Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1699/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1699/2019 18 mart 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh və onun vəkili ***nun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.10.2018-ci il tarixli, 2(107)-2293/2018 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək, cavabdehin azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanda paylı mülkiyyətində olan torpaq sahəsində yerləşən mərhum atasından miras əmlak kimi qəbul etdiyi sahəsi 89.7 kv.m olan, 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 10 iyul 2018-ci il tarixli, 2(046)-1342/2018 saylı qətnaməsi ilə İddiaçı azyaşlı uşaqları X10 və X9 ilə birlikdə Cavabdeh yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Ş.Hüseynov, R.R.Rəfiyev və G.Q.Abbasov) 09.10.2018-ci il tarixli, 2(107)-2293/2018 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 10 i yul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmişdir. Cavabdeh və onun vəkili *** iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və onun vəkili *** iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.10.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı tərəf iddiaçının yaşayış sahəsi ilə təmin olunmadığını göstərən Göyçay rayon İcra Hakimiyyəti başçısının Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 sentyabr 2018-ci il tarixli məktubu sübut kimi Şəki Apel lyasiya Məhkəməsində təqdim etmişdir. Halbuki, iddiaçının imkanı və vaxtı var idi ki, həmin sübutu 1-ci instansiya Məhkəməsinə təqdim etsin. Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti 2004-cü il tarixdən yarandığından hazırki mübahisəyə tərəflər arasında evlə bağlı münasibətlərin yarandığı zaman qüvvədə olan Azərbaycan SSR 08.07.1982-ci il tarixli 979-X saylı Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri tətbiq edilməlidir. Məhk əmənin gəldiyi bu nəticə tamamilə absurddur. Əvvəla tərəflər arasında münasibətlər 2004-cü ildə yaranmamışdır. Tərəflər 28.12.2007-ci ildə ailə həyatı qurmuşlar və münasibətlər həmin dövrdən yaranmışdır. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına istinad etsə belə həmin Qərarı tərəflərin hüquq münasibətlərə düzgün tətbiq etməmişdir. Belə ki, Məhkəmə Kollegiyası hazırkı münasibətə Azərbaycan SSR 08.07.1982ci il tarixli Qanun ilə təsdiq edilmiş AR Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrini tətbiq etmişdir. Halbuki Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci ıl tarixli qərarında bildirilir ki, 2000ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasında isə münasibətlər 28.12.2007-ci il tarixindən yarandığından həmin münasibətlərə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri tətbiq edilməli idi. Mülki Məcəllənin 228.1-ci maddəsinə görə Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəyə görə Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsd iqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllənin tələbindən də göründüyü kimi iddiaçının atasına məxsus yaşayış evindən istifadə hüququ mövcud deyil. Belə ki, istifadə hüququna dair onunla mülkiyyətçi arasında hər hansı notarial razılaşma olmamış və ya belə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bundan başqa, məhkəmə kollegiyası qətnaməsini əsaslandırarkən həm Azərbaycan SSR 08.07.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş AR Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə, həm də hazırda qüvvədə olan AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad etməklə ziddiyyətli mövqe sərgiləmişdir. DƏDRX-nin 16 saylı Ərazi idarəsi tərəfindən verilmiş 06.05.2017-ci il tarixli Seriya RX ******* saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayı evi tam mülkiyyət hüququ əsasında ***nun adına rəsmiləşmişdir. Məhkəmə əgər cavabdehin gözlənilən mülkiyyət hüququna istinad edirsə bu da absurddur. Belə ki, əvvəla həmin evlə bağlı vərəsəlik işi açılmamışdır. Bundan başqa həmin evə təkcə cavabdehin deyil, başqa şəxslərin (anası, qardaşı və s.) də gözlənilən mülkiyyət hüququ vardır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Cavabdeh vəkilinin dediklərinə uyğun izahat vermişdir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə AR MPM-nin 67-ci maddəsinə uyğun olaraq işə onun izahatı alınmadan baxılmışdır. HÜQU Qİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 09.10.2018-ci il tarixli qətnaməsi ilə Göyçay Rayon Məhkəməsinin 10 iyul 2018-ci il tarixli qətnaməsini ləğv edilb, iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, DƏDRX-nin 16 saylı Ərazı İdarəsi tərəfindən verilmiş Seriya RX ******* saylı çıxarışa əsasən, ünvan 2 ünvanda yerləşən fərdi yaşayı evi tam mülkiyyət hüququ əsasında ***nun adına, həmin e vin yerləşdiyi 0.062772 ha torpaq sahəsinin 3/1 ***nun, 3/1 X3, 3/1 hissəsi isə Cavabdeh paylı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Tərəflər 28.12.2007-ci ildə ailə qurmuşdur. İddiaçı cavabdehlə evlənərkən onun yaşadığı atasının sahibliyində olan, ünvan 3 ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evinə gəlin köçmüş və cehiz əmlakı həmin evə yığılmışdır. İddiaçının cavabdehlə ailə münasibətləri pozulduğundan 05 aprel 2017-ci il tarixdən faktiki olaraq ayrılmışlar. İddiaçı uşaqları da götürərək iddiaçıya məxsus evdən çıxmışdır. Göyçay Rayon Məhkəməsinin 05.09.2017-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş, azyaşlı uşaqlar iddiaçının yanında saxlanılmış və azyaşlı uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşağa 100 manat alimentin tutulması qə t edilmişdir. İddiaçının gəlin köçərək yaşadığı və qeydiyyatda olduğu evin sahibi keçmiş qayınatası *** 12.05.2016-cı il tarixdə vəfat etmişdir. Onun vəfatına qədər ev xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reysterində qeydə alınmamışdır. Cavabdeh mərhum atasının vəfatından sonra iddiaçı ilə birgə yaşadığı müddətdə miras əmlakı faktiki qəbul edib idarə etmişdir və cavabdehin qanun üzrə vərəsə kimi əmlaka gözlənilən mülkiyyət hüququ vardır. Cavabdehin ailə üzvü kimi iddiaçını və uşaqlarının həmin miras evdə yaşayış hüquqları vardır. Bundan başqa mübahisəli evin yerləşdiyi torpaq sahəsinin 1/3 hisəssi cavabdehin mülkiyyətindədir. Cavabdeh onun evə qayıdıb yaşamasına könüllü razılıq vermir. Göyçay rayon İcra Hakimiyyəti başçısının Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə liyi tərəfindən verilmiş 12 sentyabr 2018-ci il tarixli məktubuna əsasən, ***-da qeydiyyatda olan İddiaçı Göyçay rayonunun Mirzəhüseynli kəndində mülkiyyətində fərdi yaşayış evi yoxdur. Onun atası X1 adına ümumi sahəsi 90.0 kvm, yaşayış sahəsi 60.0 kvm 3 (üç) otaqlı evi qeydiyyatda olmaqla həmin evdə aşağıda adları qeyd olunan ailə üzvləri yaşayır: X4 1956, X2 1960 (arvadı), X6 1982 (oğlu), X8 1986 (gəlini), *** 2013 (nəvəsi), X5 2016 (nəvəsi), İddiaçı 1988 (qızı), X10 2009 (nəvəsi), X9 2010 (nəvəsi). Apellyasiya instansiyası məhkəməsi iddiaçının köçürülməsini tələb etdiyi yaşayış sahəsini onun köçdüyü zaman özbaşına tikili kimi qiyəmətləndirərərk, iddianın qanuni əsas kimi qanunun analogiyası üzrə Azərbaycan SSR 08.07.1982-ci il tarixli 979-X saylı Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəllə sinin (bundan sonra Mənzil Məcəlləsinin) 53 və 54-cü maddələrinə istinad edərək iddianı təmin etmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi ilə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması zamanı məhkəmənin məhz analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət etməsi nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə fərdi yaşayış evinin cavabdehin mərhum atasına Göyçay rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmış torpaq sahəsində tikilməsini nəzərə almayaraq, iddiaçının gəlin köçdüyü zaman fərdi yaşayış sahəsini səhvən özbaşına tikili kimi qiymətləndirərək, anoloji hüquq norması kimi köhn ə Mənzil Məcəlləsinin normalarına müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 01 sentyabr 2000-ci ildən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə uyğun həll edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı ilə cavabdehin mərhum atası arasında hüquq münasibətlərinin 2000-ci ildən sonrakı dövrdə yaranması müəyyən edildiyindən, Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarı baxımından iddiaçının gəlin köçdüyü zaman fərdi yaşayış sahəsinə hüququnun yaranıb-yaranmaması məsələsinə qüvvədən düşmüş Mənzil Məcəlləsi deyil, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri tətbiq edilməlidir. O da qeyd edilməlidir ki, cavabdehin atası 2016-cı ildə vəfat etdiyindən və apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi miras əmlak cavabdeh tərəfindən faktiki olaraq qəbul edildiyindən, iddia çının həmin yaşayış sahəsinə dair istifadə hüququnun yaranıbyaranmaması məsələsinə artıq cavabdehə münasibətdə həmin vaxt qüvvədə olan yeni Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq təkrarən qiymət verilməli, habelə iddiaçının maddi vəziyyətinin və diqqətə layiq digər halların özünü yaşayış sahəsi ilə təmin etməyə imkan veribverməməsinə, vermədiyi təqdirdə yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanması ilə bağlı məqamlar araşdırılmalıdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verdiyindən, qətnamə ləğv edilməlidir. İş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdrılması zərurəti olduğundan, kassasiya şikayəti q ismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına əsasən yeni apellyasiya baxışında kassasiya məhkəməsinin qərarında maddi və prosessual hüquq normalarının tətbiqinə dair MPM-in 420-ci maddəsinə uyğun olaraq şərh edilən göstərişlər nəzərə alınmaqla, işin qanuni həlli təmin olunmalıdır. Belə ki, sonuncu maddəyə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.10.2018-ci il tarixli, 2(107)2293/2018 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Hacıyev Sənan
Məhkəmə qərarları › İş №2(102)-1699/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1699/2019
18.03.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver