Məhkəmə qərarları › İş №2(102)-1694/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1694/2022

06.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1694/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kassasiya şikayətinin qaytarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2710/2021 nömrəli iş üzrə 27 sentyabr 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İş üzrə qəbul edilmi ş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin iyun ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25 yanvar 2007-ci il təvəllüdlü X1 və 05 yanvar 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 2020-ci ilin yanvar ayından başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsinin alınması və cavabdehi uşaqların müalicəsinə və digər əlavə xərclərdə iştiraka cəlb edərək hər ay ondan 500 manat sabit pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianın dəyişdirilməsinə dair ərizə təqdim edərək Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddələrinə əsasən uşaqların müalicəsinə və digər əlavə xərclərdə iştiraka cəlb edilərək, hər ay cava bdehdən 500 manat sabit pul məbləğinin tutulması hissəsində iddia tələbindən imtina etdiyini bildirmiş, eyni zamanda digər ərizə ilə də müraciət edərək alimentin sabit pul məbləğində ödənilməsindən imtina etdiyini, aliment məbləğinin yalnız cavabdehin əmək haqqının və digər gəlir və qazancın 1/3 hissəsi miqdarında tutulmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2214/2020 nömrəli, 14 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim: V.Ş.Quliyev) iddia qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin 07 may 2018-ci il tarixli, 2(105)-1735/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilmiş, qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh 25.01.2007-ci il təvəllüdlü X1 və 05.01.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadə k saxlanması üçün ümumi olaraq qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin işin halları tam və hərtərəfli araşdırılmadan, işdəki sübutlara düzgün hüquqi qiymət verilmədən çıxarılmasını əsas göstərərək ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2710/2021 saylı, 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.M.Həsənov (sədrlik edən və məruzəçi), E.C.Kazımov və V.N.Sadıqov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 avqust 2020-ci il tari xli, 2(005)2214/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2710/2021 nömrəli, 04 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(13)-2710/2021 saylı, 27 sentyabr 2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(103 )-2710/21 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh qərardaddan kassasiya şikayəti verərək qərardadın prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərərək ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən h üquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 405.0.2. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası m əhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qərardadın ləğv edilməsi tələb olunduğundan, kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2021-ci il tarixli qərardadı xəbərnaməli poçt vasitəsi ilə cavabdehin nümayəndəsi və vəkili Vəkil göndərilmiş və qəbzə imza edilməklə 13 sentyabr 2021-ci il tarixdə qəbul edilmişdir. Cavabdehin kassasiya şikayəti isə 24 sentyabr 2021-ci il tarixdə imzalanmış, həmin tarixdə də Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikasının MPM-in 135.2-ci maddəsinə əsasən məhkəmə sən ədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci mad dələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikasının MPM-in 405.0.2-ci maddəsinə əsasən qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. Cavabdeh tərəfindən kassasiya şikayəti müəyyən olunduğu kimi qanunda nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Göstərilən vəziyyətdə kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardad mülki prosessual qanunvericiliyin tələblərinə uyğun çıxarıldığından və qərardadın ləğv edilməsi üçün əsaslar olmadığından kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2710/2021 nömrəli iş üzrə 27 sentyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar