Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1699/2020 19.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin vəkilləri Cavadov İlqar Cəbir oğlu və Cəbrayılov Mehman Hümsi oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 mart 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-90/2019 saylı, 10 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim A.Məmmədov) iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında x2nın inşa etdiyi binanın 1-ci girişinin 14-cü mərtəbəsində 99 kv.m sahədən ibarət 2 otaqlı, 99 saylı mənzilin cavabdeh tərəfindən iddiaçı x1na təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli, 2(004)-2377/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim E.Mehdiyev) iddiaçı x2 cavabdeh x1na qarşı müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlə r X.Mərdanova (sədrlik edən, məruzəçi), E.Həsənov və Ş.Məhərrəmova, 2(103)-5760/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-90/2019 saylı, 10 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı x1 cavabdeh x2 qarşı “xxxx” iddia ərizəsi təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2377/2019 saylı, 13 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, x2 cavabdeh x1na qarşı müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilmiş, x2-nın dünvan 1 küçəsində tikilməkdə olan binasında 99 nömrəli mənzilin x1na satılmasına dair 14.04.2011- ci il tarixli "xxxx" müqavilə və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilmələri qət edilmişdir. İşin halları Birinci iddia üzrə iddiaçı x1 cavabde h x2 qarşı “xxxx” iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, ünvan 1ünvanında x2-nın inşa etdiyi binanın 1-ci girişinin 14-cü mərtəbəsində 99 kv.m sahədən ibarət 2 otaqlı, 99 saylı mənzilin cavabdeh tərəfindən ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İkinci iddia üzrə iddiaçı x2-nın x1na qarşı maraqlı şəxs x3 cəlb olunmaqla “müqavilənin və maliyyə arayışının etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, x2 ilə cavabdeh x1 qarşı müqavilənin etibarsı hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22.05.2019-cu il tarixli qərardadı ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı x2 cavabdeh x1na qarşı müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək hazırki mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır Bakı Apellyasiya məhkəməsinin 30.09.2019-cu il tarixli qərardadı ilə mülki işin dayandırılmasına əsas olmuş Bakı Apellyasiya Məhkəməsinin icraatında olan, iddiaçı x2 cavabdeh x1na qarşı müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair mülki iş məhkəmə kollegiyasının 2(103)- 11215/2019 saylı, 25 sentyabr 2019-cu il tarixli qərardadı ilə hazırkı işə birləşdirilməsi nəzərə alınaraq iddiaçı x1nun cavabdeh x2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs x3na qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin vəkilləri Cavadov İlqar Cəbir oğlu və Cəbrayılov Mehman Hümsi oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktl ara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı x1 ünvan 1 ünvanında x2-nın inşa etdiyi binanın 1-ci girişinin 14-cü mərtəbəsində 99 kv.m sahədən ibarət 2 otaqlı, 99 saylı mənzilin cavabdeh tərəfindən ona təhvil verilməsi barədə tələbini onunla əsaslandırmışdır ki, o, öz halal zəhmətiylə qazandığı pulla 2011-ci ildə ünvan 1 ünvanında x2 tərəfindən inşa olunmuş binasının 1-ci girişinin 14-cü mərtəbəsində 99 kv.m. sahədən ibarət 99 saylı mənzili 39.600 (otuz doqquz min altı yüz) manata MTK ilə bağladığı 14.04.2011-ci il tarixli müqavilə əsasında almışdır. Mənzilin tam dəyəri olaraq, 39600 AZN pulun ödənilməsinə dair ona MTK tərəfindən 1 4.04.2011- ci il tarixli maliyyə arayışı da verilib. Bundan sonra dəfələrlə Kooperativə gedərək həmin mənzilin təmir olunmasına başlamaq istədiyini bildirsə də, Kooperativin işçiləri tərəfindən "sabah gələrsiz, başqa vaxt gələrsiz” deməklə, onu ərazidən uzaqlaşdırıblar. Sonradan, yəni 2015-ci ilin noyabr ayında o, Yasamal rayon Polis İdarəsinə çağırıldı. Bu zaman ona məlum olmuşdur ki, x2-nın sədri x4 polis idarəsində verdiyi şikayət üzrə izahatında bildirmişdir ki, bu mənzil guya x5 adlı şəxsin MTK qarşısındakı öhdəliyinə görə formal olaraq adına sənədləşdirilib. Lakin o, x5 adlı şəxsi tanımamış, heç görməmişdir. Həmçinin, MTKnın ona verdiyi payçılıq müqaviləsi və maliyyə arayışı tərəfindən Polis İdarəsinə təqdim edilmiş və bildirilmiş ki, 2011-ci ildə MTK-nin ünvan 1 ünvanında inşa etdiyi binadan mənzil almaq üçün MTK-nın sədri x4la görüşmüş, sonuncu ona həmin ünvanda binanın 1 -ci girişinin 14-cü mərtəbəsində 99 kv.m. sahədən ibarət 2 otaqlı, 99 saylı mənzilin dəyərinin 39.600 AZN olduğunu söyləmişdir. Sonra 14 aprel 2011-ci il tarixində o, yenidən həmin MTK-ya gələrək mənzilin dəyəri olaraq, 39.600 AZN pulu x4a nəğd qaydada ödəmişdir. O da ona bunun əvəzində 14.04.2011 -ci il tarixli müqavilə və 39600 AZN pulun ödənilməsinə dair 14.04.201 1 -ci il tarixli maliyyə arayışı təqdim etdi. Sonradan Yasamal RPİ-də baxılan bu iş (x4un ərizəsi) 30.11.2015-ci il tarixdə Yasamal RPİ tərəfindən çıxarılmış Qərarla, cinayət tərkibi olmadığı üçün rədd edilmişdir. Həmçinin, Yasamal RPİ-nin 30.11.2015-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar»ı ilə bir daha müəyyən olunmuşdur ki, "x1 tərəfindən x2 tərəfindən inşa olunmuş binanın 1 -ci girişinin 14-cü mərtəbəsində yerləşən, 2 otaqlı, 99 kv.m. sahədən ibarət 99 saylı mənzilin dəyəri MTK-ya tam olaraq ödənilmiş və bununla bağlı x1 MTK-nın sədri x4 tərəfindən tam ödəniş barədə maliyyə arayışı verilmişdir”. O vaxtdan x2-ya ayaq döyür, boş vədlər verib yola salırlar, artıq 2 il keçib, ancaq bir nəticə yoxdur. Artıq uzun illərdir, nə mənzili, nə də ona dəymiş maddi ziyan kimi mənzilin dəyərini cavabdeh təşkilatdan ala bilmir. Həmçinin, iddiaçı x2 cavabdeh x1na qarşı "müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair" iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin təqdim etdiyi 14.04.2011-ci il tarixli "xxxx" müqavilə və maliyyə arayışı etibarsız əqdlərdir. Belə ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. x2 cavabdeh x1na mübahisəli mənzilə dair müqavilə və maliyyə arayış versə də, əslində MTK-nın ona mənzil satmaq niyyəti olmamışdır. Belə ki, cavabdeh x1nun tanışı olan x5 adlı şəxs digər bir MTK-ya tikintiyə dair sərəncam alacağına söz vermiş və bunun müqabilində x2-dan onun seçdiyi adamların adına mənzil ə dair müqavilə və maliyyə arayışı yazmağı təklif etmişdir. x2-nın rəhbərliyi də bu təkliflə razılaşaraq x5un adamı olan x1nun adına mübahisəli olan 99 nömrəli mənzilə dair 14.04.2011-ci il tarixli "xxxx" müqavilə və eyni tarixli maliyyə arayışı vermişdir. Lakin, sonradan x5 adlı şəxs öz vədinə əməl etməmişdir. Bu səbəbdən də, x2 onun seçdiyi x1 mənzili verməkdən imtina etmişdir.Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh x1 heç vaxt x2-ya gəlməmiş, ümumiyyətlə həmin mənzildə olmamış, mənzilə dair heç bir ödəniş etməmiş, ümumiyyətləmənzildən xəbərsiz olmuşdur. Bütün göstərdiyi bu hallar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq hərəkətləri zamanı öz təsdiqini tapmışdır. Əslində isə ünvan 1 küçəsində yerləşmiş x2-nın tikilməkdə olan binasında 99 nömrəli mənzil 15.06.2008-ci il tarixli müqavilə ilə 39.600 manata x6 satılmış, daha sonra sonuncu MTK-nın sədrinə ərizə ilə müraciət edərək maddi vəziyyəti ilə əlaqədar ödənişini geri almış, mənzilin digər şəxslərin adlarına özgəninkiləşdirilməsinə etiraz etmədiyini göstərmişdir. Sonra həmin mənzil 02.12.2010-cu il tarixli müqavilə ilə 44.550 manata x7 satılmışdır. Sonuncu 25.09.2011- ci il tarixdə ərizə verərək bu mənzilin x3nın adına sənədləşməsinə köməklik göstərilməsini xahiş etmiş və x3 ilə MTK arasında müqavilə bağlanaraq həmin mənzil qanuni olaraq sonuncuya satılmışdır. Rəfiqə Mustafayeva mənzilin dəyərini tam ödəmiş, mənzili təmir etdirmiş və hazırda da həmin mənzildə yaşamaqdadır. İş materiallarından görünür ki x1 ilə cavabdeh x2 arasında bağlanmış 14 aprel 2011-ci il tarixli "xxxx” müqavilədən görünür ki, MTK ünvan 1 küçəsində yerləşmiş x2-nın tikilməkdə olan binasında 99 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarındakı x2 tərəfindən tərtib edilmiş eyni tarixli Maliyyə arayışından görünür ki, x1nun MTK-ya borcu qalmamışdır. -x3 ilə x2 arasında bağlanmış 25 sentyabr 2011-ci il tarixli "xxxx” müqavilədən görünür ki, MTK eyni mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - Bakı şəhəri Yasamal RPİ-nin istintaq Şöbəsinin baş müstəntiqi x8 "Cinayət işinin başlanmasının rədd edilməsi barədə" 30.11.2015-ci il tarixli qərarının surətindən görünür ki, 13.11.2015-ci il tarixd ə x2-nın sədri x4 ərizə ilə müraciət edərək müxtəlif fiziki şəxslər tərəfındən tikintinin materialla təmin edilməsi ilə əlaqədar şifahi şəkildə bağlanmış podrat müqaviləsi üzrə olan öhdəliklər yerinə yetirilmədiyini, bununla əlaqədar olaraq tikinti işlərinin tamamlanmasının təmin edilmədiyini göstərmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, x9, x5 və x10 adlı şəxsin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə nəzərdə tutulan əməllərin, yəni özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmə niyyətinin olması müəyyən edilməmişdir. x9, x5 və x10 adlı şəxslərin həqiqətən də x4nu aldadaraq sonuncunun əmlkını ələ keçirməsi faktının olması müəyyən edilməmişdir. Bundan başqa, x4nun x9, x5 və x10 adlı şəxslər tərəfindən aldadılaraq əm lakının ələ keçirilməsi faktı yalnız zərərçəkən x4 özünün izahatında göstərilmiş, dələduzluq faktını digər sübut növləri ilə sübuta yetirmək mümkün olmamışdır. Toplanmış material üzrə hər hansı bir cinayət hadisəsi faktının olması müəyyən edilmədiyinə görə cinayət işinin başlanılması rədd edilmişdir. - Azərbaycan Respublikasinin Prokurorllğl Baş Prokuror Yaninda Korrupsiyaya Qarşi Mübarizə Baş İdarəsinin tarixli məktubundan görünür ki, x2, x11 və x12 vəzifəli şəxsləri tərəfindən saxta sənədlər əsasında mənzillərin satılmaqla vətəndaşların pul vəsaitlərinin talanması və digər qanunsuzluq faktiarı üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 313, 320.2 və 322.1-ci maddələri ilə ********* №-li cinayət işi istintaq olunur. İstintaq orqanına daxil olmuş məlumatlara əsasən, x2 tərəfindən ünvan 1 ünvanında inşa olunmuş binanın 14-cü mərtəbəsində yerləşən 2 otaqlı, 99 kv. metr sahəli 99 Ns-li mənzil kooperativin rəhbərliyi tərəfindən 25.09.2011-ci il tarixli müqavilə və 34650 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında x3na (oğlu x13 tel.Ne***-***-**-**), 15.08.2015-ci il tarixli müqavilə və 39600 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında isə x14 (tel.No ***-***-**-**); satılmış, lakin sonuncu tərəfındən istintaq orqanına MTK-ya qarşı hər hansı bir tələbinin olmaması haqqında 07.02.2018-ci il tarixli ərizə təqdim edilmişdir. Mənzilin x1na satılması barədə sənədlər istintaq orqanına təqdim olunmamışdir. Qeyd olunan hallar üzrə ibtidai istintaqın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcəkdir. - x2-nın sədri x4un vəkili Əli Əliyev tərəfindən (vəkilin orderinin surəti təqdim edilmişdir) tərtib edilərək özünün imzaladığı 14.11.2019-cu il tarixli mülahizəsindən görünür ki, ünvan 1 ünvanda x2 tərəfindən inşa olunmuş yüksəkmərtəbəli yaşayış binasının 1-ci giriş, 14-cü mərtəbə, 99.0 kv.metr sahəsi olan 99 saylı mənzil 25 sentyabr 2011-ci il tarixli mənzil tikinti haqqında müqavilə ilə x3nın adına rəsmiləşdirilmişdir, alıcıya mənzil təhvil verilmişdir, x3 2012-ci ildən mənzili tam təmir etmiş və hal-hazırda ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. x1na MTK-a tərəfindən mənzil satılmamışdır, həmin mənzilin təmiri ilə bağlı x1 tərəfindən heç vaxt MTK-ya müraciət olunmamışdır. Mənzil haqqında müqavilə və maliyyə arayışı x5 tərəfindən mürac iət edilərək, Yasamal rayon, Şərifzadə küçəsində yüksəkmərtəbəli yaşayış binasının inşa edilməsi ilə əlaqədar torpaq sahəsinin tikintiyə razılıq alınması üçün girov olaraq verilmişdir. Lakin həmin yerin sənədləşdirilməsi baş tutmadığından razılaşma ləğv edilmişdir. -Notarial qaydada surəti təsdiq edilmiş x6 ilə cavabdeh x2 arasında bağlanmış 15 iyun 2008-ci il tarixli "xxxx” müqavilədən görünür ki, MTK ünvan 1 küçəsində yerləşmiş x2-nın tikilməkdə olan binasında 99 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. x2 tərəfindən tərtib edilmiş eyni tarixli Maliyyə arayışından görünür ki, x6nın MTK-ya borcu qalmamışdır. - Notarial qaydada surəti təsdiq edilmiş x7 ilə cavabdeh x2 arasında bağlanmış 02 dekabr 2010-cu il tarixli "xxxx” müqavilədən görünür ki, MTK ünvan 1 küçəsində yerləşmiş x2-nın tikilməkdə olan binasında 99 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarındakı x2 tərəfindən tərtib edilmiş eyni tarixli Maliyyə arayışından görünür ki, x7 MTK-ya borcu qalmamışdır. -x6nın x2 ünvanladığı ərizənin surətindən görünür ki, ünvan 1 küçəsində inşa olunan x2-ya məxsus binanın 1-ci giriş, 14 mərtəbə 99 kv.m olan sahəsində olan 99 saylı mənzil 15 iyul 2008-ci il tarixli müqavilə onun adına sənədləşdirilmişdi. Hal-hazırda maddi ehtiyacı olduğundan mənzilini satmaq qərarına gəlmişdir. Xahiş edir ki, mənzili istənilən adamın adına keçirilməsinə köməklik göstərəsiniz. Mənzilin dəyəri 39.600 manat pulu tam olaraq almışdır və mənzilin sənədlərini olduğu kimi təhvil vermişdir. Gələcəkdə bu mənzillə bağlı heç bir iddiası olmayacaq. -x7 x2nə ünvanladığı 25.09.2011-ci il tarixli ərizəsindən görünür ki, ünvan 1 ünvanda inşa etdikləri yüksəkmərtəbəli yaşayış binasının 1 giriş, 14 mərtəbəsində yerləşən 99,0 kv.m sahəsi olan 2 otaqlı 99 saylı mənzil “02” Dekabr 2010-cu il tarixli müqavilə ilə onun adına rəsmiləşdirilmişdir. Hal hazırda mənzili satmaq qərarına gəlmişdir və xahiş edir onun adına olan mənzil müqaviləsini ləğv edib, mənzili x3nın adına sənədləşdirməyə köməklik göstərilsin. Mənzilin ümumi dəyəri 44550 manat ona ödənildi və mənzilin sənədlərini əsli olaraq MTK-ya təhvil verdi. Bu mənzillə ilə bağlı heç bir şikayət, maddi iddiası yoxdur və gələcəkdə də olmayacaq. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi iddiaçı x1nun cavabdeh x2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs x3na qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə sübutların araşdırılması və həqiqətin müəyyən edilməsi üçün cavabdehin hüquqlarının izah edilməsi istiqamətində öz vəzifələrinin prosessual qanunvericiliyinin tələblərinə tam uyğun həyata keçirməmiş, cavabdehin, 3-cü şəxsin iddianı təkzib edən sübutları təqdim etməsinə, eləcə də, iddiaçının iddianın xüsusiyyətinə uyğun işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması kimi birbaşa vəzifəsini həyata keçirməməsinə düzgün hüquqi qiymət verməmişdir. Beləki, iddiaçı x1 cavabdeh x2 qarşı "xxxx” iddia tələbində MTK ilə bağladığı 14.04.2011-ci il tarixli müqavilə əsasında almasını göstərsə də, müəyyən edilmişdir ki, MTK tərəfindən ona ev satılması faktı faktiki olaraq baş verməmişdir. İşin bu halı həm məhkəməyə təqdim edilmiş x2-nın sədri x4un apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi 14.11.2019-cu il tarixli mülahizəsinin, həm də surətləri notarial qaydada təsdiq edilmiş x6 ilə cavabdeh x2 arasında bağlanmış 15 iyun 2008-ci il tarixli, x7 arasında bağlanmış 02 dekabr 2010-cu il tarixli "xxxx” müqavilələrin və onların adına olan eyni tarixli x2 tərəfindən tərtib edilmiş Maliyyə arayışlarının məzmunu ilə təsdiq edilir. Məhkəmə kollegiyası x7 adına olan müqavilədə imzasının olmamasına dair x1 və vəkilinin izahatlarına qiymət verərək hesab etmişdir ki, əvvəla həmin müqavilənin qanuniliyi mübahisələndirilməmi şdir. Həmçinin də, x7 iş materiallarında ərizəsinin məzmunu qeyd edilən müqavilənin həqiqətən də mövcud olmasını təsdiq etmişdir. 3-cü şəxs x3 da izahatında müqaviləni MTK ilə bağlanmasına baxmayaraq faktiki olaraq x7 almasını göstərmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasinin Prokurorluğun Baş Prokuror Yaninda Korrupsiyaya Qarşi Mübarizə Baş İdarəsinin 11.09.2018-ci il tarixli məktubundə mübahisəli mənzilin x14 satılmasının göstərilməsi ilə bağlı qeyd etmişdir ki, sonuncunun iş materiallarında olan ərizəsi x11 MTK-nın direktoru kimi x4a ünvanlanmışdır ki, həmin MTK-nın da x2-ya aidiyyatı və sözügedən şəxsin də mübahisəli mənzilə aidiyyatının olmaması müəyyən edilmişdir. Belə ki, araşdırma zamanı mübahisəli mənzildə 2011-ci ilin dekabr ayından hazırki vaxta kimi yalnız x3nın həmi n evi təmir edərək yaşaması öz təsdiqini tapmışdır. 3-cü şəxsin nümayəndəsi izahatında x14 mənzilinin başqa ünvanda olması, hətta onun bildirdiyinə görə mənzili ilə bağlı çıxarış almasını da göstərmişdir. İşin bu halının, yəni, mənzildə hazırda x3nın yaşamasını həmçinin x1 də inkar etməmiş, lakin ona Azərbaycan Respublikasinin Prokurorluğunun Baş Prokuror Yaninda Korrupsiyaya Qarşi Mübarizə Baş İdarəsində araşdırma aparılan dövrdə mübahisəli evin ona məxsus olmasını bildirmələrini, evə getmək, təmir etmək istəyərkən isə MTK əməkdaşlarının onu həmin evə buraxmamalarını, buna görə də iddia ilə məhkəməyə müraciət etməli olmasını göstərmişdir. Məhkəmə x1 iddia tələbləri ilə bağlı qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştira k edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəz siz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi isə şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübut ların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282) Lakin məhkəmə kollegiyası hesab etmişdir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, x1 mübahisəli mənzillə bağlı adına olan müqavilənin qanuni olmasına dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər ha nsı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə ki, mübahisəli mənzilə dair müqavilə əlində olduğu halda 2011-ci ilin aprel ayından mənzilə daxil ola bilməməsinin səbəbləri barədə göstərdiklərinə, eləcə də, həmin mənzilin Azərbaycan Respublikasinin Prokurorllğl Baş Prokuror Yaninda Korrupsiyaya Qarşi Mübarizə Baş İdarəsində istintaqı aparılan cinayət işi üzrə araşdırma predmeti olmasına dair məhkəmə kollegiyasına heç bir sübut təqdim edilməmişdir. Əksinə, müəyyən edilmişdir ki, Azərbaycan Respublikasinin Prokurorluğunun Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin iş materiallarında olan məktubuna əsasən 07.02.2018-ci il tarixli ərizəsindən məlum olur ki, mübahisəli mənzilin Fərəcov Fərəcüİla Soltan oğluna satılması barədə sənədlər istintaq orqanına təqdim olunmam ışdir. Həmçinin də məhkəmə kollegiyasına təqdim edilmiş istintaq orqanın sübutların qiymətləndirilməsi barədə qərarında, təsdiq edilmiş ittiham aktında və ona əlavə edilmiş məhkəməyə çağırılacaq şəxslərin siyahısında x1in adı qeyd edilməmişdir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin x3 ilə x2 arasında bağlanmış 25 sentyabr 2011-ci il tarixli "xxxx” müqavilənin bağlanmasının hüquqi əsaslarını müəyyən etmədən Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarına, eləcə də, mübahisəli mənzilə heç bir hüququ olmadığı halda AzərbaycanRespublikasının MülkiMəcəlləsinin152.1, 152.5, 178.8-ci maddələr inə istinad edərək mübahisəli mənzilin ilkin olaraq, iddiaçıya satılması və sonuncunun mənzilin dəyərini tam ödəməsi müəyyən edilməsi əsası ilə F.Fərəcullyevin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəsi əsaslı və qanunauyğun olmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli mənzil ilə bağlı x2 ilə x1 arasındakı müqavilə 14.04.2011-ci il tarixdə bağlanmışdır. Mənzilə dair x3ya ilə müqavilə 25.09.2011-ci il tarixdə bağlansa da, həmin müqavilənin bağlanmasına əsas olmuş mənzilə dair ilk müqavilə 16.06.2008-ci il tarixdə x15 ilə x2 arasında bağlanmışdır. Bundan sonra 02.12.2010-cu il tarixdə x15 ilə x7 arasında mübahisəli mənzilin alqı-satqısına dair müqavilə bağlanmışdır. Belə olan halda mübahisəli mənzilə dair ilk müqavilə x3 ilə bağlanmış hesab edilməlidir. Məhkəmə kolleg iyası həmçinin Yasamal rayon məhkəməsinin iddiaçı x2 cavabdeh x1na qarşı "müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsi üzrə 13.05.2019-cu il tarixli qətnaməsi ilə bağlı hesab etmişdir ki, həmin işə baxan məhkəmə də həm x1in həm də x3nın mübahisəli mənzillə bağlı müqavilələrinin mövcudluğuna istinad etsə də, o da öz növbəsində sonuncunun adına olan müqavilənin bağlanmasının hüquqi əsaslarını müəyyən etmədən, iddiaçı x1nun cavabdeh x2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs x3na qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-90/2019 saylı, 10 yanvar 2019-cu il tarixli qətnaməsinə, eləcə də, Bakı şəhəri Yasamal RPİnin istintaq Şöbəsinin baş müstəntiqi x8 "Cinayət işinin başlanmasının r ədd edilməsi barədə" 30.11.2015-ci il tarixli qərarının məzmununu sadalamış, əlavə olaraq həmin iddia üzrə cavabdeh tərəfin iddianın mahiyyəti üzrə hüquqi mövqeyini bildirməməsinə diqqət yetirmədən onların hazırki iş üzrə iddia müddətinin keməsinə dair izahatları ilə kifayətlənərək AzərbaycanRespublikasının MülkiMəcəlləsinin 354.1, 372.1, 372.2, 375.2- ci maddələrinə istinad etməklə iddiaçı x2 x1 arasında bağlanılmış "xxxx" müqavilənin bağlandığı 14.04.2011-ci il tarixdən təxminən 8 il sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi əsası ilə iddianı rədd etmişdir. Halbuki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müə yyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəyə iddia müddətini tətbiq edərkən nəzərə almamışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinə görə isə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibars ızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız əqddir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı x2 AzərbaycanRespubli kasının MülkiMəcəlləsinin 340.2-ci maddəsinə istinad etməklə MTK cavabdeh x1na mübahisəli mənzilə dair müqavilə və maliyyə arayış versə də, əslində MTK-nın ona mənzil satmaq niyyətinin olmamasına dair sübutlara birinci instansiya məhkəməsi qiymət verməmişdir. Belə ki, iddia tələblərindən görünür ki, cavabdeh x1nun tanışı olan x5 adlı şəxs digər bir MTK-ya tikintiyə dair sərəncam alacağına söz vermiş və bunun müqabilində x2-dan onun seçdiyi adamların adına mənzilə dair müqavilə və maliyyə arayışı yazmağı təklif etmişdir. x2-nın rəhbərliyi də bu təkliflə razılaşaraq x5un adamı olan x1nun adına mübahisəli olan 99 nömrəli mənzilə dair 14.04.2011-ci il tarixli "xxxx" müqavilə və eyni tarixli maliyyə arayışı vermişdir. Lakin sonradan x5 adlı şəxs öz vədinə əməl etməmişdir. Bu səbəbdən də, x2 onu n seçdiyi x1 mənzili verməkdən imtina etmişdir. İşin materiallarından görünür ki, hələ 13.11.2015-ci il tarixdə x2-nın sədri x4 ərizə ilə müraciət edərək müxtəlif fiziki şəxslər tərəfındən tikintinin materialla təmin edilməsi ilə əlaqədar şifahi şəkildə bağlanmış podrat müqaviləsi üzrə olan öhdəliklər yerinə yetirilmədiyini, bununla əlaqədar olaraq tikinti işlərinin tamamlanmasının təmin edilmədiyini göstərmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən ərizə ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməsinə, yəni, ərizədə göstərilən hallar öz təsdiqini tapmamasına baxmayaraq faktiki olaraq x1lə bağlanmış müqavilənin əhəmiyyətsiz əqd olmasına dair iddiaçı x2-nın iddia tələblərinin mahiyyəti və məzmunu, başqa sözlə, həmin iddianın əsaslı olması id diaçı x1nun cavabdeh x2 qarşı “xxxx” iddia ərizəsi üzrə mülki işdə olan sübutların məzmunu ilə də öz təsdiqini tapır. Həmin iş üzrə iş materiallarında olan x4un vəkili Əliyev Əli Abdulla oğlunun istintaq orqanına təqdim etidyi yazılı vəsatətində girov olaraq verilmiş mənzillər və onlarla bağlanmış müqavilələrin siyahısında mübahisəli mənzilə dair x1 adına olan 14.04.2011-ci il tarixli müqavilə də qeyd edilmişdir. Azərbaycan Respublikasının Prokurorluğunun Baş Prokuror Yanında Korrupsiyaya Qarşi Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi ədliyyə müşaviri x16 31.07.2018-ci il tarixli «vəsatətə baxmaq haqqında» qərarından görünür ki, təqsirləndirilən şəxs x4un müdafiəçisi x5 x2-dan mənzil satışı haqqında halların dəqiqləşdirilməsi məqsədi ilə vəsatətdə adları göstərilən şəxslər in dindiriləməsi və zərurət olduqda isə üzləşdirilməsinə dair vəsatətinin təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin iddiaçının isə 8 ildən sonra məhkəməyə müraciət etməsi ilə bağlı ilə məhkəmə kollegiyası xüsusilə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinə istinad etsə də, onun məzmununu düzgün təfsir etməmiş, etibarsız əqdin növü olan əhəmiyyətsiz əqd olması mübahisələndirilən F.Fərəcullyayevin adına olan müqavilənin icrasına başlanılmadığına, bununla da müddət axımının başlanmamasına düzgün hüquqi qiymət verməmişdir. Belə olan halda isə həmin iddia üzrə cavabdeh tərəfin iddia müddətinin ötürülməsi ilə bağlı ərizəsi heç bir hüquqi əhəmiyyət kəsb etməyən sənəd olmaqla birinci instansiya məhkəməsi tərəfindən AzərbaycanRespublikasının Mülki Məcəlləsinin 372.1, 372.2-ci maddələrinin məzmunu də həmçinin düzgün təfsir edilməmiş, 372.5-ci maddəsi ilə düzgün tətbiq edilməmişdir. Belə ki, həmin normalara əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmçinin, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia predmeti olmadığı halda mübahisəli ünvan 1 ünvanında x2 tərəfindən inşa edilən yaşayış binasının binanın 1-ci girişi, 14-cü mərtəbəsində yerləşən 99,00 kv.m sahəsi olan 2 otaqlı 99 saylı mənzilin alqı-satqı müqaviləsinin ilkin olaraq iddiaçı x1 ilə bağlandığından onun razılığı olmadan son radan həmin mənzilin digər şəxslərə satılması barədə mülki qanunvericiliyin tələblərinə riayət edilmədən müqavilələrin bağlanmasının müəyyən edilməsini göstərmişdir. Halbuki, x1 x3 mübahisəli mənzillə bağlı onun adına olan müqavilənin qanuniliyini mübahisələndirməsi işin materiallarından görünmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası daha sonra hesab etmişdir ki, birinci instansiya məhkəməsinin x2-nın 14.04.2011-ci il tarixli xxxx müqavilənin və maliyyə arayışının etibarsızlığına dair gətirdiyi dəlillərin işin araşdırılmış halları ilə təkzib edilməsinə dair nəticəsi də əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, x2 cavabdeh x1 ilə bağladığı 14.04.2011-ci il tarixli müqavilə bağlandığı andan etibarsız (əhəmiyyətsiz) olması işin araşdırılmış halları ilə öz təsdiqini tapdığı üçün bu halda həmin müqavilənin etibarsızlığı üçün maraqlarına toxunan 3-cü şəxsin iddiasının olması mütləq deyildir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin hər iki qətnaməsi üzrə maddi hüquq normalarının tələblərinə uyğun və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntularına yol verildiyidən ləğv edilməli, müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilərək iddiaçı x1 cavabdeh x2 qarşı “xxxx” iddia ərizəsi təmin edilməməli və x2-nın ünvan 1 küçəsində tikilməkdə olan binasında 99 nömr əli mənzilin x1na satılmasına dair 14.04.2011-ci il tarixli "xxxx" müqavilə və eyni tarixli maliyyə arayışı etibarsız hesab olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı x1nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 14 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(102)-1699/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1699/2020
19.03.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver