət olan 2 mərtəbəli qeyri-yaşayış binasının 380000 manat ilkin qiyməti satılmasına dair hərrac 28 yanvar 2019-cu il tarixə saat 11:00-a; qiyməti 15% endirilməklə 323000 manat qiyməti ilə ikinci hərrac 18 fevral 2019-cu il tarixə saat 11:00-a təyin edilmiş və hər iki hərrac baş tutmamış elan edilməklə, bununla bağlı “Kaspi” qəzetinin 20 fevral 2019-cu il tarixli nəşrində müvafiq elan dərc olunmuşdur. “X2” MMC 11 noyabr 2020-ci il tarixli məktubu ilə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.8-cü maddəsinə əsasən Xaçmaz Rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli icra vərəqəsi üzrə sənədlər “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə qaytarılmışdır. Ləğv prosesində olan Cavabdeh1 ASC 28 dekabr 2020-ci il tarixli məktubla Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli, 2(067)-843/2013 nömrəli icra sənədi üzrə icraatın “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.10-cu maddəsinə əsasən dayandırılmasını xahiş etmiş, Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 19 yanvar 2021-ci il tarixli qərardadı ilə həmin icra sənədi üzrə icraat dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 ASC-yə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reye str Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Ləğv prosesində olan Cavabdeh1 ASC arasında bağlanmış İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, 570 kv.m ümumi, 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış binasının (mağaza) ipotekaya qoyulmasına dair 25 fevral 2011-ci il tarixli, İPİ 48/8-AZN nömrəli və 04 avqust 2011-ci il tarixli, SİPİ 287/8-AZN nömrəli ipoteka müqavilələrinə xitam verilməsi, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin ipoteka müqavilələrinə əsasən aparılmış dövlət qeydiyyatlarının ləğv edilməsi və Ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərim anov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, 570 kv.m ümumi, 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış binasına (mağaza) dair sənədlərin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ipoteka predmetinin satılması ilə bağlı hərraclar keçirilmiş, lakin alıcı olmadığından hərrac baş tutmamışdır. Bununla bağlı “Kaspi” qəzetində elan dərc olunmuş, ipoteka predmeti “X2” MMC tərəfindən ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 % aşağı qiymətlə ipoteka saxlayan Cavabdeh1 ASC-yə təklif olunmuş və ipoteka saxlayan bu təklifi qəbul etmədiyindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinə əsasən sənədlər toplusu Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə g eri qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(005)3293/2021 nömrəli qətnaməsi ilə (hakim G.A.Əsədova) iddia qismən təmin edilmiş, İddiaçı ilə Ləğv prosesində olan Cavabdeh1 ASC arasında bağlanmış 25 fevral 2011-ci il tarixli, İPİ 48/8-AZN nömrəli və 04 avqust 2011-ci il tarixli, SİPİ 287/8-AZN nömrəli ipoteka müqavilələri əsasında ipotekaya qoyulmuş İddiaçı məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində istifadəsində olan 0.04448 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, 570 kv.m ümumi, 401 kv.m əsas, 169 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış binasına (mağaza) dair ipotekaya xitam verilməsi, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin ipoteka müqavilələrinə əsasən aparılmış dövlət qeydiyyatlarının ləğv edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 317.2, 319.5-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 41.3, 43.8-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(005)-3293/2021 nömrəli qətn aməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 2(103)-10033/2021 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və E.Ə.Mehdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2(005)-3293/2021 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın qismən təmin edilən hissəsində ləğv olunmuş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları nın pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq göstərmişdir ki, hərrac 2019-cü ildə aparıldığı halda, məhkəmə mövcud olmayan 21 aprel 2017-ci il tarixdə Bankın qeyriyaşayış sahəsinin qiymətləndirilməsi barədə hesabatın və hərracın nəticələrinə dair protokolların ləğv edilməsi barədə iddia qaldırması, həmin iddianın Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.12.2017-ci il tarixli qətnaməsi ilə təmin edilməməsi, həmin işin apellyasiya və kassasiya instansiyası məhkəmələrinin baxış predmeti olması, son nəticədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini almasına istinad etmişdir. Daha sonra apellyasiya məhkəməsi Mülki Məcəllənin 416-cı və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 42.1, 42.3, 42.8, 43.1, 43.4, 43.5, 43.6, 43.7, 43.8-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli qərarına istinad etməklə göstərmişdir ki, hərrac təşkilatçısı olan “X2” MMC qanunun tələblərinə riayət etməmiş, ipoteka saxlayana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görməmişdir. Belə ki, iş materiallarında olan hərrac təşkilatçısı tərəfindən məhkəməyə göndəri lmiş sənədlərin surətlərindən görünür ki, hərracla bağlı bildirişlər ipoteka saxlayana göndərilməmiş, iş materiallarında bunu təsdiq edən sübutlar mövcud deyildir. Həmçinin, təkrar hərrac baş tutmamış elan edildiyi halda, ipoteka predmeti ipoteka saxlayana təklif olunmamış, bunu təsdiq edəcək heç bir sübut mövcud deyildir. Apellyasiya mərhələsində iddiaçı tərəf hərracla bağlı bildirişlərin göndərilməsinə heç bir aidiyyəti olmayan hərrac təşkilatçısının adından məktub və teleqram təqdim etsə də, məhkəmə kollegiyası həmin sənədləri iddiaçının özü üçün yeni sübut əldə etməsinə cəhd kimi qiymətləndirərək, MPM-in 371-ci maddəsinə əsasən həmin sənədi qəbul etməmişdir. Digər tərəfdən hərrac təşkilatçısı hərracla bağlı məhkəməyə göndərdiyi sənədlərdə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26 fevral 2019-cu il tarixli, 244 №-li Ləğv prosesində olan Cavabdeh1 ASC-yə ünvanlanmış məktubunu əlavə etsə də, həmin məktubun həmin ASC-yə göndərilməsi və Bankın hərracın baş tutmamasından məlumatlı olması müəyyən olunmur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 08 dekabr 2021ci il tarixli, 2(103)-10033/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan hallara istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh ipoteka predmetinin təkrar satışı ilə bağlı hərracın nəticələrində maraqlı olduğu halda ona təkrar hərracın baş tutmaması barədə məlumat verilərək, dəyərindən 25 faiz ucuz qiymətə əmlakı alm aq təklif olunsa da, müvafiq hüquqlarından istifadə etməmişdir. Cavabdehin hərracdan məlumatı olmadığı halda, onun hərracın nəticələrini mübahisələndirməmişdir. Qanunvericiliyin tələblərinə uyğun ipoteka müqaviləsinə xitam verilməli olduğu halda, cavabdeh yalan məlumat verərək, heç bir sübuta istinad etmədən “X2” MMC-nin 26 fevral 2019-cu il tarixli məktubundan məlumatlı olmamasını bildirmişdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə kassasiya şikayətinə qarşı yazılı etiraz verərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılması barədə qərar qə bul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermişdir. Belə ki, bank ipoteka predmetini almaqdan imtina etməmiş, həmin əmlak ona təklif olunmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin fak tiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdir ir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarında irəli sürülmüş mövqeyə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2 -ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının po zulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçü n əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC birinci instansiya məhkəməsinin iclaslarının vaxtı və yeri barədə məlumatlandırılsa da, nümayəndəsi X3 yalnız 13 iyul 2021-ci il tarixli iclasda iştirak etmiş, həmin iclas sonuncunun iş materialları ilə tanış olması və iş üzrə sənədlərin təqdim edilməsi əsası ilə təxirə salınmışdır. Sonrakı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə sübutlar təqdim etməmiş, iddiaya etiraz verməmiş, o cümlədən iddia ərizəsində istinad olunan hərracdan xəbərdar edilməsini mübahisələndirməmişdir. Cavabdeh hətta apellyasiya şikayətində də həmin halı mübahisələndirməmiş, yalnız hərrac təşkilatı tərəfindən əmlakın alınmasına dair məktubun banka daxil olmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hərracın baş tutmaması elan olunduqdan sonra ipoteka saxlayana ipoteka predmetinin alınmasına dair təklifin çatdırılmaması halı iddianın rəddi üçün əsas ola bilməz. Belə ki, “İpoteka haqqında” Qanunun tələblərinə əsasən həm ipoteka qoyan, həm də ipoteka saxlayan hərrac barədə yazılı bildirişlə və kütləvi informasiya vasitələrində elan vasitəsi ilə məlumatlandırılmalıdır. Lakin Qanunun 43.7 və 43.7-1-ci maddələrində ipoteka saxlayana ipoteka predmetinin alınması ilə bağlı xüsusi təklifin göndərilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən apellya siya instansiyası məhkəməsi Ləğv prosesində olan Cavabdeh1 ASC-nin hərrac barədə məlumatlandırılmaması qənaətinə gələrkən nəzərə almamışdır ki, həmin hal hərracın etibarsızlığı üçün səbəb olan bilər. Lakin hazırki işdə cavabdeh hərracı və onun nəticələrini mübahisələndirməmişdir. Bundan əlavə iddiaçı tərəf apellyasiya instansiyası məhkəməsinə "xxxx" MMC-nin (əvvəlki “X2” MMC) "xxxx" MMC-nin 1106 saylı poçt şöbəsinə ünvanladığı sorğu məktubunu və həmin məktuba cavab olan teleqramı təqdim etmişdir. Həmin sənədlərə əsasən X1 məxsus Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsində 0,04448 ha torpaq sahəsində 2 mərtəbəli, ümumi sahəsi 570 kv.m. olan qeyri-yaşayış binasının hərracın keçirilməsinə dair SS553527115AZ kodla nömrələnmiş məktubun 08 fevral 2019-cu il tarixdə Əmanətlərin Sığortalanması Fond una daxil olmuş, Şöbəyə 11 fevral 2019-cu ildə çatdırılmış, 12 fevral 2019-cu ildə icra edilmişdir. Apellyasiya məhkəməsi MPM-in 371-ci maddəsinə istinad edərək, həmin sənədləri qəbul etməmişdir. Lakin, yuxarıda qeyd olunduğu kimi cavabdehin hərraclar barədə məlumatlandırılması birinci instansiya məhkəməsində mübahisələndirilməmiş və bu məsələ yalnız apellyasiya baxışı zamanı araşdırma predmetinə çevrilmişdir. Belə olan halda isə, apellyasiya məhkəməsi iddiaçının həmin hallarla bağlı təqdim etdiyi sübutları qəbul edilməsindən imtina etməklə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olmasına dair təməl prinsipini pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında (Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli, “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarları) irəli sürdüyü mövqeyə görə apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının qanunverici tərəfindən məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq tərəf bu və ya digər formada iddia qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfi öz mövqeyinin müdafiəsi üçün daha çox imkan verən məhkəmə instansiyasında – birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində yeni sübutların və faktların təqdim olunmasının məhdudlaşdırılması çəkişmə və tərəflərin bərabərliyi prinsipinə xələl gətirməməlidir. Belə ki, ədalət mühaki məsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsi proses tərəflərindən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehə apellyasiya instansiyası məhkəməsində iddiaya qarşı yeni dəlillərin gətirilməsi imkanı verildiyi halda, həmin dəlillərə qarşı da etirazla bağlı təqdim olunan sübutlar məhkəmə tərəfindən qəbul edilməli və başqa sübutlarla yanaşı qiymətləndirilməlidir. Nəhayət işin mübahisəsiz hallardından biri ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan əmlakla bağlı hərrac baş tutmamış elan olunduqdan və sənədlər İcra və Probasiya şöbəsinə qaytarıldıqdan sonra Ləğv prosesində olan Cavabdeh1 ASC-nin müraciətinə əsasən icra sənədi üzrə icraat “İcra haqqında” Azərbaycan Respubl ikası Qanununun 17.1.10-cu maddəsinə əsasən dayandırılmışdır. İş materiallarından bu müraciətin səbəbinə dair sənəd əlavə olunmasa da, cavabdeh apellyasiya şikayətində həmin halla bağlı göstərmişdir ki, “... əmlakın hərracdan satışı zamanı fərq yarandığından və borclu şəxs ödənişə cəlb edildiyi üçün tərəfimizdən 27 noyabr 2020-ci il tarixdə Xaçmaz RİPŞ-nə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.10-cu maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılmasına dair müvafiq məktubla müraciət edilmişdir.” Yəni, məlum olur ki, cavabdehin azı 27 noyabr 2020-ci il tarixdən hərrac barədə məlumatı olmuş, lakin o, həmin tarixdən sonra da, qanunla müəyyən edilən müddət ərzində ipoteka predmetinin alınması üçün tədbirlər görməmiş, əksinə icraatın dayandırılmasını xahiş etmişdir. Həmin hallar isə apellyasiya məhkəməsi tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhk əməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi prosessual hüquq normalarının tələblərinə cavab ve rmir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 dekabr 2021-ci il tarixli, 2(103)-10033/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1693/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1693/2022
11.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver