Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1697/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1697/22 (Açar sözlər: mənzilə köçürülmə ) Bakı şəhəri, 11 aprel 2022-ci il 11.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3676/2021 nömrəli, 15 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 11 aprel 2022-ci il tarixdə Ali Məhkə mənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh İddiaçı məhrum qaynı X6 arvadır.
2. Bərdə şəhəri, Vaqif küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evi 8/12 hissədə Cavabdeh, hər birinə 1/12 hissədə isə Maraqlı şəxs, X7, X4 və X2 adına mülkiyyət hüququ ilə qeydə alınıb.
3. Maraqlı şəxs məhkəmə qətnaməsi ilə Bərdə şəhəri, Vaqif küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evinə köçürülüb.
4. Maraqlı şəxs İddiaçı əridir.
5. Mübahisə qeyd edilən evə köçürülmə ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh qarşı iddia ərizəsi (sonradan tələbinin azaldılması barədə ərizə) ilə müraciət edərək, yuxarıda qeyd edilən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Maraqlı şəxs iddia ərizəsi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qoyulub, birinci instansiya məhkəməsi isə qeyd edilən evə 1/12 payları olan X7, X4 və X2 varislərini də müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edib.
8. İddia tələbi onunla əsaslandırılıb ki, Bərdə Rayon 29.11.2013-cü il tarixli qətnaməsi ilə iddiaçılar Maraqlı şəxs və X5 ünvan 1 ünvanda yerləşən paylı mülkiyyətlərində olan evə köçürülmələri və evin həyətyanı torpaq sahəsinin tərəflərin ümumi istifadəsində saxlanılması qət olunub, qətnamə qanunu qüvvəyə minib. Bundan sonra cavabdeh həmin qətnamədə qeyd edilmiş iddiaçıların evin 2 otağından hansına köçürülməli olması barədə qətnaməyə izah verilməsini xahiş edib, və qətnaməyə belə izah verilib ki, iddiaçılar Maraqlı şəxs, X12 oğlunun Cavabdeh məxsus Bərdə şəhər i, Vaqif küçəsi, 3\5 saylı evə köçürülmələri dedikdə, həmin şəxslərin evin hər yerindən istifadə hüquqları nəzərdə tutulur.
9. Mübahisədə adı keçən ev 1946-cı ildə inşa edilib və iddiaçının əri Maraqlı şəxs ata mülküdür. Əri yaşlı adamdır, yaşı və səhhəti nəzərə alınarsa, onun həmin evdə tək yaşaması qeyri-mümkündür. İddiaçı ərinin mülkiyyət hüququ olan və köçürüldüyü evdən istifadə etmək istəyir, lakin cavabdeh buna mane olur.
10. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 11.1, Mənzil Məcəlləsinin 10, 68.1 və 68.2-ci maddələrinə istinad etmişdir.
11. Cavabdeh iddiaya yazılı etiraz verib. Etirazını belə əsaslandırıb ki, iddiaçının ərinin mülkiyyətində olan 1/12 hissəni naturada ayırmaq mümkün deyil, iddiaçı köçürülməli olsa, belə olan halda, iddiaçı digər payçıların, yaxud da cavabdehi n payından istifadə edəcəkdir ki bu da həm cavabdehin və digər payçıların hüququnu pozur.
12. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs yazılı qaydada iddiaçının onun mülkiyyətində olan evə köçürülməsinə etiraz etmədiyini bildirmişdir.
13. Bərdə Rayon Məhkəməsinin 2(021)-979/2021 saylı, 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunaraq, İddiaçı Bərdə şəhəri, Vaqif küçəsində yerləşən 3\5 nömrəli fərdi yaşayış evinə köçürülməsi, ödənilmiş 10 manat məbləğində rüsumunun Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir. (hakim Qamət Əbilov)
14. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki İddiaçı ilə Maraqlı şəxs 1969-cu ildə rəsmi nikaha giriblər. İddiaçının iddia etdiyi ünvan 2 ünvanında yerləşən ev ******* saylı Çıx arışa əsasən Cavabdeh (8/12 hissə), Maraqlı şəxs (1/12 hissə), X3(1/12 hissə), X1 (1/12 hissə) və X2 (1/12 hissə) birgə mülkiyyətindədir. Bərdə rayon Məhkəməsinin 2(021)1560\2013 saylı 29.11.2013-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs və X5 ünvan 1 ünvanda yerləşən paylı mülkiyyətlərində olan evə köçürülmələri və evin həyətyanı torpaq sahəsi tərəflərin ümumi istifadəsində saxlanılması qət olunmuşdur. Hazırda İddiaçı da həmin evə köçürülməsini tələb edir. Maraqlı şəxs arvadı İddiaçı həmin evə köçürülməsinə etirazı yoxdur.
15. Birinci instansiya məhkəməsinin qənaətinə görə mənzilin mülkiyyətçilərindən olan Maraqlı şəxs öz həyat yoldaşı olan İddiaçı mənzilə köçməsinə etirazı olmadığından, eləcə də onun həmin mənzilin hər yerindən istifadə hüququnun olması Gəncə Apellyasiya Məhkəməsinin qə rardadı ilə müəyyən olunduğundan iddia tələbi təmin olunmalıdır.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43, Mülki Məcəllənin 11.1, Mənzil Məcəlləsinin 13 və MPM-nin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlilləri: - cavabdehin iddiaçı ilə birlikdə bir evdə yaşamağı qeyri-mümkündür. Ev balaca və 2 otaqlı olduğu üçün o həmin evdə çətinliklə yaşayır. Həmçinin həmin evdə cavavbdehin və mərhum ərinin qardaşlarının da payı var. Hər biri gəlib öz paylarını tələb edir, balaca bir evdə heç kim yaşaya bilməz. İddiaçı ilə heç bir zaman yaxşı münasibəti olmamışdır. İddiaçı gəlib evdə yaş asa, aralarında xoşagəlməz mübahisələr olacaqdır; - iddiaçı 1970-ci ildən həmin evdən çıxıb getmiş və bir daha orada yaşamayıbdır. 2 otaqlı balaca bir evdə digər vərəsələrlə birlikdə yaşamaq qeyri-mümkündür; - işə cavabdehin iştirakı olmadan baxılı.
19. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3676/2021 nömrəli 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(021)-979/2021 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir. (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi) Loğman Süleymanov, Şamil Rzaquliyev)
20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının ərinin mübahsiəli ev üzərində paylı mülki yyət hüququ 03 may 2017ci il tarixdə qeydə alınmışdır. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Mübahisəli evin ümumi sahəsi 73,1 kv.m təşkil etmişdir ki, iddiaçının ərinin mübahisəli ev üzərində 1/12 hissədə payının müəyyən edilməsi nəzərə alındıqda, adi riyazi hesablamaya əsasən təxminən həmin evin təxminən 6 kv.m iddiaçının ərinin mülkiyyətində olması anlaşılmaqdadır ki, bu da nəinki iki şəxsin, heç bir şəxsin yaşayış sahəsindən istifadə edə bilməsi üçün müəyyən edilmiş normaya uyğun deyildir. Belə ki, “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması nın müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 nömrəli qərarı ilə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Buna örə də iddiaçının ərinin mülkiyyətində olan hissəyə köçürülməsi mümkün deyildir.
21. Apellyasiya instansiya məhkəməsinin möğvqeyinə görə iddiaçının ərinin evin digər hissələrinə də istifadə hüququnun olmasına görə iddiaçının da həmin evdən istifadə hüququnun olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaə t də əsassız olmuşdur. Belə ki, iddiaçının ərinin mübahisəli evin digər hissələrinə istifadə hüququnun olmasının müəyyən edilməsi, onun da evin digər hissələrindən istifadə hüququnun olmasını deməyə əsas verməməkdədir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı ən azında 1999-cu ildən həmin evdə yaşamamaqdadır. Hərçənd ki, cavabdeh iddiaçının və onun ərinin 1970-ci illərdən həmin evdən köçməsini iddia etmişdir ki, iddiaçı da buna qarşı hər hansı bir əsaslı arqument irəli sürməmişdir. Təsadüfi deyildir ki, iddiaçı da ilk iddia tələbində mübahisəli evə istifadə hüququnun tanınmasını xahiş etsə də, sonradan iddia tələbini həmin hissədə azaltmışdır. Həmçinin, iş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi və Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 796 nömrəli, 28.01.2021-ci il tarixli arayışa əsasən İddiaçı Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 10 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamaqdadır. Beləliklə, iddiaçının digər paylı mülkiyyətçilərin payına münasibətdə mübahisəli evə istifadə hüququ mövcud olmamışdır. Belə olduğu təqdirdə isə iddianın təmin edilməsi əsasız və qanunsuz olmuşdur.
22. Apellyasiya instansiya məhkəməsi cavabdehin iddiaçı və iddiaçının ərinin başqa bir ünvanda böyük evlərinin olması, cavabdehin yaşadığı balaca 2 otaqlı evinə onların ehtiyaclarının olmaması, sadəcə iddiaçının və 3-cü şəxsin cavabdehlə mübahisələri olduğu üçün onunla yenidən mübahisə etmək və onların hərəkətlərindən cana yığılıb evdən köçməyini istəməsi ilə bağlı apel lyasiya şikayətinin dəlilini ağlabatan və inandırıcı hesab edib. Belə ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1560\2013 saylı, 29.11.2013-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs mübahisəli evə köçürülməsi qət edilsə də, 8 ilə yaxın müddətdir ki, o, həmin mənzilə köçüb yaşamamışdır. Bundan başqa, iş materiallarında olan fotoşəkillərə əsasən mübahisəli ev yaşamaq üçün demək olar ki, tam şəraitsiz bir vəziyyətdədir ki, belə olduğu halda iddiaçının və onun ərinin mübahisəli paylı mülkiyyətdə olan evdə həqiqətən də köçüb yaşamaq istəmələri ağlabatan deyildir. Halbuki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müd afiəsindən istifadə etmək hüququna malikdirlər. Kassasiya şikayətinin ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil oğlu) kassasiya şikayəti verib, qətnamənin ləğv, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
24. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsi Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə düzgün qiymət verməyib; - iddiaçı Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbləri baxımından evin mülkiyyətçilərindən biri olan Maraqlı şəxs “digər ailə üzvü yox, ailə üzvüdür”. Alkin apellyasiya instansiyası məhkəməsi qeyd edilən normanın tələbinə əməl etməyib; - apellyasiya məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun qiymətləndirməyib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
25. Kassasiya şik ayətinə qarşı cavabdehin yazılı etirazı daxil olmuşdur. Etirazın dəlilləri iddiaya etirazın məzmununa uyğun əsaslandırılmaqla iddiaçının ərinin evdə payının təxminən 6 kv.metr olması, bunun da nəinki iki şəxsin, heç bir şəxsin yaşayış sahəsindən istifadə edə bilməsi üçün müəyyən edilmiş normaya uyğun olmamasına istinad edilib. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülki yyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri aras ında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qər ardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi i şə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsi nin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
31. Belə ki, apellyasiya məhkəməsi iddianı rədd edərkən Mənzil Məcəlləsinin 30.2ci maddəsinin məzmununu qeyd etməklə kifayətlənmiş, eyni zamanda həmin maddəni də iddianın rədd edilməsi baxımından əsas götürüb-götürmədiyini qətnamədə əsaslandırmamışdır. Halbuki qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun vədigərhüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar vədigərhüquqi aktlar göstərilməlidir. Məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tut duğu qanunlar apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilməlidir. (Mülki Prosessual Məcəllə, 218.1. 220.4, 392.1.5-ci maddələr)
32. Baxmayaraq ki, apellyasiya məhkəməsini istinad etdiyi Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.
33. İddia tələbi iddiaçının ərinin 1/12 hissədə mülkiyyət hüququ olan evə köçürülməsi barədədir.
34. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçının ərinin həqiqətən də mübahisədə adı keçən mənzildə 1/12 hissədə mülkiyyət hüququ var (baxmayaraq ki, bu hüququn 03 may 2017-ci ildə qeydə alınması müəyyən edilsə də, hüququn yaranma tarixi müəyyən ed ilməyib) və iddiaçının əri həmin evə köçürülüb, eləcə də ərinin evin hər yerindən istifadə hüququnun olması barədə Gəncə Apellyasiya Məhkəməsinin izah qərardadı var. İş üzrə üçüncü şəxs qisminə qoyulan iddiaçını əri iddianı qəbul edib.
35. Göründüyü kimi, apellyasiya məhkəməsi bir tərəfdən Mənzil Məcəlləsinin 30.2ci maddəsini qeyd edib, həmin normaya nəyə görə istinad etməsini izah etməyib, digər tərəfdən də iddianı həmin normanın tələbləri baxımından rədd etməklə ziddiyyətli nəticəyə gəlib.
36. İddianın rədd edilməsi əsası kimi “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 nömrəli Qərarına istinad edilməsi də işin müəyyən edilmiş hallar ına uyğun deyil. Çünki Nazirlər Kabinetinin həmin Qərarı sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahələri bağlı normaları müəyyən edir. Hazırki işdə isə mübahisədə adı keçən ev dövlət mənzil fonduna və sosial kirayə müqaviləsini predmetinə aid deyil.
37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, mübahisədə adı keçən evin iddiaçının ərinin mülkiyyətinə hansı tarixdən keçməsini (mirası kimi olubsa, hansı tarixdən mirası qəbul etməsini) müəyyən etməli, bundan sonra tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
38. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3676/2021 nömrəli 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.