Məhkəmə qərarları › İş №2(102)-1696/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-1696/2024

06.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1696/2024 06.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X1 Səhmdar Cəmiyyətinin Göygöl Suvarma Sistemləri İdarəsinə qarşı qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinə vəkil orderinin əlavə olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin M ülki Kollegiyasının 04 dekabr 2023-cü il tarixli, 2(104)2753/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Göygöl Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(066)-1068/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X1 Səhmdar Cəmiyyətinin Göygöl Suvarma Sistemləri İdarəsinə qarşı qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

2. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(104)-1317/2021 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasi ya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2021-ci il tarixli, 2(102)-4576/2021 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(104)-498/2022 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 2(102)-2667/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 yanvar 2022-ci il tarixli, 2(104)-498/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2022-cü il tarixli, 2(104)-2753/2023 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(066)1068/2020 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilmişdir.

7. Həmin qətnamədən cavabdehtərəfindən kassasiya şikayəti verilmiş, kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikas ı Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, hab elə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əla və edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayətinə vəkilin cavabdehi kassasiya instansiyası məhkəməsində təmsil edilməsini təsdiq edən vəkil orderi əlavə olunmamışdır.

10. Belə ki, kassasiya şikayəti cavabdehin adından Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Vəkil2 tərəfindən imzalanmışdır.

11. Lakin, iş materiallarında Vəkil2 Gəncə Apellyasiya Məhkəməsində iştirakı üçün tərtib edilən 28 noyabr 2023-cü il tarixli vəkil orderi mövcud olsa da, kassasiya şikayətinə (“Elektron məhkəmə” informasiya sisteminə) MPM-in 408.1.3-cü maddəsinin tələblərinə əsasən sonuncunun kassatora kassasiya şikayətinin tərtibi il ə bağlı hüquqi yardım göstərməsini təsdiq edən vəkil orderi əlavə edilməmişdir.

12. Qeyd olunanlara əsasən, kassasiya şikayətinə vəkil orderi əlavə olunmadığı üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

13. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 dekabr 2023-cü il tarixli, 2(104)-2753/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Meliorasiya və X1 Səhmdar Cəmiyyətinin Göygöl Suvarma Sistemləri İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gənc

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar