Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1705/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: aidiyyət mübahisəsi, iş kommersiya məhkəməsinə aiddir Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdeh "Azəriqaz" İB-ə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-119/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərardad ından cavabdeh tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilk dəfə xx.xx.2021-ci il tarixdə Cavabdehnə (bundan sonra – cavabdeh və ya Birlik) qarşı borcun silinməsi barədə iddia ərizəsilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-496/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi uçotuna alınması əsası ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2212/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddiaçı iddia ərizəsi ilə mə hkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəmədən kənar həlli üçün mediasiya təşkilatına müraciət etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Dübəndi bağları ünvanda yerləşən ona məxsus fərdi istixanaya (kod: **********00000) əsassız olaraq hesablanmış 69619,46 manat borcun silinməsi barədə iddia ərizəsi ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət etmişdir.
5. Cavabdeh işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatət təqdim edərək, bildirmişdir ki, iddiaçı fərdi qaydada sahibarlıq fəaliyyəti ilə məşğul olur və silinməsini xahiş etdiyi borc məbləğinin onun fərdi istixanasında quraşdırılmış qaz sayğacına əsasən hesablanmış borc məbləğinə aiddir. Odur ki, hazırkı işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-119/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərardadı ilə (hakim Pərviz Zamanlı) vəsatət təmin olunmamışdır.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni işin faktiki hallarına və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 27-ci bəndinə istinadən əsaslandırmışdır.
8. Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmiş və şikayətini belə əsaslandırmışdır ki, hazırkı mərhələdə iddiaçının silinməsini tələb etdiyi borc məbləği onun istehlakçı kimi cavabdeh tərəfindən qeyri-əhali qrupuna aid quraşdırılmış qaz sayğacından irəli gələn münasibətləri ehtiva edir. Bu anlamda iddiaçının faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapır. Quraşdırılmış qaz sayğacının qeyri-əhali qrupuna aid olmasını və iddiaçıdan qazdan istifadənin istixana fəaliyyətindən irəli gəlməsini nəzərə alaraq, hazırkı işə mülki qaydada ümumi məhkəmələr tərəfindən baxılması doğru deyildir.
9. Birinci instansiya məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya məhkəməsindəki icraat
10. MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisə nin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
11. Həmin Məcəllənin 25.1 və 26.1-ci maddələrinə, əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 12. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının x üsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına əsasən, MPM-in 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11).
13. Həmin Qərarın 28-ci bəndi ilə (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 dekabr 2022-ci il tarixli qərarının 2.2-ci bəndi ilə əlavə edilmişdir) məhkəmələrə iz ah edilmişdir ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir.
14. Baxılan iş üzrə iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi uçotuna alınmaqla ********** saylı VÖEN-ə malikdir. Cavabdeh də hüquqi şəxsdir. İddiaçının silinməsini tələb etdiyi borc ona məxsus olan fərdi istixanaya dair hesablanmış borcun silinməsi ilə bağlıdır. Ali Məhkəmə Plenumunun qərarının yuxarıda istinad olunan 28-ci bəndinə əsasən vergi uçotuna alınması zamanı iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin istiqamətinin fərqli göstərilməsi işin kommersiya məhkəməsinə aidiyyətin i dəyişdirmir. Belə ki, hazırkı mübahisə həm işdə iştirak edən şəxslərin subyektiv tərkibi, həm mübahisənin predmeti, həm də hüquq münasibətlərinin xarakteri baxımından kommersiya mübahisəsidir.
15. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, hazırkı iş üzrə iddiaçı hazırkı iş üzrə cavabdehə qarşı eyni predmet barədə daha əvvəl də Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş kommersiya mübahisəsi olduğu üçün baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Buna baxmayaraq, həmin məhkəmə hazırkı iddia ərizəsini öz icraatına qəbul etmiş və işin aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi barədə cavabdehin vəsatətini təmin etməmişdir.
16. Yuxarıda göstərilənlərə əsasən, Qarışıq mə hkəmə tərkibi belə qənaətə gəlir ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalı və mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
17. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kassasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər (403-1.8.2.).
18. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şi kayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-119/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.