Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1708/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh10 Bakir qızına, Cavabdeh5 Bakir oğluna, X4, Cavabdeh8 Bakir oğluna, Cavabdeh3, Cavabdeh6, (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon İcra Hakimiyyəti) qarşı ilk, iddiaçı Salmanov Fizuli Həsən oğlunun cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin müdafiəsi, maddi və mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan i barət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4659/2024 nömrəli iş üzrə 1 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC, cavabdehlər Salmanov Fizuli Həsən oğlu və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvandakı qeyri-yaşayış sahəsi, habelə həmin ünvanda yerləşən 16 saylı mənzil Salmanov Fizuli Həsən oğlunun mülkiyyətindədir.
2. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 37 nömrəli, xx.xx.2010-cu il tarixli sərəncamın surətinə, habelə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş, Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin 18 fevral 2002-ci il tarixli texniki pasportuna əsasən, Salmanov Fizuli Həsən oğluna məxsus mənzilin ümumi sahəsi 171,3 kv.m. (4 otaq) olmuşdur.
3. Həmçinin, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində istifadədə olan 0,03399 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 13 otaqlı 175,4 kv.metr yaşayış, 114,6 kv.metr köməkçi sahədən ibarət 117 nömrəli fərdi yaşayış evinin 9/40 hissəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 mülkiyyətindədir.
4. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi “Azərdövləttikintilayihə” DLİnin 03 mart 2017-ci il tarixli aktının surətinə əsasən ünvan 2 ünvanında yerləşən yaşayış evləri mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir, yaşayış evləri və qeyri-yaşayış sahələri məhdud işlək vəziyy ətdədir. Yaşayış evlərində təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir.
5. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 280 nömrəli, 03 noyabr 2017-ci il tarixli sərəncamı ilə Şamil Əzizbəyov küçəsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMCnin istifadəsinə verilmişdir.
6. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 37 nömrəli xx.xx.2010-cu il tarixli sərəncamı ilə habelə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş, Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin xx.xx.2002-ci il tarixli texniki pasportuna əsasən, Salmanov Fizuli Həsən oğluna məxsus mənzilin ümumi sahəsi 171.3 kv.m (4 otaq) olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MMC cavabdehlər Cavabdeh1, X3, Cavabdeh10 Bakir qızına, Cavabdeh5 Bakir oğluna, X4, Cavabdeh8 Bakir oğluna, Cavabdeh3, Cavabdeh6, Salmanov Fizuli Həsən oğluna, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə, daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 3 ünvanında faktiki sahəsi 62,5 kv.m. olan 3 otaqlı 7 nömrəli mənzilin sökülməsi, mülkiyyətçisi Cavabdeh1, həmçinin həmin mənzild ə qeydiyyatda olan ailə üzvləri ilə birlikdə X7, Cavabdeh10 Bakir qızı, Cavabdeh5 Bakir oğlu, X8, Cavabdeh8 Bakir oğlunun mənzildən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 75 kv.metr təmirli mənzilin Cavabdeh1 xüsusi mülkiyyətinə verilməsi, ünvan 5-nin sökülməsi, mülkiyyətçi Cavabdeh3 ailə üzvü Cavabdeh6 ilə birlikdə həmin mənzildən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 60 kv.metr təmirli mənzilin Cavabdeh3 xüsusi mülkiyyətinə verilməsi, ünvan 4 ünvanında yerləşən mənzilin sökülməsi, mülkiyyətçisi Salmanov Fizuli Həsən oğlunun mənzildən çıxarılmasını və İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 132 kv.metr təmirli mənzilin Salmanov Fizuli Həsən oğlunun xüsusi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ünvan 3 ünvanında faktiki sahəsi 62,5 kv.m. olan 3 otaqlı 7 nömrəli mənzilin mülkiyyətçisidir. X7, Cavabdeh10 Bakir qızı, Cavabdeh5 Bakir oğlu, X8, Cavabdeh8 Bakir oğlu həmin ünvanda qeydiyyatdadırlar. Bundan başqa Cavabdeh3 ünvan 5 ünvanında faktiki sahəsi 50 kv.m. mənzilin mülkiyyətçisidir. Cavabdeh6 isə həmin ünvanda qeydiyyatdadırlar. Bundan başqa Salmanov Fizuli Həsən oğlu ünvan 4 ünvanında faktiki sahəsi 95 kv.m. mənzilin mülkiyyətçisidir. Qeyd olunan ünvanlardakı ti kililər ötən əsrin əvvəllərində tikilmiş və uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüşdür. Belə ki, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarı ilə Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonu üzrə 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 qəzalı vəziyyətdə olan yaşayış binasının sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması qərara alınmışdır. Sözügedən Qərarın 1-ci bəndinə əsasən 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə ol an və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazisindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nəsimi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin Qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün köçürülən sakinlərə lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasından müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun olaraq Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən normativ aktın icrasının təmin edilməsi məqsədilə Nəsimi RİH Başçısının 03 noyabr 2018-ci il tarixli 280 saylı sərəncamı ilə 3-cü Kərpiçni və 4-cü Kərpiçni küçələrində yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirməsi üçün torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Qeyd olunmuş sərəncama əsasən İddiaçı MMC ilə müqavilə bağlanmışdır. Müqavilənin öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşay an sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat miqdarında kirayə haqlarının verilməsi və digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. İddiaçı MMC tərəfindən bu istiqamətdə böyük işlər görülmüş, sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Lakin cavabdehlər onlara edilən ədalətli təkliflərə baxmayaraq qeyri-real (yalnız pul) kompensasiyaların verilməsini tələb edərək icrası mümkün olmaya n şərtlər irəli sürməkdə davam edirlər. Nəticə etibarı ilə həmin ərazidən köçürülmüş onlarla ailənin hüquqlarının pozulması davam edir və İddiaçı MMC Nəsimi Rayon İcra Hakimiyyəti qarşısında öz öhdəliyini yerinə yetirə bilmir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 12 yanvar 2017-ci il tarixli, 34/00074 nömrəli tapşırığına əsasən “Azərdövləttikintilayihə” İnstitutunun mütəxəssisləri həmin ünvanlarda yerləşən yaşayış evlərinə vizual texniki baxış keçirərək 03 mart 2018-ci il tarixli müvafiq akt tərtib etmişlər. Tərtib edilmiş akta əsasən həmin ünvanlarda yerləşən binanın dam konstruksiyaları, eyvanlar və ağac materiallarından olan mərtəbəarası örtüklərin aşınaraq tökülməsi armaturların ciddi korroziyaya uğramasına səbəb olmuşdur. Mərtəbəarası örtüklər i ağac materiallarından olan konstruksiyaları yararsız vəziyyətdədir. Dam örtüyü istismar nəticəsində yararsız hala düşmüş, yağan atmosfer sularının sızması nəticəsində binanın pilləkən qəfəslərinin daxili tavan və divarlarında rütubət izləri, beton mühafizə qatının tökülməsi müşahidə olunur. Yaşayış binası məhdud işlək vəziyyətdədir. Bina ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. İddiaçı tərəfindən müvafiq akt alındıqdan sonra 41 saylı MKİS vasitəsi ilə cavabdehlərlə əlaqə saxlanılıb və real vəziyyət, yəni onlara məxsus mənzillərin qəzalı vəziyyətdə olması barədə dəfələrlə məlumat verilmişdir. Lakin cavabdehlər yaşadıqları mənzillərdən çıxmaqdan imtina etməklə külli miqdarda kompensasiya tələb etmiş və qəzalı vəz iyyətdə olan mənzillərindən çıxmayaraq öz həyatlarını təhlükəyə atmışlar.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(006) 898/2021 nömrəli qətnaməsi ilə (hakim S.R.Mustafayeva) Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 3 ünvanında faktiki sahəsi 80,08 kv.m. olan 3 otaqlı mənzilin sökülməsi; mülkiyyətçisi Cavabdeh1 həmin mənzildə qeydiyyatda olan ailə üzvləri - X7, Cavabdeh10 Bakir qızı, Cavabdeh5 Bakir oğlu, X8, Cavabdeh8 Bakir oğlu ilə birlikdə mənzildən çıxarılması; İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödəni lməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 96 kv.metr təmirli mənzilin Cavabdeh1 xüsusi mülkiyyətinə verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, faktiki sahəsi 39,4 kv.metr olan 117 saylı evin sökülməsi; mülkiyyətçisi Cavabdeh3 ailə üzvü Cavabdeh6 ilə birlikdə mənzildən çıxarılması; İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 60 kv.metr təmirli mənzilin Cavabdeh3 xüsusi mülkiyyətinə veri lməsi, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 6 ünvanında yerləşən sahəsi 110 kv.metr olan mənzilin sökülməsi; mülkiyyətçisi Salmanov Fizuli Həsən oğlunun mənzildən çıxarılması; İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 132 kv.metr təmirli mənzilin Salmanov Fizuli Həsən oğlunun xüsusi mülkiyyətinə verilməsi qət edilmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3, Mənzil Məcəlləsinin 15, MPM-nin 14.2, 76.1, 76.2, 77.1-ci maddələrin ə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Cavabdeh X6 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(006)-898/2021 nömrəli qətnaməsinin ona münasibətdə ləğv edilməsini və iddianın həmin hissədə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Salmanov Fizuli Həsən oğlu apellyasiya baxışında qarşılıqlı iddia verərək, ünvan 7 ünvanda İddiaçı MMC-nin onun xəbəri olmadan özbaşına olaraq sökdüyü ona məxsus 3 mərtəbəli, ümumi sahəsi 171,3 kv.m. olan fərdi yaşayış evi və 39,1 kv.m. qeyriyaşayış sahəsinin İddiaçı MMC tərəfindən əvvəlki görkəminə gətirilərək bərpa edilməsi; ona vurulan mənəvi zərərə, keçirdiyi psixoloji sarsıntılara görə 100000 manat məbləğində mənəvi zərərin ödəni lməsi; evinin təmirinə xərclədiyi 137000 manat məbləğində pulun, yaşayış evinin aşağı hissəsində təmirli şəraiti olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar əldən çıxmış faydaya görə 2017-ci il üçün 10 ay x 650 = 6500 manat, 2018-ci il üçün, 2019-cü il üçün, 2020-ci il üçün, 2021-ci il üçün, 48 ay x 650 = 31200 (cəmi olaraq 37700 manat), oğlunun kirayə haqqı cəmi: bunlardan 2018, 2019, 2020 və 2021-ci il üçün 48 ay x 650 = 31200 manat, ev sökülərkən içəridə qalmış əmlakların məhv edilməsi nəticəsində ona vurulmuş maddi ziyanın dəyəri isə 45000 manat məbləğində olmaqla, ümumilikdə 282100 manat məbləğində maddi zərərə və əldən çıxmış faydaya əsasən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir.
14. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Salmanov Fizuli Həsən oğlu ünvan 6 ünvanında əvvəl bir otaqlı, sonradan iki otaqlı mənzil alaraq birləşdirmiş, əsaslı təmir işləri görərək evi 3 mərtəbəyədək qaldırmış, təmir etmiş və 220 kv.m. ölçüdə istifadəsində saxlamışdır. Binanın aşağı mərtəbəsində qapısı küçəyə açılan 40 kv.m. ölçülü qeyriyaşayış sahəsi də mülkiyyətində olmuşdur. Lakin 2018-ci ildən başlamaqla tikinti şirkətinin nümayəndələri ərazini yaşanmaz vəziyyətə gətirmiş, oğlu Elsevər Salmanov kirayəyə köçərək maddi ziyana uğramışdır. İddiaçı şirkət ilkin olaraq ərazinin işıqlarının söndürülməsinə nail olmuş, sonradan qazın fasilələrlə verilməsi, ətraf məhəllədə söküntünün aparılması nəticəsində evdə yaşamaq mümkünsüz vəziyyətə gəlmişdir. Ərazidə narkomanlar, kriminal meylli şəxslər yığılma sı, evdə oğurluq hadisəsinin baş verməsi ilə nəticələnmişdir. Nəticədə o, ailəsi ilə evdən köçüb getməyə məcbur olmuşdur. Onun mübahisəli evə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydə alınmış və ona müvafiq çıxarışlar verilmişdir. 2002-ci ildə və 2017-ci ildə tərtib edilmiş sənədlərlə müəyyən edilmişdir ki, onun üç mərtəbəli evinin ümumi sahəsi 171.3 kv.m. + 39.1 kv.m-dən ibarətdir. Mərtəbələrarası meydançanın sahəsi isə 49 kv.m. olmuşdur.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2021-ci il tarixli, 2(103)-10183/2021 nömrəli qətnaməsi ilə (hakimlər - V.İbayev (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) cavabdeh Salmanov Fizuli Həsən oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməs inin 08 may 2021-ci il tarixli, 2(006)-898/2021 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı MMC-nin iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 6 ünvanında yerləşən sahəsi 110 kv.metr olan mənzil və 39.1 kv.m. qeyri-yaşayış sahəsinin sökülməsi, mülkiyyətçisi olan Salmanov Fizuli Həsən oğlunun mənzil və qeyri-yaşayış sahəsindən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 132 kv.metr təmirli mənzil və 40 kv.metr təmirli qeyri-yaşa yış sahəsinin Salmanov Fizuli Həsən oğlunun xüsusi mülkiyyətinə verilməsi, Salmanov Fizuli Həsən oğlunun qarşılıqlı iddiası isə qismən təmin edilərək, İddiaçı MMC-dən mənəvi ziyana görə 10000 manatın tutularaq Salmanov Fizuli Həsən oğluna ödənilməsi və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipi ilə əlaqədar yol verilmiş prosessual pozuntuları nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalıdır.
17. Məhkəmə kollegiyas qeyd etmişdir ki, hazırda ünvan 8 ünvanda Salmanov Fizuli Həsən oğluna mülkiyyət hüququ ilə məxsus olan 39.1 kv.m. qeyri-yaşayış sahəsi, 50 kv.m. sahəsi olan mənzil sökülmüşd ür. İddiaçı MMC həmin sökülmüş qeyri-yaşayış sahəsi və mənzilin əvəzinə həmin yerdə yeni tikiləcək binada 132 kv.metrlik mənzil və 40 kv.metrlik qeyri-yaşayış sahəsinin verilməsini təklif edir. Məhkəmə kollegiyası hesab edib ki, İddiaçı MMC tərəfindən Cavabdeh4 mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə edilən təklif mütənasib və ədalətlidir.
18. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Tikinti Məcəlləsinin 3.0.20, 4.1, 4.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli, "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli Qərarları və Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndi ilə əsaslandırmışdır. b) Kassasiya instansiyası məhkəməsində birinci icraat
19. Cavabdeh Salmanov Fizuli Həsən oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2021-ci il tari xli, 2(103) 10183/2021 nömrəli qətnaməsinin ləğv edilərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 12 iyun 2023-cü il tarixli, 2(102)-2225/2023 nömrəli qərarı ilə (hakimlər - Z.Əliyev (sədrlik edən və məruzəçi), İ. Xələfov və A. Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10183/2021 nömrəli iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
21. Kassasiya kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, Nəsimi RİH Başçısının 280 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamı ilə Şamil Əzizbəyov küçəsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarını n sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Həmin şirkət sərəncamın icrası çərçivəsində müvafiq tədbirlər görmüş, Cavabdeh4 məxsus sahələr sökülmüşdür. Qeyd olunanlar, müdaxilənin varlığına dəlalət edir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülkiyyət hüququna müdaxilənin mümkünlüyü müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulmuşdur. Həmin aktlarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində mülkiyyət hüququnun məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbit olunmuşdur. O cümlədən qəza vəziyyətində olan və bərpası mümkün olmayan binaların yerində yenilərinin inşa edilməklə mülkiyyət hüququnun kompensasiyası mümkündür. Bununla belə, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi kimi tədbirlər, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması kimi qanuni məqsədlər daşısa belə, mülkiyyət hüququnun kompensasiyası ədalətli (mütənasib) olmalıdır. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü bütün zərərlərin tam şəkildə qarşılanması başa düşülür.
23. Kassasiya kollegiyası hesab etmişdir ki, hazırkı işə mahiyyəti üzrə baxmış apellyasi ya məhkəməsi qətnaməsində qarşılıqlı iddiaçıya dəyən zərərin tam olaraq kompensasiya edildiyini əsaslandıra bilməmişdir.
24. Baxılan işdə qarşılıqlı iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsi yuxarıda qeyd edilən çıxarışa əsasən 39,1 kv.m.-dir. Mənzilin sahəsi isə dövlət reyestrindən verilmiş çıxarışda 50 kv.m. göstərilsə də, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 37 nömrəli, xx.xx.2010-cu il tarixli sərəncamın surətindən, habelə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş, Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin xx.xx.2002-ci il tarixli texniki pasportundan görünür ki, Salmanov Fizuli Həsən oğluna məxsus mənzilin ümumi sahəsi 171,3 kv.m (4 otaq) olmuşdur.
25. Məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddiaçıya dəyən zərərin kompensasiyası müəyyən edilərkən ona məxsus mənzilin qeyd edilən rəsmi sənədlərdəki sahəsi nəzərə alınmalıdır.
26. Belə ki, hətta torpaqların dövlət ehtiyacları üçün alınması halında, yazılı sənədlərlə təsdiqlənən, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə hüquqları olan şəxslər kompensasiya almaq hüququna malikdirlərsə, özəl və ya digər ehtiyacdan irəli gələn söküntü (köçürmə) halında şəxsin yuxarıda qeyd edilən sərəncam və texniki pasportla təsdiqlənən yaşayış sahəsinin tam həcminə görə kompensasiya almaq hüququ şübhəsizdir.
27. Buna baxmayaraq apellyasiya məhkəməsi qarşılıqlı iddiaçıya məxsus 171,3 kv.m. mənzilin sökülməsi əvəzində ona həmin ünvanda inşa ediləcək binada 20% əlavə ilə 132 kv.metr mənzilin verilməsini qət etmişdir. Belə olan halda, qarşılıqlı iddiaçıya məxsus mənzilin sahəsinə dair dövlət orqanlarının verdiyi sənədlərdəki sahə ilə ona verilən sahə arasındakı fərqin kompensasiya edilməməsinin səbəbi lazımi şəkildə əsaslandırılmamışdır.
28. Bundan əlavə, mülkiyyətçinin mənzildən məhrum olması nəticəsində yaranan ziyan aylıq 500 manat kirayə haqqı ilə əvəzləşdirilsə də, qeyri-yaşayış sahəsinə münasibətdə əldən çıxmış faydanın kompensasiya edilməsi barədə Cavabdeh4 tələblərinə müvafiq hüquqi qiymət verilməmişdir. Qeyd edilənlər Cavabdeh4 məxsus daşınmaz əşyaların sökülməsinin əvəzi kimi ona verilən sahə və pul kompensasiyasının mütənasib və ədalətli olmadığına dəlalət edir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
29. Təkrar apellyasiya baxışı zamanı Cavabdeh3 apellyasiya şikayəti verərək, bir inci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
30. Apellyasiya baxışı zamanı Fizuli Salmanov iddia ərizəsinə etiraz-mülahizə təqdim edərək göstərmişdir ki, binanın aşağı qeyri-yaşayış sahəsi 2016-2017-ci illərdə icarəyə verilmiş və ondan faydalanmışdır. MTK-nın yaratdığı dözülməz vəziyyətə görə icarə münasibətləri pozulmuş və nəticədə maddi ziyana uğramışdır. ünvan 9 ünvanda İddiaçı MMC-nin özbaşına olaraq sökdüyü ona məxsus 3 mərtəbəli, ümumi sahəsi 178,3 kv.m olan fərdi yaşayış evinin əvəzi olaraq 712000 manat verilməlidir. Həmin mənzilin 2018-ci ilin yanvarın 1-dən hazırki tarixədək icarə dəyərinin əvəzi olaraq 32400 manat verilməlidir. ünvan 9 ünvanda İddiaçı MMC-nin özbaşına olaraq sökdüyü ona məxsus ümumi sahəsi 39,1 kv.m. olan qeyri-yaşayış sahəsinin əvəzi olaraq 230000 manat verilməlidir. Həmin qeyri-yaşayış sahəsinin 2018-ci ilin yanvarın 1-dən hazırki tarixədək icarə dəyərinin əvəzi olaraq 46300 manat verilməlidir. Ümumilikdə ******* manatın qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə məqbul bilərsə bu kompensasiyanı ünvan 9 ünvanda İddiaçı MMCnin sökdüyü ona məxsus 3 mərtəbəli, ümumi sahəsi 178,3 kv.m olan fərdi yaşayış evi və 39,1 kv.m qeyri-yaşayış sahəsinin müqabilində dağıdılmış əmlakın yerində inşa olunan yaşayış evindən 60 kv.m qeyri-yaşayış sahəsi, 136 kv.m iki mənzil, 1 ədəd qaraj sahəsi və 450000 manat kompensasiya pulunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi formasında da həll edə bilər. Cavabdehin qanunsuz və özbaşına hərəkətləri nəticəsində vurulmuş 50000 manat mənəvi ziyana görə pulun İddiaçı MMC-dən alınaraq ona ödənilməsi də ədalətlidir.
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2(103)-1251/2023 nömrəli qətnaməsi ilə (hakim V.Sadıqovun sədrliyi və məruzəsi ilə, hakimlər M.Rüstəmlidən və A.İsgəndərovdan ibarət tərkibdə) apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(006)-898/2021 nömrəli qətnaməsinin qismən - mübahisələndirilən hissələrdə (Salmanov Fizuli Həsən oğlu və Cavabdeh3 aid) ləğv edilməsi, həmin hissələrdə ilkin iddianın və Cavabdeh4 qarşılıqlı iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazid ə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşmiş və sonuncu tərəfindən sökülmüş Salmanov Fizuli Həsən oğluna məxsus 139,2 kv.m. yaşayış və 39,1 kv.m. qeyri-yaşayış sahəsinin əvəzi olaraq, yeni inşa olunmuş binanın sökülmüş evin yerinə düşən hissəsindən (girişindən) təmirli şəkildə 139,2 kv.m. və əlavə 20% olmaqla, ümumilikdə 167,04 kv.m. sahəsi olan mənzil və 39,1 kv.m. qeyri-yaşayış sahəsinin Cavabdeh4 İddiaçı MMC tərəfindən təhvil verilməsi, 2021-ci ilin avqust ayından hazırki qətnamə icra olunduğu vaxtadək aylıq 500 manat kirayə haqqı və 650 manat icarə haqqı hesablanmaqla İddiaçı MMC tərəfindən Salmanov Fizuli Həsən oğluna ödənilməsi, mənəvi zərərin əvəzi olaraq İddiaçı MMC-dən 10000 manatın tutulub Salmanov Fizul i Həsən oğluna verilməsi, ilk və qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsi, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşmiş və sonuncu tərəfindən sökülmüş Cavabdeh3 məxsus 65,25 kv.m. yaşayış sahəsinin əvəzi olaraq, yeni inşa olunmuş binanın sökülmüş evin yerinə düşən hissəsindən (girişindən) təmirli şəkildə 65,25 kv.m. və əlavə 20% olmaqla, ümumilikdə 78,3 kv.m. sahəsi olan mənzilin Cavabdeh3 İddiaçı MMC tərəfindən təhvil verilməsi, 2021-ci ilin avqust ayından hazırki qətnamə icra olunduğu vaxtadək aylıq 500 manat kirayə haqqı hesablanmaqla İddiaçı MMC tərəfin dən Cavabdeh3 ödənilməsi və aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
32. Apellyasiya kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisənin düzgün və obyektiv həlli üçün apellyasiya məhkəməsinin 16 may 2023-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 oktyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən İddiaçı MMC tərəfindən çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün ünvan 10 ünvanında yerləşən Salmanov Fizuli Həsən oğluna məxsus olmuş yaşayış sahəsinin və sahəsi 39,1 kv.m. olan qeyri-yaşayış sahəsinin, həmçinin həmin ünvanda yerləşən Cavabdeh3 məxsus olmuş 117 nömrəli fərdi yaşayış evinin 1 kv.m dəyəri və Cavabdeh4 məxsus qeyri-yaşayış sahəsinin icarə dəyəri 2018-ci il tarixlərə, eləcə də Mərkəzdə qeyd olunan tarixdə daşınmaz əmlakın qiymətləndirilməsinə dair ekspert tədqiqat aparılmadığından və olan qiymətlərinə dair məlumat bazası olmadığından, tədqiq olunan yaşayış və qeyri-yaşayış sahələrinin söküldüyü vaxta, yəni 2018-ci il tarixə uyğun 1 kv.m bazar qiymətini və qeyri-yaşayış sahəsinin icarə dəyərini müəyyən etmək mümkün olmadı. Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsinə yaxın ərazilərdə yerləşən analoji yeni inşa edilmiş təmirli mənzilin 1 kv.m hazırda mövcud olan 2023-cü ilin orta bazar qiymətinə uyğun olaraq təqribən 3290 manat, təmirsiz mənzilin 1 kv.m dəyəri 2520 manat məbləğin də müəyyən edilmişdir. Eyni zamanda, Bakı şəhəri Nəsimi rayonu Şamil Əzizbəyov küçəsinə yaxın ərazilərdə yerləşən analoji yeni inşa edilmiş təmirli qeyri-yaşayış sahəsinin 1 kv.m hazırda mövcud olan 2023-cü ilin orta bazar qiymətinə uyğun olaraq dəyəri təqribən 5800 manat, təmirsiz qeyri-yaşayış sahəsinin 1 kv.m dəyəri 3670 manat məbləğində müəyyən edilmişdir.
33. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh4 ekspert rəyi ilə müəyyən edilmiş məbləğlərlə razılaşmamış və bildirmişdir ki, əgər iddia tələbində göstərdiyi kimi əmlakın əvvəlki vəziyyətə gətirilərək bərpası mümkün deyildirsə, mənzilinin, həmçinin qeyri-yaşayış sahəsinin əlavə 20% hesablanmaqla mənzil və qeyri-yaşayış sahəsi verilməsinə razıdır.
34. İddiaçının nümayəndəsi-vəkili isə bildirmişdir ki, mənzilin sahəsindən əlavə 20% hesablanmaqla mənzil verilməsinə razı olsalar da, qeyri-yaşayış sahəsini öz sahəsinə uyğun verə bilərlər. İki mənzil verilməsi mümkün deyildir, yalnız öz mənzil sahəsinə əlavə 20% hesablanmaqla mənzil verə bilərlər.
35. Mülki Məcəllənin 1115-ci maddəsinə istinad edən apellyasiya kollegiyası hesab etmişdir ki, zərərin əvəzi naturada ödənilməlidir.
36. Daha sonra apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli hallardan biri də Fizuli Salmanova məxsus yaşayış və qeyri-yaşayış sahəsinin sahəsi ilə bağlıdır. Fizuli Salmanov qarşılıqlı iddiasında fərdi yaşayış evinin ümumi sahəsini 171,3 kv.m. və qeyri-yaşayış sahəsinin isə 39,1 kv.m, etiraz-mülahizədə isə fərdi yaşayış evinin 178.3 kv.m, qeyri-yaşayış sahəsinin isə 39,1 kv.m olduğunu göstərmişdir.
37. Yaşayış və qeyri-yaşayış s ahəsinin sahələri ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, 05 mart 2010-cu il tarixli sərəncamda göstərilmişdir ki, mənzil faktiki yerində 4 otaqdan ibarət olub, yaşayış sahəsi 78,4 kv.m, ümumi sahəsi isə 171,3 kv.mdir. 18 fevral 2002-ci il tarixli texniki pasportdan müəyyən edilir ki, istinad edilən qeyriyaşayış sahəsi texniki pasportda “qalereya” kimi göstərilməklə, yaşayış sahəsi ilə birlikdə ümumi sahə olaraq 171,3 kv.m təşkil edir. Yəni, Cavabdeh4 iddia etdiyi kimi 171,3 kv.m yaşayış sahəsi və ayrıca da 39,1 kv.m qeyri-yaşayış sahəsi deyil, həmin qeyri-yaşayış sahəsi də ümumi sahəyə daxil olmaqla, birlikdə 171,3 kv.m sahə təşkil etmişdir.
38. Həmin texniki pasportla 26 dekabr 2017-ci il tarixli texniki pasportu müqayisəli təhlil etdikdə aydın olur ki, 16 saylı mənzilin sahəsi sonradan artırılmış, faktiki sahəsi 76,6 kv.m olmuşdur, lakin 4 və 5 saylı balkon sahələri 0,3 əmsalı ilə hesablanmaqla 10 kv.m və 28 kv.m göstərilmişdir. Belə olan halda müəyyən edilir ki, Fizuli Salmanova məxsus yaşayış və qeyri-sahəsinin birlikdə ümumi sahəsi 178,3 kv.m olmuşdur. Yəni, sonuncunun istinad etdiyi kimi, 178,3 kv.m yaşayış sahəsi, 39,1 kv.m isə qeyri-yaşayış sahəsinin sahəsi olmamış, 39,1 kv.m qeyri-yaşayış sahəsi də daxil olmaqla ona məxsus ümumi sahə 178,3 kv.m olmuşdur. Belə olan halda yaşayış sahəsinin də sahəsi 139,2 kv.m (178,3- 39,1) təşkil etmişdir. 39. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respubl ikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə istinadən apellyasiya məhkəməsi qeyd etmişdir Cavabdeh4 vurulmuş zərərin naturada ödənilməsi qənaətinə gəlindiyindən, MMC tərəfindən Cavabdeh4 məxsus sökülmüş mənzilin əvəzi olaraq, yeni inşa olunmuş binanın sökülmüş evin yerinə düşən hissəsindən (girişindən) təmirli şəkildə 139,2 kv.m və əlavə 20% olmaqla, ümumilikdə 167,04 kv.m sahəsi olan mənzil, həmçinin həmin yerdən 39,1 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh4 MMC tərəfindən təhvil verilməlidir.
40. Apellyasiya məhkəməsi qeyd edib ki, istinad edilən 20 faiz miqdarında əlavə ödənilməsi dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə mənzillərin sökülməsi ilə nəticəsində müəyyən müddət əmlakından məhrum olduğu üçün ödənilən kompensasiyanı nəzərdə tutmuşdur. Ona görə də, qeyri-yaş ayış sahəsinə münasibətdə əlavə 20% hesablanması əsassızdır.
41. Bundan başqa, Cavabdeh4 özünün və oğlunun 2017-ci ildən kirayədə yaşamağa məcbur olmaları ilə əlaqədar kirayə haqqının ödənilməsini tələb etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh4 məhkəmə iclasında izahatında göstərmişdir ki, onun tələbi evinin söküldüyü vaxtdan, yəni 2021-ci ilin avqust ayından bu günədək kirayə pulunun ödənilməsidir. Birinci instansiya məhkəməsinin qətnaməsinin icrası ilə bağlı tərtib edilmiş 31 avqust 2021-ci il tarixli aktdan da müəyyən edilir ki, mənzillər həmin tarixdə sökülmüşdür.
42. Apellyasiya kollegiyası hesab etmişdir ki, 2021-ci ilin avqust ayından hazırki qətnamə icra olunduğu vaxtadək aylıq 500 manat kirayə haqqı hesablanmaqla MMC tərəfindən Salmanov Fizuli Həsən oğluna ödənilməlidir. Cav abdeh4 oğlunun kirayədə qalmasına görə pul tələb etməsinə isə subyektiv hüququ yoxdur və oğlu tərəfindən belə bir iddia qaldırılmamışdır. Ona görə də qarşılıqlı iddia həmin hissədə əsassız hesab edilməklə rədd olunmalıdır.
43. Cavabdeh4 qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar əldən çıxmış faydaya görə 2017-ci il üçün 10 ay x 650 = 6500 manat, 2018-ci il üçün, 2019-cü il üçün, 2020-ci il üçün, 2021-ci il üçün, 48 ay x 650 =31200 (cəmi olaraq 37700 manat) tələb etmişdir. Təqdim edilmiş 10 yanvar 2016-cı il tarixli “icarə müqaviləsindən” müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış sahəsi Fizuli Salmanov tərəfindən Vüqar Cəfərova icarə haqqı 650 manat müəyyən edilməklə icarəyə verilmişdir.
44. Apellyasiya kollegiyası hesab etmişdir ki, qeyri-yaşayış sahəsinə münasibətdə əldən çı xmış fayda olaraq 2021-ci ilin avqust ayından hazırki qətnamə icra olunduğu vaxtadək aylıq 650 manat hesablanmaqla MMC tərəfindən Salmanov Fizuli Həsən oğluna ödənilməlidir.
45. Fizuli Salmanovun mənəvi ziyan tələbinə aid hissədə apellyasiya kollegiyası qeyd etmişdir ki, MMC tərəfındən onun razılığı olmadan mənzilinin və qeyri-yaşayış sahəsinin sökülməsi qarşılıqlı iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Qarşılıqlı iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, Cavabdeh4 tələb etdiyi həddə mənəvi zərərin tutulması ağlabatan və ədalətli deyil, bu məqsədlə MMC-dən Fizuli Salma novun xeyrinə mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində pulun tutulması yetərlidir. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.
46. Qarşılıqlı iddia ərizəsinin “evin təmirinə xərclənmiş 137000 manat məbləğində” pul tələbi ilə bağlı hissəsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd etmişdir ki, MMC tərəfindən sökülmüş mənzil və qeyri-yaşayış sahəsinin əvəzində təmirli yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin Cavabdeh4 verilməsi nəzərdə tutulduğdan, təmirə çəkilmiş xərcin əlavə tələb edilməsi əsassızdır.
47. Həmçinin Cavabdeh4 məxsus ev 31 avqust 2021-ci il tarixdə sökülərkən evdə heç bir yararlı əmla k aşkar olunmamış və bu barədə müvafiq akt yazılmışdır. Evdə yararsız əmlak kimi aşkar edilənlər isə saxlanca verilmişdir. Cavabdeh4 sökülən evdə əmlakının qalması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də qarşılıqlı iddianın həmin hissəsi də əsassız hesab edilməklə rədd olunmalıdır.
48. Digər Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə apellyasiya kollegiyası qeyd etmişdir ki, cavabdeh mənzilin sökülməsi ilə bağlı kirayədə qaldığı aylar üçün 2021ci ilin avqust ayından hazırki vaxta kimi 7000 manat pul, səhhətinə dəyən ziyan üçün 10000 manat, mənəvi ziyan üçün 5000 manat ödənilməsini tələb edir. Cavabdeh3 bu barədə qarşılıqlı iddiası və ya müstəqil iddia tələbi olmamışdır. Apellyasiya şikayətində isə belə bir tələb irəli sürmək hüququ olmamışdır. 49. 0027808 nömrəli çıxarış a əsasən Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində istifadədə olan 0,03399 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 13 otaqlı 175,4 kv.metr yaşayış – kv.m qeyri-yaşayış, 114,6 kv.metr köməkçi sahədən ibarət 117 nömrəli fərdi yaşayış evinin 9/40 hissəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh3 mülkiyyətindədir. Belə olan halda sonuncuya məxsus yaşayış evinin sahəsi 65,25 kv.m olmuşdur (175,4+114,6=290; 290/40x9).
50. Apellyasiya kollegiyası hesab etmişdir ki, MMC tərəfindən Cavabdeh3 məxsus sökülmüş mənzilin əvəzi olaraq, yeni inşa olunmuş binanın sökülmüş evin yerinə düşən hissəsindən (girişindən) təmirli şəkildə 65,25 kv.m və əlavə 20% olmaqla, ümumilikdə 78,3 kv.m sahə mənzil MMC tərəfindən Cavabdeh3 təhvil verilməlidir.
51. Həmçinin məhkəmə hesab etmişdir ki, 2021-ci ilin av qust ayından hazırki qətnamə icra olunduğu vaxtadək aylıq 500 manat kirayə haqqı hesablanmaqla MMC tərəfindən Cavabdeh3 ödənilməlidir. Eyni zamanda Cavabdeh3 məxsus mənzil artıq söküldüyündən onun və həmin mənzildə qeydiyyatda olan Cavabdeh6 mənzildən çıxarılmasına, yəni həmin hissədə iddianın təmin olunmasına ehtiyac qalmamışdır.
52. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 21.2, 152.1, 152.5, 157.4, 1096.1, 1096.2, 1097.1, 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.2-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
53. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Salmanov Fizuli Həsən oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
54. Həmçinin Cavabdeh3 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
55. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 31 may 2024-cü il tarixli, 2(102)-1774/2024 nömrəli qərarı ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva və Ə.Xıdırov) ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Salmanov Fizuli Həsən oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, ilk iddia üzrə Cavabdeh3 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 dekabr 2023-cü il tarixli, 2(103)1251/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
56. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı qanunsuz müdaxiləni cavabdehlərin mənzillərinin yerləşdiyi ərazidə inşa olunan çoxmərtəbəli yeni yaşayış binasında müvafiq mənzillər verməklə kompensasiya edilməsinə razılaşmışdır. Cavabdehlər kompensasiyanın formasını (pulla, yoxsa naturada verilməklə) və həddi ilə razılaşmırlar.
57. Aapellyasiya məhkəməsi Mülki Məcəllənin 1115-ci maddəsinə istinad etməklə, zərərin əvəzinin naturada ödənilməli olmasını əsaslı hesab etmişdir. lakin, apellyasiya məhkəməsi zərərin əvəzinin ödənilməsi formasının seçimini qanunvericiliyə uyğun əsaslandırmamış, bununla bağlı iddiaçın ın hüquqlarından sui-istifadəyə yol verməsini nəzərə almamışdır.
58. Belə ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2020-ci il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırıl ması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.
59. X5 Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəq iq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
60. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan Qərarında ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulması zamanı sökülən mənzillərin mülkiyyətçilərinə vurulan zərərin əvəzinin pulla kompensasiya olunmasını tam istisna etməmiş, lakin belə kompensas iyanın vurulan zərərə mütənasib olmalı, üçüncü şəxslərin hüquq və maraqlarının nəzərə alınmalı olmasını göstərilmişdir.
61. Hazırki halda, iddiaçının cavabdehlərin mülkiyyətlərinə müdaxilələrin qanunsuz olması, bu müdaxilənin müddəti, cavabdehlərə vurulmuş zərərin əvəzi naturada bərpa edildiyi halda, bunun icra müddəti, bununla bağlı cavabdehlərin yaşları, səhhətləri, naturada veriləcək formada kompensasiyadan faktiki istifadə edə bilib-bilməyəcəkləri, belə kompensasiya ilə onların pozulmuş hüquqlarının tam bərpa olunmasının mümkünlüyü araşdırılmamış, cavabdehlərin bununla bağlı dəlillərinə hüquqi qiymət verilməmişdir.
62. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi tərəfindən cavabdehlərin sökülən binalarının müqabilində yeni inşa olunmuş binadan Salmanov Fizuli Həsən oğluna ümumi likdə 167,04 kv.m. sahəsi olan mənzilin və 39,1 kv.m. qeyri-yaşayış sahəsinin, Cavabdeh3 isə ümumilikdə 78,3 kv.m. sahəsi olan mənzilin verilməsi qət edilsə də, işdə yeni tikilən binanın planı və layihəsi olmadığından, həmin evdə qeyd olunan ölçüdə mənzillərin və qeyri-yaşayış sahəsinin olmasını müəyyən etmək mümkün deyildir.
63. Məhkəmə kollegiyası hesab edib ki, məhkəmənin qət etdiyi sahədə mənzillərin və qeyri-yaşayış sahəsinə dair göstəricilərdə sahələrin mövcudluğunun, mənzillərin və qeyri-yaşayış sahəsinin hansı ünvandakı binada, hansı mərtəbədə yerləşməsinin, nömrələrinin və digər fərdiləşmə məlumatların dəqiq göstərilməməsi, qətnamənin icrası mərhələsində cavabdehlərə veriləcək yeni sahələrin iddiaçının mülahizəsinə görə müəyyən edilməsinə və son nəticədə cavabdehlərin hüquqları po zulmaqla, yeni məhkəmə mübahisələrin yaranmasına səbəb ola bilər. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün və obyektiv həlli üçün mühüm əhəmiyyətə malik olan bu halları araşdırmamış və hüquqi müəyyənlik prinsipini pozmaqla, icrası qeyri-mümkün olan qətnamə qəbul etmişdir.
64. Bundan başqa, cavabdeh Fizuli Salmanovun kassasiya şikayətinin dəlillərindən biri ona zərərin əvəzi kimi verilən qeyri-yaşayış sahəsinin ölçüləri ilə bağlıdır. Apellyasiya məhkəməsi cavabdehə verilməli qeyri-yaşayış sahəsini mülkiyyətində olmuş və sökülmüş sahəyə uyğun müəyyən etmiş və hesab etmişdir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi h aqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndində 20 faiz miqdarında əlavə ödənilməsi dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə mənzillərin sökülməsi nəticəsində müəyyən müddət əmlakından məhrum olduğu üçün ödənilən kompensasiya nəzərdə tutulduğundan, qeyri-yaşayış sahəsinə münasibətdə əlavə 20% hesablanması əsassızdır.
65. Məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır ən azından bu səbəbdən ki, iddiaçı özü iddia tələbində cavabdeh Salmanov Fizuli Həsən oğlunun sökülən tam sahəsinə görə (o həmin sahəni mənzil kimi təqdim etsə də, faktiki məhkəmə araşdırılması zamanı sahənin bir hissəsinin qeyri-yaşayış sahəsi olması müəyyən olunmuşdur) əlavə 20 faiz ödənilməsinə razılıq vermişdir. d) Apellyasiya instansiyası məhkəməs ində üçüncü icraat
66. Cavabdeh3 apellyasiya şikayətini müdafiə etməklə yanaşı, hazırkı vəziyyətdə iddiaçı MMC tərəfindən qanunsuz olaraq sökülmüş əmlakının müqabilində MMC-nin ilkin danışıqlarda ona təklif olunan 240.000 manatın, yoxa çıxarılmış və məhv olmuş ev əşyalarının qaytarılması, eləcə də keçirdiyi sarsıntıların əvəzinin ödənilməsini istədiyini bildirib.
67. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 noyabr 2024-cü il tarixli, 2(103)-4659/2024 nömrəli qətnaməsi ilə (hakimlər - İ.Şirinov (sədrlik edən və məruzəçi), E.Kazımov və N.Cəfərov) Salmanov Fizuli Həsən oğlu və Cavabdeh3 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)898/2021 nömrəli, 08 may 2021-ci il tarixli qətnaməsi (Salmanov Fizuli Həsən oğlu və Cavabdeh3 aid hissədə ) ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçı MMC-nin iddiası (dəqiqləşdirilmiş tələbləri), eləcə də Cavabdeh4 qarşılıqlı iddiası (dəyişdirilmiş) qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşmiş və sonuncu tərəfindən sökülmüş Cavabdeh3 məxsus mənzil üçün ona MMC tərəfindən 2020-ci ilin yanvar ayından hesablanmaqla, hazırki qətnamə icra olunan tarixədək hər ay 500 manat kirayə haqqı ödənilməklə 243.000 manat məbləğində pul kompensasiyasının verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşmiş və sonuncu tərəfindən sökülmüş Salmanov Fizuli Həsən oğluna məxsus (139,2 kv.m +20%) yaşayış və (39.1 kv.m+20%) qeyri-yaşayış sahəsinin əvəzi olaraq ona İddiaçı MMC tərəfindən pul kompensasiyası kimi mənzilə görə 550.746 manat, qeyriyaşayış sahəsinə görə 272.131 manat, cəmi 822 882 manatın ödənilməsi, 2020-ci ilin yanvar ayından hesablanmaqla hazırki qətnamə icra olunan tarixədək mənzilə görə hər ay 650 manat kirayə haqqı, qeyri-yaşayış sahəsinə görə əldən çıxmış fayda olaraq hər ay üçün 1000 manat, mənəvi zərərin əvəzi kimi isə 10.000 manat İddiaçı MMC tərəfindən Salmanov Fizuli Həsən oğluna ödənilməsi, id diaların qalan hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh3 yoxa çıxarılmış əşyaların qaytarılması və mənəvi zərərin ödənilməsi ilə bağlı MMC-yə qarşı ayrıca iddia qaldırmaq hüququnun olması izah edilmişdir.
68. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
69. MMC-nin iddia tələbləri onun üçün vacib olan hissədə, yəni cavabdehlərin çıxarılması və sahələrin sökülməsi hissəsində faktiki olaraq icra edilmişdir. Bu isə o anlama gəlir ki, MMC-nin iddia tələblərinin həmin hissədə hər hansı faktiki əhəmiyyəti qalmamışdır. Bu baxımdan, MMC-nin iddia tələbləri yalnız cavabdelərə onların sökülmüş sahələrinə müvafiq kompensasiyanın verilməsi hissəsində, oxşar işlərlə bağlı mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla, mütənasiblik və ağlabatanlıq prinsiplər i gözlənilməklə qiymətləndirilməlidir. Cavabdeh4 qarşılıqlı iddiasındakı ilkin tələblərinə münasibətdə də oxşar vəziyyət yaranmışdır. Cavabdeh4 ilkin tələbində əsasən MMC tərəfindən qanunsuz sökülmüş sahələrinin əvvəlki vəziyyətinin bərpa edilməsini istəmiş, lakin hazırkı vaxtda bunun faktiki olaraq mümkün olmadığı ortaya çıxmışdır. Məhz bu səbəbdən də o tələblərini dəyişərək MMC-dən vurulmuş (mənəvi zərərlə birlikdə) zərərin əvəzini ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onun qarşılıqlı iddiasına dəyişdirilmiş tələblər əsasında baxır.
70. Məhkəmə kollegiyası Cavabdeh3 aid hissəyə münasibətdə qeyd edir ki, iddiaçı MMC yazılı şəkildə ona sökülmüş mənzilinin müqabilində 243.000 manat kompensasiya verilməsini təklif etmişdir. Bu məbləğ Cavabdeh3 sökülmüş mənzilinin müqabilində ist ədiyi kompensasiyanın məbləğini əhatə edir. Bu baxımdan, məhkəmə kollegiyası MMC-nin iddia tələblərinin Cavabdeh3 aid hissəsində həmin məbləğdə pul vəsaitinin ödənilməsini, eləcə də, 2020-ci ilin yanvar ayından hesablanmaqla (müəyyən olunmuş həmin pul vəsaitinin tam ödənildiyi günədək) hər ay üçün 500 manat kirayə haqqının verilməsini mütənasib olmaqla, həm də ağlabatan və ədalətli hesab edir. Məhkəmə kollegiyası Cavabdeh3 məhkəmə iclasında izahat verərkən yoxa çıxarılmış əşyalarının qaytarılması, eləcə də, mənəvi zərərin ödənilməsi ilə bağlı bildirdiklərinə münasibətdə bildirir ki, bu hallar tələbə bağlıdır, digər Cavabdeh4 fərqli olaraq, Cavabdeh3 MPM-in tələblərinə uyğun olaraq qeyd edilənlərə dair MMC-yə qarşı iddia irəli sürməmişdir. Bu baxımdan, kollegiya ona həmin hallarla bağlı ayr ıca iddia qaldırmaq hüququnun olmasını izah edir.
71. Məhkəmə kollegiyası Cavabdeh4 aid hissədə ilkin tələblər, eləcə də onun qarşılıqlı iddia tələbləri ilə bağlı qeyd edir ki, artıq yuxarıda da qeyd olunduğu kimi, hazırkı iş üzrə son qərarında Ali Məhkəmə cavabdehlərə sökülmüş sahələrin əvəzinə veriləcək kompensasiyanın yeni mənzil sahəsi ilə yanaşı, həm də pul vəsaitinin ödənilməsi ilə də həyata keçirilməsinin mümkünlüyünün müzakirə edilməsini qeyd etmişdir. Hazırkı məhkəmə baxışı zamanı həm iddiaçı, həm də Cavabdeh4 ödəniləcək kompensasiyanın pul vəsaiti formasında həll olunmasını istədiklərini bildirmiş və buna dair məhkəməyə yazılı ərizə vermişlər.
72. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh4 məxsus sahələrin sökülməsi müqabilində MMC tərəfindən ona ödəniləcək kompens asiya pul vəsaitini ödənilməsi ilə həll edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh4 kompensasiya kimi ödənilməli olan pul vəsaitinin məbləğinin müəyyən edilməsi zamanı aşağıdakıların nəzərə alınması zəruridir. İddiaçı MMC pul kompensasiyası kimi 660.000 manat təklif etmişdir, cavabdeh isə dəyişdirilmiş tələbində vurulmuş zərərin əvəzi olaraq, ümumən 1.200.480 manat, mənəvi zərərə görə isə 50.000 manat, ümumilikdə 1.250.480 manat ödənilməsin tələb etmişdir. Məhkəmə kollegiyası Cavabdeh4 vurulmuş zərərin (həm real, həm də əldən şıxmış fayda) əvəzi kimi ödənilməli olan kompensasiyanın məbləğini müəyyən edərkən hazırkı iş üzrə əvvəlki məhkəmə baxışları zamanı həmin sahələrin qiymətləndirilməsinə dair keçirilmiş ekspert rəylərini, həmin sahələrin sökülməsindən indiki vaxtadək daşı nmaz əmlak bazarında həm əmlakların qiymətlərinin, həm də kirayə haqlarının artımı istiqamətində şəksiz olaraq baş vermiş dəyişikliklərin, həmçinin də həmin pul vəsaitlərinin hələ də ödənilmədiyinin nəzərə alınmasının vacibliyindən çıxış edir. Bu baxımdan məhkəmə kollegiyası Cavabdeh4 məxsus olmuş yaşayış və qeyri-yaşayış sahələrinin qiymətləndirilməsinə dair MEM-in xx.xx.2023-cü il tarixli rəyində göstərilən qiymətlərin daha real və ağlabatan olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh4 sökülmüş sahələrinin qiyməti həmin ekspert rəyinə uyğun, ona məxsus yaşayış və qeyri-yaşayış sahəsinə görə ödənilməli olan kirayə haqqının müəyyən olunmasının isə cavabdehin özünün məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə uyğun həyata keçirilməsi əsaslı, mütənasi b və ədalətli olardı.
73. Beləliklə də, qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ilkin iddia və Cavabdeh4 qarşılıqlı iddia tələbləri qismən təmin edilərək MMC tərəfindən Cavabdeh4 məxsus olan və artıq sökülmüş yaşayış və qeyri-yaşayış sahələrinin ölçülərinin müvafiq olaraq 139,2 kv.m. və 39.1 kv.m. təşkil etdiyi müəyyən olunduğundan, eləcə də MMC-nin iddiasında cavabdehlərə təmirli sahələr vermək öhdəliyinin olmasını nəzərə alaraq Cavabdeh4 ödəniləcək pul kompensasiyası həmin sahələrin üzərinə əlavə olaraq 20% hesablanmaqla və yuxarıda istinad olunan ekspert rəyinə uyğun olaraq mənzilə (139.2+20% = 167.4kv.m x 3290=550746 manat) görə 550746 manat, qeyri-yaşayış sahəsinə (39.1+20%=7.8=46.92 kv.m x 5800=272131 manat) görə isə 272131 manat, yaşayış sahəsinə görə kiray ə haqqının məbləği hər ay üçün 650 manat, qeyri-yaşayış sahəsinə görə isə hər ay üçün əldən çıxmış fayda kimi 1000 manatın ödənilməsi, ödəmənin isə 2020-ci ilin yanvar ayından hesablanmaqla hazırkı qətnamə icra edildiyi tarixədək müəyyən edilməli, eyni zamanda da mənəvi zərərin əvəzi kimi 10.000 manat MMC-dən alınaraq Cavabdeh4 ödənilməlidir. Hazırki mübahisə üzrə qanunsuz şəkildə sökülmüş əmlaklarla bağlı Cavabdeh4 mənəvi sarsıntı keçirməsi şəksizdir. Məhkəmə kollegiyası mənəvi zərərin əvəzini müəyyən edərkən hazırkı işin hallarını, eləcə də Cavabdeh4 maddi zərərlə bağlı tələblərinin, əsasən təmin edilməsini nəzərə alır. Qalan hissədə iddialar təmin edilməməlidir.
74. Məhkəmə kollegiyası kirayə haqqının ödənilməsinin əvvəlinin rayon məhkəməsinin qətnaməsinə əsasən cavabdehlərə məxsus sa hələrin sökülməsinin icrası ilə bağlı aktın tərtib olunduğu xx.xx.2021-ci il tarixindən hesblanmasına dair iddiaçı MMCnin mövqeyi ilə razılaşmır və hesab edir ki, belə yanaşma əsaslı ola bilməz. Cavabdeh4 iddiaya etirazında, qarşılıqlı iddiasında, izahatlarında, eləcə də çoxsaylı şikayət ərizələrində ardıcıl olaraq MMC-nin qanunsuz hərəkətləri nəticəsində məhz 2017-ci ilin mart ayından etibarən törədilmiş süni maneələr (kommunikasiya xətlərinin kəsilməsi və sair səbəbindən) mülkiyyətindən istifadədən məhrum olduğunu, bu səbəbdən də ona əldən çıxmış fayda kimi zərərin həmin tarixdən hesablanmalı olduğunu bildirmişdir. MMCnin əsaslandığı xx.xx.2021-ci il tarixli akt isə yalnız cavabdehlərə məxsus sahələrin MMC tərəfindən tam olaraq sökülməsini müəyyən edir. Mülki işin materialları ilə isə mü əyyən olunur ki, tərəflər arasında sahələrin sökülməsi ilə bağlı mübahisə bundan daha öncə yaranmışdır. Nəsimi RİH-nin xx.xx.2017-ci il tarixli sərəncamından məlum olur ki, cavabdehlərin sahələrinin də əhatə olunduğu ünvanda tikinti işlərinin aparılmasından ötrü həmin torpaq sahələri iddiaçı MMC-nin istifadəsinə verilmişdir. Rayon məhkəməsində izahat verən iddiaçı MMC-nin nümayəndəsi bildirmişdir ki, onlar həmin ərazidə mənzillərin qəzalı vəziyyətdə olmasına dair “müvafiq araşdırmalar” aparmış və buna dair rəylər əldə etmiş, 2018-ci ildən başlayaraq həmin ünvandakı sakinlərə müvafiq qaydada xəbərdarlıq edilərək onların yaşadıqları mənzillərin qəzalı vəziyyətdə olduğu, onların həyatları üçün real təhlükə yaratdığı diqqətlərinə çatdırılmış, lakin cavabdehlərlə könüllü şəkildə sahələrin başal dılmasına dair razılığın əldə olunması mümkün olmamışdır. İddiaçı MMC-nin hazırkı iddia ərizəsi rayon məhkəməsində xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. Belə olan halda, yəni cavabdehlərin mülkiyyətində olan sahələrin yerləşdiyi binaların bir hissəsinin sökülməsindən sonra həmin ünvanda qalan cavabdehləri öz əmlaklarından sərbəst və tam istifadəsinin mümkünsüzlüyü mübahisə doğurmayan haldır. Bununla belə, cavabdehlərin öz mülkiyyətlərindən istifadənin məhdudlaşdırılmasının dəqiq tarixini dəqiqliyi ilə müəyyən etmək mümkün olmur, çünki Cavabdeh4 bunun mart 2017-ci il olduğunu bildirsə də, buna dair tutarlı sübut verə bilmir, MMC isə xx.xx.2021-ci il tarixli akta istinad edir ki, bunun da əsassızlığı yuxarıda qeyd edilmişdir. Buna baxmayaraq, iş üzrə müəyyən olunmuş hallara əsasən belə qənaətə gəlmək olar ki, cavabdehlər ən azından 2020-cilin əvvəlindən öz əmlaklarından sərbəst istifadədən məhrum edilmişlər və bu baxımdan da onlara ödənilməli olan kirayə haqqları həmin tarixdən hesablanmalıdır.
75. Bundan başqa, müəyyən olunmuşdur ki, rayon məhkəməsi hazırkı işə baxarkən prosessual qaydaları gözləməmiş, cavabdehlərin iştirakını təmin etmədən qətnamə qəbul etmişdir ki, bu da MPM-in 387.2.2-ci maddəsinin tələbinə əsasən qətnamənin ləğv edilməsinin müstəqil əsasını təşkil edir.
76. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı, Mülki Məcəlləsinin 21.1, 21.2, 165.1, 560.1, 560.2, 560.3.4, 1097.1, 1115ci, MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri
77. İddiaçı "xxxx" MMC, cavab dehlər Salmanov Fizuli Həsən oğlu və Cavabdeh3 ayrı-ayrılıqda kassasiya şikayəti vermişlər.
78. İddiaçı "xxxx" MMC-nin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi İddiaçı MTK-nın üzərinə böyük məbləğdə kompensasiya ödənilməsi öhdəliyini qoymuşdur. Tərəflərindən ərizə ilə məhkəməyə müraciət edilərək, Füzuli Salmanova 660 000 (altı yüz altmış min) manat məbləğində kompensasiya ödənilməsi təklif edilmiş, bu məbləğ orta bazar qiyməti nəzərə alınmaqla təklif edilmiş, hətta orta bazar qiymətindən biraz da artıq məbləğ təklif edilmişdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2020-ci il tarixli Qərarında qeyd edilən müddəalar pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin istina d etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi sözügedən ərazidə yerləşən mənzillərin real orta bazar qiymətlərini özündə əks etdirmir və məhkəmə üçün həmin mütəxəssis rəyi məcburi deyildir.
79. Cavabdeh Salmanov Fizuli Həsən oğlunun kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mövcud mübahisəli vəziyyətdə İddiaçı MMC-nin mövqeyi vicdanlı deyildir və zorakı təsirdən başqa bir şeyi əks etdirmir. İş üzrə müəyyən olunan faktlar nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən kompensasiya məbləği düzgün şəkildə hesablanmalı idi. Fizuli Salmanov uzun müddət əmlakından məhrum olmuş, 2017-ci ilin dekabr ayından qeyri-yaşayış sahəsinin icarəsindən aldığı gəlirdən məhrum olmuş və 2018-ci ilin yanvarından özü və ikinci mərtəbədə yaşayan oğlu ilə ailəsi mənzildən məhrum olunduqları na görə aylıq kirayə pulunu ala bilməmişdir və nəticədə onlara maddi ziyan vurulmuşdur. Hazırda isə artıq 2024-cü il bitmişdir, 2025-ci il başlamışdır. Həmin tarixdə olan qiymətlər hazırki dövrdə olan qiymətlərlə eyni deyil və ölkədə təbii inflasiyanın olması göz qabağındadır. Məhkəmə bunu nəzərə alaraq kompensasiya məbləğini tələbə uyğun şəkildə hesablamalı idi.
80. Cavabdeh3 kassasiya şikayəti belə əsaslandırılmışdır ki, onun mənzili böyük tikili ilə 2 seksiyadan ibarət olmaqla 2 mərtəbədə yerləşir və mənzilin ümumi sahəsi 80 kv.m təşkil edir. Lakin iddiaçı onun mənzilinin faktiki sahəsinin 50 kv.m olduğunu göstərmiş, məhkəmə tərəfindən bu hala hüquqi qiymət verilməmişdir. Mənzilinin yardım sahələri, yəni zirzəmi, örtülü pilləkən, hamam-tualet nəzərə alınmamışdır. Onun yaşlı və xəstə olm ağından istifadə edərək pilləkən və zirzəmini nəzərə almadan iddiaçı tərəfindən bu sahənin ölçüsü 75 kv.m-ə qədər azaldılmışdır. O, məhkəmədə mənzilinin faktiki olaraq 80 kv.m sahədən ibarət olduğunu bildirsə də, məhkəmə tərəfindən bu hala ümumiyyətlə hüquqi qiymət verilməmiş, yalnız iddiaçının iddiası əsas götürülmüşdür. İddiaçı tərəfindən mülkiyyətində olan mənzilini sökülməsi ilə üzun müddət ərzində kirayədə qaldığına və yüksək miqdarda zərərə məruz qaldığı ümumiyyətlə nəzərə alınmamışdır. Məhkəmə ümumiyyətlə mənzilinin dəyərini real bazar dəyərini münasib şəkildə qiymətləndirməmiş və kirayə haqqı ilə birlikdə iddiaçıdan 243.000 manat məbləğdə kompensasiyanın tutularaq ona ödənilməsini qərara almışdır. Halbuki hazırki vaxtadək o, yalnız kirayə haqqını ödədiyi üçün 30.000 manat məbləğdə maddi zərərə məruz qalmışdı. Məhkəmənin kirayə haqqı ilə mənzilin dəyəri qarşılığında 243.000 manat məbləğdə pul kompensasiyasının ödənilməsini qət etməsi tamamilə absurd və ədalətsiz yanaşmadır. Belə ki, qətnamənin icra olunduğu tarixədək o, kirayə haqqı ödəməkdə davam edir. Bu zaman onun əlavə zərərə məruz qalmağı qaçınılmazdır. Məhkəmə məruz qaldığı maddi zərəri düzgün müəyyənləşdirməmiş və iş üzrə qeyd olunan maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
81. Apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən aldadılaraq mənzilinin faktiki sahəsinin aşağı göstərilməsinin və sahəsi yetərincə geniş olan mənzilin sökülməsi qarşılığında aylıq 500 manat kirayə haqqı və gələcəkdə tikilən yeni binadan ümumi sahəsi 60 kv.m olan mənzilin verilməsi təklifinin ona mənəvi cəhətdən ağır zərbə olm asını, bunun onun məruz qaldığı zərərin müqabilində aşağı məbləğ olduğu və iddiaçı tərəfindən aldadıldığı üçün ağır psixoloji sarsıntı və iztirab keçirməyinə səbəb olması nəzərə alınmamışdır. Məhkəmə iddiaçı tərəfindən vurulan mənəvi zərərin kompensasiya edilməsinə ümumiyyətlə hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
82. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
83. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olu nmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
84. Hazırkı kasassiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
85. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
86. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələn məsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
87. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.
88. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
89. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
90. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab olunur.
91. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
92. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zəd ələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
93. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
94. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
95. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
96. Maddə 77.1 Hər bir tərəf ö z tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
97. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
98. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
99. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq y oxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
100. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
101. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
102. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətlərində irəli sürülən mahiyyətcə eyni dəlillərə apellyasiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apell yasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
103. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
104. Kassasiya şikayətlərinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktik i halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
105. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə madd i və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
106. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4659/2024 nömrəli iş üzrə 1 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.