Məhkəmə qərarları › İş №2(102)-1702/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1702/2022

12.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1702/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti MMCyə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qiymətləndirmə hesabatının etibarsız sayılması, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə baxılarkən məhkəmələr tərəfindən obyektin bazar və digər dəyərinin konkret olaraq müəyyən olunması, bu barədə məlumatların qətnamənin əsaslandırıcı hissəsində aydın şəkildə əksini tapması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhm əd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2(103)3978/2021 saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hallaı

1. Bakı Apellyasiya Məhkəməsinin 15.11.2016-cı il tarixli, 2(103)-7193/2016 qətnaməsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi, 19 saylı evin alqı-satqısına dair İddiaçı ilə X1 nümayəndəsi X8 arasında bağlanmış 23.07.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin daşınmaz əmlaka dair X7 adına aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qe ydiyyatın və RX seriyalı ******* çıxarışın ləğv edilməsi, X3 94500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, tutmanın Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi 19 saylı evə yönəldilməsi, həmin evin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına 94500 manat pulun İddiaçı ödənilməsi və evin satılmasından əldə olunan vəsaitin qalan hissəsinin X2 verilməsi qət edilmişdir.

2. Həmin qətnamə icraya yönəldilmiş və icra məmurunun 29.03.2017-ci il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən əmlakın satış qiyməti 85.000 manat müəyyən edilmişdir.

3. İcra məmuru "xxxx" MMC-nə 08.06.2017-ci il tarixli sifariş məktubu göndərərək, əmlakın satılmasını xahiş etmişdir və 24.06.2017-ci il tarixdə keçirilmiş hərracda ev 85.000 manata İddiaçı tərəfindən əldə edilmiş, hərracın nəticələri barədə 24.06.2017-ci il tarixli 44/07 saylı protokol tərtib olunmuş, hərrac təşkilatı ilə alıcı arasında alğı-satqı müqaviləsi bağlanmışdır.

4. X9 hərracın nəticələri ilə razılaşmamış, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınar və Daşınmaz Əmlakın Qiymətləndirilməsi Xidməti” MMC-nin hərracın nəticələri barədə 24.06.2017-ci il tarixli 44/07 saylı protokolunun, mənzilin dəyəri barədə olan rəyin, hərrac təşkilatı ilə İddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız sayılmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

5. Bundan sonra icra məmuru "xxxx" MMC-nə 23.08.2019-cu il tarixli məktub göndərərək yenidən əmlakın qiymətləndirilməsi barədə sifariş v ermiş, bu dəfə MMC-nin 26.09.2019-cu il tarixli hesabatı ilə evin qiyməti 150.000 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən X5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi, 19 saylı fərdi yaşayış evinə dair verilən əmlakın qiymətləndirilməsi barədə 26.09.2019-cu il tarixli, 184 saylı hesabatın etibarsız hesab edilməsi və həmin evin yenidən ekspert qiymətləndirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən X5 məxsus Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi, 19 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi aparılmış, 26.09.20 19-cu il tarixli, 184 saylı hesabata əsasən evin qiyməti 150.000 manat müəyyən edilmişdir. İddiaçı sözügedən evin qiymətləndirilməsi barədə hesabatla razı deyil. Həmin evin hal-hazırda qiyməti 90.000-100.000 manat olduğu halda, onun dəyəri bilərəkdən yüksək məbləğdə qiymətləndirilmişdir. Cavabdeh tərəfindən torpağın qiymətləndirilməsi qüvvədə olan qiymətləndirmə fəaliyyəti və aparılması qaydaları barədə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə aparılmışdır. Ona görə də həmin qiymətləndirmə barədə rəy etibarsız hesab edilməlidir və həmin torpaq üzrə yenidən obyektiv qiymətləndirmə aparılmalıdır. Sözügedən evlə bağlı məlumatların MMC tərəfindən təhrif edilməsi nəticəsində evin qiyməti qəsdən artırılaraq qiyməti yüksək göstərilmişdir. Cavabdeh t ərəfindən evin süni surətdə yüksək qiymətə qiymətləndirilməsi və açıq həracda baha qiymətə satılması Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə aparılmışdır.

8. Cavabdeh "xxxx" MMC birinci instansiya məhkəməsində yazılı ərizə təqdim edərək, X5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Natavan küçəsi 19 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi barədə tərtib olunmuş 184 saylı, 26.09.2019-cu il tarixli hesabatın qüvvədə olan qanunvericiliyin tələbinə tam uyğun və qiymətləndirmə fəaliyyəti həyata keçirilən zaman tədbiq edilən hesablama metodu nəzərə alınmaqla tərtib edildiyini bildirmişdir.

9. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Sabunçu rayon İcra və Probasiya şöbəsi, X6, X8 və X4 birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə təqdim etməmişdir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(005)399/2021 saylı qətnaməsi ilə (hakim A.Novruzova) iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin 24.12.2020-ci il tarixli, ƏEM/D 46-735/20 nömrəli ekspet rəyi ilə aparılmış hesablamalar və təkliflərə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 24.12.2020-ci il tarixinə bazar qiyməti 78.000 manat, likvid dəyəri 70.000 manat müəyyən edilmişdir. Rəydə əmlakın təsviri, təmiri haqqında məlumat verilmiş, müxtəlif profillərdən şəkilləri çəkilmiş, obyektə uyğun satış və təkliflər tapılaraq təhlil olunmuşdur. Araşdırılmış qiymətlər arasındakı fərq faiz nisb əti ilə müəyyənləşdirilmiş, bazar qiyməti və likvid dəyəri müəyyən edilmişdir. Qiymətləndirmə zamanı həmin qiymətləndirmə obyektinə dair qiymətin hansı meyarlara əsasən təyin olunduğu göstərilmişdir. Mübahisələndirilən "xxxx" MMC-nin 26.09.2019-cu il tarixli, 184 nömrəli və "xxxx" MMC-nin 24.12.2020-ci il tarixli, ƏEM/D 46735/20 nömrəli ekspet rəyi ilə əmlaka dair qiymətlər arasında 72 min manat məbləğində fərq mövcuddur. Göründüyü kimi, mübahisələndirilən hesabatda göstərilmiş qiymətlərin açıq-aşkar əsassız olduğunu təsdiq edən sübutlar məhkəmə baxışı zamanı iddiaçı tərəfindən təqdim edilməmişdir.

12. Məhkəmə hər iki ekspert rəyi ilə müəyyən edilmiş qiymətləri müqayisəli şəkildə təhlil edib belə qənaətə gəlmişdir ki, "xxxx" MMC tərəfindən iddiaçının əmlakı qiymətləndirilərkən, fərdi yaşay ış evinin texniki göstəricilərinə dair düzgün məlumatlar yazılmış və əmlakın bazar dəyəri təyin edilərkən ekspert rəyləri ilə müəyyən edilmiş qiymətlər arasında fərqlər digər rəyin əsassız və ya qeyri-obyektiv olması üçün əsas yaratmır.

13. Məhkəmənin mövqeyinə görə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda əmlakın dəyərini müəyyənləşdirən qiymətləndiricinin hesabatının məhkəmə qaydasında mübahisələndirilməsi imkanının nəzərdə tutulması istənilən halda qiymətləndiricinin hesabatının ləğv edilməli olması kimi başa düşülə bilməz. Həmin qiymətləndirmə hesabatı yalnız tərəfin hüququnun pozuntusunun yarandığı güman edilən real vəziyyətlərdə ləğv oluna bilər. İcra icraatı zamanı isə tələbkarın hüququnun pozuntusunun yarandığı an qiymətləndirmənin aparılaraq hər hansı bir qiymətin müəyyən edi ldiyi an deyildir. Həmin an müəyyən edilmiş qiymətləndirmə əsasında əmlakın tələbkara təklif olunaraq onun tərəfindən qəbul edildiyi və yaxud yenə müəyyən edilmiş qiymətləndirmə əsasında icra məmurunun sifarişi üzrə hərracın keçirilməsi nəticəsində əmlakın satıldığı andır. Bu baxımdan, əgər digər növbəti icra hərəkətləri aparılmışdırsa, həmin icra hərəkətləri mübahisələndirilmədən yalnız əmlakın qiymətləndirilməsi faktına dair mübahisə açılması hüquq və azadlıqların məhkəmə təminatına imkan verə bilməz.

14. Məhkəmə gəldiyi nəticəni “İcra haqqında” Qanunun 51.1-ci, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 3, 7, 8 və 10-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia tələbinin əsasları ilə eynilik təşkil etmiş və əlavə olaraq göstərilmişdir ki, mübahisələndirilən qiymətləndirmə rəyi yaşayış evinin real qiymətini əks etdirmir, həmin qiymətlə evin hərraca çıxarılması iddiaçının hüquqlarını poza bilər. Hazırkı mülki mübahisəyə görə icra məmuru icra hərəkətlərinin həyata keçirilməsini dayandırıbdır.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2(103)-3978/2021 saylı qətnaməsi ilə (hakimlər E.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və X.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmi n olunmuş, "xxxx" MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi, 19 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi barədə 26.09.2019-cu il tarixli, 184 saylı hesabatı etibarsız hesab edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 6, 7 və 8-ci maddələrinə istinadla bildirmişdir ki, apellyasiya baxışı zamanı iş üzrə qiymətləndirmə təyin edilmiş və "xxxx" MMC-nin 14.06.2021-ci il tarixli, M-35/2021 saylı rəyində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 10.06.2021-ci il tarixinə bazar qiyməti 77 000 manat, likvid dəyəri 69 000 manat təşkil etdiyi göstərilmişdir. Göründüyü kimi, mübahisələndirilən qiymətləndirilmə rə yi qeyd edilən fərdi yaşayış evinin real satış qiymətini əks etdirmir, bunu iş üzrə keçirilmiş digər qiymətləndirmə rəyləri də təsdiq edir. Birinci instansiya məhkəməsi həmin rəyin nəticəsi ilə razılaşmasını əsaslandırmamış, özünün təyin etdiyi qiymətləndirmə rəyi ilə ilkin satış qiymətindəki kəskin fərqin səbəblərini araşdırmamış, həmin qiymətlə daşınmaz əmlakın hərraca çıxarılmasının iddiaçının mənafeyinə zidd olduğunu, onun hüquqlarını poza biləcəyini nəzərə almadan iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

19. Məhkəmə kollegiyasının mövqeyinə görə, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunda əmlakın dəyərini müəyyənləşdirən qiymətləndiricinin hesabatının məhkəmə qaydasında mübahisələndirilmə si imkanının nəzərdə tutulması istənilən halda qiymətləndiricinin hesabatının ləğv edilməli olması kimi başa düşülə bilməz. Həmin qiymətləndirmə hesabatı yalnız tərəfin hüququnun pozuntusunun yarandığı güman edilən real vəziyyətlərdə ləğv oluna bilər.

20. Odur ki, kollegiyanın gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin olunmalı, cavabdeh "xxxx" MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi, 19 saylı fərdi yaşayış evinin qiymətləndirilməsi barədə 26.09.2019-cu il tarixli, 184 saylı hesabatı etibarsız hesab edilməli, iddia qalan “fərdi yaşayış evinin yenidən ekspert qiymətləndirilməsinin keçirilməsi” hissəsində icra sənədinin icrası üzrə icra qaydasında həll edilməli ola n məsələ olduğundan təmin edilməməlidir.

21. Apellyasiya instansiyası məhkəməsi də gəldiyi nəticəni “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 3, 7, 8 və 10-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

22. Üçüncü şəxs X6 və vəkili kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, yaşayış evinə qoyulan qiymət gələcəkdə hərrac zamanı öz təsdiqini tapmadığı təqdirdə, hərrac zamanı birinci dəfə 15 faiz, ikinci dəfə isə 25 faiz aşağı dəyərlə növbəti hərraca çıxarılmalı olacaqdır ki, belə olan vəziyyə tdə üçüncü şəxslərin hüquqları pozulacaqdır. Məhkəmə qiymətləndirmə barədə hesabatı etibarsız saymasına baxmayaraq, etibarsızlığın hansı normalarla tənzimləndiyini əsaslandırmamış, eyni hüquqi statusa malik olan təşkilat tərəfindən verilmiş digər hesabata istinad etmiş, etibarsız saydığı hesabatdakı məlumatlara münasibətdə həqiqəti əks etdirməsi barədə işdə iddiaçı tərəfindən təqdim edilmiş hər hansı sübut mövcud olmamışdır. Mübahisələndirilən 26.09.2019-cu il tarixli qiymətləndirmə rəyi iddiaçıya 2019cu ildən məlum olduğu halda, xeyli müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə, eyni tərəflər arasında eyni predmet üzrə qanuni qüvvəsini almış Nərimanov Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2(005)-345/2018 saylı qətnaməsini nəzərə almamışdır. b) Kassasiya şikayət inə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər

25. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

26. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

415. Hərracın təşkili və keçirilmə qaydası 415.1. Auksionlar və müsabiqələr aç ıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə da ir bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Maddə

416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 28. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

51. Borclunun əmlakının qiymətləndirilməsi 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habel ə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Maddə

61. Hərracların hazırlanması və keçirilməsi 61.1. Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 61.2. İxtisaslaşdır ılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 61.3. Sifarişə aşağıdakılar əlavə edilir: icra sənədinin surəti; əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən tərtib edilmiş aktın surəti; daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair sənədlər; ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti. Maddə

62. Hərracın keçirilməsi müddətləri və qaydası 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi i lə müəyyən edilir. 29. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasınn Qanunu Maddə

6. Qiymətləndirmə üçün əsas Qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Maddə

7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə

8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 4 17.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

31. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

32. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Həm də məhkəmə kollegiyası nəzərə alır ki, verilmiş iddianın müddi-hüquqi əsasını “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsi təşkil edir. Həmin normanın təhlili onu deməyə əsas verir ki, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mü bahisəyə baxılması qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsi ilə bilavasitə bağlıdır və bu hal tələbin bölünməzliyinə dəlalət edir. İşə baxmış məhkəmələr də məhkəmə araşdırmasını qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsi əsasında həyata keçirmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüququ normaları düzgün tətbiq edilməmişdir.

36. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 15.11.2016-cı il tarixli, 2(103)-7193/2016 qətnaməsində başqa tələblərlə yanaşı X3 94500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, tutmanın Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Natavan küçəsi 19 saylı evə yönəl dilməsi, həmin evin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına 94500 manat pulun İddiaçı ödənilməsi və evin satılmasından əldə olunan vəsaitin qalan hissəsinin X2 verilməsi qət edilmişdir.

37. Hazırda mübahisələndirilən qiymətləndirmə hesabatı da Bakı Apellyasiya Məhkəməsinin 15.11.2016-cı il tarixli, 2(103)-7193/2016 qətnaməsinin bu hissədə icrası ilə əlaqədar hərracın gedişində verilən hesabatdır. Yəni baxılan iddia evin mülkiyyətçisi – icra icraatında borclu olan X1 qanuni mənafeləri ilə bilavasitə bağlıdır.

38. Lakin iş materiallarından görünür ki, Fərhad Budaqov 24.07.2020-ci il tarixdə vəfat etmişdir və onun arvadı Səmayə Budaqova apellyasiya instansiyası məhkəməsinə ünvanladığı (məhkəməyə 28.04.2021-ci ildə daxil olmuş) 22.04.2021-ci il tarixli ərizəsində bu ba rədə məhkəməyə məlumat vermişdir.

39. Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.

40. Bu normada təkcə tərəflərdən birinin sıradan çıxdığı halda prosessual hüquq varisliyindən bəhs edilməsinə baxmayaraq, baxılan işin halları üçüncü şəxs Fərhad Budaqovun hüquqi varisinin işə cəlb olunmasını şərtləndirir. Çünki satılması nəzərdə tutulan ev Fərhad Budaqovun mül kiyyətindədir. Mülkiyyətçinin ölməsi ilə ondan miras qalmış əmlaka hüquqların vərəsəlik əsasında vərəsələrə keçməsi istisna olunmur. Bu halda apellyasiya instansiyası məhkəməsi Fərhad Budaqovun hüquqi varisinin işə cəlb olunması məsələsinin həll etməli idi.

41. Bundan başqa, işin hallarından açıq-aydın görünür ki, hərrac zamanı evin satış qiyməti ilə bağlı tərəflərin arasında kəskin fikir ayrılığı vardır. İcra məmuru tərəfindən dəvət olunan qiymətləndirici tərəfindən verilmiş qiymətləndirmə hesabatları ilə tərəflər razılaşmır, tələbkar müəyyən olunan qiymətin həqiqi dəyərdən yüksək olmasını, borclu isə qiymətin evin dəyərindən az olmasını əsas tutaraq hesabatları ardıcıl olaraq mübahisələndirir. İcra məmurunun da əmlakın qiymətinin müəyyən olunması ilə bağlı geniş səlahiyyəti yoxdur. Çün ki “İcra haqqında” Qanunun 51-ci maddəsində yalnız borclunun əmlakının qiymətləndirilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilməsi, icra məmurunun qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməsindən bəhs olunur. İcra icraatını tənzimləyən “İcra haqqında” Qanunda və icra məmurunun hüquq və vəzifələrini müəyyən edən “İcra məmurları haqqında” Qanunda, tərəflərin qiymətləndiricinin hesabatı ilə razı olmadığı halda, qiymətin həqiqiliyini müəyyən etmək üçün icra məmur u tərəfindən başqa hansı tədbirləri görməsi müəyyən edilməmişdir. Buna görə də icra mərhələsində tərəflər qiymətləndirmə hesabatını məhkəmədə mübahisələndirirlər. Məhkəmələr qiymətləndirmə hesabatını qiymətin düzgün müəyyən edilməməsi əsası ilə ləğv edir, lakin evin həqiqi qiymətinin nə qədər təşkil etməsini müəyyən etmir və bu da müəyyən vaxtdan sonra yenidən başlanmış icra tədbirləri zamanı digər tərəfin iddiası üzrə növbəti məhkəmə mübahisəsinə səbəb olur. Nəticə etibarilə 2017-ci ilin birinci yarısında başlanmış icra icraatı uzun müddət (5 il) keçməsinə baxmayaraq, həlli çətin olmayan qiymət məsələsinə görə başa çatmır.

42. Nəzərə alınmalıdır ki, məhkəmənin qətnaməsi iddiaçının pozulmuş hüququn bərpa olunmasına xidmət edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe yə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun E.Həkimovun şikayəti üzrə 3 noyabr 2008-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarları).

43. Konstitusiya Məhkəməsinin Plenumu habelə qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hü ququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı).

44. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər.

45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması ”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar).

46. Beləliklə, Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir.

47. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan müddəaalardan çıxış etməklə bildirir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən evin qiymətinin müəyyənləşdirilməsi ilə bağlı «“fərdi yaşayış evinin yenidən ekspert qiymətləndirilməsinin keçirilməsi” hissəsində icra sənədinin icrası üzrə icra qaydasında həll edilməli olan məsələ olduğu» barədə mövqeyi əsassızdır.

48. Çünki apellyasiya instansiyası məhkəməsi haqlı olaraq “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 6-cı və 8 -ci maddələrinə istinadla, qiymətləndiricinin hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılarkən məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəaları nəzərə alınmaqla qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmənin mümkünlüyünü bildirmiş və 27.04.2021-ci ildə evin bazar qiymətinin müəyyən olunması barədə qiymətləndirmə təyin etmişdir.

49. Məhkəmənin özü tərəfindən qiymətləndirmə təyin edib rəy aldığı halda, «“fərdi yaşayış evinin yenidən ekspert qiymətləndirilməsinin keçirilməsi” hissəsində icra sənədinin icrası üzrə icra qaydasında həll edilməli olan məsələ olduğu» barədə mövqeyi ziddiyyətlidir. Həm də nəzərə alınmalıdr ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanu nun 8-ci maddəsində obyektin dəyərinin həqiqiliyini müəyyən etmək üçün obyektin yenidən ekspert qiymətləndirilməsi məhkəmənin vəzifəsi yox, hüququ kimi nəzərdə tutulmasına baxmayaraq, əksər hallarda yenidən ekspert qiymətləndirilməsi həqiqətə nail olmaq üçün ən etibarlı hüquqi vasitə kimi çıxış edir.

50. Bundan başqa, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 8-ci maddəsinin təhlili o nəticəyə gəlməyə əsas verir ki, qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumat barəsində mübahisələrə baxılarkən məhkəmə, hesabatda qiymətləndirilən obyektin bazar və digər dəyərinin «həqiqiliyini» araşdırır. Obyektin bazar dəyərinin «həqiqiliyinin» araşdırılması onu ehtiva edir ki, araşdırmanın sonunda məhkəmə, qiymətləndiricinin müəyyən etdiyi qiymətin həqiqi olub-olmaması ba rədə nəticəyə gəlməlidir. Adi məntiq baxımından isə bu nəticəyə gəlmək üçün, məhəmə əmlakın «həqiqi» dəyərinin nə qədər olduğu barədə mötəbər məlumatlara malik olmalı, bu sübutların təhlili əsasında “həqiqi” dəyəri müəyyən etməli, «həqiqi» dəyəri ilə qiymətləndiricinin müəyyən etdiyi qiymət arasında müqayisə aparmalı, fərq olduğu halda iddianı təmin etməlidir. Əks halda məhkəmənin qərarı hüquqi müəyyənlik tələbinə cavab verməyəcək, gəldiyi nəticə yarımçıq əsaslandırılmış olacaqdır.

51. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli m əqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

52. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 8-ci maddəsinə istinadla qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılarkən məhkəmələr tərəfindən obyektin bazar və digər dəyəri konkret olaraq müəyyən olunmalıdır. Bu barədə məlumatlar qətnamənin əsaslandırıcı hissəsində aydın şəkildə əksi ni tapmalıdır.

53. Məhkəmə xatırladır ki, hərracda satılmalı olan əmlakın qiyməti ilə bağlı toplanmış sübutlara məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatl arın həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar ekspertizaların keçirilməsidir (MPM-nin 77.3, 102.1, 102.2-ci maddələri).

55. Məhkəmə kollegiyası bildirir ki, apellyasiya məhkəməsinin "xxxx" MMC-nin 26.09.2019-cu il tarixli hesabatı ilə evin qiymətinin 150.000 manat müəyyən edilməsinin obyektiv olmaması barədə mövqeyi ilə razılaşır.

56. Çünki icra məmurunun 29.03.2017-ci il tarixli sifariş məktubu əsasında "xxxx" MMC əmlakın satış qiymətini 85.000 manat müəyyən etdiyi halda, eyni evi 26.09.2019-cu il tarixli hesabatla 150.000 manat məbləğdə qiymətləndirmiş, həmin hesabatda qiyməti müəyyən edərkən hansı məlumat mənbələrindən istifadə olunmasını, müqayisəli tədqiqat mənbələrini qeyd etməmişdir.

57. Məhkəmə kollegiyası eyni zamanda xatırladır ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur.

58. Borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldi lmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə» 24 noyabr 2021-ci il tarixli qərardadı).

59. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olun an nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2(103)3978/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üşün göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar