Məhkəmə qərarları › İş №2(102)-1708/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1708/2020

08.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1708/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Ərizəçi: İddiaçı Maraqlı şəxs: Azərbaycan Respublikası Əmək və x5 Nazirliyi yanında Dövlət x9 Şirvan şəhər şöbəsi Ərizə: əmək stajı faktının müəyyən edilməsi. (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, əmək stajı faktı, xüsusi icraatda sübut etmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, ərizəçi İddiaçı və vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiya sının 19 noyabr 2019-cu il tarixli, 2(106)-3485/2019 nömrəli qətnaməsindən ərizəçi İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 08 iyun 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: Ərizəçi İddiaçı (bundan sonra - ərizəçi) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, pensiya hüququnun təmin edilməsi məqsədi ilə 1978-ci ildən 1979-cu ilin dekabr ayınadək Sabirabad rayon 5 saylı x3 işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, o, 12 fevral 1960-cı il tarixdə Saatlı rayonunun Nərimankənd kəndində anadan olmuşdur. 1978-ci ildə orta təh sil alaraq məktəbi bitirmişdir. Ailə vəziyyəti ağır olduğuna görə 1978-ci ilin iyul ayında Sabirabad rayonunun Dadaşbəyli və Minbaşı kəndlərinin yaxınlığında yerləşən 5 saylı x1 fəhlə işinə qəbul edilmişdir. İşlədiyi dəstənin işi kolxoz ərazilərində tikinti işlərinin aparılması olmuşdur. Həmin dəstədə 1979-cu ilin dekabr ayına kimi işləmişdir. Dəstədə işləməyinə baxmayaraq işdən çıxarkən ona əmək kitabçası verilməmişdir. İş stajını təsdiq edən arxiv arayışı almaq üçün Azərbaycan Respublikası Milli x10 filialına və Sabirabad rayon Filialına müraciətlər etmişdir. Oradan aldığı 16.07.2019-cu il tarixli 317 və 18.07.2019-cu il tarixli 30 saylı məktublarda həmin dəstənin sənədləri mühafizə üçün arxivə təhvil verilmədiyi göstərilmişdir. Başqa qaydada işləməsini təsdiq edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi şahid x4 ifadəsində bildirmişdir ki, 1978-ci ildən 1980-ci ilə kimi Sabirabad rayonu 5 saylı x3 fəhlə işləmiş, həmin vaxt İddiaçı da orada fəhlə işləmişdir. Şahid x8 ifadəsində bildirmişdir ki, 1978-ci ildən 1980-ci iləkimi Sabirabad rayonu 5 saylı x3 fəhlə işləmiş, həmən vaxt İddiaçı da orada fəhlə işləmişdir. Şirvan Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 sentyabr 2019-cu il tarixli 2(032)-1210/2019 nömrəli qətnaməsi ilə (hаkim Z.Əliyev) ərizə təmin edilmiş, İddiaçı 1978-ci ildən 1979-cu ilin dekabr ayınadək Sabirabad rayon 5 saylı x2 fəhlə işləməyi faktının müəyyən edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 19 noyabr 2019-c u il tarixli, 2(106)-3485/2019 nömrəli qətnaməsi ilə (hakimlər – Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov və N.Mİrzəyev) maraqlı şəxs Azərbaycan Respublikası Əmək və x5 Nazirliyi yanında Dövlət x9 Şirvan şəhər şöbəsinin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ərizə təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ərizəsində 12 fevral 1960-cı il tarixdə doğulduğunu qeyd edərək 1978-ci ildən 1979-cu ilin dekabr ayınadək Sabirabad rayon 5 saylı x2 fəhlə işləməsini qeyd etsə də, işə əlavə edilmiş hərbi biletdə onun 01 iyul 1964-cü il tarixdə doğulması və 28 noyabr 1982-ci il tarixdən 01 dekabr 1984-cü il tarixə kimi müddətli həqiqi hərbi xidmətdə o lması qeyd olunmuşdur. Ərizəçinin 02.01.1980-ci il tarixdən 07.02.1981-ci il tarixə kimi Əli-Bayramlı şəhər 152 saylı Texniki Peşə məktəbində təhsil alması ona məxsus əmək kitabçası ilə təsdiq edilir. x11 Məhkəməsinin 2(032)-663/2019 saylı, 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə ərizəçinin doğum tarixində 01 iyul 1964-cü il tarixdən 12 fevral 1960-ci il göstərilməklə düzəliş edilmişdir. Göründüyü kimi ərizəçi İddiaçı orta məktəbi bitirdikdən dərhal sonra təhsilini 02.01.1980-ci il tarixdən 07.02.1981-ci il tarixə kimi Əli-Bayramlı şəhər 152 saylı Texniki Peşə məktəbində davam etdirmişdir. Bu hal isə onun 1978-ci ildən 1979-cu ilin dekabr ayınadək Sabirabad rayon 5 saylı x2 fəhlə işləməsini təkzib edir. Bu baxımdan ərizəçinin əvvəl fəhlə kimi Sabirabad rayon 5 saylı x2 işləməsi və daha s onra peşə təhsili alması inandırıcı hesab edilə bilməz. Məhkəmə, həmçinin qeyd etmişdir ki, ərizəçi öz ərizəsində 1978-ci ildən 1979-cu ilin dekabr ayınadək Sabirabad rayon 5 saylı x2 fəhlə işləməsini qeyd etsə də, işə 1978-ci ilin hansı günündə və ayında başlamasını göstərməmiş, birinci instansiya məhkəməsi də həmin halı araşdırmadan, əsassız olaraq, mücərrəd şəkildə ərizəçinin 1978-ci ildən 1979cu ilin dekabr ayınadək Sabirabad rayon 5 saylı x2 fəhlə işləməyi faktını müəyyən etmişdir. Eyni zamanda şahid x8 əmək kitabçasına əsasən 01 sentyabr 1978-ci il tarixdən 28 avqust 1979-cu il tarixə kimi Sabirabad rayon 5 saylı x2 fəhlə işlədiyi halda, ərizəçinin 1979-cu ilin dekabr ayınadək həmin müəssisəsində işləməsini təsdiq edə bilməzdi. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: Ərizəçi kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları düzgün qiymətləndirməmiş, ərizəçinin 1978-ci ildən 1979-cu ilin dekabr ayınadək işləməsi faktının iş üzrə sübut yetirildiyini, eləcə də ərizəçinin əmək peniyasını ala bilməməsinin onun “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüquqlarını pozduğunu nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi və onun vəkili kass asiya şikayətinin əsaslı olduğunu bildirərək, təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək ərizənin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud q ətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə ərizəçi olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 21.1...əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənəd lərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.4-cü bəndinə görə əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. MPM. Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır:...259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə. 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxla nılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə

310. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxu d itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı...1.5. Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri işin faktiki hallarının araşdırılması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır. Məhkəmə kolegiyası qeyd etməyi zəruri hesab edir ki, MPM-in sübutetmə ilə bağlı ümumi prinsipinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Heç şübhəsiz ki, subyekt tərkibinə və hüquqi təbiətinə görə iddia icraatından ciddi fərqlənən xüsusi icraatda bu prinsip eyni qaydada tətbiq oluna bilməz. Lakin MPM-in 259.0.10 və 306.4-cü maddələrinin mənasına görə xüsusi icraat qaydasında yalnız o hüquqi faktlar müəyyən oluna bilər ki, həmin faktlarla b ağlı digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı olmasın. Bu baxımdan hüquqi faktın müəyyən olunması barədə işlər üzrə ərizəçilər tanınmasını tələb etdikləri hüquqi faktların mövcudluğu barədə mübahisəsiz, ziddiyyətsiz və yetərli sübutları məhkəməyə təqdim etməli, belə sübutları müstəqil qaydada əldə edə bilmədikdə isə bununla bağlı məhkəməyə vəsatət verməlidirlər. Belə sübutlar mübahisəli, ziddiyyətli və yetərli olmadığı halda məhkəmələrin həmin ərizələri təmin etməməsi prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilməz. Ona görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdiril mədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-3485/2019 nömrəli iş üzrə 19 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar