Məhkəmə qərarları › İş №2(102)-17/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-17/2022

10.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-17/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-17/2022 (Açar sözlər: ləyaqətsiz vərəsə kimi tanınma, tələbin hüquqi əsasının olmaması ) Bakı şəhəri, 10 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə kimi tanınma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6063/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh bacıdırlar.

2. Onların anaları X10. Rimma Qereyevna 23.10.2019-cu il tarixdə vəfat etmişdir.

3. Tərəflər arasında mübahisə miras əmlakla bağlı yaranmışdır. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mərhum X11 ləyaqətsiz vərəsəsi hesab edilməsi, vərəsəlik yolu ilə məcburi pay kimi əldə etdiyi miras əmlakların və 3000 manat gəlirin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçıy a miras əmlakdan pay düşməməsi üçün cavabdeh 84 yaşlı anaları X13 aldadaraq, onun Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evdə yerləşən 53 saylı mənzilini analarının mənzil və maddi təminatının ömürlük qarşılanması müqabilində və qayğısına qalacaqlarına söz verərək bağışlama yolu ilə ələ keçirmiş, bununla da iddiaçını miras əmlakdan pay almaq hüququndan məhrum etmişdir. Lakin bağışlama başa çatdıqdan sonra anasına öz mənzilində yer versə də, bağışlanma qurtardıqdan sonra cavabdehin anasına qarşı münasibəti pis mənada kəskin dəyişmiş, anasına qarşı hörmətsizlik göstərmiş, ələ salmış, hər addımda təhqir etmiş, ona yük olmağını tez-tez üzünə vurmuş, onu ac saxlamış, xəstə vəziyyətində ona qayğı göstərməmiş, hətta ona qarşı fiziki zorakılıq da göstərmiş, bağışlamadan təxmin ən bir ay sonra anasını öz evindən çıxararaq 2018-ci ilin may və iyun aylarında yaşaması üçün Bakı şəhərinin Əhmədli qəsəbəsində kirayəyə mənzil tutub onu oraya köçürmüş, mənzilin 2 aylıq kirayə haqqını ödəmiş, 2 ay sonra mənzilin kirayə haqqını ödəmədiyindən anası məcburiyyət qarşısında qalaraq 2018-ci ilin iyul ayında mənzildən çıxmış, yenidən kommunal xidməti olmayan otaqda yaşamağa davam etmişdir.

6. Cavabdeh mərhumun evini ələ keçirdikdən sonra anasına heç bir qayğı göstərməmiş və onu xəstə halda günlərlə ac, dərmansız saxlamışdır. Anası məcburiyyət qarşısında qalıb kömək üçün iddiaçıya müraciət etmişdir.

7. İddiaçı İsraildən Azərbaycana gələrək anasına maddi köməklik göstərmiş, anasına kirayəyə ev tutaraq kirayə haqqını ödəmişdir. Bu hallar mərhum analarının Cavabdeh qarşı məhkəmələr də qaldırdığı iddia ərizələrinin, apelyasiya şikayətlərinin, polis, prokurorluq orqanlarına və Nəsimi rayon İcra Hakimiyyətinin başçısına yazdığı şikayət ərizələrinin mətnlərində öz əksini tapmışdır.

8. Ananın hədiyyə verdiyi ev sökülmüş və yeni ev tikilənə kimi tikintini aparan "xxxx" MMC cavabdehə hər ay 500 manat kirayə haqqı ödəmişdir ki, mülkiyyətçi həmin mənzildə yaşasın. Lakin hədiyyə alanların Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsi, dalan 13də 9 saylı mənzilləri olduğundan, öz mənzillərində yaşamalarını davam etdirərək əldə etdikləri pulları özlərinə götürərək bu pulu hədiyyə verən və mənzilindən məhrum olan ananın mənzil kirayə haqqının ödənilməsinə yönəltməmişlər. Nəticədə cavabdeh və onun uşaqları hədiyyə verilən evin sökülməsi ilə əlaqədar aldıqları puldan ananın kirayə q aldığı mənzilin kirayə haqqını ödəməkdən və qayğısına qalmaqdan, yəni üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən birtərəfli qaydada imtina etmişlər. Buna görə də miras qoyan 2 ilə yaxın müddət ərzində pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəmələrdə iddia qaldırmış, cavabdeh tərəfindən oğurlanmış pullarının geri alınması məqsədilə polis və prokurorluq orqanlarına çoxsaylı şikayətlər yazmışdır. Ümumiyyətlə, cavabdehin məqsədi mərhumun digər vərəsəsi kimi iddiaçını gələcəkdə açılacaq miras əmlakdan pay almaq hüququndan məhrum etmək olmuşdur.

9. Eyni zamanda mərhum anası iddia ərizəsində göstərmişdir ki, “sonradan mənə məlum olmuşdur ki, qızım Cavabdeh, nəvələrim X6 və X2 məni aldadıb əmlakımı bağışlama müqaviləsi ilə ələ keçirməkdə məqsədləri mənim son iradəmi həyata keçi rərkən mənə mane olmaq, digər övladımın vərəsəliyə çağırılmasına və mirasdan pay almasına maneçilik törətmək olmuşdur”.

10. Miras qoyan X19 tərəfindən 07 dekabr 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 19-da yerləşən 53 saylı mənzilə dair Cavabdeh ilə hədiyyə verən X19 arasında bağlanmış "Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin, Cavabdeh ilə X12 arasında bağlanmış 19 iyun 2016-cı il tarixli "Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin, Cavabdeh ilə X15 arasında bağlanmış 19 iyun 2019-cu il tarixli "Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin, X2 adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli RX seriyalı Çıxarışın, X6 adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli, RX seriyalı Çıxarışın ləğv edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 19-da yerləşən, 53 saylı mənzilə dair mülkiyyət hüququnun ona qaytarılması barədə ərizə verilmiş, Nəsimi Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bundan başqa mərhum X19 cavabdehdən aliment alınmasına dair Nəsimi Rayon Məhkəməsində iddia qaldırmış, birinci instansiya məhkəməsi mərhumun iddia tələbini təmin etməmişdir.

11. Daha sonra X19 Nəsimi rayon İcra Hakimiyyətinə ünvanladığı 19 avqust 2019cu il tarixli ərizəsində Cavabdeh və X3 onun qızının və nəvəsinin ona qayğı göstərib onu saxlamaqdan, maddi yardım göstərməkdən imtina etməsindən və küçəyə at masından şikayət edərək onların İXM-nin 190-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələri üçün tədbir görülməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri özünün 04 oktyabr 2019-cu il tarixli məktubu ilə X1 və X8 İXM-nin 190-cı maddəsi və Ailə Məcəlləsinin müddəaları nəzərə alınmaqla, Rimma Alimovanı saxlamağa və ona qayğı göstərməyə borclu olduqları, əks halda, onların məsuliyyətə cəlb olunmaları barədə rəsmi qaydada xəbərdar etmişdir.

12. Həmçinin X19 Nəsimi rayon Polis şöbəsinə, Nəsimi rayon prokuroruna, Bakı şəhər prokuroruna şikayət ərizəsi verərək Cavabdeh, nəvələri X2 və X6 onun yaşayış yerinə daxil olmaqla, evinin qapısının qıfılını sındırmaqla oradan 3000 manat pulunu gizlicə talamaqla oğurlamaları barədə məlumat vermişdir. Nəsimi r ayon Polis Şöbəsinin müstəntiqinin 31 avqust 2019-cu il tarixli qərarı ilə Rimma Alimovanın ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmin qərardan ibtidai istintaqa rəhbərlik edən prokurora şikayət verilmişdir.

13. İddiaçı isə anasının xahişi ilə İsrail dövlətindən Bakıya gələrək öz pulu ilə anasına yaşamaq üçün hər bir şəraiti olan kirayəyə mənzil tutaraq onu ora köçürmüş, anasının ölümünə bir həftə qalana qədər mənzilin kirayə haqqını və anasının bütün ehtiyaclarını ödəmişdir.

14. Cavabdeh anasını evinə aparandan 5-6 gün sonra anası ölmüşdür. Analarının sirli ölümü şübhələr yaratdığından, iddiaçı bu barədə Nəsimi rayon prokurorluğuna şikayətlər vermişdir. Analarının ölümündən sonra cavabdeh vəsiyyətnamə ilə iddiaçıya vəsiyyət edilmiş evi onun razı lığı olmadan kirayə vermiş və əldə etdiyi pulu mənimsəmiş, evə dair çıxarışı da iddiaçıya verməkdən imtina etmiş, miras əmlakı mülkiyyətinə keçirməsinə maneçilik törətmişdir.

15. Cavabdehin qanunsuz hərəkətləri miras qoyanın son iradəsinin həyata keçirilməsinin əleyhinə, digər halda isə miras qoyanın vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı yönəlmişdir.

16. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1137, 1139, 1142 və 1143cü maddələrinə istinad etmişdir.

17. Cavabdeh iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - bundan əvvəl qarşı tərəf 3-4 dəfə məhkəməyə müraciət edib və heç bir şey əldə edə bilməyib deyə yenidən belə bir iddia qaldırmışdır; - anaları rəhmətə getmişdir. İddiaçı 1995-ci ildən İsrailə getmiş, anaları cavabdehlə qalmışdır. 1995-ci ildən 2016-cı ilə kimi iddiaçı burda olmamışdır. Anası qoca qadın olmuş, anasına cavabdeh baxmış, bütün müalicələrini aparmışdır; - iddiaçı evin söküldüyünü eşidib ona da pay düşməsi üçün gəlmiş, gələndə görmüşdür ki, anası evi cavabdehə bağışlayıb. İddiaçı 2016-cı ildə gəlmiş, kirayə ev tutub, anasını o evə aparmış və yerini heç kimə deməmişdir; - sonra anası nəvəsinə zəng etmiş, zəng vasitəsilə anasının yerini müəyyən etmişlər. Bütün bunlardan bir ay sonra anası vəfat etmişdir. Artıq vərəsəlik də yoxdur; - əmlaka dair artıq məhkəmə qiymət vermiş, çıxarış da alınmış, əmlak sahiblərinə keçmişdir. Mülki Məcəllədə şəxsin hansı hallarda ləyaqətsiz vərəsə sayılması göstərilmişdir.

18. Nəsimi Rayon Məhkəməsinin 2(006)-437/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Solma z Mustafayeva)

19. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara, o cümlədən məhkəmə qərarlarına istinadən müəyyən etmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli, 2(006)-2254/2019 saylı qətnaməsi ilə X19 (hədiyyə verən) ilə X4 (hədiyyə alan) arasında imzalanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş 01 aprel 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, Cavabdeh (hədiyyə verən) ilə X12 (hədiyyə alan) arasında imzalanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş 19 iyun 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında X7 verilmiş RX seriyalı, ******* №-li çıxarışın ləğv edilməsi, Cavabdeh ilə cavabdeh X 16 arasında imzalanmış və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş 19 iyun 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında X9 verilmiş RX seriyalı, ******* №-li çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evin 53 saylı mənzilə dair mülkiyyət hüququnun X14 geri qaytarılması, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evin 53 saylı mənzilə dair 31 may 2018-ci il tarixdə "xxxx" MMC ilə X16 arasında bağlanmış müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evin 53 saylı mənzilin söküntüsü ilə əlaqədar "xxxx" MMC ilə X19 arasında yeni müqavilə bağlanması və X9 verilməsi nəzərdə tutulmuş mənzilin (mənzillər) X14 ver ilməsi, cavabdeh "xxxx" MMC tərəfindən mənzil kirayə haqqı kimi hər ay ödənilən 500 manat məbləğində pulun X14 ödənilməsi, cavabdeh X5 6.000 manat məbləğində pulun alınaraq X14 verilməsi qət edilsə də, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2019cu il tarixli, 2(103)-14019/2019 saylı qətnaməsi ilə ləğv edilərək, X19 iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2020-ci tarixli, 2(102)-2986/2020 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14019/2019 nömrəli iş üzrə 09 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

20. Birinci instansiya məhkəməsi qeyd edib ki, hazırkı işdə iddiaçı Cavabdeh miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi və özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi halını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

21. Məhkəmə mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1137, 1139, 1140, 1143-cü, Mülki Prosessual Məcəllənin 77.1, 88-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

23. Apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılıb. Əlavə olaraq göstərilib ki, birinci instansiya məhkəməsi sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6063/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-437/2021 saylı, 15 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Fuad Babayev)

25. Apellyasiya instansiyası qeyd edib ki, iddiaçının öz iddiasının hüquqi əsası kimi istinad etdiyi Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən, miras qoyanın son ira dəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

26. Apellyasiya instansiyası göstərib ki, tərəflər bacıdırlar və iddiaçı, cavabdehin övlad kimi üzərinə düşən vəzifələri yerinə yetirmədiyini, analarına qarşı laqeydlik nümayiş etdirdiyini, hətta onu döydüyünü irəli sürməklə onun ləyaqətsiz vərəsə kimi tanınmasını tələb etməkdədir. İşin müəyyən olunan halına görə mərhumə X19 Bakı şəhəri, Nəsimi rayonu, Sahi b Zeynalov küçəsi 19 saylı evin 53 saylı mənzilini 01.04.2016-cı il tarixdə Cavabdeh bağışlamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ilə onun “daşınmaz əmlakın bağışlanması müqavilələrinin ləğvi və sair” tələbinə dair iddiası qismən təmin edilmiş, Rimma Qereyevna 23.10.2019-cu il tarixdə vəfat etmiş, Bakı Apellyasiya Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddianın rədd edilməsi qət olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 avqust 2020-ci tarixli qərarı ilə apellyasiya instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 13.12.2011-ci il tarixli Qərarına istinad edib. Həmin Qərarda qeyd olunmuşdur ki, “…Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək y olu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız v ərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203. 1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur”.

28. Apellyasiya instansiyası qeyd edib ki, hazırki işin hallarına əsasən Cavabdeh miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi, özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi halı müəyyən edilməmişdir; bu isə iddianın əsaslandırıldığı faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaması deməkdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayətində işin faktiki hallarına istinad edilməklə, şikayət iddia ərizəsinə və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətinə qarşı yazılı etirazındəlilləri

31. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil1 kassasiy a şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

33. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi ü çün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

38. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməs i tərəfindən tam qiymət verilib.

39. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edib ki, cavabdehin övlad kimi üzərinə düşən vəzifələri yerinə yetirməyib, analarına qarşı laqeydlik nümayiş etdirib, hətta anasını döyüb. İddiaçı tələbinin hüquqi əsası kimi isə Mülki Məcəllənin 1137-ci maddəsinə istinad etmişdir. Belə olan halda, iddianın təmin edilməsi hazırki işdə Mülki Məcəllənin 1137-ci maddəsinin dispozitiv şərtlərinin mövcudluğunu müəyyən edilməsindən asılıdır.

40. İşə mahiyyəti üzrə baxan məhkəmələr isə cavabdeh Cavabdeh ləyaqətsiz vərəsə hesab olunması üçün MM-in 1137-ci maddəsində nəzərdə tutulmuş şərtlərin hər hansı birinin mövcudluğunu müəyyən etməmişlər. İşdən görünür ki, id diaçı öz tələbinin əsası kimi istinad etdiyi halları işə mahiyyəti üzrə baxan məhkəmələrdə sübut edə bilməmişdir.

41. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş hallarına uyğun olaraq yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən düzgün nəticəyə gəlmişdir. Çünki işin müəyyən edilmiş halları həmin normaların dispozitiv şərtləri baxımından hazırki iddianın təmin edilməsini istisna etmişdir.

42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli, 2(103)6063/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar