Məhkəmə qərarları › İş №2(102)-1706/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1706/2023

18.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1706/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin Cavabdeh nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(103)-6428/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şika yəti üzrə mülki işə 18 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. ünvan 1 ünvanında yerləşən mənzil (bundan sonra – mübahisəli mənzil) xüsusi mülkiyyət hüququ ilə xx.xx.2019-cu il tarixdən iddiaçı "xxxx" QSC-yə (bundan sonra – iddiaçı, yaxud Bank) məxsusdur. 2. xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın alqı-satqısına dair müqavilə ilə Bank mübahisəli mənzili Cavabdeh (bundan sonra- cavabdeh, yaxud alıcı) 102000 manata satmışdır. Alıcı əvvəlcə 10000 manat ödəmiş, qalan 92000 manatı isə hər ay aydan bir 20000 manat və sonuncu ayda isə 32000 manat olmaqla xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya mə hkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, mübahisəli mənzildən cavabdehin çıxarılması, mənzilin boşaldılması və mənzilin Banka təhvil verilməsi, tərəflərindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, alıcı tərəfindən yalnız ilkin ödəniş olmuşdur.Qalan məbləğlər ödənilməmişdir. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği banka ödəməmişdir. Bununla da, cavabdeh nisyə alqı-satqı m üqaviləsi üzrə öhdəliyi bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdehə xx.xx.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Məktubda qeyd edilmişdir ki, tərəflər arasında razılaşdırılmış xx.xx.2021-ci il tarixinədək 20000 manat məbləğində pulun ödənilməsi barədə xəbərdar edilmiş, öhdəliyi icra etmədiyi təqdirdə nisyə alqı-satqı müqaviləsinin ləğvi və əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1477/2022 nöm rəli iş üzrə 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim: Qumru Əliyeva) iddia təmin edilmişdir.

6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödənişləri həyata keçirməmiş, bununla bağlı vəzifəsini icra etmədiyi üçün iddiaçının cavabdehin təqsirindən şərtləri pozulmuş həmin alqı-satqı müqaviləsinin ləğv edilməsini və dəyəri tam ödənilməmiş mənzilinin təhvil verilməsini tələb etmək hüququ yaranmışdır.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 386.1, 421.2, 421.3, 425.1, 442, 567, 600.1, 600.4-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya in stansiyası məhkəməsində icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6428/2022 nömrəli iş üzrə 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İlham Kərimlinin sədrliyi və məruzəsi ilə, Akif İsgəndərov və Elşən Kazımovdan ibarət təribdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, cavabdeh müqavilənin şərtlərini pozduğuna görə bankın müqaviləni ləğv etmək və mənzili geri tələb etmək hü ququ yaranmışdır.

11. Belə ki, cavabdeh alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödənişləri lazımi qaydada həyata keçirməmiş, 14 oktyabr 2020-ci il tarixində 10000 manat, 16 aprel 2021-ci il tarixində 20000 manat, 25 may 2022-ci il tarixində isə 10000 manat ödəmiş, qalan pulu ödəməmişdir.

12. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 442, 567, 600.1, 600.4-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilm əsibarədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi mülki işin tərəflərin iştirakı ilə hərtərəfli, tam və obyektiv araşdırılması üçün cavabdeh tərəfin apellyasiya baxışı zamanı iştirakına və Bank ilə aralarında yaranmış mübahisə predmeti ilə bağlı müvafiq sübut və vəsatətin təqdim edilməsinə lazımi şərait yaratmamışdır. Belə ki, cavabdehin nümayəndəsinin səhhəti ilə bağlı xx.xx.2022-ci il tarixində keçiriləcək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməməsi ilə bağlı məhkəməyə ünvanladığı teleqramı nəzərə alınmadan, eyni tarixli məhkəmə iclasında yekun qərar qəbul edilmişdir.

15. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 71-ci, Mülki Prosessual Məcəlləsinin 9.3, 14.1, 217, 218.1, 417.1.3, 418.1, 418.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

18. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mal larda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Maddə 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

21. Maddə 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra et mədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətn amə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırki kassasiya şikayəti əsasında apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 32. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

33. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6428/2022 saylı, 22 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar