Məhkəmə qərarları › İş №2(102)-1708/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1708/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1708/2021 06.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2231/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 06 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məh kəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09.12.2015-ci il tarixli, 1(102)-1669/2015 saylı qərarı ilə müəyyən edilmişdir ki, Cavabdeh 2009-cu ilin noyabr ayında, Bakı şəhəri, Badamdar qəsəbəsində İddiaçı aldadıb, onun etibarından sui-istifadə edərək sonuncunun təhsil aldığı Moskva Açıq Universitetinin hüquq fakültəsindən Bakı Dövlət Universitetinin hüquq fakültəsinə keçirtmək adı ilə 37.000 manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmişə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən əməllərə görə Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.09.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi üzrə 10 il müddətinə a zadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17.02.2014-cü il tarixli qərarı ilə onun cəzası 8 il 6 aya endirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 37.000 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir

3. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh 2009- cu ilin noyabr ayında Bakı şəhəri Badamdar qəsəbəsində onu aldadaraq, etibarından suiislifadə edərək təhsil aldığı Moskva Açıq Universitetinin hüquq fakültəsindən Bakı Dövlət Universitetinin hüquq fakültəsinə keçirtmək adı ilə 37.000 manat məbləğində pulunu alıb ələ keçirərək, ona külli miqdarda z iyan vurmaqla dələduzluq elmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2011-ci ıl tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayətlər Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hökmdən məhkum Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2011-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmir edilmədən, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qərardan məhkum Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2013-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cin ayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 dekabr 2011-ci il tarixli qərarı ləğv edilərək, cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2014-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2011-ci il tarixli hökmü dəyişdirilərək. Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin olunmuş 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası 08 il 06 aya endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanmış, apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2014-cü il tarixli qərarından məhkum Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə, b arəsində ədalətli qərar qəbul edilməsini xahiş elmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 dekabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin İ78.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Cavabdeh barəsində Bakı Apellyasiva Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2014-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırda cavabdehin cəza müddəti bitmişdir və hal-hazırda azadlıqdadır.

4. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07 oktyabr 2019-ci il tarixli qətnaməsi ilə (hakim R.Cavadzadə) iddia təmin edilmiş, iddiaçıya vurulmuş maddi ziyana görə Cavabdeh 37.000 (otuz yeddi min) manat məbləğində pul alınaraq, İddiaçı ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır k i, Cavabdeh İddiaçı 37.000 manat məbləğində ziyan vurmuşdur. Bu faktla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.09.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi üzrə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17.02.2014-cü il tarixli qərarı ilə cəzası 8 il 6 aya endirilmişdir. Həmin hökmdən görünür ki, iddiaçıya ümumilikdə 37.000 manat məbləğində ziyan vurulmuşdur. Buna görə də həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya verilməlidir

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4, 218.1,82.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Qətnamədən cavabdeh a pellyasiya şikayəti vermişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Hüseyn (sədrlik edən və məruzəçi), V.Ağayev və A.Nuriyeva) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 82.4, Mülki Məcəllənin 21.1, 1096.1 və 1096.2-ci maddələrinə istinad edərək əsaslı olaraq belə qənaətə gəlmişdir ki, Cavabdeh İddiaçı 37.000 manat məbləğində ziyan vurmuşdur. Bu faktla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.09.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublika sı CM-nin 178.3.2-ci maddəsi üzrə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17.02.2014-cü il tarixli qərarı ilə cəzası 8 il 6 aya endirilmişdir. Həmin hökmdən görünür ki, iddiaçıya ümumilikdə 37.000 manat məbləğində ziyan vurulmuşdur. Buna görə də həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur

12. Kassasiya şikayətində irəli sürülən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

15. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

16. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

17. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

18. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. (maddə 439.4)

19. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum o lanın) hesabına əmlak əldə etsin. (maddə 1091.1)

20. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. (maddə 1092.1)

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (maddə 21)

22. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) bi rbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir).(maddə 1096.1)

23. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2) ya Mülki Prossesual Məcəllə

24. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

25. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

26. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

27. Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olubolmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir.(maddə 82.4)

28. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)

29. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

30. Kassasiya instansiyası məhkəməsi apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Məhkəmə kol legiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2231/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar