Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1701/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 qarşı (51 saylı Notariat Ofisinə, Maraqlı şəxs2 QSC, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-1701/2023 (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızının (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 qarşı (51 saylı Notariat Ofisinə, Maraqlı şəxs2 QSC, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2022-ci il tarixli 2(103)-6690/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 17 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 İddiaçı etibarından sui-istifadə etmək və aldatmaq yolu ilə dələduzluq cinayəti törədərək, iddiaçının pul vəsaitini ələ keçirərək ona ziyan vurmuşdur və Bakı Ağır Cinayətlər Məhkəmə sinin 1(101)-600/20188 nömrəli, 30 oktyabr 2018-ci il tarixli hökmü ilə həmin cinayəti törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Cinayət işinin icraatı zamanı zərərçəkmiş şəxs İddiaçı mülki iddia verərək mülki iddiaçı qismində tanınmışdır.
2. Məhkəmə icraatı dövründə Cavabdeh1 ilə İddiaçı arasında dəymiş ziyanın ödənilməsi üçün barışığ sazişi bağlanılmış və həmin barışığ sazişi ilə Cavabdeh1 İddiaçı vurmuş olduğu maddi ziyanının ödənilmə qaydaları müəyyən edilmişdir.
3. Belə ki, xx.xx.2018-ci il tarixli Cavabdeh1 ilə X14 Tomas arasında bağlanmış barışıq sazişindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh1, onun qızı X2 notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən razılaşdırılan qiyməti 550 000(beş yüz əlli min) manat olan ünvan 1 ünvanda yerləşən evi (RX seriyalı 07849G2 nömrə li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış), razılaşdırılan qiyməti 650.000 (altı yüz əlli min) manat dəyərində olan Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesində yerləşən əmlak kompleksi (mebel sexi; RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış), razılaşdırılan qiyməti 110 000 (yüz on min) manat olan Abşeron rayonu, 3 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,6074 ha torpaq sahəsi üzərindəki icarə hüququnu (MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış) və razılaşdırılan qiyməti 80.000 (səksən min) manat dəyərində olan Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 533 a saylı bağ evini zərərçəkmiş şəxs İddiaçı ver ir, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinə öz adından və qızı X2 adından notarial qaydada təsdiq olunmuş ərizə təqdim edir. Bundan başqa, təqsirləndirilən şəxs Cavabdeh1 öhdəlik götürür ki, barəsindəki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan 2 (iki) ay sonra başlayaraq 1 (bir) il 6 (altı) ay müddətində vurduğu zərərin razılaşdırılmış qalan hissəsini, yəni 1 600 000 (bir milyon altı yüz min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs İddiaçı hissə-hissə, lakin hər bir halda hər ay 100.000 (bir yüz min) manatdan az olmamaq və müddətin sonunda 1 600 000 (bir milyon altı yüz) manatdan az olmamaq şərti ilə qaytarması barədə razılığa gəlmişlər.
4. Həmin barışıq sazişinin birinci şərtinə əsasən Cavabdeh1 bir sıra əmlaklarını, o cümlədən dəyəri tərəflərin razılığı ilə 650.000 (altı yüz əl li min ) manat qiymətləndirilmiş Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şossesində yerləşən əmlak kompleksini (mebel sexi) zərərçəkmiş şəxs İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüş və barışıq sazişinin bu hissəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 600/20188 nömrəli, 30 oktyabr 2018-ci il tarixli hökümünün mülki iddiaya aid hissəsində öz əksini tapmışdır. Lakin daha sonra Accessbank QSC Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şössesində yerləşən əmlak kompleksinin (mebel sexi) Accessbank QSC qarşısında yüklü edildiyindən ipoteka predmetini saxlayanın razılığı olmadan zərəçəkmiş şəxs İddiaçı mülkiyyətinə verildiyi üçün hökmün mülki iddiaya aid olan həmin hissəsindən Bakı Apellyasiyya Məhkəməsinə apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(103 )-619/2021 saylı qərarı ilə Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şössesində yerləşən əmlak kompleksinin (mebel sexi) zərərçəkmiş şəxs İddiaçı mülkiyyətinə verilməsi hissəsi hökmdən xaric edilmişdir.
5. Cavabdeh3 xx.xx.2018-ci il tarixli ərizə notarail orqanda imzalanmış ərizəsindən görünür ki, o İddiaçı ilə Cavabdeh1 ilə arasında imzalanmış Barışıq Sazişində göstərilən məbləğ Cavabdeh1 tərəfindən Sazişdə göstərilən müddətdə Georg Stichternatha ödənilmədikdə həmin məbləğ 6 ay ərzində ona ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şosesində ünvanında yerləşən əmlak kompleksinin (mebel sexi) barışıq sazişində razılaşdırılan dəyəri 650.00 0 manat olan pul vəsaitinin cavabdehlər Cavabdeh1 alınaraq iddiaçı Alman vətəndaşı X11 Thomasa ödənilməsi, Cavabdeh1 və Cavabdeh3 1.600.000 manat pul vəsaitinin müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-600/2018 saylı 30 oktyabr 2018-ci il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti ilə şərti cəza verilmişdir. Həmin hökmlə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şosesində yerləşən əmlak kompleksinin (mebel sexi RX seriyalı 0244336) zərərçəkmiş alman vətəndaşı X11 Thomasın mülkiyyətinə verilməsi qət olunmuşdur. Bund an əlavə olaraq, Cavabdeh1 1 600 000 (bir milyon altı yüz min) manat pul vəsaitini 1 il 6 ay ərzində zərərçəkmiş şəxs alman vətəndaşı X11 Thomas aylıq 100 000 (bir yüz min) manatdan az olmamaq şərti ilə qaytarmağı öz öhdəsinə götürmüş və aralarında barışıq sazişi imzalamışdırlar. Bundan başqa cavabdehlər Cavabdeh3 notarial qaydada xx.xx.2018-ci il tarixində 51 saylı Notariusda ərizə yazaraq bildirmişdir ki, Cavabdeh1 Sazişdə göstərilən məbləği göstərilən müddətdə ödəmədiyi halda Cavabdeh3 tərəfindən ödəniləcəkdir. Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şosesində yerləşən əmlak kompleksini (mebel sexi RX seriyalı 0244336) iddiaçıya təqdim edərkən artıq həmin əmlak "xxxx"da ipoteka ilə yüklü edilmişdir və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-4289/2016 saylı qərardadı ilə həbs qoyulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şosesində yerləşən əmlak kompleksi (mebel sexi, RX seriyalı 0244336) ilə bağlı icra vərəqəsi Binəqədi İcra şöbəsinə göndərilmişdir. Buradan açıq-aydın görünür ki Cavabdeh1 həm iddiaçını və həm də Bakı Ağır Cinayətlər Məhkəməsini aldatmış və girovda ipoteka yüklü edilmiş əmlakı pulun əvəzi olaraq iddiaçıya təqdim etmişdir. Qeyd edilən əmlakı iddiaçı öz adına keçirə bilmir, çünki əmlak Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən əvvəl "xxxx" QSC tərəfindən ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə, Cavabdeh1 1 600 000 (bir milyon altı yüz min) manat pul vəsaitini 1 il 6 ay ərzində zərərçəkmiş şəxs alman vətəndaşı X11 Thomasa aylıq 100 000 manatdan az olmamaq şərti ilə qaytarmağı öz öhd əsinə götürmüşdür. Cavabdehlər Sazişdə nəzərdə tutulmuş vəsaitdən 1 manat belə olsun ödəməmişdirlər. Cavabdeh1 Saziş və götürdüyü öhdəliklər nəzərə alınaraq 2 il sınaq müddəti ilə azadlığa buraxılmışdır. Hazırda iddiaçı 1.600.000 manat pulu və Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şosesində yerləşən əmlak kompleksini, yaxud onun dəyərini təşkil edən 650 000 manat olan pulu heç bir formada ala bilməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Sazişdə göstərilənləri qismən icra etmişdir. Lakin 1.600.000 manat əsas məbləğ və əmlak kompleksinin dəyəri kimi sazişdə göstərilən 650.000 manat isə hələ də icra edilməmişdir.
8. İcraat zamanı məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs AccessBa nk QSC-nin nümayəndəsi X7 izahat verərək bildirdiki tərəflər arasında bağlanılmış barışığ sazişində nəzərdə tutulan Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şosesində ünvanında yerləşən əmlak kompleksinin (mebel sexi) AccessBank QSC-də ipoteka ilə yüklü olduğundan, bank Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-600/2018 saylı xx.xx.2018-ci il tarixli qərarından Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir.
9. Cavabdeh3 xx.xx.2018-ci il tarixli ərizə notarail orqanda imzalanmış ərizəsindən görünür ki, o İddiaçı ilə Cavabdeh1 ilə arasında imzalanmış Barışıq Sazişində göstərilən məbləğ Cavabdeh1 tərəfindən Sazişdə göstərilən müddətdə Georg Stichternatha ödənilmədikdə həmin məbləğ 6 ay ərzində ona ödəməyi öhdəsinə götürmüşdür.
10. Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia qismən təmin olunmuş, Cavabdeh1 2.250.000 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
11. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, barışıq sazişində Binəqədi rayonu, Şamaxı şossesində yerləşən əmlak kompleksi Cavabdeh1 iddiaçıya vurmuş olduğu zərərin bir qismini yəni 650000 (altı yüz əlli min) manat olan hissəsini ödəmək məqsədi ilə X11 Thomasın mülkiyyətinə keçirilməsi nəzərdə tutulmasına baxmayaraq, yuxarda qeyd edilən səbəblərdən həmin əmlak zərərin həmin hissəsinin ödənilməsi üçün iddiaçının mülkiyyətinə keçirilməsi mümkün olmamışdır. Həmçinin 1.600.000 manat əsas məbləğdən heç bir ödəniş edilməm işdir.
12. Pulun cavabdehlərdən müçtərək qaydada tutulması hissəsində məhkəmə qeyd etmişdir ki, pul vəsitinin zərərvuran şəxslə yanaşı digər Cavabdeh3 müştərək qaydada tutulması hissəsinin nə qanuni, nə də hüquqi əsası olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili A.X1 tərəfindən xx.xx.2018-ci il tarixində notarial orqanda yazmış olduğu ərizəsi əsasında ******* manat pul vəsaitini Ələddin Ağca oğlu ilə yanaşı Cavabdeh3 müştərək qaydada tutulmalı olduğunu qeyd etsədə məhkəmə hesab edir ki, X9 tərəfindəm yazılmış olan sözügedən ərizə hər hansı bir öhdəliyin yaranmasına səbəb olmur. Eyni zamanda zaminlik müqaviləsinin şərtlərini özündə ehtiva etmədiyindən də zaminlik müqaviləsi kimi də nəzərə alına bilməz.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.1, 386, 470.1, 471, 1096, 1097-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində tələbinin bir qismi konkret olaraq 1.600.000 manat olsa da, digər hissəsi dəyəri heç bir ixtisaslaşmış qurum tərəfindən müəyyən edilmədən birbaşa 650.000 manat göstərilən əmlakdır. Həmin əmlakın dəyəri iddiaçının qeyd etdiyindən daha yüksək olduğundan iddia həmin hissədə araşdırılmadığından məhkəmə səhv hüquqi nəticəyə gəlmişdir. İddiaçının təl əb etdiyi əmlakın dəyəri 650.000 manat deyildir. İş üzrə müvafiq qiymətləndirmə keçirilsəydi aşkar şəkildə bunu görmək olardı. Hal-hazırda əmlak bazarında qiymətlər daimi olaraq dəyişdiyindən və həmin sazişin imzalanmasından xeyli müddət keçdiyi üçün qətnamədə göstərilən məbləğin həmin əmlakın dəyəri kimi hesablanmasını əsassız hesab edir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 30 noyabr 2022-ci il tarixli, 2(103)-6690/2022 nömrəli qətnaməsi ilə (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) Cavabdeh1 apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya i nstansiyası məhkəməsi birici instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, apellyator Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şosesində ünvanında yerləşən əmlak kompleksinin (mebel sexi) barışıq sazişində razılaşdırılan dəyərinin 650.000 manat qiymətə olması ilə razı olmadığını bildirsə də, əmlakın dəyərinin həmin məbləğdən daha yüksək olduğuna dair heç bir sübut təqdim etməmişdir. Digər tərəfdən, Kollegiya nəzərə almışdır ki, 650.000 manat cavabdeh tərəfindən iddiaçıya vurulan zərərin yalnız bir hissəsidir və bu hal cinayət işinə baxan məhkəmə tərəfindən tam müəyyən edilmişdir. Cavabdeh barışıq sazişi bağlamaqla 650.000 manat ziyanın əvəzinə əmlak kompleksini iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş, cinayət işinə ba xan məhkəmə bunu hökmlə rəsmiləşdirmiş, lakin əmlak kompleksinin yüklü olması səbəbindən mülki iddiaya aid həmin hissə yuxarı instansiya məhkəməsi tərəfindən hökmdən xaric edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırda əmlak kompleksinin dəyərinin dəyişib-dəyişməməsi hazırkı iş üzrə iddia tələbinin əsaslılığına heç bir halda təsir göstərə bilməz və həmin əmlak kompleksinin dəyərinin yenidən müəyyən olunması hazırkı iş üzrə məhkəmə baxışının predmeti deyil.
18. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, pul tələbinə münasibətdə məhkəmə düzgün olmayan maddi hüquq norması tətbiq edərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21,1096-1097-ci maddələrinin deyil, həmin Məcəllənin 386-cı maddəsinin müddəaları tətbiq edilməlidir. İddiaçı özü iddia tələbində tərəflər arasındakı Sazişə istinad edərək iddia ilə məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası MM-nin 1096 və 1097-ci maddələrinə istinad edilərək məhkəmə maddi hüquq normasının tələbini pozmuşdur.
21. Hakim iş materiallarında olan olan Sazişə istinad etsə də, qətnamənin qəbul edilməsi zamanı Sazişdə qeyd edilən əmlakın real dəyərinin müəyyən edilməsi üçün prosessual imkanlardan lazımınca istifadə etməmiş, araşdırma aparmaq əvəzinə əlverişsiz şərtlərlə bağlanmış Sazişə uyğun qətnamə qəbul etməyi üstün tutmuşdur. Bundan başqa, həmin əmlakın dəyəri müvafiq məhkəmə ekspertizası yolu ilə araşdırılmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmaması və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh süni şəkild işin uzadılmasına nail olmaq üçün yuxarı instansiya məhkəmələrinə şikayətlər verir, lakin kassasiya şikayəti əsassızdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 14.2. Mül ki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.
25. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.
27. Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yaln ız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. 28. 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Qanunun tələb inə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ylanız iddianın Cavabdeh1 münasibətdə təmin edilməsinə hissəsinə aid olduğundan onun kassasiya şikayəti əsasında məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı araşdırma aparsa da, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.
38. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbinin mülki hüquq pozuntularından(deliktlərdən) irəli gələn öhdəliklərə dair Mülki Məcəllənin normaları tətbiq edilməklə təmin edilməsi barədə qənaəti düzgün olmamışdır.
39. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin məhkəməyə bildirdiyi və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan görünür ki, iddiaçı ilə cavabdeh arasında cavabdehin cinayət nəticəsində iddiaçıya vurduğu ziyanın ödənilməsi ilə bağlı barışıq razılaşması haqqında müqavilə bağlanmış, cavabdeh vurulmuş ziyanın pul və əmlak (natura)şəklində qaytarılmasını, iddiaçı isə bunun müqabilində həmin əmlakları qəbul edərək məhkəməyə cavabdehlə barışması və qarşılıqlı razılığa gəlmələri, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunması barədə ərizə təqdim etməyi öhdəlik götürmüşdürlər.
41. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddianın qanuni əsasını Mülki Məcəllənin 881-ci maddəsi təşkil edir.
42. Tərəflər arasında bağlanmış barışıq razılaşması haqqında müqavilənin 650.000 manat dəyərində Bakı şəhəri, Bi nəqədi rayonu, Şamaxı şossesində yerləşən əmlak kompleksi iddiaçıya verilmədiyindən, həmçinin cavabdeh 1il 06 ay müddətində hissə-hissə ödənilməsi nəzərdə tutulan 1.600.000 manat pul öhdəliyini icra etmədiyindən iddiaçının həmin öhdəliyin icrasını tləlb etmək hüququ yaranmışdır.
43. Kassasiya şikayətinin Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şosesində ünvanında yerləşən əmlak kompleksinin (mebel sexi) barışıq sazişində razılaşdırılan dəyərinin 650.000 manat qiyməti ilə razı olmaması, həmin əmlakın dəyərinin həmin daha yüksək olması barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, həmin əmlak cavabdehə borc əvəzinə verilməmişdir. Buna görə də, onun dəyərinin daha yüksək olmasının hazırki iş üzrə hər hansı əhəmiyyəti yoxdur.
44. Cavabdehin kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onu qismən əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır.
45. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən maddi hüquq normaları düzgün tətbiq edilməklə nəticəyə gəlmək mümkün olduğundan işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət yoxdur.
46. Buna görə də, qətnamə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək, iddia Cavabdeh1 münasibətdə təmin edilməli, cav abdehin kassasiya şikayəti qismən təmin edilməlidir.
47. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2022-ci il tarixli 2(103)6690/2022 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı iddiası qismən təmin olunsun. Cavabdeh1 2.250.000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.