Məhkəmə qərarları › İş №2(102)-1709/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1709/2022

18.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1709/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 28 saylı Notariat Kontoruna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğvi, miras əmlakda payın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7432/2021 nömrəli iş üzrə 20 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları X11 xx.xx.1953-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində atasının X13, anasının X6ması qeyd edilmişdir. AЗ seriyalı 007819 nömrəli ad və ya soyadın dəyişdirilməsi haqqında şəhadətnaməyə görə X8 soyadı Qrinik soyadına dəyişdirilmişdir. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, 11-ci Patamdart küçəsi 6 nömrəli yaşayış evi X2 adına xüsusi mülkiyyət kimi 18.11.1994 -cü il tarixdə qeydiyyatdan keçirilmişdir. AZ-İİ 104888 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 10.01.1985-ci il tarixdə vəfat etmişdir. AZ-İİ 120420 saylı ölüm haqqında şəhadətnamənin surətinə görə X7 17.08.2009-cu il tarixdə vəfat etmişdir. 28 saylı Notariat Kontoru tərəfindən verilən 2V-1-67 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə görə Cavabdeh1 vərəsəlik şəhadətnaməsi verilmişdir. Doğum aktı qeydindən görünür ki, Qnida Larisa iyul 1947-ci il tarixdə anadan olmuşdur. Atasının X13, anasının X6ması qeyd edilmişdir. X3 adına ******* nömrəli bank hesabında əmanət (934) vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1, Bakı şəhəri 28 saylı Notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəm əyə müraciət edərək, mərhum anası X3 vəfatı ilə əlaqədar Bakı şəhəri, 28 saylı Notariat ofisi tərəfindən bacısı Cavabdeh1 yeganə vərəsə kimi tanınmasına dair 03.07.2012-ci il tarixdə, reyestrdə 2V-1-67 nömrə ilə qeyd edilməklə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ləğv edilərək onun da mərhum anasının vərəsəsi kimi tanınması, mərhum X3 “Kapital Bank”da ******* nömrəli hesabda saxlanılmış (miras) pul əmanətinin 1/2 hissəsi üzərində onun pay hüququnun müəyyən edilməsi, həmin payın Cavabdeh1 alınıb ona verilməsi, mərhum X4 miras qalmış və ünvan 3 ünvanda yerləşən evin 1/2 hissə üzərində onun vərəsə kimi pay hüququmun tanınması və bu barədə də ona “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilməsi vəzifəsinin cavabdeh Notariat ofisinin üzərinə qoyulması barəd ə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, anadan olduğu vaxtdan hal-hazıra kimi anasından miras qalmış yaşayış evində qeydiyyatdadır. Özündən başqa anasından miras qalmış əmlaka vərəsə kimi 05.04.1951-ci il təvəllüdlü bacısı Cavabdeh1 də var və İrina da anasından qalmış evdə yaşayır. Atası X13 10.01.1985-ci ildə, anası X7 isə 17 avqust 2009-cu ildə vəfat etmişdir. Anasından miras əmlak imi ünvan 3 ünvanda, 0,12 ha torpaq sahəsində yerləşən, 18 noyabr 1994-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyest Xidmətinin 285 nömrəli reyestr kitabında 41400 səhifədə 30/41400 nömrə altında qeydiyyatı aparılmış yaşayş evi qalmışdır. 30.10.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, 28 saylı Notariat Ofisinə rəsmi ərizə ilə müraciət etmiş və 04.11.20 20-ci il tarixdə vəkili vasitəsi ilə tanış olduğu “Vərəsəlik işi”ndən ona məlum olmuşdur ki, bacısı Cavabdeh1 mərhum anaları X3 adına 'Kapital Bank”da saxlanılan pul əmanətini almaq üçün 28 saylı Notariat ofisindən Vərəsəlik şəhadətnaməsi almış, bunun üçün notariata yazdığı 03 iyul 2012-ci il tarixdə ərizəsində Taisiya Qrinikin yeganə vərəsəsi olduğunu göstərmiş, həmçinin yeganə vərəsə olması barədə arayış təqdim etmişdir. Bacısının qanunsuz hərəkətləri barədə 04.11.2020-ci ildə bilmiş, ona görə də məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Səbail Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva, iş N 2(009)-322/2021) iddia qismən təmin edilərək 03.07.2012-ci il tarixli, 2V-1-67 saylı Vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, mərhum X3 “Kapita l Bank”da ******* nömrəli hesabda saxlanılmış pul əmanətinin və ünvan 4 ünvanda (qeydiyyat vəsiqəsi 11-ci Patamdart küçəsi 6 saylı ev) yerləşən mənzilin 1/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə Cavabdeh1, 1/3 hissəsinə isə X9 vərəsəlik hüququnun tanınması qət edlmişdir. Birinci instansiya mövqeyini onunla əsaslandırmışdır ki, X5 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi, 6 saylı evə 05.03.2021-ci il tarixdə baxış keçirməsi zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh öz aralarındakı razılığa əsasən miras qalmış yaşayış evindən paylarını faktiki ayırmış, hər iki tərəfin özünə aid hissədə əlavə tikililər inşa etdirmiş və ayrıca giriş-çıxış qapısı qoydurmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bakı şəhər 28 saylı notariat kontoru tərəfindən verilmiş 03.07.2012-ci il tarixli, 2V-1-67 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə miras qoyan X2 öldüyü məqamadək məxsus olan bəzi əmlaklar, həmçinin mübahisənin predmeti olan yaşayış evi daxil edilməmişdir. Məhkəmə iddia müddətinin tətbiqi barədə Cavabdeh1 ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh1 mərhum anaları X5 miras qalmış əmlakı faktiki qəbul edərək hal-hazıradək miras evdə yaşadıqlarından, iddia tələbində qeyd etdiyi halları 30.10.2020-ci il tarixdə bildiyindən və bildiyi gündən bir ay keçməmiş məhkəmədə iddia qaldırjığından iddia müddəti ötürülməmişdir. Göründüyü kimi, notariat kontoru tərəfindən vərəsəlik haqqında şəhadətnamənin verildiyi tarixə miras əmlakda Cavabdeh1 payının 1/3, qalan payların açıq saxlanılmalı olduğu halda, notarius yaşayı ş evini bütövlükdə Cavabdeh1 payı kimi müəyyən etmişdir. Odur ki, Bakı şəhəri 28 saylı Dövlət Notariat Kontoru tərəfindən 03.07.2012-ci il tarixli, 2V-1-67 nömrə ilə reyestrdə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən iddiaçı və digər vərəsələrin konstitusion səviyyədə müdafiəsinə və toxunulmazlığına təminat verilən mülkiyyət hüququ pozulmuşur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 1243, 1246, 1133.1, 1159.1.1, 1243, 1246 və 1248.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il tarixli (Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Az ərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanmasına dair) Qərarına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı və Cavabdeh1 qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmış, miras əmlakın 1/3 hissəsində X9 vərəsəlik hüququnun tanınması barədə heç bir tələb olmamışdır. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiy a məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, iddiaçı iddia tələbi üzrə həm ümumi 10 illik iddia müddəti, həm də mirasın qəbulu üçün nəzərdə tutulan 6 aylıq müddəti ötürmüşdür. Müddətin ötürülməsi ilə bağlı ərizə versə də, məhkəmə əsassız olaraq təmin etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 20 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.İbayev-sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova və Rəşad Həsənov, iş № 2(103)-7432/2021) İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkə məsinin 2(009)-322/2021 saylı mülki iş üzrə qəbul etdiyi 20.05.2021-ci il tarixli qətnaməsi qismən, mərhum X3 “Kapital Bank”da ******* nömrəli hesabda saxlanılmış pul əmanətinin və ünvan 4 ünvanda (qeydiyyat vəsiqəsi 11- ci Patamdart küçəsi 6 saylı ev) yerləşən mənzilin 1/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə Cavabdeh1, 1/3 hissəsinə isə X9 vərəsəlik hüququnun tanınması hissəsində ləğv olunmuş, X3 “Kapital Bank”da saxlanılmış pul əmanətinin və ünvan 4 ünvanda (qeydiyyat vəsiqəsi 11-ci Patamdart küçəsi 6 saylı ev) yerləşən mənzilin 1/2 hissəsinə İddiaçı və 1/2 hissəsinə Cavabdeh1 vərəsəlik hüququnun tanınması qət edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qənaətini əsaslandırarkən göstərmişdir ki, İddiaçı vərəsəlik hüququnun tanınması hiss əsində məhkəmə kollegiyası birinci intansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Lakin iddia tələbinin payların müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Çünki MPM-nin 218.3-cü maddəsinə əsasən hakim (məhkəmə tərkibi) işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim (məhkəmə tərkibi) qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Bu zaman hakim qətnamədə istinad etdiyi qanunu göstərməli və müstəsnalığın nədən ibarət olmasını əsaslandırmalıdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi miras əmlakın 1/3 hissəsində X9 vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edərək iddia tələbindən kənara çıxmış və bu kənara çıxmanı şərtləndirən müstəsnalığın nədən ibarət olmasını ə saslandırmamışdır. Bundan başqa X12 tərəfindən mirasın qəbul edilməsi müəyyən olunmur. Çünki o, Mülki Məcəllənin 1246-cı maddəsində göstərilən müddətdə mirasın qəbul edilməsi barədə qanunla müəyyən edilmiş müddət ərzində ərizə ilə notariat kontoruna müraciət etməmiş, həmçinin mirası faktiki surətdə qəbul edilməsi ilə bağlı hər hansı hərəkətlər etməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından görünür ki, X12 uzun müddətdir ki, xaricdə yaşayır. Göründüyü kimi Larisa Qnida mirası əmlakı faktiki olaraq da qəbul etməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi vərəsəlik hüququnun tanınması hissəsində X10 münasibətdə ləğv edilməli, digər vərəsələrə münasibətdə isə paylar bərabər şəkildə bölünməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində müdd əti ötürməklə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh1 mərhum anaları X1mış yaşayış evində yaşamaqla mirası faktiki qəbul edərək hal-hazıradək yaşadıqlarından, iddia tələbində qeyd etdiyi halları 30.10.2020-ci il tarixdə bildiyindən və bildiyi gündən bir ay keçməmiş mübahisə etdiyindən iddia müddəti ötürülməmişdir. Apelyasiya instansiyası məhkəməsi öz mövqelərini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 19, 1243.1 və 1243.2-ci, “Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinad etmişdir. Kas sasiya şikayətinin dəlilləri Cavabdeh1 həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, yeni qərar qəbul olunması, iddiaçının iddia ərizəsinin rədd edilməsi, bu mümkün deyilsə, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, böyük bacıları X12 tərəfindən mirasın qəbul edilməməsi onun mirasdan məhrum edilməsi ilə nəticələnə bilməz. İsrail Respublikasında yaşayan Larisa Qnidanın miras smlaka münasibətinin öyrənilməsi üçün səfirilk vasitəsilə sorcu verilməsini xahiş etsə də, apelyasiya məhkəməsi bu vəsatəti əsassız olaraq rədd etmişdir. Bundan başqa, iddiaçı Marina Qrinikin miras əmlaka faktiki sahiblik etməməsi, mirasın qəbulu ilə bağlı həm 3 aylıq, həm 6 aylıq müddətlərlə birlikdə Mülki Məcəllədə nəzərdə tutulmuş 10 illik iddia müddətni ötürməsi təsdiq olunsa da, apellyasiya məhkəməsi düzgün olmayaraq əks nəticəyə gəlmişdir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi onun apelyasiya şikayətinin qismən təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir, o, apellyasiya şikayətində iddianın rədd olunmasını xahiş etmişdir. Onun apelyasiya instansiyası tərəfindən təmin edilmiş heç bir tələbi olmamışdır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən i rəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən Cavabdeh1 qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras v ərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifad ə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non ne ganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7432/2021 nömrəli iş üzrə 20 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar