Məhkəmə qərarları › İş №2(102)-1701/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1701/2020

16.03.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1701/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), İbayev Vəfaddin Ələm oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-****/2019 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim Ü.Şükürova) xx.xx.2019-cu il tarixli 2(009)****/2019 nömrəli qətnaməsi il ə iddiaçı X1 Cavabdeh qarşı “mənzillərin cavabdehin hesabına boşaldılması, təhvil verilməsi, faktiki mülkiyyətə verilməsi, mənzillərə istifadəyə yaradılan məhdudiyyətlərin aradan qaldırılması və mənzillərdən çıxarma” tələbinə dair iddiası təmin edilərək, X1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, ****** ünvaınnda yerləşən *** saylı mənzil və Bakı şəhəri, *** ünvaınnda yerləşən **** (yeni qaydalarla AZ1100, Bakı şəhəri, *******************) saylı mənzilin cavabdehin hesabına boşaldılması və təhvil verilməsi, mənzillərin iddiaçının faktiki mülkiyyətinə verilməsi, mənzillərdən istifadəyə cavabdeh tərəfindən yaradılan məhdudiyyətlərin aradan qaldırılması və cavabdehin mənzillərdən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova, V.Ağayev, M.Mə mmədov) xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova, V.Ağayev, M.Məmmədov) xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilə n məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 408.1.4-cü maddəsinə istinad etsə də, həmin maddədə göstərilən hal burada mövcud deyil. Çünki Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, məhkəmə MPM-nin 67.2-ci maddəsini rəhbər tutaraq cavabdehin dövlət hesabına vəkillə təmin olunması barədə ərizəsini təmin etmişdir. Beləliklə cavabdeh tərəfindən kassasiya şikayəti vermə müddəti pozulmamışdır. Apellyasiya kollegiyası qərardadını əsaslandırarkən göstərmişdir ki, cavabdeh xx.xx.2019-cu il tarixli qərardadla dövlət hesabına vəkillə təmin olunmuş, həmin qərardad xx.xx.2019-cu ildə rəsm i qaydada cavabdeh tərəfindən qəbul olunmuş, xx.xx.2019-cu ildə vəkillə müqavilə imzalanmış, kassasiya şikayəti xx.xx.2019-cu ildə məhkəməyə ünvanlanmışdır. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli qərardadın hansı tarixdə əldə edilməsi onun icra olunma mexanizmini yaratmır. Çünki qərardaddan göründüyü kimi, onun icrası AR Vəkillər Kollegiyasına həvalə olunmuşdur. Bu müddətdə cavabdehin bu prosesə müdaxilə etməsi mümkün deyildir. Qərardadda həmçinin göstərilmişdir ki, cavabdeh xx.xx.2019-cu ildə vəkillə müqavilə imzalamışdır. Lakin o, vəkillə müqavilə imzalamamış məhkəmə qərardadı əsasında dövlət hesabına vəkillə təmin olunmuşdur. Beləliklə 2 saylı Vəkil Bürosu tərəfindən qərardadın icrası vəkil Z.Babazadəyə həvalə edilmiş, vəkil ağlabatan müddətdə işlə tanış olmuş, kassasiya şikayəti tərtib olunmuş və Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuşdur. Yəni cavabdeh tərəfindən hər hansı müddət pozulmamışdır. Göstərilənlərə əsasən, onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)****/2019 saylı qərardadının ləğv edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı X2, Cavabdeh və vəkili Vəkil1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya xx.xx.2019-cu il tarixli qərardadını onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-****/19 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə Cavabdeh dövlət hesabına vəkillə təmin olunmuş, həmin qərar xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən rəsmi qaydada əldə edilmiş, xx.xx.2019-cu il tarixdə vəkillə müqavilə imzalamış, kassasiya şikayətini xx.xx.2019-cu il tarixdə məhkəməyə ünvanlamışdır. Başqa sözlə, şikayət müəyyən edilmiş müddət ötürülməklə verilərək buraxılmış müddətin bərpa e dilməsinə dair vəsatət də təqdim olunmamışdır. Kassasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)****/19 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə Cavabdeh dövlət hesabına vəkillə təmin olunmuş, qərardadın icra olunması üçün AR Vəkillər Kollegiyasına göndərilməsi qərara alınmış, qərardad cavabdeh tərəfindən AR Vəkillər Kollegiyasına təqdim etmək üçün xx.xx.2019-cu il tarixdə qəbul edilmiş, *** nömrəli vəkil orderi ilə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Vəkil1 Cavabdeh vəkil təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-****/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti xx.xx.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Beləliklə, cavabdeh tərəfindən qətnamədən kassasiya şikayət i verilməsi müddəti ötürülməmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmış, qanuni və əsaslı olmayan qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, həmin dəlillər iş üzrə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsi və işin sonrakı prosessual hərəkətlər edilməsi üçün apelyasiya məhkəməsinə qaytarılması üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilməli, iş sonrakı pro sessual hərəkətlər edilməsi üçün apelyasiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)****/2019 nömrəli qərardadı ləğv edilsin, müddət ötürülməmiş hesab edilsin və mülki iş sonrakı prosessual hərəkətlər edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar