Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1695/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Şəmkir rayonu Kür qəsəbə H.Z.Tağıyev adına tam orta məktəb və Azərbaycan Respublikası Elm və Təhsil Naziriliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Tovuz Regional Təhsil İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözləri: işə bərpa tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu, Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2(104)-299/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binası nda yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbin direktoru Nümayəndə3 ilə Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı arasında xx.xx.2016–cı il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və sonuncu həmin tarixdən etibarən məktəbdə işə başlamışdır;
3. İddiaçı 18 noyabr 2023-cü il tarixdə ərizəsi ilə o, öz istəyi ilə işdən azad edilməsini xahiş etmişdir. Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbin 18 dekabr 2023-cü il tarixli 155 nömrəli əmri ilə məktəbin müəllimliyindən azad edilmişdir; 4. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”n ə əsasən, elektron portalda 18 mart 2024-cü il tarixdə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu Kür qəsəbə H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbin 18 dekabr 2023-cü il tarixli 155 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxılma dövrləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə vəziyyətilə əlaqədar 2016-2023-cü illərdə analıq məzuniyyətində, sonradan qismən ödənişli sosial məzuniyyətlərdə olmuşdur. X2 ümumi nitq inkişaf ı ləngiməsi olduğu üçün uzun müddət onun müalicəsi ilə məşğul olmuş, buna görə də fiziki, psixoloji yorğunluq və ailəsində olan digər problemlərə görə işdən çıxmaq qərarına gəlmişdir. 18 noyabr 2023-cü il tarixdə öz istəyi ilə işdən çıxması barədə ərizə təqdim etmiş, lakin sonradan ailə üzvləri və yaxınları ilə məsləhətləşdikdə onların dəstəyi ilə işdən çıxmamaq və işə qayıtmaq barədə fikri dəyişmişdir. 20 noyabr 2023-cü il tarixdə direktor Nümayəndə3 ilə telefon əlaqəsi saxlayıb işdən çıxmamaq qərarına gəldiyini və ərizəsinin geri götürülməsini, həmçinin işə qayıtması ilə bağlı ikinci bir ərizə yazmaq üçün məktəbə gələcəyini bildirmişdir. Nümayəndə3 isə narahat olmamasını, heç bir ərizəyə ehtiyac olmadığını, bütün sənədləşməni özü yoluna qoyacağını və ona 16 saat dərs yazacağını bildirmiş dir. İddiaçı da məktəb direktoru Nümayəndə3 sözlərinə inanıb və etimad edib övladının müalicəsi ilə məşğul olmuşdur. Sonra övladının 1-ci sinif qəbulunu elektron portalda qeydiyyatda keçirib, məktəb və müəllim seçimi üçün işlədiyi məktəbə getmişdir. Həmçinin fikirləşmiş ki, həm iş fəaliyyətini davam etdirər, həm də övladı bu məktəbədə təhsil alar. 15, 16, 17 may 2024-cü il tarixlərində məktəbə gəldiyi zaman başqa bir halla qarşılaşmışdır. Direktor onu işdən çıxartdığını deyib bəzi sənədləri əmək müqaviləsinə xitam verilmə ilə bağlı əmək müqaviləsi bildirişini və əmək müqaviləsinə xitam verilməsi barədə 18 dekabr 2023-cü il tarixli 155 nömrəli əmrdən çıxarışı ona təqdim etmişdir. Əmri tələb etdiyi tarixdə, yəni 16 may 2024-cü il tarixdə onun yanında yazılaraq Şəmkir rayon Kür qəsəbə H.Z.Tağ ıyev adına tam orta məktəbin direktoru Ruhiyyə Rəfıyeva tərəfindən imzalanmış, sonra isə əmr kitabına yazılmışdır. Ona isə əmrin surəti deyil, əmrdən çıxarış təqdim edilmişdir. Bundan başqa ərizəni 18 noyabr 2023-cü il tarixdə təqdim etmiş, 18 dekabr 2023-cü il tarixdə isə onun işdən çıxması barədə əmr verilmişdir. Göründüyü kimi işdən çıxma əmri 1 ay 1 gündən sonra çıxarılmışdır. Həmçinin məktəb direktoru 7 dekabr 2023-cü il tarixdən növbədən kənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar məntəqə sədri kimi seçkilərə cəlb edildiyi üçün müvəqqəti olaraq direktor vəzifəsini məktəbin tədris (təlim– tərbiyə) işləri üzrə direktor müavini Aygün Hüseynova icra etmişdir. Lakin ona verilən əmrdən çıxarışa imza edən Aygün Hüseynova deyil, məktəb direktoru Ruhiyyə Rəfıyevadır. Gör ündüyü kimi həmin vaxt əmri Ruhiyyə Rəfıyeva deyil, Aygün Hüseynova imzalamalı, ona əmrin surətini göndərməli, son haqq–hesabatın aparılması üçün məktəbə dəvət olunmalı idi. Lakin işdən çıxarılma əmri dekabr ayında deyil, 2024-cü ilin mart-aprel aylarında verilmiş və elektron portalda həmin tarixdə işlənilmişdir. Onun əmək müqaviləsinə elektron portalda 18 mart 2024-cü il tarixdə xitam verilmiş və 6 aprel 2024-cü il tarixdə isə imzalanmışdır. Göründüyü kimi məktəb direktoru qanunun tələblərini kobud şəkildə pozaraq onu işdən azad etmişdir. İşdən çıxarılması ilə bağlı ona heç bir məlumat verilməmiş, həmin əmr 16 may 2024-cü il tarixdə verilmiş, lakin əmək kitabçası ona verilməmiş və onun son haqqhesabı aparılmamışdır. Qeyd olunanlardan göründüyü kimi məktəb direktoru onu qərəzli olaraq işdə n azad etmişdir.
7. Cavabdeh Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbin direktoru Nümayəndə3 məhkəmə iclası zamanı irəli sürülmüş iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, İddiaçı xx.xx.2023–cü il tarixdə işdən azad edilməsi barədə ərizə təqdim etmiş, onun ərizəsi məktəbin vətəndaşların müraciəti haqqında kitabında xx.xx.2023–cü il tarixli 216 nömrəli ilə qeydiyyata alınmışdır. O, xx.xx.2023-cü il tarixdən növbədən kənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar olaraq məntəqə sədri kimi seçkilərə cəlb edildiyi üçün müvəqqəti olaraq direktor vəzifəsini məktəbin tədris (təlim–tərbiyə) işləri üzrə direktor müavini Aygün Hüseynova icra etmişdir. İddiaçı ərizəsində əsasən Aygün Hüseynova tərəfindən xx.xx.2023–cü il tarixdə məktəbin əmr kitabı nda 155 nömrəli əmr əsasında iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Lakin həmin tarixdə Aygün Hüseynovanın ƏMAS–da əməliyyat aparmaq üçün “ASAN İmza”sı olmadığı üçün əmək müqaviləsinə elektron portalda xx.xx.2024–cü il tarixdə onun tərəfindən xitam verilmiş, xx.xx.2024– cü il tarixdə isə həmin müqavilə imzalanmışdır. xx.xx.2024–cü il tarixdə isə əmək kitabçası İddiaçı təqdim edilmişdir. Hesab etmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən heç bir qanun pozuntusuna yol verilməmiş, iddiaçı öz ərizəsinə əsasən işdən azad edilmişdir. Əksinə, iddiaçının ərizə verməsindən sonra əlavə 1 ay ona güzəşt edərək gözləmişlər, lakin iddiaçı ərizəsini geri götürməmişdir. Bundan sonra xx.xx.2023–cü il tarixli 155 nömrəli əmr əsasında iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Əlavə olaraq qeyd edir ki, iddiaçı ərizəsinin geri götürülməsi ilə bağlı ona müraciət etməmiş və buna görə onlar arasında heç bir telefon danışığı olmamışdır. Hesab etmişdir ki, iddianın təmin edilməsinə heç bir əsas yoxdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. Azərbaycan Respublikası Elm və Təhsil Nairiliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Tovuz Regional Təhsil İdarəsinin 29 avqust 2024-cü il tarixli məktubuna əsasən, Qazax-Tovuz Regional Təhsil İdarəsinin 08 dekabr 2023-cü il tarixli əmri ilə Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbin direktoru növbədən kənar Prezident seçkiləri ilə əlaqədar seçkiyə cəlb edildiyi üçün 09 dekabr 2023-cü il tarixdən 11 fevral 2024-cü il tarixədək işdə olmadığı müddətdə direktor vəzifəsinin icrası məktəbin t ədris (təlim–tərbiyə) işləri üzrə direktor müavini X3 müvəqqəti olaraq həvalə edilmişdir. İddiaçı 18 noyabr 2023-cü il tarixdə işdən azad edilməsi ilə bağlı məktəb rəhbərliyinə ərizə ilə müraciət etmiş və 18 dekabr 2023-cü il tarixli, 155 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
9. Şəmkir Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli 2(076)-2937/2024 nömrəli qətnaməsi ilə (hakim-Taleh Musayev) iddia tələbi rədd edilmiş, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə X4-Tovuz Regional Təhsil İdarəsinə və Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair iddiası təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqey i ondan ibarət olmuşdur ki, müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Buna baxmayaraq, iddiaçı həmin müddət ərzində ərizəsini geri götürmək barədə məktəb rəhbərliyinə ərizə ilə müraciət etməmişdir. İddiaçı, xx.xx.2024–cü il tarixdə məktəbin direktoru ilə danışmasını bildirsə də, bununla bağlı mötəbər mənbədən əldə edilmiş sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, iddiaçı xx.xx.2023–cü il tarixdə öz sərbəst iradəsini ifadə etməklə öz istəyi ilə işdən çıxması barədə ərizə təqdim etmiş, bundan sonra o, məktəbə getməmiş və əmək haqqı almamışdır. Bu isə ona dəlalət etmişdir ki, iddiaçı işdən çıxması halını qəbul etmişdir. Belə olan halda məhkə mə hesab etmişdir ki, cavabdeh Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbin direktoru Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslara uyğun olaraq və müəyyən edilmiş qaydaların tələblərinə əməl edərək iddiaçının əmək müqaviləsinə xitam vermişdir.
11. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddia tələbi əsassızdır və işəgötürən tərəfindən iddiaçı ilə əmək münasibətlərinin ləğv edilməsi Əmək Məcəlləsinin 68–ci maddəsinin 2–ci bəndinin «a» bəndinə uyğundur, iddiaçı işdən çıxarılarkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 71, 79, 80, 84, 187 və 189–cu maddələrinin tələblərinə əməl edilmişdir. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlmişdir ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə dair cavabdeh Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıy ev adına tam orta məktəbin direktorununxx.xx.2023–cü il tarixli 155 nömrəli əmri qanuni və əsaslıdır. Məhkəmə öz qəaətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəf iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr verərkən, qanunun tələblərinə əməl etmiş və əmək müqaviləsinin ləğv edilməsi qaydalarını tənzimləyən Əmək Məcəlləsinin 68–ci və 69–cu maddələrində göstərilən əsaslar iddiaçıya münasibətdətam şəkildə mövcud olmuşdur.
12. Məhkəmə işin müəyyən olunmum hallarına uyğun olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının öz ərizəsinə əsasən tutduğu vəzifədən azad olunması barədə Şəmkir rayon Kür qəsəbə 2 saylı H.Z.Tağıyev adına tam orta məktəbin direktorunun xx.xx.2023–cü il tarixli 155 nömrəli əmri qanuni və əsaslıdır.
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69-cu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1., 213, 216-220, 233, 360-cı maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia ərizəsində qeyd olunanalarla yanaşı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. 18 dekabr 2023-cü il tarixli əmrin surəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil Üzrə X4-Tovuz Regional Təhsil İdarəsinə və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayon üzrə təhsil sektoruna göndərilməmişdir. Məktəb direktoru onun işdən çıxarılmağı barədə əmri həqiqətən 18 dekabr 2024-cü il tarixdə qəbul etmiş olsaydı, həmin əmri ona və digər aidiyyatı (yuxarıda qeyd olunan təhsil idarələrinə) idarələrə göndərməli idi. Həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumu Təhsil Üzrə X4-Tovuz Regional Təhsil İdarəsi və Azərbaycan Respublikası ƏƏSMN yanında X5 Xidməti QazaxTovuz Regional Şöbəsində məktəbin direktoru Nümayəndə3 qanunverciliyin tələblərin pozulması və onun qanunsuz işdən azad etməsi məsələsinə görə etdiyi şikayət əsasında direktor inzibati qaydada tənbeh və töhmət verilmişdir. Məktəbin direktoru həmin əmri mart ayında məktəb ə övladının sənədlərini toplamağa gedərkən onu gördükdən sonra sənədləşdirmə işlərini apamışdır. Lakin yenə də qanunu tələblərini pozaraq onu işdən çıxarılma barədə heç bir məlumat verməmişdir. Birinci insatansiya məhkəməsində işə baxılarkən məktəbin direktoru Nümayəndə3 tərəfindən şəxsi iş məhkəməyə verilən zaman həmin əmrin həqiqətən 18 dekabr 2023cü il tarixdə verilməsini təsdiq edəcək heç bir möhtəbər sübut təqdim edilməmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Rəhman Muradov (sədrlik edən və məruzəçi), Mustafa Mustafayev və Fikrət Mehtiyev) 18 fevral 2025-ci il tarixli, 2(104)-299/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkə məsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının işdən çıxması barədə 18 noyabr 2023-cü il tarixdə işəgötürənə ərizə yazması işin mübahisə olunmayan tərəfidir. Mübahisə iddiaçının ərizə verdikdən iki gün sonra məktəb direktoru Nümayəndə3 zəng edərək işdən çıxmaq qərarından daşındığını, hətda bu barədə ərizə yazmaq istədiyini bildirməsi və direktor Nümayəndə3 da öz növbəsində ona narahat olmaması, eləcədə ərizəyə ehtiyac olmasını bildirməsindədir. Çünki iddiaçı belə bir dəlil irəli sürsədə, lakin bunun təsdiq barədə məhkəməyə hər hansı bir möhtəbər sübut (telefon danışığına dair çıxarış və s.) təqdim etməmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsində icraat zamanı Nümayəndə3 izahatında bildirmişdir ki, iddiaçı ərizəsinin geri götürülməsi ilə bağlı ona müraciət etməmiş, eləcədə b u barədə onlar arasında telefon danışığı olmamışdır.
18. Apellyasiya şikayətinin işdən çıxarılma əmrinin dekabr ayında deyil, 2024-cü ilin mart-aprel aylarında verilməsi, eləcədə əmrin 18 dekabr 2023-cü il tarixdə verilməsini təsdiq edəcək heç bir möhtəbər sübutun məhkəməyə təqdim edilməməsi dəlilinə münasibətdə, kollegiya qeyd etmişdir ki, həmin dəlillər iş materialları ilə təsdiq olunmur. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən məktəb üzrə əmr kitabından çıxarış alınmış və müəyyən olunmuşdur ki, əmrlər kitabında İddiaçı barəsində verilmiş 18 dekabr 2024-cü il tarixli 155 nömrəli əmr qeyd olunub.
19. Əmək kitabçasının vaxtında verilməməsinə münasibətdə isə qeyd olunmuşdur ki, iddia ərizəsinin qanunvericilikdə müəyyən edilmiş 1 ay müddətində verilməsi ilə bağlı cavabdeh tər əf iddia müddətinin tətbiqi barədə ərizə verməmiş, eləcədə iddia qeyd olunan bu əsaslə rədd edilməmişdir. Ona görə də kollegiya apellyasiya şikayətinin bu dəlilinidə qətnamənin ləğvi üçün əsas saymamışdır. 20. 18 dekabr 2023-cü il tarixli əmrin surətinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil Üzrə X4-Tovuz Regional Təhsil İdarəsinə və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayon üzrə təhsil sektoruna göndərilməməsi dəlilinidə kollegiya əsaslı hesab etməmişdir. Əvvəla işdən müəyyən olunmuşdur ki, verilmiş əmrdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil Üzrə X4-Tovuz Regional Təhsil İdarəsi və Qazax-Tov uz Regional Təhsil İdarəsinin Şəmkir rayon üzrə təhsil sektoru məlumatlı olmuşdur. Qeyd olunan əmrin surətinin hətda göndərilməməsi halında, belə nəticəyə gəlmək olmaz ki, əmr qanunsuzdur.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respubikasının Əmək Məcəlləsinin 68.1, 68.2, 69, 76.1, 76.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (vəkil- Nümayəndə1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayətininin dəlilləri iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə prosesində xx.xx.2023-cü il tarixdə məktəbin direktoru Nümayəndə3 ilə danışdığımı sübut edən telefon danışığını məhkəməyə təqdim etsəmdə lakin məhkəmə həmin sübuta heç bir qiymət verməmişdir. Bundan başqa məktəbin direktoru Nümayəndə3 bildirmişdir ki, prezident seçkilərində olduğu üçün işdən çıxarılma əmrini portala imzalayıb yerləşdirə bilməmişdir, belə olan halda sual yaranır ki, əgər iddiaçının işdən çıxarılma əmrim həqiqətən xx.xx.2023-cü il tarixdən verilmişdirsə nə üçün əmrin surəti və əmək kitabçam əmr verildikdə dərhal sonra göndərilməmişdir. Nümayəndə3 məhkəmə araşdırılması zamanı məktəbin direktoru Nümayəndə3 əmrin surətin və əmək kitabçasının göndərdiyini qeyd etsədə lakin bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.
24. İddiaçı işdən çıxarılmağı ilə bağlı xx.xx.2023-cü il tarixli əmrin surəti Azərb aycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil Üzrə X4-Tovuz Regional Təhsil İdarəsinə və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayon üzrə təhsil sektoruna göndərilməmişdir. Əgər məktəb direktoru iddiaçının işdən çıxarılmağı barədə əmri həqiqətən xx.xx.2024-cü il tarixdə qəbul etmiş olsaydı həmi əmri iddiaçıya və digər aidiyyatı (yuxarıda qeyd olunan təhsil idarələrinə) idarələrə göndərməli idi.
25. Birinci və apellyasiya instansiya məhkəmələri iddia tələbini obyektiv araşdırmamış və nəticədə ədalətli qərar qəbul etməmişlər. İş materiallarında olan sübutlar düzgün qiymətləndiriliməyib. Halbukı, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətn amə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Apellyasiya instansiya məhkəməsi qətnamənin əsaslığını müəyyən etməmiş, qətnamə çıxararkən sadəcə iddiaçının verdiyi sübutlarla kifayətlənmiş, heç bir əlavə araşdırma aparmadan formalı qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
27. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
28. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;
29. Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
30. Maddə 69.4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
31. Maddə 69.5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü gös tərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınla şdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlar a və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş mater iallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı öz xahişi ilə işdən azad edilməsi haqqında iradəsini cavabdehə təqdim etdiyi yazılı ərizəsində bəyan etmişdir. Cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsini bu əsasla ləğv etməsi əmək qanunvericiliyinə zidd olmamışdır.
41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar tədqiq edilmiş, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
42. İşə mahiyyəti üzrə baxılarkən əmək müqaviləsinin ləğv edilməsi haqqında cavabdeh təşkilatın ə mri rəsmiləşənədək iddiaçının öz təşəbbüsü ilə işdən çıxması barədə ərizəsinin hüquqi qüvvədən düşməsi sübuta yetirilməmişdir. Belə olan halda kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.
43. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2025-ci il tarixli, 2(104)-299/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.