Məhkəmə qərarları › İş №2(102)-1697/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1697/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1697/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Əmirəliyev Ənvər Mehdi oğlunun, Cavabdeh1 vəkili Mustafayev Natiq Məhəmməd oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və YYYna qarşı alqı-satqı müqaviləsinin ləğv edilərək daşınmaz əmlakların mülkiyyətinə qaytarılması, pul vəsaitlərindən istifadəyə görə faizlərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəm əsinin Mülki Kollegiyasının 2(103)-9501/2019 saylı, 28 oktyabr 2019cu il tarixli qətnaməsindən İddiaçı, vəkili Əmirəliyev Ənvər Mehdi oğlu və üçüncü şəxs XXX, vəkili Əmirəliyev Ənvər Mehdi oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2579/2018 saylı, 15 oktyabr 2018ci il tarixli qətnaməsi ilə (hаkim Ə.S.Qəhrəmanov) İddiaçı cavabdehlər Cavabdeh1 və YYYna qarşı “alqı-satqı müqaviləsinin ləğv edilərək daşınmaz əmlakların mülkiyyətinə qaytarılması, pul vəsaitlərindən istifadəyə görə faizlərin ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9501/2019 saylı, 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Ə.Məhərr əmova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov, E.Y.Şamayev) İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2579/2018 saylı, 15 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 iyun 2015-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilərək həmin müqavilə üzrə Cavabdeh1 satılmış ünvan 1 ünvanında yerləşən 0.451 ha torpaq sahəsinin; həmin torpaq sahəsində olan ümumi sahəsi 1197.9 kv.m., yaşayış sahəsi 993.91 kv.m., yardımçı sahəsi 204. kv.m. olan 8 otaqlı fərdi yaşayış evinin, ümumi sahəsi 621 kv.m., yaşayış sahəsi 418.4 kv.m., yardımçı sahəsi 202.6 kv.m. olan 11 otaqlı fərdi yaşayış evinin onun mülkiyyətinə qaytarılması, ona ödəni lməli olan pul vəsaitlərindən istifadəyə görə 189.583 manat məbləğində pulun Cavabdeh1 tutularaq ona ödənilməsi, Cavabdeh1 və digər şəxslərin ünvan 1 ünvanında yerləşən 0.451 ha torpaq sahəsindən, həmin torpaq sahəsində olan ümumi sahəsi 1197.9 kv.m., yaşayış sahəsi 993.91 kv.m., yardımçı sahəsi 204. kv.m. olan 8 otaqlı fərdi yaşayış evindən, ümumi sahəsi 621 kv.m., yaşayış sahəsi 418.4 kv.m., yardımçı sahəsi 202.6 kv.m. olan 11 otaqlı fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə İddiaçı ilə Cavabdeh1 arasında YYYnun xüsusi notariusunun təsdiqi ilə 11 iyun 2015-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 0.451 ha torpaq sahəsinin; həmin torpaq sahəsində olan ümumi sahəsi 1197.9 kv.m., yaşayış sahəsi 993.91 kv.m., yardımçı sahəsi 204. kv.m. olan 8 otaqlı fərdi yaşayış evinin, ümumi sahəsi 621 kv.m., yaşayış sahəsi 418.4 kv.m., yardımçı sahəsi 202.6 kv.m. olan 11 otaqlı fərdi yaşayış evinin Cavabdeh1 satılmasına dair AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən tam yerinə yetirilərək daşınmaz əmlaklar cavabdehə verilmişdir. Lakin cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmiş, satılan əmlakların müqavilə ilə müəyyən edilmiş qiymətini təşkil edən 500.000 manat ödənilməmişdir. Belə ki, alqı-satqı müqaviləsinin 4-cü bəndinə əsasən cavabdehə satılan əmlakların qiyməti 500.000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 5-ci bəndinə əsasən “alıcı bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan məbləği satıcıya notariusun ban kda açılan depozit hesabı vasitəsi ilə ödəyir. Bundan əlavə, cavabdeh tərəfindən alınmış daşınmaz əmlakların müqavilə ilə müəyyən edilmiş qiymətinin ödənilməsi 2 il 11 ay gecikdirilmişdir, bu səbəbdən Mülki Məcəllənin 600.5 və 449-cu maddələrinə əsasən ödənilməsi gecikdirilmiş məbləğin üzərinə faizlər hesablanmaqla iddiaçıya ödənilməlidir. Cavabdeh tərəfindən ödənilməsi 2 il 11 ay gecikdirilmiş 500.000 manatın üzərinə hesablanmış faizlər 189.583 manat təşkil edir. Bundan başqa, daşınmaz əmlaklar cavabdehə satıldığı anda olduğu vəziyyətdə iddiaçıya qaytarılmalı, cavabdeh və digər şəxslər həmin evlərdən çıxarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı və üçüncü şəxs XXX hə min qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş və kassasiya şikayətlərində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı, vəkili Əmirəliyev Ənvər Mehdi oğlu və üçüncü şəxs XXX, vəkili Əmirəliyev Ənvər Mehdi oğlu kassasiya şikayətlərini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və üçüncü şəxs X3 vəkili Əmirəliyev Ənvər Mehdi oğlu kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək şikayətlərin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 vəkili Mustafayev Natiq Məhəmməd oğlu kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək şikayətlərin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MP M-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, kassatorların vəkili Əmirəliyev Ənvər Mehdi oğlunun, Cavabdeh1 vəkili Mustafayev Natiq Məhəmməd oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı və üçüncü şəxs XXX kassasiya şikayətləri təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.451 ha torpaq sahəsi, həmin torpaq sahəsində olan ümumi sahəsi 1197.9 kv.m., yaşayış sahəsi 993.91 kv.m., yardımçı sahəsi 204. kv.m. olan 8 otaqlı fərdi yaşayış evi, ümumi sahəsi 621 kv.m., yaşayış sahəsi 418.4 kv.m., yardımçı sahəsi 202.6 kv.m. olan 11 otaqlı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş, X6 ilə Cavabdeh1 arasında 11 iyun 2015-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* №-li 4Ə/496 reyestr nömrəli alqı-satqı müqaviləsinə dair notariat işinin materiallarından aydın olur ki, X6 1 1 iyun 2015-ci il tarixdə YYYnun xüsusi notariusu X5 ərizə ilə müraciət edərək Cavabdeh1 ilə İddiaçı məxsus olan 000 küçəsində yerləşən 9 saylı fərdi yaşayış evinin və torpaq sahəsinin alqı-satqı müqaviləsi üzrə 500.000 (beş yüzmin) manata satılması barədə razılığa gəldiklərini, bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin notariat kontorunun depozit hesabına qoyulmasını xahiş etmişdir. “xxxx” ASC-nin Yasamal filialı tərəfindən verilmiş 11 iyun 2015-ci il tarixli qəbzə əsasən Salmanov X2 Asiman İlham qızına daşınmaz əmlakın dəyərini ödəmək üçün 500.000 (beş yüz min) manat pulu YYYnun xüsusi notariusu X4 ******************** saylı depozit hesabına keçirmişdir. İş materialarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Da şınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 30 iyul 2018-ci il tarixli məktubun məzmunundan görünür ki, 12 saylı DNK-nın 4Ə/496 reyestr nömrəli, 11 iyun 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı özünə məxsus (119719 kv.m.-8 otaq, 0.451 ha torpaq sahəsi, 621 kv.m.-11 otaq) hissəni Cavabdeh1 satmışdır və hazırda mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş ünvan 4 ünvanlanmış 27 avqust 2018-ci il tarixli, 665 nömrəli məktubun məzmunundan görünür ki, “xxxx” ASC-nin 31.07.2015-ci ildə fəaliyyətini dayandırması ilə əlaqədar orada mövcud olmuş depozit hesabı fəaliyyətini dayandırmışdır, bu zaman depozit və cari hesabda heç bir vəsait qalmamışdır. X6 ilə Cavabdeh1 arasında 11 iyun 2015-ci il tarixdə bağlanmış AN-İ seri yalı, ******* №-li alqı-satqı müqaviləsi ilə bağlı bildirilmişdir ki, alıcı tərəfindən pul vəsaitinin “xxxx” ASC-nin Yasamal filialına mədaxil edilməsi barədə bank qəbzi təqdim edilmiş və satıcıya həmin məbləğin götürülməsi barədə çek verilmişdir. İş materiallarında olan Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi «ƏSF tərəfindən məhkəməyə ünvanlanmış 28 sentyabr 2018-ci il tarixli məktubun məzmunundan görünür ki, 11 iyun 2015-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə H.Z.Hacıyevin (VÖEN **********) ******************** nömrəli depozit hesabından 500.000 (beş yüz min) manat pul vəsaiti YYYnun 11 iyun 2015-ci il tarixli, 879 nömrəli məktubuna əsasən X3 adına qəbul olunmuşdur və tərəfindən 11 iyun 2015-ci il tarixdə BT 182790 saylı çek ilə məxaric olunmuşdur. İ ş materiallarından görünür ki, iddiaçı müqavilə üzrə ödənilməli pul vəsaitinin ona verilmədiyini iddia etməklə müvafiq iddia tələblərini irəli sürmüşdür. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçının irəli sürdüyü faktiki hallar, onun iddia tələbinin mümkün qanuni əsaslarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. -421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən bir inin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.2-ci və 422.2.3-cü maddələrinə görə, əgər tərəflər müqavilənin əhəmiyy ətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, o cümlədən, müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini onları müqavilə bağlanarkən ümid etməyə haqqı çatdıqlarından xeyli məhrum edəcək dərəcədə pozarsa, müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi üçün iddiaçının irəli sürdüyü faktiki hallar həmin tələbin qanuni əsasının dispozitiv əlamətləri ilə uzlaşmamaqdadır və birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbini əsasən müqavilənin etibarsız hesab edilməsinə dair hallarla əsaslandırmış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsində göstərilən əsas, yəni müqavilənin əhəmiyyətli pozuntusu (pulun ona ödənilməməsi) iddiası isə iş materialları ilə təkzib olunmuşdur. Belə ki, iş materiallarından aydın olur ki, torpaq sahəsinin və fərdi yaşayış evlərinin dəyəri tərəflərin razılığı ilə 500.000 (beş yüz min) manat məbləğində dəyərləndirilmiş, həmin pul vəsaiti 11 iyun 2015-ci il tarixdə Cavabdeh1 tərəfindən “xxxx” ASC-nin Yasamal filialında YYYnun xüsusi notariusu X4 ******************** saylı depozit hesabına keçirilmişdir. Bu o deməkdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş və hazırki halda iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur. İş materiallarından görünür ki, apelyasiya instansiyası mə hkəməsi sorğu ilə “xxxx” ASC-dən sözügedən pul vəsaitinin X6 tərəfindən qəbul edilməsi barədə məxaric çekinin əslini məhkəməyə təqdim edilməsini tələb etsə də, bank tərəfindən sorğuya verilən cavabda həmin çekin əslinin aşkar edilmədiyi bildirilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin pul vəsaiti iddiaçı tərəfindən qəbul edilmədiyindən pul vəsaitinin həqiqətən də 3-cü şəxs tərəfindən qəbul edilib-edilməməsi faktını müəyyən etmək mümkün olmamışdır. İzah edilmişdir ki, əgər iddiaçı pul vəsaitinin bank tərəfindən ona verilmədiyinə istinad edirsə bu zaman o, “xxxx” ASC-yə qarşı müstəqil iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin “daşınmaz əmlakların mülkiyyətinə qaytarılması, pul v əsaitlərindən istifadəyə görə faizlərin ödənilməsi” hissəsinə dair iddianın təmin edilməməsi barədə gəldiyi nəticənin doğru olmadığı qənaətinə gəlməyə əsas verəcək hər hansı sübut məhkəməyə təqdim olunmadığından həmin nəticəni əsaslı hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apelyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tə rzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətlərində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətlərində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və üçüncü şəxs 3-cü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9501/2019 saylı, 28 oktyabr 2019-cu il tarixli qətnaməsi kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar