Məhkəmə qərarları › İş №2(102)-1707/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1707/2025

12.06.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1707/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 Xidmətinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının 19 fevral 2025-ci il tarixli, 2(103)877/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 20 oktyabr 2022-ci il tarixli, 1713 saylı müddətsiz əmək müqaviləsi ilə İddiaçı "xxxx" ASC-də mexaniki təmir sahəsində “tornaçı” vəzifəsinə qəbul olunmuş, işçiyə hər ay 660 manat əməkhaqqı ödənilməsi, iş saatı 09:00-dan saat 17:00-dək olmaqla gündə 8 saatdan, həftədə 40 saatdan çox olmayaraq işləməsi, 27 gün müddətinə əmək məzuniyyətinin verilməsi müəyyən edilmişdir. 2. "xxxx" ASC-nin 25 may 2023-cü il tarixli əmri ilə İddiaçı 200 manat fərdi əlavəsinin ləğv edilməsi, 01 may 2023-cü il tarixdən sonuncunun əmək h aqqına hər ay 467 manat fərdi əlavə edilməsi əmr edilmişdir. 3. "xxxx" ASC-nin 19 iyun 2023-cü il tarixli əmri ilə İddiaçı 467 fərdi əlavəsinin ləğv edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 185-ci maddəsinə əsasən 01 iyun 2023-cü il tarixdən İddiaçı əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqləndiyinə görə, aylıq əmək haqqına hər ay 1.040 manat fərdi əlavə edilməsi əmr edilmişdir. 4. "xxxx" ASC mexaniki sexin rəisi Eyvaz Hüseynovun 22 iyun 2023-cü il tarixli təqdimatına əsasən, mexaniki sahənin tornaçısı İddiaçı iş zamanı işçilər arasında rəhbərliyə qarşı təbliğat apararaq işçilərə işi dayandırmağı, rəhbərlikdən əlavə pul ödənişləri istəməyi bildirmiş və heç kimə tabe olmadığını demişdir. Buna g örə də, "xxxx" ASC-nin sədrindən İddiaçı haqqında tədbir görülməsi xahiş edilmişdir. 5. "xxxx" ASC-nin 22 iyun 2023-cü il tarixli, 25-Ü saylı əmri ilə 22 iyun 2023-cü il tarixdə Mexaniki təmir sahəsinin tornaçısı İddiaçı, müəssisədaxili intizam qaydalarını pozduğuna, həmçinin Əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrinə səhlənkar yanaşdığına görə sonuncu xəbərdarlıqla Şiddətli Töhmət elan edilmişdir. 6. "xxxx" ASC-nin kadrlar şöbəsinin rəisi Fazil Hüseynov, hüquqşünas P.M.Əzimova və mühasib Hacıağa Qədirli tərəfindən tərtib edilərək imzalanmış 22 iyun 2023-cü il tarixli aktdan görünür ki, Mexaniki təmir sahəsinin tornaçısı İddiaçı ona verilmiş şiddətli töhmət əmri ilə tanış olmaq üçün dəvət olunmuş, amma sonuncu onu imzalamaqdan imtina etmişdir. 7. "xxxx" ASC-nin 19 nəfər əməkdaşı tərə findən tərtib edilərək imzalanmış 19 iyul 2023-cü il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin Mexaniki təmir sahəsinin tornaçısı İddiaçı iş zamanı işçilər arasında Müəssisənin rəhbərliyinə qarşı təbliğat apararaq: “Gəlin hamımız bir nəfər kimi qalxaq ayağa, işi dayandıraq, rəhbərlikdən tələb edək ki, bizə əlavə pul ödəsin.” kimi fikirlər səsləndirmiş, habelə özünün heç kimə tabe olmaması, işçilərə də bunu tövsiyə etməsi kimi məsləhət vermiş, təkidlərinə baxmayaraq işçilərin ona tabe olmadığını gördükdən sonra isə işçilərin arasına qayıdaraq, artıq rəhbərliklə görüşdüyünü, ona əlavə pul verilməyəcəyi təqdirdə bütün sexin işçilərini ayağa qaldıracağı ilə hədələdiyini, sosial şəbəkələrdə müəssisəni biabır edəcəyini, bunun qarşılığında rəhbərliyin ondan qorxaraq əlavə pul müavinəti verdiyini qeyd etmişdir. Göstərilənləri təsdiqləmək üçün müəssisənin mexaniki təmir sahəsinin işçiləri bu barədə müvafiq akt tərtib edərək, hər biri öz imzası ilə aktın doğruluğunu təsdiq etmişlər. 8. "xxxx" ASC-nin kadrlar şöbəsinin rəisi Fazil Hüseynov tərəfindən tərtib edilmiş 20 iyul 2023-cü il tarixli xidməti məlumatdan görünür ki, İddiaçı Fazil Hüseynovun və müəssisənin nüfuzuna xələl gətirərək, müxtəlif sosial şəbəkələrdə onun haqqında düzgün olmayan məlumatlar yerləşdirmişdir. 9. "xxxx" ASC-nin mexaniki sexin rəisi X1 20 iyul 2023-cü il tarixli təqdimatından görünür ki, tornaçı İddiaçı sexin və müəssisənin şəklini telefonla çəkərək, sosial şəbəkədə müxtəlif yerlərə və sexin işçilərinə göndərərək təxribat aparmışdır. Buna görə də İddiaçı haqqında tədbir görülməsi xahiş edilmişdir. 10. "xxxx " ASC-nin 24 iyul 2023-cü il tarixli, 369/k saylı əmrinə əsasən, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, 16 təqvim gününə mütənasib olaraq son haqq-hesabın İddiaçı ödənilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas kimi Mexaniki təmir sahəsinin işçiləri tərəfindən tərtib edilmiş 19 iyul 2023-cü il tarixli akt, Kadrlar şöbəsinin rəisi Fazil Hüseynovun 20 iyul 2023-cü il tarixli Xidməti məlumatı və Mexaniki təmir sahəsinin rəisi Eyvaz Hüseynovun 20 iyul 2023-cü il tarixli Təqdimatı qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə ə sasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC-nin 24 iyul 2023-cü il tarixli 369/k nömrəli əmrinin etibarsız hesab edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməyən əmək haqqının ödənilməsi, ona dəymiş maddi və mənəvi ziyanın əvəzi qismində 35.000 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

12. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 21 oktyabr 2022-ci il tarixdə cavabdeh ASC ilə bağladığı əmək müqaviləsinə və 436/k nömrəli əmrə əsasən cəmiyyətin mexaniki təmir sexinə “tornaçı” vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi 8 ay müddətində onun hər hansı bir nöqsanı olmamış, irad tutulmamış və ona tapşırılan işi 21 iyul 2023-cü ilə kimi bacarıqla və keyfiyyətlə yerinə yetirmi şdir. İddiaçını işə qəbul edəndə həftədə 41 saat iş rejimində işləyəcəyini bildirməklərinə baxmayaraq, əslində onu hər gün 10 saatlıq iş rejimində işlətmişlər. Buna baxmayaraq, onun əmək haqqına əlavə iş saatlarına görə artırılmamışdır. İddiaçı bir müddətdən sonra əlavə işlədiyi iş saatlarına görə əmək haqqının ödənilməsini tələb etmişdir. Lakin, onun tələbi cəmiyyətin rəhbərliyi tərəfindən pis qarşılanmış və rəhbərlik onun işdən çıxarılması üçün tabeliyində olan şəxslərə tapşırıq vermişdir. 24 iyul 2023-cü il tarixində 369/k nömrəli əmrlə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. O, işdən çıxarılmasının səbəbini soruşduqda, ona heç bir məlumat verilməmiş və bildirilmişdir ki, rəhbərlik onunla işləmək istəmir. Əmrin surətin i aldıqda məlum olmuşdur ki, guya onun barəsində “Mexaniki Təmir” sahəsinin işçiləri tərəfindən 19 iyul 2023-cü il tarixində akt tərtib edilmiş, cəmiyyətin kadrlar şöbəsinin rəisi Fazil Hüseynovun xidməti məlumat və mexaniki təmir sahəsinin rəisi Eyvaz Hüseynovun 20 iyul 2023-cü il tarixli təqdimat yazılmışdır. Onun işdən azad edilməsi və işə bərpa edilməsi barədə 25 iyul 2023-cü il və 26 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsinə baxmayaraq, guya ona verilən cavab məktubu onun qeydiyyatda olduğu ünvana göndərilmişdir. Lakin, onun ünvanına göndərilən cavabları o, ala bilməmişdir. Onunla cəmiyyət arasında əmək mübahisəsinin mediasiya qaydasında həll edilməsi üçün ilkin olaraq mediasiya təklifi göndərmiş, lakin cavabdeh o nun təklifinə cavab verməmişdir. Ona görə də, mübahisənin həll edilməsi məqsədi ilə mediasiya şurasının 16 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Lakin cavabdeh ASC mediasiya təşkilatına gəlməmişdir. 16 saylı Mediasiya təşkilatı MŞB/16-01640 nömrəli xx.xx.2023-cü il tarixində mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh ASC-nin rəhbərliyi onun barəsində kompromat yaratmaq üçün Bakı şəhəri Nizami Rayon 23-cü Polis Bölməsinə müraciət edərək bildirmişdir ki guya o, “Tiktok” sosial şəbəkəsində müəssisənin rəhbərliyinə qarşı və müəssisənin imicinə xələl gətirən çıxışlar etmiş və onun çıxışları müəssisədə nizam intizamı pozduğuna görə onu işdən azad etmişlər. Onun əmək funksiyasını yerinə yetirməməsi və tutduğu vəzifə yə uyğun olmaması ilə əlaqədar Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edərkən cəmiyyətin rəhbərliyi işdən azad edilməsini və onun nə zaman və hansı hərəkətinin cəmiyyətin fəaliyyətinə ziyan vurduğu əsaslandırılmalıdır. Lakin hazırda təqdim edilmiş əmrlərin surətindən görünür ki, belə əsaslandırma aparılmamışdır. Əmək Məcəlləsinə əsasən işdən azad edilməsi barədə məsələ müzakirə edilərkən işçi dəvət edilməli, ondan izahat alınmalı və işdən azad olunması barədə müəssisə daxili Həmkarlar İttifaqı Komitəsi fəaliyyət göstərirsə, təqdimat müzakirə olunmamışdan əvvəl ona bu barədə məlumat verilməli idi. Lakin, onun işdən azad edilməsi sırf rəhbərliyin şəxsi təşəbbüsü ilə edilmiş və məsələyə münasibəti soruşulmamışdır. Onun işdən azad olunması üçün əsas olmuş təqdimatların hüq uqu əsası yoxdur. Belə ki, onun işdən azad olunması barədə təqdimatda göstərilən halların heç biri ona aid deyildir. İddiaçı müəssisənin nüfuzunu aşağı sala biləcək hərəkətlər etməmişdir. Əgər o, hər hansı bir qeyri-qanuni hərəkət etmiş olsaydı, o zaman cəmiyyətin rəhbərliyi ondan bu barədə izahat tələb etmiş olardı. Lakin, bu vaxta kimi ondan heç bir izahat alınmamışdır. İşdən azad etmə işdə nöqsanı olmuş şəxsə tətbiq edilən ən ağır cəzadır. Onun işdən azad edilməsi barədə verilmiş əmrdən müəyyən etmək olur ki, cəmiyyətin rəhbərliyi onun işdən azad olunmasını hər hansı bir sübutla əsaslandırmamış və bu barədə onun fikrini aydınlaşdırmamışdır. Cəmiyyət onun işdən azad edilməsi ilə əlaqədar əmr verərkən, onun maddi vəziyyətini, işə ehtiyacının olmasını, heç bir nöqsanının olmamasını nəzərə almamışdır. O işdən azad olunduğu halda, onun işlədiyi sahədə yerinə yetirdiyi işi başqa işçiyə həvalə etməmişlər

13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(007)241/2024 nömrəli qətnaməsi ilə (hakim R.Əhmədov) iddia tələbi rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh ASC ilə iddiaçı arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsi bağlanmış və iddiaçı ASC-də “tornaçı” vəzifəsinə işə qəbul edilmişdir. Qeyd olunan əmək müqaviləsinin 5.1-ci bəndinə əsasən tərəflərdən biri digərinin istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurulduğu təqdirdə, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.

15. Məhkəmə, iddia tələbinin “əmrin ləğv edil məsi və işə bərpa edilməsi” hissəsini əsassız sayaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı iş zamanı işçilər arasında müəssisənin rəhbərliyinə qarşı təbliğat aparıb, özünün heç kimə tabe olmadığını əsas gətirərək, hamının işi dayandıraraq “ayağa qalxmasını”, rəhbərlikdən onlara əlavə pul ödənilməsini tələb etmələrini müəssisənin digər işçilərinə israrla bildirmiş, lakin təkidlərinə baxmayaraq işçilərin ona tabe olmadığını gördükdən sonra isə işçilərin arasına qayıdaraq, artıq rəhbərliklə görüşdüyünü, ona əlavə pul verilməyəcəyi təqdirdə bütün sexin işçilərini “ayağa qaldıracağı” ilə hədələdiyini, sosial şəbəkələrdə müəssisəni biabır edəcəyini, bunun qarşılı ğında rəhbərliyin ondan qorxaraq əlavə pul müavinəti verdiyini qeyd etmişdir. Bununla bağlı, 19 iyul 2023-cü il tarixdə müəssisənin digər işçilərinin iştirakları ilə müvafiq olaraq akt tərtib edilmiş, işçilərin hər biri öz imzaları ilə aktın doğruluğunu təsdiq etmişlər. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq, cavabdehin nümayəndəsi iddiaçının həmçinin, “Tiktok” sosial şəbəkəsində müəssisənin nüfuzuna, qanunla qorunan mənafelərinə xələl gətirərək həqiqətə uyğun olmayan fikirlər səsləndirdiyini, bununla da müəssisənin maraqlarına kobud surətdə toxunduğu qeyd etmiş, iddiaçı isə həmin sosial şəbəkədə müəssisənin əleyhinə cavabdehin nümayəndəsinin bəhs etdiyi qaydada fikirlər səsləndirdiyini inkar etməmişdir. Bundan sonra, hər iki tərəfin qarşılıqlı şikayətləri əsasında Nizami RPİ-nin 23-cü PB-nin baş təhqiqatçısı tərəfindən müvafiq qaydada araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, habelə iddiaçının X9 Xidmətinə müraciəti əsasında cavabdeh bütün zəruri sənədləri DƏMX-nə təqdim etmiş və müvafiq araşdırma aparılmışdır. Məhkəmə tərəfindən sözügedən araşdırma ilə bağlı toplanmış bütün materiallar DƏMX-dən sorğu əsasında tələb edilərək öyrənilmiş və işəgötürənin əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada hər hansı hüquq pozuntusuna yol verməklə əmək müqaviləsinə xitam verməsini təsdiq edə biləcək hər hansı hal aşkar edilmədiyi müəyyən olunmuşdur. Göründüyü kimi, tərəflər arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi nə müvafiq olaraq 20 oktyabr 2022-ci il tarixdə yazılı formada əmək müqaviləsi bağlanmış, tərəflər sözügedən müqavilə şərtlərini razılaşdırmışlar. O cümlədən, tərəflərin hüquq və vəzifələri, əmək müqaviləsinə xitam verilməsi şərtləri və bunun hüquqi nəticələri müqavilədə əksini tapmışdır. İddiaçı isə müqavilə üzrə öhdəliklərini kobud surətdə pozmuş, sosial platformada müəssisənin nüfuzuna və qanunla qorunan mənafeyinə xələl gətirən ifadələr səsləndirmiş (məhkəmə iclasında da iddiaçı bu faktı inkar etməmişdir), işçilər arasında müxtəlif formalı təbliğatlar aparmaq surəti ilə müəssisə daxili qaydaları dəfələrlə pozduğuna görə müəssisə rəhbərliyi tərəfindən şifahi qaydada xəbərdarlıq edilmiş, sonuncu dəfə isə barəsində şiddətli töhmət elan edilmiş, lakin iddiaçı həmin əməllərinə davam etmiş v ə nəticədə cavabdeh ASC-nin sədrinin 24 iyul 2023-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilmişdir.

16. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələbləri nəzərə alınmaqla, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil, buna görə də iddia həmin hissədə rədd edilməlidir.

17. Məhkəmə iddianın dəymiş mənəvi zərərin tələb edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir, həmin tələb iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbindən törəmə tələbdir, tələb həmin hissədə rədd edildiyi halda, dəymiş mən əvi ziyanın ödənilməsi hissəsində də iddia tələbi rədd edilməlidir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə, 7-ci maddəsinin 2-1-ci hissəsinə, 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 21.1, 21.2, 23-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 may 2024-cü il tarixli, 2(103)-2699/2024 nömrəli qətnaməsi ilə (hakim G.Axundovanın sədrliyi və məruzəsi ilə, hakimlər F.Babayev və C.Musayeva) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - cavabdeh ASC-nin 24 iyul 2023-cü il tarixli, 369/k saylı əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinin təmin edilməməsi” hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilərək, "xxxx" ASC-nin 24 iyul 2023-cü il tarixli, 369/k saylı əmrinin ləğv edilməsi, iddiaçıya iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun ASC-də mexaniki təmir sahəsinin “tornaçı”sı vəzifəsinə bərpa edilməsi qət olunmuşdur.

21. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh ASC tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə əməl edilmədən işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. Çünki Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Cəmiyyət tərəfindən işçinin işdən çıxarılması barədə əmrdə işçinin təqsirli hərəkətləri nəticəsində işəgötürənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilməsi halı, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əsaslandırılmamışdır. Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə görə əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrdə ə mək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir.

22. Cavabdeh iddiaçının sosial şəbəkədə çıxışına istinad etmişdir. Həmin çıxışın surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 09 avqust 2023-cü il tarixli qərardan müəyyən olunur ki, İddiaçı izahatında bildirmişdir ki, işdən çıxdıqdan sonra o, məcbur qalaraq orada əlavə işlədiyi saatların pulunun ona verilməsi üçün “Tiktok” sosial şəbəkəsində bu mövzuda çıxışlar etmiş və ona əlavə saatların pulunun verilməsini rəhbərlikdən istəmişdir. Məhkəmə iclasında da iddiaçı izahatında təsdiq etmişdir ki, “Tiktok” sosial şəbəkədə iş vaxtı saat 8də başlayıb 6-da bitir. Müqavilədə iş vaxtı saat səhər 9-da başlay ıb axşam 5-də bitməli idi. Paylaşımlarında əmək haqqının 3 dəfəyə verilməsini, iş vaxtının 8-dən 6-ya olduğunu və 2 dəqiqə tez çıxanda onu cərimələdiklərini bildirib.

23. Apellyasiya kollegiyası qeyd etmişdir ki, sosial şəbəkədə qeyd edilən mövzuda çıxışın edilməsinə məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tədbir görülməsinin zəruriliyi cavabdeh tərəfindən əsaslandırılmamışdır.

24. Bundan əlavə, apellyasiya şikayətinin dəlili odur ki, iddiaçıdan izahat alınmamışdır. O, işdən azad olunma barədə əmrdən sonra məlumatlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmin dəlilə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəf iddiaçının işdən azad edilməsinə əsas olmuş hallarla bağlı izahatın alınmasına dair sübut təqdim etməmişdir. İş materiallarında olan izahatdan görünür ki, izahat 25 iyul 2023cü il tarixdə yazılmış və X6 təqdim edilmişdir (i.v. 147-148). Göründüyü kimi, işdə olan izahat işdən azad olunduqdan sonra işçinin X6 təqdim etdiyi izahatdır.

25. Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, komitənin 05 yanvar 2022-ci il tarixli qərarı ilə X3 ləğv edildiyindən sonuncunun razılığı tələb olunmurdu.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə, 71-ci maddəsinin 2-ci və 3-cü hissələrinə, 186-cı maddəsinin 2-ci hissəsinə, 187-ci maddəsinin 1-ci hissəsinə, 300cü maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 124.1, 384.0.2-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

27. Cavabdeh "xxxx " ASC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2024-cü il tarixli, 2(102)-3548/2024 nömrəli qərarı ilə (hakim Z.Babayevin məruzəsi ilə, hakimlər Ə.Əhmədov və Z.Əliyev) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

29. Kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının məhk əmə iclasında verdiyi izahatında onun “Tiktok” sosial şəbəkədə iş vaxtının saat 8-də başlayıb 6da bitməsini, müqavilədə iş vaxtının saat səhər 9-da başlayıb axşam saat 5-də bitməli olmasını, paylaşımlarında əmək haqqının 3 dəfəyə verilməsini, iş vaxtının 8-dən 6-ya olduğunu və 2 dəqiqə tez çıxanda onu cərimələdiklərini bildirməsini etiraf etməklə təsdiq etdiyini qeyd etsə də, bununla bağlı iddiaçının məhkəmələrə hər hansı sübut təqdim edə bilməməsini diqqətdən kənarda saxlamış, iddiaçının izahatında qeyd etdiyi həmin halların həqiqəti əks etdirib-etdirməməsini araşdırmamış, bu halda cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş – işçilərin, o cümlədən iddiaçının gündəlik iş vaxtının 7 saat, bəzi hallarda isə 8 saat olması barədə “iş vaxtının uçot tabellərinə” hər hansı hüquqi qiymət verilməmişdir. Bundan başqa, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının müəssisə rəhbərliyinə qarşı sosial şəbəkədə çıxış etməmişdən əvvəl, habelə ona “şiddətli töhmət” inzibati tənbehi verilməsindən sonra cavabdeh tərəfindən ona qarşı edilən qanunsuzluqlar barədə müəssisənin rəhbərliyinə, yaxud işdən azad edilənə kimi X9 Xidmətinə rəsmi olaraq müraciət edib-etməməsi, əgər etməmişdirsə bunun səbəbi araşdırılmamış, bu hərəkətlərə yol verərkən iddiaçının əsl məqsədinin “müəssisənin nüfuzuna xələl gətirərək, müxtəlif sosial şəbəkələrdə onun haqqında düzgün olmayan məlumatlar yerləşdirmək, işçilər arasında müəssisənin rəhbərliyinə qarşı təbliğat aparmaq” olub-olmamasına, bununla da işçinin əmək fəaliyyəti zamanı əmək vəzifələrini kobud şəkildə pozulmaqla, kobud səhvlə rə yol verməsi, işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməklə bağlı Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərə yol verib-verməməsinə düzgün hüquqi qiymət verilməmişdir.

30. Bundan başqa, apellyasiya instansiya məhkəməsi, intizam tənbehi tətbiq edilməsi barədə müəssisə rəhbərinin əmri ilə tanış olmaq üçün iddiaçının dəvət olunması, amma sonuncunun əmri imzalamaqdan imtina etməsi barədə cavabdehin əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış 22 iyun 2023-cü il tarixli akta hər hansı hüquqi qiymət verilməmişdir.

31. Kassasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehin iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin verilməsi üçün əsas kimi Mexaniki təmir sahəsinin işçiləri tərəfindən tərtib edilmiş 19 i yul 2023-cü il tarixli akt, Kadrlar şöbəsinin rəisi Fazil Hüseynovun 20 iyul 2023-cü il tarixli Xidməti məlumatı və Mexaniki təmir sahəsinin rəisi Eyvaz Hüseynovun 20 iyul 2023-cü il tarixli Təqdimatı qeyd olunsa da, apellyasiya instansiya məhkəməsi həmin sübutlara Mülki Prosessual Məcəllənin 88106-cı maddələrinin tələblərinə uyğun hüquqi qiymət verməmiş, zərurət yarandığı halda qeyd olunan sənədləri imzalamış şəxslərin məhkəmə iclasında iştirak etmələrini, habelə istənilən halda həmin sübutların mötəbərliyini MPM-in 14.1-ci maddəsinin tələbinə uyğun olaraq işdə iştirak edən şəxslərlə müzakirə etməmişdir.

32. Kassasiya kollegiyası hesab etmişdir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa, işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır. İşçinin əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verməsi, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur.

33. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 3-cü maddəsinin 3-cü hissəsinə, 10, 42-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 1-ci hissəsi, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə, 70ci maddəsinin ç bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 71-ci maddəsinin 3-cü hissəsinə, 72,76-cı maddəsinin 1-ci hissəsinə, 79-cu maddənin 1-3-cü hissələrinə, 186-cı maddəsinin 1-2-ci hissələrinə, 186-cı maddəsinin 2-ci hissəsinə, 187-ci maddəsinin 2-ci hissəsinə,300-cü maddəsinin 1-ci hissəsinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 fevral 2025-ci il tarixli, 2(103)-877/2025 nömrəli qətnaməsi ilə (hakim S.Bəhrəmzadənin sədrliyi və məruzəsi ilə, hakimlər V.Sadıqov və X.Mərdanova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(007)-241/2024 nömrəli qətnaməsi dəyişdiril mədən saxlanılmışdır.

35. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ASC-nin əməkdaşına yaraşmayan, əmək fəaliyyəti ilə bir araya sığmayan hərəkətləri ilə müəssisənin nüfuzuna xələl gətirməsi işdəki sənədlərlə təsdiq olunmuşdur. Bu hərəkətlərə yol verərkən iddiaçının əsl məqsədinin “müəssisənin nüfuzuna xələl gətirərək, müxtəlif sosial şəbəkələrdə onun haqqında düzgün olmayan məlumatlar yerləşdirmək, işçilər arasında müəssisənin rəhbərliyinə qarşı təbliğat aparmaq”, bununla da işçinin əmək fəaliyyəti zamanı əmək vəzifələrini kobud şəkildə pozulmaqla, kobud səhvlərə yol verməsi, işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməklə Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərə yol vermişdir.

36. Apellyasiya instansiya məhk əməsi bildirmişdir ki, işin faktiki hallarından göründüyü kimi iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da onun “Tiktok” sosial şəbəkədə iş vaxtının saat 8-də başlayıb 6-da bitməsini, müqavilədə iş vaxtının saat səhər 9-da başlayıb axşam saat 5-də bitməli olmasını, paylaşımlarında əmək haqqının 3 dəfəyə verilməsini, iş vaxtının 8-dən 6-ya olduğunu və 2 dəqiqə tez çıxanda onu cərimələdiklərini bildirməsini etiraf etməklə təsdiq etdiyini qeyd etsə də, bununla bağlı iddiaçı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

37. Həmçinin, İddiaçı əmək vəzifələrini kobud şəkildə pozmuş, iş zamanı işçilər arasında müəssisənin rəhbərliyinə qarşı təbliğat aparıb, özünün heç kimə tabe olmadığını əsas gətirərək, hamının işi dayandıraraq “ayağa qalxmasını”, rəhbərlikdən onlara əl avə pul ödənilməsini tələb etmələrini müəssisənin digər işçilərinə israrla bildirmiş, lakin təkidlərinə baxmayaraq işçilərin ona tabe olmadığını gördükdən sonra isə işçilərin arasına qayıdaraq, artıq rəhbərliklə görüşdüyünü, ona əlavə pul verilməyəcəyi təqdirdə bütün sexin işçilərini ayağa qaldıracağı ilə hədələdiyini, sosial şəbəkələrdə müəssisəni biabır edəcəyini, bunun qarşılığında rəhbərliyin ondan qorxaraq əlavə pul müavinəti verdiyini qeyd etmişdir. Bununla bağlı, 19 iyul 2023-cü il tarixdə müəssisənin digər işçilərinin iştirakları ilə, müvafiq olaraq akt tərtib edilmiş, işçilərin hər biri öz imzaları ilə aktın doğruluğunu təsdiq etmişlər. Yuxarıda qeyd edilən aktı imzalayan işçilərdən X7, X5, X2 və X8 məhkəmə kollegiyasının iclasında verdikləri ifadələri ilə də göstərilən halları tə sdiq etdiklərini bildirmişlər. O cümlədən iddiaçı əmək haqqının da 3 dəfəyə verilməsini qeyd etsə də, bu halı təsdiq edə bilməmiş, əksinə iş üzrə şahid qismində dindirilən işçilər daimi olaraq əmək haqqını ayda bir dəfə kartlarına köçürülməklə əldə etdiklərini bildirmişlər. Həmçinin iş saatlarından artıq işlmədiklərini, bir şahid isə çox az halda işləri ilə bağlı artıq işlədiyi vaxt olduğunu, lakin onun da pulunun əlavə hesablanmaqla kartına köçürülməsini bildirmişdir.

38. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. İşçinin zəif tərəf olması onun hüquqdan suiistifadə etməsinə şərait yaratmamalıdır. İşçinin əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verməsi, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi nəticəsində onun təqsirliliyi müəyyən edildiyi halda işəgötürənin onunla əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olur.

39. Apellyasiya instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, müəyyən edilmiş bu hərəkətlərə yol verərkən iddiaçının məqsədinin əsassız olaraq “müəssisənin nüfuzuna xələl gətirərək, müxtəlif sosial şəbəkələrdə onun haqqında düzgün olmayan məlumatlar yerləşdirmək, işçilər arasında müəssisənin rəhbərliyinə qarşı təbliğa t aparmaq” olmuş, bununla da işçinin əmək fəaliyyəti zamanı əmək vəzifələrini kobud şəkildə pozulmaqla, kobud səhvlərə yol verməsi, işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməklə bağlı Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərə yol vermişdir.

40. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı ilə bağlanmış Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinad edilməklə) ləğv edilməsi üçün hər hansı pozuntu halı mövcud deyil. Əmrdə göstərilənlər qeyd edilən maddələrin tərkibini yaradır. Bu baxımdan əmr əmək qanunvericiliyinin tələbləri pozulmadan qəbul edilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbini təmin etməmişdir.

41. Apellyasiya kollegiyası gəldiyi nəticəni Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 3-cü maddəsinin 3-cü hissəsinə, 10, 42-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 1-ci hissəsi, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə, 70-ci maddəsinin ç bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 71-ci maddəsinin 3-cü hissəsinə, 72,76-cı maddəsinin 1-ci hissəsinə, 79-cu maddənin 1-3-cü hissələrinə, 186-cı maddəsinin 1-2-ci hissələrinə, 186-cı maddəsinin 2-ci hissəsinə, 187-ci maddəsinin 2-ci hissəsinə,300-cü maddəsinin 1-ci hissəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

42. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 fevral 2025-ci il tarixli, 2(103)-877/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia nın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 71-ci, Əmək Məcəlləsinin 71-ci, Mülki Prosessual Məcəllənin 2.1, 217.1-ci maddələrinin tələbləri pozulmuşdur.

44. Belə ki, apellyasiya instansiyası məhkəməsi mövcud qanunvericiliyin tələblərinə deyil, subyektiv, formal mülahizələrə və ehtimallara əsaslanmaqla, iddiaçının öz hüquqlarının və azadlıqlarının məhkəmədə müdafiəsini “təminatsız” vəziyyətə salmış, əmək mübahisəsinin həllinə tam obyektiv və qərəzsiz yanaşmamış, işə “ağlabatan” müddətdə baxmış olsa da, iddiaçının Konstitusiyada təsbit edilmiş hüquqları, o cümlədən, əmək hüququ birmənalı şəkildə təmin edilməmişdir. Ape llyasiya instansiyası məhkəməsi iddiaçının əsaslı və haqlı apellyasiya şikayətini qanunsuz və əsassız surətdə rədd etməklə, əmək qanunvericiliyinin normalarına riayət etməmiş, Azərbaycan Respublikasının tərəfdar çıxdığı X4 “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” Konvensiyanın müddəalarının tətbiqini təmin etməmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, sübutlara tətbiq edilməli hüquq normalarına səhv qiymət vermişdir. İddiaçının “Tiktok” sosial şəbəkəsində müəssisənin nüfuzuna, qanunla qorunan mənafelərinə xələl gətirməsi və bununla da, işəgötürənə (mülkiyyətçiyə) maddi ziyan vurması, nəticədə isə, onunla əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalı olduğu halda, qanunun bu imperativ tələb inə riayət edilməmişdir. İddiaçının özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyindən məhrum edilən iddiaçının “işdən qovulmasının qaçılmazlığı” sübut edilməmiş qalmaqdadır. Həmçinin, iddiaçının oğlu 44 günlük Qarabağ Müharibəsində iştirak etmiş, nəticədə 2 qrup əlil olmuşdur. Apellyasiya instansiyası məhkəməsi əmək qanunvericiliyinin müvafiq normasına cavabdeh tərəfindən riayət edilməsinin məcburiliyinə “fikir verməmiş”, nəticədə, hər iki instansiya məhkəmələri, qüsurlu, qanunsuz və ədalətdən uzaq yekun məhkəmə aktları qəbul etmişlər.

45. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

46. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

47. Azərbaycan Respublikası m ülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

48. Kassator apelly asiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlüklə ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

49. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 10-cu maddəsinin “a” və “b” bəndlərinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi qeyd olunmuşdur. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyy ətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyy ən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmu ş sübutlarla əsaslandırır. 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayar aq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatlarda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

53. Belə ki, apellyasiya məhkəməsi işdə olan sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçı cavabdeh ASC-nin əməkdaşına yaraşmayan, əmək fəaliyyəti ilə bir araya sığmayan hərəkətləri ilə müəssisənin nüfuzuna xələl gətirmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normala rın pozulması kassasiya məhkəməsi tərəfindən müəyyən olunmamışdır.

54. Kassasiya şikayətinin dəlilləri işin faktiki hallarının araşdırılmaması, sübutlara hüquqi qiymət verilməməsi ilə bağlıdır. Halbuki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəll ənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanu ni əsas deyildir.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 fevral 2025-ci il i tarixli, 2(103)-877/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar