Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1701/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə mülki iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi – şikayət verilə bilməyən qərardadlardan şikayət verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X1 (məruzəçi), X2 və Zaur Əli oğlu Əliyevdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2237/2025 nömrəli iş üzrə qəbul etdiyi qərardadlardan Ərizəçi kassasiya şikayətlərini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsi tərəfi ndən verilmiş xx.xx.1998-ci il və xx.xx.1999-cu il tarixli bildirişlərin ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)1834/2025 saylı qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan narazı qalan Ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsi və iş üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1834/2025 saylı, 24 fevral 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)2237/2025 saylı qərarda dı ilə Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005) 1834/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2237/2025 saylı mülki iş üzrə eyni tarixdə qəbul edilmiş digər qərardadla Ərizəçi təkrarən eyni məzmunlu iddia ərizə ilə o cümlədən dəfələrlə şikayətlərlə məhkəməyə müraciət etdiyindən 400 manat məbləğində cərimə edilmişdir. Ərizəçi hər iki qərardaddan kassasiya şikayətləri verərək, qərardadların ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-2237/2025 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-2237/2025 saylı qərardadlarından kassasiya şikayəti verilməsi nə zərdə tutulmadığı üçün Ərizəçi tərəfindən verilmiş kassasiya şikayətləri və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-2237/2025 saylı qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin edilməsini xahiş etmiş, xx.xx.2025-ci il tarixli qərardadla ərizə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)- 2237/2025 saylı qərardadları ilə ərizəçinin həmin qərardadlardan verdiyi kassasiya şikayətləri qanunvericiliyin tələblərinə uyğun olmadığından geri qaytarılmışdır Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü yoxlayarkən hesab edir ki, şikayətlər mümkün hesab edilməməlidir. MPM-nin 407.1.3-cü maddəsinə əsasən kassasiya şikayətində şikayət olunan məhkəmə aktının qəbul edildiyi tarix göstərilməlidir. Hazırkı halda hər iki kassasiya şikayətinin məzmunu qanunun tələblərinə uyğun olmamış, şikayətin məzmununda hansı tarixli qərardadlardan kassasiya şikayəti verildiyi qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, MPM-də kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuş məhkəmə qərardadları konkret göstərilmiş, bu siyahıda olmayan qərardadlardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, prosessual qanunvericilikdə məhkəmə aktının özündən kassasiya şikayəti verilməsi nəzərdə tutulmayıbsa, həmin aktdan verilmiş şikayətin qaytarılması barədə qərardaddan da şikayət verilə və ərizəçi bu şikayətin verilməsi məqsədilə dövlət büdcəsi hesabına vəkillə təmin edilə bilməz. Belə şikayətlərə kassasiya qaydasında baxılması MPM-in 402-ci maddəsinin məqsədlərinə cavab vermir və kassasiya icraatının hədlərinin məhdudlaşdırılması istiqamətində aparılan qanunvericilik islahatlarına ziddir. Göstərilənlərə əsasən kasasiya şikayətlərinin icraata qəbulundan imtina edilməli və iş kassasiya şikayətlərinin qaytarılması məsələsinə baxılma sı üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 402, 407-409-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2237/2025 nömrəli iş üzrə qəbul etdiyi qərardadlardan Ərizəçi kassasiya şikayətləri mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1701/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-1701/2025
02.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver