Məhkəmə qərarları › İş №2(102)-1695/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1695/2020

02.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1695/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil3, cavabdeh X2 vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ əqdin etibarsız hesab edilməsi, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-13374/2019 nömrəli q ətnaməsindən Cavabdeh1 və vəkili Vəkil1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Bakı” MK tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışının, “Bakı” MK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli, 02 saylı Protokolunun və Cavabdeh3 kooperativə üzv qəbul edilməsi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 84.7 kv.m olan 2 otaqlı 64 saylı mənzilinin onun adına keçirilməsi barədə “Bakı” MK-nın xx.xx.2015-ci il tarixli, 09 saylı protokolunun və maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 4 nömrəli evin 64 sa ylı mənzilindən məcburi olaraq çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Emin Mehdiyev) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13374/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-279/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, “Bakı” MK tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışı, “Bakı” MK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli, 02 saylı Protokolu, Cavabdeh3 kooperativə üzv qəbul edilməsi və ün van 1 ünvanında yerləşən ümumi sahəsi 84.7 kv.m olan 2 otaqlı 64 saylı mənzilinin onun adına keçirilməsi barədə “Bakı” MK-nın xx.xx.2015-ci il tarixli, 09 saylı protokolunun və maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 4 nömrəli evin 64 saylı mənzilindən çıxarılması, və mənzil iddiaçıya təhvil verilməsi qət edilmişdir.(hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi) İsmayıl Xəlilov, İlham Kərimli) Cavabdeh X3 və vəkili Vəkil1 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13374/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şi kayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh X2 vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil3 kassasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermə mişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyasıişdə iştirak edən şəxsləri dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətiqismən təmin edilməli Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13374/2019 saylı, xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində ilkin olaraq cavabdehlər Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli əqdin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 4 nömrəli evin 64 saylı mənzilində yaşayan Cavabdeh2 ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə olmuşdur. İddiaçı sonradan MPM-in 53-cü maddəsinə əsasən iddia tələbini dəyişmiş (İ cild, i.v.165), “Bakı” MK tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışının, “Bakı” MK-nın üzvlərinin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli, 02 saylı Protokolunun, Cavabdeh3 kooperativə üzv qəbul edilməsi barədə “Bakı” MK-nın xx.xx.2015-ci il tarixli, 09 saylı Protokolunun, mübahisəli mənzilin sonuncunun adına keçirilməsinə dair protokolun və maliyyə arayışının etibarsız hesab edilməsi və həmin mənzildə yaşayan Cavabdeh2 ailə üzvləri ilə birlikdə mənzildən məcburi çıxarılmaqla mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbinin dəyişdirilməsi barədə ərizədən görünür ki, iddiaçı “Bakı” MK-nın maliyyə arayışlarının və protokollarının etibarsız hesab edilməsini xahiş etsə də, “Bakı” MK-nı cavabdeh qismində göstərməmişdir. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddiaçının apelyasiya şikayəti üzrə işə baxan apelyasiya instansiyası məhkəməsi də iddianı təmin edib “Bakı” MK tərəfindən verilmiş maliyyə arayışlarını və protokolları etibarsız hesab etsə də, həmin maliyyə arayışlarını və protokolları verən, başqa sözlə, iddian ın yönəldiyi “Bakı” MK-nı mübahisə üzrə hər hansı qisimdə işə cəlb etməmiş, “Bakı” MK-nın maraqlarına toxunan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası bunu prosessual pozuntu kimi qiymətləndirir. Mülki Prosessual Məcəllənin 418.4.6-cı maddəsinə görə məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir: Mülki Prosessual Məcəllənin 417.1.3.-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası iddia tələbinin maddi-hüquqi əsaslarına toxunmadan belə nəticəyə gəlir ki, apelyasiya instansiyasının qətnaməsi kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq MPM-in 418.6-cı maddəsində göstərilən əsaslarla ləğv edilməli, mülki iş yenidən apaşdırılması üçün həmin məhkəməyə qaytarılmalı, işə yenidən baxan məhkəmə “Bakı” MK-nı cavabdeh qismində işə cəlb edilməklə, qanunu və əsaslı qərar qəbul etməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X1 şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)13374/2019 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar