Məhkəmə qərarları › İş №2(102)-1702/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1702/2025

27.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1702/2025 27.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X7nə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr; əmrin ləğv edilməsi, işə bərpa və vurulmuş zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X7 və “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X7n Nəqliyyat və xüsusi texnika idarəsinə qarşı “əmrin ləğv olunması, işə bərpa, mənəvi zərərin və məhkəmə xərclərinin tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)1216/2025 nömrəli, 10 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxs (vəkil X5) tərəfindən verilmiş kassasiya şikayətinə 27 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (işçi) cavabdeh Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsində Azərsu ASCnin (işəgötürən) 27 may 2021-ci il tarixli əmrinə əsasən 27 may 2021-ci il tarixindən Azərsu” ASC-nin Bakı Sukanal İdarəsi Təchizat şöbəsinə 11-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir.

2. İddiaçı xx.xx.2016-cı il tarixdən həmin idarənin Maddi-texniki təchizat şöbəsinə 12ci dərəcə ilə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixdən isə başqa işəgötürənlə əmək müqaviləsi imzaladığı üçün əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi ilə əmək müqaviləsi bağlamış və həmin İdarənin Maddi-texniki təchizat şöbəsinə 14-cü dərəcə ilə şöbə rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci il tarixdən əmək müqaviləsinə xitam verilmə tarixinə yəni - xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsində, "xxxx" ASC yenidən təşkil edildikdən sonra isə onun hüquqi varisi olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsində şöbə rəisi vəzifəsində işləmişdir. 3. "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən həmin idarənin Maddi texniki təchizat şöbəsinin rəisi İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, "xxxx" ASCnin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasə n onunla bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün o, bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əmək haqqının 2 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsi müraciət etdiyi gündən ləğv edilə bilər.

4. Cavabdeh qurum olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmrinə əsasən, Nəqliyyat və xüsusi texnika idarəsinin Maddi-texniki təchizat şöbəsinə 14-cü dərəcə ilə şöbə rəisi, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmiş və İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə Həmkarlar ittifaqı komitəsi tərəfindən etiraz edilməmişdir.

5. İddiaçı rəhbərliyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə yaradılmış “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifənin ştat vahidi ixtisar olunduğu üçün onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən xəbərdarlıq müddəti əvə zinə orta əməkhaqqını birdəfəyə ödəməklə 30 iyul 2024-cü il tarixdən ləğv edilməsini xahiş etmişdir.

6. Cavabdeh X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər Həmkarlar İttifaqının üzvü olmuşdur. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsi rəhbərliyi tərəfindən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə uyğun xitam verilməsi ilə əlaqədar Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə heç bir müraciət daxil olunmamışdır. 7. "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin qulluqçularının 2024-cü il il üçün xx.xx.2024-cü il tar ixdən qüvvədə olan Ştat cədvəlindən görünür ki, Maddi-texniki təchizat şöbəsi üzrə şöbə rəisi vəzifəsi üzrə ştat vahidinin sayı 1 olmuşdur.

8. Cavabdeh X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin qulluqçularının 2024-cü il il üçün xx.xx.2024-cü il tarixdən qüvvədə olan Ştat cədvəlindən görünür ki, Maddi-texniki təchizat və mal-material şöbəsi üzrə şöbə rəisi vəzifəsi üzrə ştat vahidinin sayı 1 olmuşdur.

9. X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətini təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n xx.xx.2024-cü il tarixli 09-nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X7n strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən İddiaçı tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi bildirilmişdir. Xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun iş yeri müəyyən edilərsə işçiyə bu barədə məlumat veriləcəyi bildirilmişdir. İddiaçı öz ərizəsi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən xəbər darlıq müddəti əvəzinə orta əməkhaqqını birdəfəyə almaq üçün xx.xx.2024-cü il tarixindən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmiş və 7.477,94 manat son haqq-hesab almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili X2 Cavabdehlər “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X7 və “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X7n Nəqliyyat və xüsusi texnika idarəsinə (bundan sonra cavabdeh, yaxud Publik hüquqi Şəxs, idarə) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 283-K nömrəli əmrinin ləğv edilməsi, iddiaçının cava bdeh X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinə ixtisasına və peşəsinə uyğun vəzifəyə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı, işəgötürənin əmək müqaviləsini qanunsuz olaraq ləğv etməsi ilə əlaqədar hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödəncin, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 500 manat xidmət haqqının, 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2011-ci il tarixdə imzalanmış əmək müqaviləsi əsasında "xxxx" ASC-nin Bakı Sukanal İdarəsi Təchizat şöbəsinə 11-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdən həmin idarənin Maddi-texniki təchizat şöbəs inə 12-ci dərəcə ilə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixdən isə başqa işəgötürənlə əmək müqaviləsi imzaladığı üçün əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi ilə əmək müqaviləsi bağlamış və həmin İdarənin Maddi-texniki təchizat şöbəsinə 14-cü dərəcə ilə şöbə rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci il tarixdən əmək müqaviləsinə xitam verilmə tarixinə yəni – xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsində, "xxxx" ASC yenidən təşkil edildikdən sonra isə onun hüquqi varisi olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsində şöbə rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 no yabr tarixli 2356 nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X7 yaradılmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən iddiaçıya verilən xx.xx.2024cü il tarixli 34 nömrəli xəbərdarlığa əsasən ştat vahidinin ixtisara düşməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi bildirilmişdir. Cavabdeh X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 283-K nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. İddiaçıya əmək müqaviləsinin ləğvi barədə əmrin surəti təqdim edilməmişdir. İddiaçı işdən qanunsuz olaraq azad edildiyinə gö rə dərhal, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak üçün təklif göndərmişdir. Mediator tərəfindən mediasiya barədə bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehə göndərilsə də, mediasiya sessiyası baş tutmamış və xx.xx.2024-cü il tarixdə MŞB/6-01632 nömrəli mediasiya arayışı təqdim edilmişdir. İşçi işdən çıxarılarkən cavabdeh iddiaçının öhdəsində 3 nəfər 16 yaşına çatmamış uşağı olmasını və məcburi köçkün olmasını nəzərə almamışdır. iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən iddiaçının həmkarlar ittifaqına üzv olmasına baxmayaraq onun bağlanmış əmək müqaviləsinə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan xitam verilmişdir. Beləliklə, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələbləri pozulmuşdur.

12. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Cavabdeh məhkəmənin sorğusu ilə bağlı sənədləri təqdim etməkdən yayınmışdır. Eyni zamanda Həmkarlar İttifaqı Komitəsi tərəfindən məhkəməyə təqdim edilmiş məktubdan bəlli olur ki, Həmkarlar İttifaqı Komitəsi işdən çıxarılma prosesinə ümumiyyətlə cəlb edilməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumun 11 aprel 2023cü il tarixli Qərarına əsasən “Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün i şçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. 30 iyul 2024-cü il tarixdən etibarən fərdi əmək mübahisəsi yaranmışdır.

13. Cavabdeh X7nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Hal-hazırda həmin ştat üzrə işçi mövcuddur. Həmin işçi 10-12 ildən artıq təcrübəyə malikdir. İddianın rədd olunmasını xahiş edir. İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun xitam verilməsi ilə bağlı Həmkarlar İttifaqı Komitəsinə müraciət edilməməsi əvvəlki şöbə rəisinin səhlənkarlığı ilə bağlı olmuşdur. Həmçinin bildirmişdir ki, iddiaçı öz ərizəsi ilə işdən çıxmış, son haqqhesabı da almışdır.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(004)-4905/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev), iddianın qismən təmin olunması, cavabdeh X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 283-K nömrəli əmrinin ləğv edilməsi və iddiaçının əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı, hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pul və ödənilmiş mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat pulun cavabdeh X7 tərəfindən iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tə rəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, cavabdeh X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 283-K nömrəli əmrinə əsasən, işçinin işdən çıxarılmasının əsası kimi "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə yaradılmış “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən işçinin tutduğu vəzifənin ştat vahidinin ixtisar olunması qoyulmuşdur. Məhkəmə araşdırması zamanı qeyd edilən fakt iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin qulluqçularının 2024-cü il üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan Ştat cədvəli ilə cavabdeh X7n Nəqliyyat və Xüsusi Texn ika İdarəsinin qulluqçularının 2024-cü il üçün xx.xx.2024-cü il tarixindən qüvvədə olan ştat cədvəli müqayisə edilərək müəyyən edilmişdir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən iddiaçının vəzifəsi üzrə müvafiq ştat vahidi ixtisar olunmamış, Maddi texniki təchizat şöbəsinin şöbə rəisi vəzifəsi üzrə ştat vahidinin sayı "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkilindən əvvəl və sonra 1 olmuşdur. Belə ki, "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən həmin idarənin Maddi texniki təchizat şöbəsinin rəisi iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubunda iddiaçının tutduğu vəzifə üzrə ştat vahidinin xx.xx.2024-cü il tarixindən ixtisara düşdüyü qeyd ed ilsə də, cavabdeh tərəf bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tutduğu vəzifə üzrə ştat vahidinin ləğv olunmaması faktı eyni zamanda cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq olunur. Cavabdeh X7nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, hal-hazırda həmin ştat üzrə işçi mövcuddur. Həmin işçi 10-12 ildən artıq təcrübəyə malikdir. Belə ki, "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin qulluqçularının 2024-cü il il üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan Ştat cədvəlindən görünən odur ki, "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Maddi texniki təchizat şöbəsinin şöbə rəisi vəzifəsi üzrə 1 ştat vahidi olmuşdur. İşdən çıxarıldığı günə qədər, yəni xx.xx.2024-cü ilə qədər həmin vəzifəni yalnız iddiaçı tutmuşdur.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, belə olduğu təqdirdə, cavabdehin nümayəndəsinin ixtisar olunmuş ştat vahidi üzrə işçinin mövcud olmasını söyləməsi ilə təsdiq olunur ki, Maddi texniki təchizat şöbəsinin şöbə rəisi vəzifəsi üzrə mövcud olan yeganə ştat vahidi ixtisar olunmamış, iddiaçı əsassız olaraq ştat vahidinin ixtisar olunması əsası ilə işdən çıxarılmış və onun yerinə başqa işçi götürülmüşdür. Bununla yanaşı, həmin ştat üzrə götürdükləri işçinin 10-12 ildən artıq təcrübəyə malik olması ilə bağlı cavabdehin nümayəndəsinin izahatı ilə bağlı qeyd edilməlidir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 283-K nömrəli əmrində Maddi t exniki təchizat şöbəsinin şöbə rəisi İddiaçı "xxxx" ASC-də 13 il 1 ay 3 gün əmək stajı mövcud olduğu əks olunmuşdur. Məhkəmə həmçinin cavabdeh tərəfin iddiaçının rəhbərliyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəyə istinad edərək, iddiaçının özünün razılığı əsasında işdən çıxmaması ilə bağlı dəlilinə münasibət bildirərək hesab etmişdir ki, cavabdeh X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Maddi texniki təchizat şöbəsinin şöbə rəisi iddiaçının rəhbərliyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəni işdən çıxarılmasına razılığı və xahişi kimi qəbul etmək yolverilməzdir. Əgər işə götürən həmin ərizəni işçinin öz təşəbbüsü ilə işdən çıxarılması barədə ərizə kimi qəbul edirsə, nə üçün işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə ərizəsi əsasında) deyil, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam vermişdir.

18. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının rəhbərliyə ünvanladığı xx.xx.2024cü il tarixli ərizəsinin məzmunu ilə də təsdiq olunur ki, işçi işçilərin sayı və ya ştatları ixtisar edilməsi ilə bağlı ona xəbərdarlıq olunduğundan tutduğu vəzifə üzrə ştat vahidinin həqiqətən ixtisar olunduğunu güman etmiş və bu əsasla əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin ona yol verdiyi imkanlardan yararlanmaq istəmişdir. Buna görə də, ərizə ilə rəhbərliyə müraciət edərək, işçilərin sayı və ya ştatları ixtisar edilməsi ilə bağlı ona xəbərdarlıq olunduqdan sonra qanunvericiliyə əsasən müəyyən edilmiş 9 təqvim həftəsind ən ibarət xəbərdarlıq müddətinin orta aylıq əmək haqqının 2 misli ilə əvəz edilməsini, bununla da xəbərdarlıq müddəti gözlənilmədən əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsinə razılığını bildirmişdir. Əmək Məcəlləsinin 77.4-cü maddəsindən görünür ki, işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 mislindən az olmamaqla əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Görünən odur ki, işçi həmin ərizə ilə işdən çıxarılmasını xahiş etməmiş, qanunvericilkdə müəyyən olunmuş xəbərdarlıq müddətinin pul ilə əvəz edilməsinə razılğını ifadə etmişdir.

19. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, qanunsuz əsasla işçi işdən çıxarıldığı halda onun özünün buna razılığı olsa belə bu əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəf olan işçinin əleyhinə qiymətləndirilə bilməz. Qeyd edilənlərlə yanaşı iş materialları ilə də təsdiq olunur ki, işəgötürən əsassız olaraq işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə işçinin əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinin tələbinə də əməl etməmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı müvafiq həmkarlar ittifaqı təşkilatının üzvüdür.

20. Məhkəmə daha sonra qeyd etmişdir ki, belə olduğu təqdirdə, Əmək Məcəlləsinin 80.1-ci maddəsinin tələbi nəzərə alınmaqla, işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulan əsasla xitam v erilməzdən əvvəl müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı idi. Cavabvdeh X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər Həmkarlar İttifaqının üzvü olmuşdur. Cavabdeh X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsi rəhbərliyi tərəfindən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə uyğun xitam verilməsi ilə əlaqədar Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə heç bir müraciət daxil olunmamışdır.

21. Məhkəmə bundan başqa qeyd etmişdir ki, Belə olduğu təqdirdə, cavabdeh iddiaçının tutduğu vəzifə üzrə ştat vahidinin ixtisara düşməsi m əhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh tərəf həmin faktı təsdiq edə biləcək sübutunu məhkəməyə təqdim edə bilmədiyindən, habelə əmək müqaviləsinə əsassız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən Əmək Məcəlləsinin 71.3, 80.1, 80.2-ci maddələrinin tələbləri ciddi şəkildə pozulduğundan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 283-K nömrəli əmri ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir.

22. Məhkəmə bundan başqa hesab etmişdir ki, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh X7 tərəfindən iddiaçıya ödənilməlidir.

23. Məhkəmə, iş üzrə konkret halları nəz ərə almaqla 500 manat hüquqi xidmət haqqını ağlabatan məbləğ hesab edərək, həmin məbləğin iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.

24. Həmçinin məhkəmə hesab etmişdir ki, cavabdeh X7 tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat tutularaq iddiaçıya ödənilməlidir.

25. Məhkəmə bundan başqa hesab etmişdir ki, iddia tələbi “işəgötürənin əmək müqaviləsini qanunsuz olaraq ləğv etməsi ilə əlaqədar hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödəncin, cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində təmin olunmamalıdır. Həmin tələbə münasibət bildirərək məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin dispozitiv şərtləri və tətbiq sahəsi ayrıdır, hazırkı mübahisəyə tətbiq edilə bilməz. Hazırkı mübahisədən gö rünür ki, işəgötürən işçi ilə əmək müqaviləsinə xitam verərək, aralarında olan əmək münasibətlərinə xitam vermiş, işçiyə son haqq-hesab ödənişlərini həyata keçirmiş, bu barədə hər hansı yubanma olmamışdır. Sözügedən norma isə işəgötürənin işçiyə ödəməli olduğu ödəniş üzrə qanunla müəyyən edilmiş müddəti ötürməklə müvafiq ödənişləri həyata keçirməsi halı üçün keçərlidir. Hazırkı mübahisə üzrə işəgötürən və işçi arasında əmək münasibətləri mövcud deyildir, bu səbəbdən işəgötürənin ödəməli olduğu ödənişdən də söhbət gedə bilməz. İddianın təmin edilməsi barədə (işə bərpa hissəsində) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olacağı təqdirdə əmək münasibətləri yenidən əvvəlki tarixdən hesablanmaqla bərpa ediləcəkdir. Bu halda gələcəkdə mübahisə yaranarsa (qanuni qüvvəyə minmiş məhkəmə qərarı üz rə ödənişin gecikdirilməsi) iddia tələbi yolverilən hesab edilə bilər.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1, 70-ci maddəsinin “b” bəndinə, 71.1, 71.3, 74, 76.1, 77.1, 77.3, 77.4, 78.1, 78.2, 80.1, 80.2, 83.1, 83.2, 84, 172, 172.5, 300-cü maddəsinin 1-ci bəndinə və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 121.1, 222.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

27. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n X6 tərəfindən cavabdeh X7n xx.xx.2024-cü il tarixli, 09 nömrəli fəaliyyətinin təkmili haqqında əmr imzalanmışdır. Həmin əmr əsasında cavabdeh X7n strukturuna daxil olan qurumlar üzrə ştat vahidlərinin sayı təsdiq edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən həmin idarədə Maddi texniki təchizat şöbəsinin (hal-hazırda Maddi-texniki təchizat va mal material şöbəsi) rəisi işləyən iddiaçıya 34 nömrəli, xx.xx.2024-cü il tarixində bildirişlə ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq verilmişdir. Nəqliyyat v ə Xüsusi Texnika İdarəsi tərəfindən işciyə bildirilmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 9 təqvim həftədən sonra ləğv ediləcəkdir. İddiaçı İdarəyə gələrək əmək müqaviləsinin xx.xx.2024-cü il tarixindən əmək haqqını birdəfəyə ödəməklə özü tərəfindən ləğv edilməsi barədə könüllü olaraq xx.xx.2024-cü il tarixli, 282 nömrəli ərizə vermişdir. Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 283-k nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, İddiaçı ərizəsi əsas götürülərək onun əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilənlərdən göründüyü kimi iddiaçı 9 təqvim həftəsinin bitməsini gözləmədən qanunvericiliklə müəyyən edilmiş müavinətlərini alaraq əmək müqaviləsinin ləğv edilməsinə təşəbbüs g östərmiş və cavabdeh tərəfindən iddiaçının rəsmi ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. Həmin sübutlar iş materiallarında mövcuddur. Lakin məhkəmə qətnamə qəbul edərkən bu faktlara hüquqi qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir. Bundan başqa Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanının 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X7 yaradılmışdır. "xxxx" ASC-nin ştat vahidi 13.800 olduğu təqdirdə, bugünki gündə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X7n ştat vahidi 7.700 olmuşdur. 2

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-1216/2025 nömrəli, 10 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Sabit Bəhmanzadə) cavabdeh hüquqi şəxsinin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir.

30. Apellyasiya instansiya məhkəməsinin mövgeyinə əsasən, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanu nda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ixtisarın qanuni olmağı üçün ixtisar prosedurunun da qanunvericiliyə uyğun aparılması mühüm şərtdir. Cavabdehin iddiaçının uzun illər xidmət etməsinə baxmayaraq onun müqaviləsinə ixtisarla bağlı xitam verilməsi digər işçilərlə müqayisədə ayrı-seçkilik kimi qəbul edilməli və bu halın baş verməsi özüözlüyündə ayrı-seçkiliyin əsası kimi hesab olunmalıdır.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın əsaslı olmasına dair mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə bu nəticəsini işin araşdırılmış halları üzrə düzgün əsaslandırmışdır.

33. Məhkəmə kollegiyası da öz növbəsində qeyd etmişdib ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəql iyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 283-K nömrəli əmrindən görünür ki, işçinin işdən çıxarılmasının əsası kimi "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə yaradılmış “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən işçinin tutduğu vəzifənin ştat vahidinin ixtisar olunması qoyulsa da, işin faktiki halları ilə müəyyən edilmişdir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən İddiaçın vəzifəsi üzrə müvafiq ştat vahidi ixtisar olunmamış, maddi texniki təchizat şöbəsinin şöbə rəisi vəzifəsi üzrə ştat vahidinin sayı "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkilindən əvvəl və sonra 1 olmuşdur.(i.v 82-83).

34. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, digər tərəfdən iş materiallarından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər Həmkarlar İttifaqının üzvü olsa da “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsi rəhbərliyi tərəfindən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun xitam verilməsi ilə əlaqədar Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə heç bir müraciət daxil olunmamışdır. Halbuki, Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

35. Mə hkəmə kollegiyası onu da qeyd etmişdir ki, göründüyü kimi birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, işəgötürən əsassız olaraq işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə işçinin əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 80.1-ci maddəsinin tələbinə də əməl etməmişdir.

36. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmçinin düzgün olaraq belə nəticəyə də gəlmişdir ki, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 tərəfindən İddiaçı ödənilməlidir. Göründüyü kimi, tərəflər arasında olan əmək münasibətləri pozularkən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmiş və birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən mübahisələndirilən hissədə işin hallarını tam araşdıraraq qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edib ki, şikayətin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas ola bilməz. Belə ki, apellyasiya şikayətində iddiaçı 9 təqvim həftəsinin bitməsini gözləmədən qanunvericiliklə müəyyən edilmiş müavinətlərini alaraq əmək müqaviləsinin ləğv edilməsinə təşəbbüs göstərməsini və cavabdeh tərəfindən iddiaçının rəsmi ərizəsi əsasında əmək müqaviləsinə xitam verilməsini qeyd etsə də, işin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçı ilə aralarında olan əmək münasibətlərinə iddiaçı nın ərizəsi əsasında deyil, məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam vermişdir. Halbuki işin faktiki halları ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən İddiaçı vəzifəsi üzrə müvafiq ştat vahidinin ixtisar olunmaması müəyyən edilmişdir. Bu zaman iddiaçı tərəfindən yazılmış ərizə isə onun işdən çıxarılmasına razılığı və xahişi kimi qiymətlədirilməməlidir. Belə ki, işçi həmin ərizə ilə işdən çıxarılmasını xahiş etməsi tutduğu vəzifəni ştat vahidi ixtisar olunması ilə idi. Lakin yuxarıda qeyd edildiyi kimi, cavabdeh tərəfindən İddiaçı tutduğu vəzifə, maddi texniki təchizat şöbəsinin şöbə rəisi vəzifəsi üzrə ştat vahidinin sayı "xxxx" ASC-nin çevrilmə formasın da yenidən təşkilindən əvvəl və sonra 1 olmuşdur. İddiaçı tutduğu vəzifə üzrə ştat vahidinin ləğv olunmaması faktı eyni zamanda cavabdehin nümayəndəsinin birinci instansiya məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq olunur. Belə ki, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, hal-hazırda həmin ştat üzrə işçi mövcuddur və həmin vəzifədə işləyən işçi 10-12 ildən artıq təcrübəyə malikdir. Bununla bağlı kollegiya qeyd edir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 283K nömrəli əmrində Maddi texniki təchizat şöbəsinin şöbə rəisi İddiaçı "xxxx" ASC-də 13 il 1 ay 3 gün əmək stajı mövcud olduğu əks olunmuşdur.

38. Həmçinin məhkəmə kollegiyası biri nci instansiya məhkəməsinin iddiaçının rəhbərliyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinin məzmunu ilə bağlı mövgeyi ilə razılaşır və qeyd edib ərizənin məzmunu ilə təsdiq olunur ki, işçi işçilərin sayı və ya ştatları ixtisar edilməsi ilə bağlı ona xəbərdarlıq olunduğundan tutduğu vəzifə üzrə ştat vahidinin həqiqətən ixtisar olunduğunu güman etmiş və bu əsasla əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin ona yol verdiyi imkanlardan yararlanmaq istəmişdir. Buna görə də, ərizə ilə rəhbərliyə müraciət edərək, işçilərin sayı və ya ştatları ixtisar edilməsi ilə bağlı ona xəbərdarlıq olunduqdan sonra qanunvericiliyə əsasən müəyyən edilmiş 9 təqvim həftəsindən ibarət xəbərdarlıq müddətinin orta aylıq əmək haqqının 2 misli ilə əvəz edilməsini, bununla da xəbərdarlıq müddəti göz lənilmədən əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsinə razılığını bildirmişdir.

39. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin işəgötürən əsassız olaraq işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə işçinin əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinin tələbinə də əməl etməməsinə dair nəticəsinin qanuniliyi mübahisələndirilməmişdir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimlə yən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Belə ki, məhkəmənin müəyyən etdiyi kimi iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin təmin edilən hissəsində qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmışdır. Bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz.

41. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 68.1, 70 bənd “b”, 71. 1, 71.3, 76.1, 76.2, 77.1, 77.3, 77.4, 78.1, 78.2, 80.1, 80.2, 83.1, 84, 300.1-ci və Mülki Prosessual Məcəllənin 14.2., 77.1, 80, 88,106.1, 217.1, 217.3, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

42. Qətnamədən cavabdeh publik hüquqi şəxs (vəkil X5) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

43. Kassasiya şikayəti iddia ərizəsinə etirazın, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, təsdiq edilmiş yeni ştat cədvəlinə əsasən ƏM və TT şöbəsində ixtisara düşmüş “Hərəkətin təhlükəsizliyi üzrə mühəndis” vəzifə təlimatı ilə həmin şöbədəki digər vəzifə təlimatları və funksiyaları tamamilə fərqli olduğu halda məhkəmə qətnamə qəbul edərkən bu faktlara hüquqi qiymət verməyərək əsassız qətnamə qəbul etmişdir. Həmin sübutlar iş materiallarında mövcuddur. Bundan başqa Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanının 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 yaradılmışdır. "xxxx" ASC-nin ştat vahidi 13.800 o lduğu təqdirdə, bugünkü gündə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X7n ştat vahidi 7.700 olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

44. Maddə 2 (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması və digər prinsiplərə əsaslanır.

45. Maddə 11 (“ə” bəndi). İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır.

46. Maddə

14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanu nvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınması, işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.

47. Maddə 42 (hissə 1). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

48. Maddə

59. İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçi rilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.

49. Maddə 69 (hissə 4). Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

50. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

51. Maddə 69 (hissə 7). İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

52. Maddə 70 (“b” bəndi). Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə.

53. Maddə 71 (1-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

54. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi i lə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

55. Maddə 76 (2-ci hissə). Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

56. Maddə 77 (1-ci hissə). İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda azı ik i təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi.

57. Maddə 77 (2-ci hissə). Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

58. Maddə 77 (3-cü hissə). Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarın da; bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

59. Maddə 78 (1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

60. Maddə

79. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaş ına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

61. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi m üəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

62. Maddə

82. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir.

63. Maddə 84 (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, a tasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

64. Maddə 84 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

65. Maddə 84 (3-cü hissə). Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar o lan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

66. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin b arışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

67. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.

68. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni c ür yanaşır.

69. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

70. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

71. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

72. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

73. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

74. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

75. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

76. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

77. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlill ər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

78. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

79. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

80. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Ka ssasiya baxışının hədləri:

81. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

82. Hazırkı kassasiya şikayətində cavabdeh publik hüquqi şəxs tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

83. Məhkəmə kollegiyası hesab edir ki, a pellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

84. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

85. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayətində qeyd olun an işin halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin hallarla bağlı şikayətin dəlillərini təkrar araşdırmağa lüzum yoxdur.

86. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyət lərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.

87. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

88. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası o nu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiy a şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

89. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

90. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 91. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

92. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normala rını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

93. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

94. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1216/2025 nömrəli, 10 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar