Məhkəmə qərarları › İş №2(102)-170/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-170/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-170/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı ilk, Qarşılıqlı iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ iş № 2(102)-170/22 (Açar sözlər: mənzilə ödənilmiş və mənzilin təmirinə çəkilmiş xərcin qaytarılması, dəymiş ziyanın ödənilməsi) Bakı şəhəri, 07 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “pul” tələbinə dair ilk, "xxxx" ASC-nin İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7058/2021 nömrəli, 16 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddiaçı) "xxxx" ASC-nin kassasiya şikayətinə 07 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı "xxxx" ASC ilə bağladığı 19 may 2007- ci il tarixli, 3467 saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdehin Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də inşa etdiyi 7 nömrəli binanın 1-ci blokunda yerləşən ümumi sahəsi 92.06 kv.metr olan 90 nömrəli mənzilini alıb. Müqaviləyə əsasən iddiaçı mənzilin dəyəri olan 108170.50 manatı 1 80 ay müddətində yəni 2022-ci ilə qədər ödəməlidi idi. İddiaçı 2014-cü ilin mart ayına kimi cəmi 42,222 manat ödəyib. İddiaçı mənzili təmin edib, 2014-cü ildə mənzilə köçmüşdür.

2. Sonradan iddiaçı mənzilin dəyərini ödəyə bilmədiyi üçün cavabdehin iddiası əsasında məhkəmə qətnaməsi ilə iddiaçının mənzildən çıxarılmasə qət edilib. Hazırda iddiaçı mənzildə yaşamaqda davam edir.

3. Mübahisə iddiaçının alqı-satqı müqaviləsi əsasında ödədiyi məbləğin və təmirə çəkdiyi xərcin qaytarılması, eləcə də iddiaçının mənzildə yaşamaqda davam etməsi ilə cavabdehə dəymiş ziyanla bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, alqı-satqı müqaviləsi üzrə ödənilmiş 42222 manat, mənzilin təm irinin əvəzi qismində 28000 manat, əldən çıxmış fayda qismində 23896 manat, qiymətləndirilmə xərcinə görə 100 manat və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19 may 2007-ci il tarixli, 3467 saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdehin “Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də inşa etdiyi 7 nömrəli binanın 1-ci blokunda yerləşən ümumi sahəsi 92.06 kv.metr olan 90 nömrəli mənzilin dəyərinin 180 ay müddətində yəni 2022-ci ilə qədər ödənilməsi şərti ilə alıcıya (iddiaçıya) satılması barədə razılığa gəlinmişdir. Cavabdeh 3467 saylı alqı-satqı müqav iləsində göstərilən mənzili 09 avqust 2010-cu il tarixli aktla iddiaçıya təhvil vermişdir.

6. İddiaçı həmin mənzildə təmir işləri apardığına görə yalnız 2014-cü ildə ailəsi ilə ora köçmüşdür.

7. İddiaçı alqı-satqı müqaviləsinə uyğun olaraq 19 may 2007-ci il tarixdən 2014-ü ilin 3-cü rübünə qədər mütəmadi olaraq ayda 600.95 manat olmaqla, mənzilin dəyəri olan 108170.5 manat məbləğində puldan 42222 manatını ödəmişdir. 2014-ü ilin ortalarında özündən asılı olmayan səbəblərdən iddiaçı Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə aldığı qəlpə yaraları və bədənində qalmış qəlpələrlə əlaqədar səhhətində yenidən problemlər yarandığına görə işləyə bilməmiş, müalicə olunmağa başlamış və bu səbəbdən mənzilə görə aylıq ödənişləri gecikdirmişdir.

8. Cavabdeh isə müqavilənin 180 ay müddətində qüvvədə olduğun a, yəni 2022-ci ildə müddətin bitəcəyinə baxmayaraq, mənzilə görə ödənişlərin gecikdirildiyini əsas tutaraq 2015-ci ilin yanvar ayında iddiaçı ilə bağlanmış 19 may 2007-ci il tarixli, 3467 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi və mənzilinin boşaldılaraq ona təhvil verilməsi barədə Sabunçu Rayon Məhkəməsində iddia qaldırmışdır.

9. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli qətnaməsi ilə cavabdehin iddiası təmin edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanmışdır.

10. İddiaçı isə xəstəliyinin qismən müalicəsindən sonra yenidən işləməyə başlamış, 22 sentyabr 2015-ci il və 13 aprel 2016-cı il tarixlərdə cavabdehə müraciət edərək, gecikdirilmiş aylıq ödənişlərə görə 10.000 manat məbləğində pulun qəbul edilməsini, aylıq ödə nişlərin isə köhnə cədvələ və yaxud yeni cədvəl tərtib edilməklə ödənilməsinə şərait yaradılmasını xahiş etmişdir. Cavabdeh 16.11.2015-ci il tarixli məktubla iddiaçının xahişinin təmin edilməsindən imtina etmişdir.

11. Hazırda cavabdeh iddiaçıdan mübahisəli mənzilin boşaldılaraq ona təhvil verilməsini tələb etsə də, iddiaçının 2014-cü ilin ortalarına qədər ona ödədiyi mənzilin dəyəri olan 42222 manatı qaytarmaqdan imtina edir. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 yanvar 2018-ci il tarixli 2(102)-300/18 saylı qərarında mənzilin dəyəri olan 108170.5 manatdan iddiaçı tərəfindən 42222 manatının ödənildiyi müəyyən edilmişdir.

12. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19 may 2007-ci il tarixli müqavilədə də müqavilənin icrasından imtina edildiy i hallarda əsas ödənişin qaytarılması nəzərdə tutulmuşdur.

13. Həmçinin iddiaçının mənzilin təmiri üçün çəkdiyi xərclər də cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, “X5” Qiymətləndirmə şirkətinin mənzildə görülmüş təmir işlərinin qiymətləndirilmə rəyinə görə 30 May 2018-ci il tarixinə aşınma nəzərə alınmaqla təmirin qalıq dəyəri 28000 manat təşkil edir.

14. İddiaçı tərəfindən mənzilin alınmasına və təmirə görə ödənilmiş vəsait cəmi 70222 manatdır.

15. Cavabdeh müqavilənin ləğv edilməsi ilə əlaqədar 2015-ci ilin yanvar ayında məhkəməyə müraciət etmişdir. Həmin vaxtdan 41 ay keçdiyinə görə iddiaçı həmin pul vəsaitini ən kiçik əmanət faizi ilə, yəni 10 faizlə banka qoysa idi, əmanət üzrə 23896 manat gəlir əldə edərdi. Buna görə də əldən çıxmış fayda qismində 23,896 manat məbləğində pul vəsa iti də cavabdeh tərəfindən ödənilməlidir.

16. Görülmüş təmir işlərinin qiymətləndirilməsinə görə “X5” Qiymətləndirmə şirkətinə ödənilmiş 100 manat, dövlət rüsumu qismində ödənilmiş 30 manat pul vəsaiti də cavabdehdən tutulmalıdır.

17. Hazırda iddiaçının 5 nəfər ailə üzvündən 3 nəfəri azyaşlı uşaqlardır. Onların yaşamaq üçün heç bir yerdə yaşayış sahəsi olmadığına görə cavabdeh tərəfindən iddiaçıya bütün çəkilmiş xərclər qaytarıldıqdan sonra iddiaçı yaşayış yeri almalı yalnız bu halda mənzildən çıxarılmalıdır.

18. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21-ci maddəsinə istinad etmişdir.

19. Cavabdeh də iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı "xxxx" ASCnin xeyrinə dəymiş ziyana görə 39600 və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 39630 manat pulun tutulmas ı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılıb ki, İddiaçı Akkorda məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də yerləşən bina 7, blok 1, 2 otaqdan ibarət, ümumi sahəsi 92.06 kv.metr olan 90 saylı (hazırki nömrəsi 106) mənzilin alınmasına dair şirkətlə 19 may 2007-ci il tarixli, 3467 nömrəli alqı-satqı müqaviləsi bağlayıb.

21. İddiaçı həmin müqavilə əsasında aldığı mənzilin pulunu ödəmədiyinə, müqavilə üzrə öhdəliklərini pozduğuna görə şirkət ona qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair” iddia qaldırıb, Sabunçu Rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilib.

22. İddiaçı 2007-ci ildən şirkətə məxsus mənzili almış, şirkə tlə razılaşdırmadan və mənzilin pulunu vaxtlı-vaxtında ödəmədiyi halda, mənzili təmir edərək orada yaşamağa başlayib. İddiaçı bu 11 ildə kirayə yaşamış olsaydı, hər ay kirayə mənzilə minimum 300 manat kirayə haqqı ödəməklə 11 ildə (132 ay) 39600 manat kirayə haqqı ödəməli idi. Deməli şirkət mənzili İddiaçı və ya başqa bir şəxsə kirayəyə versəydi, 11 ilə ən azı 39600 manat qazanc əldə edə bilərdi. Göründüyü kimi Z.İddiaçı qeyd olunan mənzildə əsassız yaşaması ilə şirkətə maddi ziyan vurmuşdur.

23. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.2, 424.4, 424.5 və 448.1-ci maddələrinə istinad edilib.

24. Birinci instansiya məhkəməsi mübahisədə adı keçən mənzildə aparılan təmir işlərinin həcmi, aşınması nəzərə alınmaqla təmirə çəkilən xərcin müəyyən edilməsi məqsədilə 18 iy ul 2018-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin etmişdir.

25. Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2020-ci il tarixli, 20628 saylı ekspert rəyinə əsasən ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də inşa edilən 7 nömrəli binanın 1-ci blokunda yerləşən ümumi sahəsi 92.06 kv.metr olan 90 nömrəli mənzildə aparılmış təmir işlərinin bazar qiymətlərinə uyğun təqribi qiyməti 29183 manatdır.

26. Cavabdeh rəylə razı olmayaraq, rəydə təmirin aşınmasının nəzərə alınmamasını göstərməklə, əlavə ekspertiza təyin edilməsini xahiş etmişdir.

27. Birinci instansiya məhkəməsi 04 iyun 2020-ci il tarixli qərardadı ilə iş üzrə əlavə əmtəəşünaslıq ekspertiza təyin etmişdir.

28. Məhkəmə Ekspertiza Mərkəzinin 10/1307 saylı, 28.12.2020-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də inşa edilən 7 nömrəli binanın 1-ci blokunda yerləşən 90 nömrəli mənzildə İddiaçı tərəfindən aparılmış tikinti-təmir işlərinin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 29183,0 manat, 2013-2014-cü illər üçün 24187,0 manat təşkil edir.

29. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-11/2021 nömrəli, 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, "xxxx" ASC-dən alqı-satqı müqaviləsi üzrə ödənilmiş 42,222 (qırx iki min iki yüz iyirmi iki) manat, mənzildə aparılmış təmirin dəyəri olaraq 14512,2 (on dörd min beş yüz on iki, 20 qəpik ) manat, qiymətləndirmə xərcinə görə ödənilmiş 100 manat məbləğində pulun, cəmi 56834,2 (əlli altı min səkkiz yüz otuz dörd, 20 qəpik) manat məbləğində pulun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 24000 (iyirmi dörd min) manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərcinin tərəflər arasında bölüşdürülməsi qət edilmişdir. (hakim Solmaz Ədilova)

30. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 19.05.2007-ci il tarixli, 3467 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595də inşa edilən 7 nömrəli binanın 1-ci blokunda yerləşən ümumi sahəsi 92.06 kv.metr olan 90 nömrəli mənzilini alıcı İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 108170,5 manat məbləğində müəyyən olunmaqla, alıcı mənzilin qiymətini hər ay 600,95 manat məbləğində ödəniş etmək şərtilə 180 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 09.08.2010-cu il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri Rüstəm Mustafayev, Mənzil Komissiyasının üzvü Davud Əhmədzadə və İddiaçı arasında bağlanmış akta əsasən mənzil sonuncuya təhvil verilmişdir. “X5” MMC-nin 30 may 2018-ci il tarixli, 917 nömrəli qiymətləndirmə rəyinə əsasə n mənzildə görülmüş təmir işlərinin 30 may 2018-ci il tarixinə aşınma nəzərə alınmaqla qalıq dəyəri 28000 manat təşkil edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-371/15 nömrəli iş üzrə 10 mart 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ilə cavabdeh X1 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də ASC tərəfindən inşa edilniş 7 №-li binanın 1-ci blokunda ümumi sahəsi 92.6 kv.metr olan iki otaqlı 90 (hazırda 106) №-li mənzilə dair 19.05.2007-ci il tarixdə bağlanmış müqavilə ləğv olunmuş və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 02 avqust 2017-ci il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-300/2018 nömrəli, 16 yanvar 2018-ci il tarixli qərarı ilə Sabunçu Rayon Məhkəməsinin 2(008)-371/15 nömrəli iş üzrə 10 mart 2015-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır.

31. Birinci instansiya məhkəməsi qeyd edib ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-300/2018 nömrəli, 16 yanvar 2018-ci il tarixli qərarı hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, həmin məhkəmə icraatı çərçivəsində İddiaçı tərəfindən 19.05.2007-ci il tarixli, 3467 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi, o cümlədən həmin müqavilənin icrası üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə ödənilmiş məbləğ müəyyən edilmişdir. Bu baxımdan hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malik olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 (102)-300/2018 nömrəli, 16 yanvar 2018-ci il tarixli qərarına əsasən 19.05.2007-ci il tarixli, 3467 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə ümumilikdə 42.222 (qırx iki min iki yüz iyirmi iki) manat məbləğində pul ödənilmişdir. İddiaçı hazırda da həmin mənzildə yaşayır.

32. Birinci instansiya məhkəməsi ilk iddianın alqı-satqı müqaviləsi üzrə ödənilmiş pulun qaytarılması hissəsi ilə bağlı qeyd edib ki, qeyd edilən məhkəmə icraatı çərçivəsində müəyyən edilmiş hallarına əsasən 19.05.2007-ci il tarixli, 3467 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə ümumilikdə 4222 manat məbləğində pul ödənilmişdir. Bu səbəbdən iddia tələbi bu hissədə təmin edilməli və 42,222 manat məbləğində pul cavabdeh «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası’’ ASC-dən İddiaçı xeyrinə tutulmalıdır.

33. Birinci inst ansiya məhkəməsinin ilk iddianın təmirə çəkilmiş xərclərin əvəzinin tutulması hissəsi ilə bağlı mövqeyi belə olub ki, iddiaçı mənzildə təmir işlərinin aparılmasına ümumilikdə 28000 manat məbləğində vəsait sərf etdiyini göstərməsinə baxmayaraq, ekspert rəyində mənzilin təmirinə (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) 24187 manat məbləğində vəsaitin sərf edildiyi göstərilmişdir. Tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş və mənzilin İddiaçı tərəfindən boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi qət edilmişdir. Mənzil “X3 Korporasiyası” ASCyə təhvil verildikdən sonra cəmiyyət həmin mənzilin hər hansı digər alıcıya satılması üçün tam hüquqlu olacaqdır və bu zaman mənzilin qiyməti müəyyən edilərkən təbii ki, onun təmirli olunması da nəzərə alınacaq və həmin münas ibətlərdən “X3 Korporasiyası" ASC faydalanacaqdır. Halbuki, İddiaçı mənzili “X3 Korporasiyası” ASC ilə aralarında hər hansı müqavilə bağlamaqla və "xxxx" ASC-nin sifarişi əsasında və məhz "xxxx" ASC üçün təmir etməmişdir, İddiaçı 19.05.2007-ci il tarixli, 3467 saylı mənzilin alqı-satqı müqaviləsinə əsaslanaraq və onun müqavilə üzrə müəyyən edilmiş dəyərini ödəmək niyyətində olaraq, həmin mənzildə yaşamaq məqsədi ilə onu təmir etmiş və bunun üçün vəsait sərf etmişdir.

34. Birinci instansiya məhkəməsi qeyd edib ki, cavabdeh "xxxx" ASC hər hansı hüquqi əsas olmadan həmin mənzilin təmirinə sərf edilmiş vəsaitdən (artıq mənzilin dəyərini artıran bir amil olaraq) faydalanacaq və bu hal cavabdehin əsassız varlanması kimi qiymətləndirilməlidir.

35. Birinci instansiya məhkəməsi yuxarıda sadalananla ra əsasən sözügedən mənzilin tərəflər arasında bağlanmış 2007-ci il tarixli müqavilə ilə əldə edildiyini və həmin tarixdən xeyli müddət keçdiyini nəzərə alaraq, mənzil üzrə təmir və yenidənqurma işlərinə çəkilən xərcin köhnəlmə faizi (aşılanma) nəzərə alınmadan müəyyən edilməsini əsaslı hesab etməmiş və vurğulamışdır ki, belə olan halda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 01 iyun 1998-ci il tarixli 21-46 saylı əmri ilə təsdiq edilmiş köhnəlmə (amortizasiya) hesablanmasının yeni (açıq) metodunun tətbiqi üzrə Təlimatın müddəaları nəzərə alınmaqla işin faktiki halları üzrə daha əsaslı nəticəyə gəlmək olar. Həmin Təlimatla müəyyən edilmişdir ki, köhnəlmə faizi il üzrə 5 faiz tətbiq edilir.

36. Birinci instansiya məhkəməsi onu da göstərib ki, iddiaçı həmin mənzili alanda mənzil təmirsi z olmuş və tərəflər arasında müqavilə bağlandıqdan sonra iddiaçı 09.08.2010-cu il tarixdə həmin mənzili təhvil almış, daha sonra həmin mənzildə təmir işlərinə başlamış və yalnız bundan sonra mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Bu işlərin görülməsi də təbii ki, vaxt tələb edir. Bu səbəbdən də iddiaçının həmin mənzildə yaşadığı müddət üçün yuxarıda göstərilənlər nəzərə alınmaqla 2013-cü il tarixindən hazıradək olan müddəti əhatə edən vaxt dövrü əsas götürülməlidir. Bu baxımdan, mənzildə həyata keçirilmiş təmir işlərinin həcmi - 2013-2014-cü illər üçün 24187,0 manat təşkil edir. 2013-cü ildən 2021-ci ilədək həmin mənzilə çəkilmiş ümumi təmir xərci 24187 manat, köhnəlmə dərəcəsi isə 40%-dir (8 il x 5% = 40), köhnəlmə faizi nəzərə alınmaqla (24187 x 40 % ÷ 100 = 9674,8 manat) ümumil ikdə daşınmaz əmlak üçün həyata keçirilmiş təmir işlərinin həcmi - 14512,2 manat (24187-9674,8 = 14512,2) təşkil edir.

37. Birinci instansiya məhkəməsi hazırki mübahisəli məsələ ilə bağlı məhkəmələrdə təşəkkül tapmış praktikanı, o cümlədən qaydaları əsas götürərək belə qənaətə gəlib ki, mənzilin təmirinə sərf olunmuş məbləğ (köhnəlmə nəzərə alınmaqla) 14512,2 manat olmaqla, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

38. Birinci instansiya məhkəməsi ilk iddianın pulun tutulması hissəsi ilə bağlı 19.05.2007-ci il tarixli müqavilənin 5.8-ci bəndinə istinadən onu da qeyd edib ki, bu bənd müqavilənin yalnız alıcı, yəni İddiaçı təşəbbüsü ilə ləğv edildiyi hallara şamil edilir. Lakin preyudisial əhəmiyyətə malik məhkəmə aktlarından göründüyü kimi, müqavilənin ləğvinin təşəbbüskarı alıcı deyil, satıcı "xxxx" ASC olmuşdur. Bu səbəbdən pulun tutulması ilə bağlı hər hansı qeyd-şərtlər (ilkin ödənişin qaytarılmaması və sair) tətbiq edilə bilməz.

39. Birinci instansiya məhkəməsi ilk iddianın əldən çıxmış faydanın ödənilməsi hissəsini isə təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh tərəfindən müqavilənin ləğv edilməsinə baxmayaraq, onun tərəfindən mübahisəli mənzilə görə ödənilmiş pul vəsaitinin geri qaytarılmaması, qaytarıldığı təqdirdə isə həmin məbləği bank əmanəti kimi banka qoyaraq gəlir əldə edəcəyini bəyan etsə də, istinad etdiyi bu hala dair mötəbər sübutlar təqdim etməmişdir.

40. Birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ilə bağlı mövqeyi belə olub ki, nəticə etibarı ilə tərəflər biri-birinə maddi zərər vurmuşlar. Belə ki, "xxxx" ASC İddiaçı tərəf indən mənzilə görə ümumilikdə ödənilmiş məbləğdən ötən dövr ərzində faydalanmış, eyni zamanda, İddiaçı tərəfindən tələb olunan məbləğdə ödənişin edilməməsi nəticəsində maddi ziyana uğramışdır. Nəticədə tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş, mənzilin boşaldılması və "xxxx" ASC-yə təhvil verilməsi qət edilmişdir.

41. Birinci instansiya məhkəməsi göstərib ki, mənzili təmir etdiyi 2013-2014-cü il tarixdən, bu günədək də iddiaçı həmin mənzildə yaşayır. İddiaçının həmin mübahisəli mənzili təmir edərək köçməsi və orada yaşaması yuxarıda göstərilənlərə əsasən 2013-cü il tarixindən, "xxxx" ASC-yə dəymiş zərərin hesablanması isə məhkəməyə qarşılıqlı iddia ilə müraciət olunduğu 2018-ci il tarixini əhatə edən dövrdən götürülməlidir. Bu da təxminən 5 il təşkil edir. Hüquqi nəticə etibarı il ə cavabdeh təmənnasız olaraq qeyd edilən mənzildən daimi yaşayış yeri kimi istifadə edir və bununla da iddiaçı "xxxx" ASC-yə maddi zərər vurur.

42. Birinci instansiya məhkəməsi hesab edib ki, təmənnasız (ödənişsiz) yaşayış müddəti və bunun nəticəsində vurulmuş zərər məbləği müəyyən edilməklə cavabdeh İddiaçı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Zərər məbləğinin müəyyən edilməsi meyarı kimi, belə bir mənzilin kirayə haqqı məbləği əsas götürülməlidir. Tərəflər arasında mənzilin kirayə müqaviləsi bağlanmasa da, həqiqi vəziyyətə məhz bu münasibətlər nəticəsində mövcud olan qiymətlər, yəni kirayə haqqı əsas götürülməlidir. Hər bir halda, cavabdeh İddiaçı "xxxx" ASC-yə məxsus mənzildə ödənişsiz əsaslarla yaşamaqla ona maddi zərər vurmuşdur. Cavabdeh İddiaçı özünə məxsus olmayan başqa h ər hansı mənzildə yaşadığı təqdirdə bunun üçün etməli olduğu ödənişlər məhz kirayə haqqı qismində ödənilmiş olacaqdır. Aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, 19.05.2007-ci il tarixli, 3467 saylı müqavilənin predmeti olan mənzilin göstəricilərinə uyğun mənzillərin kirayə haqqı 300-400 manat məbləğindədir.

43. Birinci instansiya məhkəməsi qeyd etdiklərinə əsasən qarşılıqlı iddia üzrə belə qənaətə gəlib ki, "xxxx" ASC-yə vurulmuş aylıq zərər məbləği qismində məhz 400 manat məbləği qəbul edilməlidir. Cavabdeh İddiaçı "xxxx" ASC-yə məxsus mənzildə ümumilikdə 60 ay (mənzil təmir olunub mənzilə köçdüyü 2013-cü il tarixdən qarşılıqlı iddia ilə müraciət olunmuş 2018-ci il tarixədək) yaşaması əsas götürüldüyü təqdirdə ümumi zərər məbləği (60 ay x 400 manat = 24.000 manat) 24.000 m anat təşkil edir.

44. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 157.6, 157.7, 560.1, 560.2, 1091.1, 1091.2, 1092.1.1, 1092.2, 1093.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 82.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

45. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş edib.

46. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçının müqavilə üzrə öhdəsinə götürdüyü vəzifələrini əhəmiyyətli dərəcədə pozması üzündən ləğv edildiyi üçün mənzilə görə ödədiyi pul məbləği cavabdehə geri qaytarılmamalıdır. Belə ki, Mülki Məcəllənin 424.4-cü maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilə nin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər; - bundan başqa, iddiaçı mənzili təmir edərkən cavabdehlə hər hansı razılaşma bağlanmayıb mənzilin təmirini öz riski ilə həyata keçirmişdir. İddiaçı mənzilin pulunu ödəmədiyi üçün mülkiyyətçi hesab olunmur və eyni zamanda vicdanlı sahib də hesab oluna bilməz. İddiaçının çəkdiyi məsrəflər gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonraya deyil, onun mənzildən istifadə etdiyi vaxta aid olduğu üçün iddiaçı əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilməz. İddiaçı mənzili 2007-ci ildə almış və həmin vaxtdan da təmir edib orada yaşamağa başlamış və bu gün də yaşayır.

47. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7058/2021 nömrəli, 16 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-11/2021 nömrəli, 01 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Azad İmanov)

48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq, müqavilənin iddiaçının onun şərtlərini əhəmiyyətli dərəcədə pozması üzündən ləğv edildiyi üçün ödənilmiş pulun geri qaytarılması barədə tələbin də əsassız olması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edib ki, cavabdehin həmin etirazının əsası kimi istinad etdiyi Mülki Məcəllənin 424.4-cü maddəsinə görə, tərəflərin müqavilənin ləğv edildiyi ana dək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməməsi o halda baş verir ki, həmin Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməsin. Tərəflərin bağladıqları 19.05.2007-ci il tarixli alqı-satqı müqaviləsinin 5.8-ci bəndində isə nəzərdə tutulmuşdur ki, alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında ilkin ödəniş istisna olmaqla, ödənilmiş məbləğin əsas hissəsi yalnız mənzil satıldıqdan sonra alıcıya qaytarılır. Göründüyü kimi, müqavilə ilə ödənilmiş məbləğin qaytarılması şərtini tərəflər özləri razılaşdırmışlar, ilkin ödəniş isə olunmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

49. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qərar çıxarılmasını xahiş etmişdir.

50. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

51. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

52. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin vəkili Vəkil2 şikayəti müdafiə edərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

53. İddiaçı vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib öz növbəsində əmlakdan gəlirin mülkiyy ətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başq a şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində m jbahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı inst ansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

55. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi hissəsindən də apellyasiya şikayətini cavabdeh vermiş və apellyasiya məhkəməsi cavabdehin şikayəti əsasında qətnaməni dəyişdirmədən saxlamışdır. Bu baxımdan qətnamənin tam yoxlanılması dedikdə apellyasiya məhkəməsinin yoxladığı hissə başa düşülür. Kassas iya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

58. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

59. İlk iddia tələbi ləğv olunmuş müqavilə üzrə alınmış mənzilin dəyərinin q aytarılması və təmir xərcinin ödənilməsi, qarşılıqlı iddia isə iddiaçının mənzildə yaşamaqda davam etməklə dəymiş ziyanın ödənilməsi barədə olmuşdur.

60. Hər iki iddia tələbi üzrə işin müəyyən edilən halları da ondan ibarətdir ki, nəticə etibarı ilə tərəflər biri-birinə maddi zərər vurmuşlar. "xxxx" ASC İddiaçı tərəfindən mənzilə görə ümumilikdə ödənilmiş məbləğdən ötən dövr ərzində faydalanmış, təmirli mənzil əldə etməklə əsassız varlanmış, eyni zamanda məhkəmə qətnaməsindən sonra da hazırki vaxtadək İddiaçı mənzildə yaşaması nəticəsində maddi ziyana uğramışdır

61. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla, mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarının tətbiqini düzgün s aymaqla əsaslı və qanuni nəticəyə gəlmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hər iki iddia tələbi üzrə hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.

62. Məhkəmə kollegiyası iddia və qarşılıqlı iddia tələbləri üzrə apellyasiya məhkəməsinin hazırki qərarın 30-44-cü bəndlərində birinci instansiya məhkəməsini əks edilən mövqeyi razı olmasını, eləcə də apellyasiya şikayəti üzrə hazırki qərarın 48-ci bəndində əks edilən dəyərləndirməsi ilə razılaşır. Bu baxımdan əlavə şərhə zərurət görmür.

63. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, yuxarıda qeyd edildiyi kimi həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni olub və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə qiymət verib.

64. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddiaçı) "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7058/2021 nömrəli, 16 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar