Məhkəmə qərarları › İş №2(102)-1710/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1710/2023

15.05.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1710/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-651/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyət i üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. İddiaçı Balakişiyev Fikrət Boran oğlu (bundan sonra-iddiaçı) Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışmışdır.

3. İddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və 03.03.22-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyəti olmamışdır. 15 mart 2022-ci il tarixdə işə başlamalı idi.

4. Azərbaycan Respublikası Təhsil Nazirinin (bundan sonra-cavabdeh) K-239 nömrəli, 14 mart 2022-ci il tarixli əmrinə əsasən Abşeron rayonu Saray qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, əmək funksiyası və əmək müqaviləsi üzrə öhdəlikləri ni yerinə yetirmədiyinə görə 14 mart 2022-ci il tarixdən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022ci il tarixli K-239 saylı əmrinin ləğv edilməsi, iddiaçının Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa olunması, ona xx.xx.2022-ci il tarixdən i şə bərpa olunduğu tarixədək məcburi işburaxmaya görə kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, uzun illər Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin dire ktoru vəzifəsində işləmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli K-239 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. Hesab edir ki, cavabdehin həmin əmri ləğv edilməli, o, işlədiyi vəzifəyə bərpa olunmaqla, ona xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxmaya görə kompensasiya ödənilməldir. Çünki, o, əmək qabiliyyətinin olmadığı müddətdə işdən azad edilmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(005)- 2478/2022 saylı, 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia təmin edilmiş, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli K-239 saylı əmək müqaviləsinə xitam verilmə barədə əmrinin iddiaçıya münasibətdə l əğv edilməsi, iddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, A.Müzəffərov adına 2 saylı tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi, xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının iddiaçıya ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək səhhəti ilə əlaqədar əmək qabiliyyətli olmamış və göstərilən müddət aralığında işdən azad edilmişdir, xx.xx.2022-ci il tarixdən işə başlamalı idi. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun büllütendə olduğu dövrdə, yəni əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə xitam verilməsi qanunsuzdur, əmək qanunvericiliyinin tələblərinə ziddir.

9. Məhkəmə gəldiyi nəticəni A zərbaycan Respublikasının Əmək Məcəlləsinin 3, 42.1, 45, 47, 56.2, 70, 71, 72, 79, 287, 288, 292, 300-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2021-ci il tarixli, K-474 nömrəli əmrinə əsasən, xx.xx.2021-ci il tarixində Abşeron rayonu, Saray 2 nömrəli tam orta məktəbində nazirliyin əməkdaşları tərəfindən yoxlama aparılmışdır. Yoxlama zamanı məktəbin fəaliyyətində bir sıra nöqsanlar aşkar edilmiş və bu səbəblə xx.xx.2021ci il tarixli akt tərtib edilmişdir. Akta əsasən yoxlama zamanı direktor iş yerində olmamış, məktəb sənədləri yoxlamaya təqdim olunmamış, bir neçə işçi işdə olmamış, məktəbin texniki işçisi olmuş Ülviyyə Hüseynovanın işlədiyi müddət ərzində işə gəlmədiyi məlum olmuş, məktəbdə dərnək və dərsdənkənar məşğələlərə aid jurnallar aşkar olunmamış, evdə təhsil jurnalları araşdırılarkən şagirdlərin illik və yarımillik qiymətləri yazılmamış və jurnalların formal olaraq doldurulduğu aşkar olunmuşdur. Yoxlamanın nəticəsi olaraq, təhsil nazirinin xx.xx.2021-ci il tarixli, K-1162 saylı əmri imzalanmış, lakin həmin dövrdə iddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün onun barəsində işə çıxana qədər intizam tənbehinin tətbiqi təxirə salınmışdır. Təhsil nazirinin xx.xx.2022-ci il tarixli, K-239 saylı əmrinə əsasən, onunla bağlanmış əmək müqaviləsi ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmişdir. İşə baxan məhkəmə iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tətbiqində kobud pozuntuya yol vermişdir. Belə ki, məhkəmə işəgötürən tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan ƏM-nin 70-ci maddəsinin “ç” bəndini qanunsuz hesab edərək, ƏM-nin 79-cu maddəsinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Bununla da məhkəmə prosessual pozuntuya yol vermişdir. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verməmiş və qətnamədə yoxlama aktında aşkar olunan faktlara, o cümlədən iddiaçının işdə hesab edilməsi barədə ərizəsinə münasibət bildirməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2022- ci il tarixdə Həmkarlar Təşkilatının onun əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi ilə bağlı iclas ında iştirak etmiş, lakin bülletendə olmasına dair heç bir məlumat verməmişdir. Digər tərəfdən iddiaçının Təhsil Nazirliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən məlum olur ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər bülletendə olmuş, xx.xx.2022ci il tarixdən əmək qabiliyyətini bərpa etdiyini və bu tarixdən işdə hesab olunmasını bildirmişdir. Eyni zamanda ərizədə xx.xx.2021-ci ildən COVİD-19 xəstəsi olmasını nəzərə alaraq, ona 14 gün müddətində əlavə məzuniyyət verilməsini xahiş etmişdir. Qeyd edilən ərizənin məhkəməyə təqdim olunmasına baxmayaraq, məhkəmə ərizəyə hüquqi münasibət bildirməmiş, 03-15 mart 2022-ci il tarixlərində bülletendə olması qənaətinə gəlmişdir. Əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağan olunur. Mə hkəmə bu maddəyə istinad edərkən iddiaçının Təhsil nazirinin adına yazdığı ərizəni nəzərə almamış və həmin ərizəyə heç bir hüquqi münasibət bildirməmişdir. Eyni zamanda iddiaçı işdə olması barədə ərizə verdikdən sonra yenidən xəstəlik vərəqəsinin açılması barədə işəgötürənə məlumat verməmiş və yazdığı ərizənin etibarsızlığına dair yeni ərizə təqdim etməmişdir. Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, K-1162 saylı əmrinin 6.2-ci bəndindən görünür ki, iddiaçının xəstə olması səbəbindən onun barəsində intizam tənbehi tətbiq etməmişdir. Məhkəməyə yoxlamanın keçirilməsinin hüquqi əsası barədə sənədlər və yoxlama aktı, əmr və direktorun izahatı və digər sənədlər təqdim olunmuşdur. İş materiallarına əlavə olunmuş sübutlara hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi yalnız iddi açının təqdim etdiyi bülletenlə kifayətlənmiş və təqdim olunan sübutlara əhəmiyyət verməmişdirİşə baxan məhkəmə qətnamədə yalnız ƏM-nin 79-cu maddəsinə istinad etməklə kifayətlənmişdir. Lakin, işəgötürən iddiaçının işdə olmasına dair ərizəni əsas götürərək onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. İddiaçı tərəfindən işəgötürənə ərizənin təqdim olunmasını məhkəmə nəzərə almalı olduğu halda bunu etməmişdir. Məhkəməyə təqdim olunmuş iddiaçının işdə hesab olunması barədəxx.xx.2022-ci il tarixli ərizəsinə hüquqi qiymət verilməmiş, iş materiallarında olan sübutlara formal yanaşaraq məhkəmə qanunsuz qərar qəbul etmişdir. İddiaçının ərizəsindən sonra yenidən bülleten açdırması onun intizam məsuliyyətindən yayınması kimi qiymətləndirilməlidir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiy asının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-651/2023 nömrəli iş üzrə 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Günay Axundova (sədrlik edən və məruzəçi), İkram Şirinov və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyətinin olmaması cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçı ərizə ilə müraciət edərək onun işdə hesab edilməsini xahiş etmişdir və işə baxan rayon məhkəməsi bunu nəzərə almamışdır. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı əmək qabiliyyətinin bərpa olunmasına görə onun işdə hesab edilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək COVİD-19 xəstəsi olması səbəbindən məzuniyyətindən istifadə edə bilməməsi və 14 gün əlavə məzuniyyət verilməsini xahiş edərək xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçının ərizəsinə işəgötürən tərəfindən yazılı cavab verilməmişdir. Bundan sonra iddiaçının 03.03.22-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyətinin olmadığı müəyyən olunur. İddiaçı 15 mart 2022-ci il tarixdə işə başlamalı idi. Lakin artıq cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə o, işdən azad edilmişdir. Cavabdehin nümayəndəsi iddiaçının yenidən əmək qabiliyyəti olmamasından xəbərsiz olması barədə dəlilinə münasibətdə məhkə mə kollegiyası qeyd etmişdir ki, əgər işəgötürənin işçinin əmək qabiliyyətinin olmaması barədə məlumatı yox idisə işçinin üzrsüz səbəbdən işə gəlməməsi ilə bağlı əmək qanunvericiliyinə uyğun müvafiq tədbir görə bilərdi, lakin belə tədbirin görülməsi müəyyən olunmur. Habelə işçinin mart ayında işə müntəzəm gəlməsinə dair sübut da təqdim olunmamışdır. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində iddiaçının intizam məsuliyyətindən yayınmağa çalışdığını qeyd etsə bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh o cümlədən qeyd edir ki, iddiaçı Abşeron Rayon Təhsil X2 təşkilatının xx.xx.2022-ci il tarixində keçirilən növbədənkənar iclasında iştirak etsə də xəstəlik vərəqəsi ilə bağlı məlumat verməmişdir. İddiaçı isə əksinə iclasda bu barədə məlumat verdiyini qeyd edir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının 03.03.22-ci il tarixdən xx.xx.2022ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirməsi işdə olan “General Hospital” klinikası tərəfindən verilmiş SN00007 seriyalı ******* saylı sənədlə öz təsdiqini tapmışdır. Əmək Məcəlləsinin 79-cu maddəsi əmək qabiliyyətini müvəqqəti itirən işçi ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv edilməsini birbaşa qadağan edir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun xəstəliyi ilə əlaqədar üzürlü səbəbdən işdə olmadığı müddətdə xitam verməklə əmək qanunvericiliyinin tələbini pozmuşdur.

15. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətlər i və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarına hüquqi qiymət verməmiş və qətnamədə yoxlama aktında aşkar olunan faktlara, o cümlədən iddiaçının işdə hesab edilməsi barədə ərizəsinə münasibət bildirməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Həmkarlar Təşkilatının onun əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi ilə bağlı iclasında iş tirak etmiş, lakin bülletendə olmasına dair heç bir məlumat verməmişdir. Digər tərəfdən iddiaçının Təhsil Nazirliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən məlum olur ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər bülletendə olmuş, xx.xx.2022-ci il tarixdən əmək qabiliyyətini bərpa etdiyini və bu tarixdən işdə hesab olunmasını bildirmişdir. Eyni zamanda ərizədə xx.xx.2021-ci ildən COVİD-19 xəstəsi olmasını nəzərə alaraq, ona 14 gün müddətində əlavə məzuniyyət verilməsini xahiş etmişdir. Qeyd edilən ərizənin məhkəməyə təqdim olunmasına baxmayaraq, məhkəmə ərizəyə hüquqi münasibət bildirməmiş, 3-15 mart 2022-ci il tarixlərində iddiaçının bülletendə olması qənaətinə gəlmiş və bu əsasla apellyasiya şikayətini təmin etməmişdir.

18. Məhkəmə Əmək Məcəlləsinin 79.1-ci mad dəsinə istinad edərkən iddiaçının Təhsil nazirinin adına yazdığı ərizəni nəzərə almamış və həmin ərizəyə heç bir hüquqi münasibət bildirməmişdir. Eyni zamanda iddiaçı işdə olması barədə ərizə verdikdən sonra yenidən xəstəlik vərəqəsinin açılması barədə işəgötürənə məlumat verməmiş və yazdığı ərizənin etibarsızlığına dair yeni ərizə təqdim etməmişdir.

19. İş materiallarına əlavə olunmuş sübutlara hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi bülletenlə kifayətlənmiş və təqdim olunan sübutlara əhəmiyyət verməmişdir.

20. İşə baxan məhkəmə qətnamədə yalnız Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad etməklə kifayətlənmişdir. Lakin, işəgötürən iddiaçının işdə olmasına dair ərizəni əsas götürərək onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. İddi açı tərəfindən işəgötürənə ərizənin təqdim olunmasını məhkəmə nəzərə almalı olduğu halda bunu etməmişdir. Qeyd edilən əsasla məhkəmə təcrübəsinin formalaşması gələcəkdə işçilərlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı işçilər tərəfindən sui-istifadə hallarına şəraitin yaranmasına zəmin yaradacaqdır. Ona görə də, kassastor hesab etmişdir ki, işçinin işdə olması barədə ərizəsi olduğu halda, onun sonradan bülleten təqdim etməsi intizam məsuliyyətindən yayınmasına şəraitin yaranması kimi qiymətləndirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

22. Maddə

5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

23. Maddə 70, bənd “ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

24. Maddə

79. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qaza nc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

25. Maddə

300. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutu lmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdır malı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, iddiaçının əmək müqaviləsi əmək qabiliyyətli olmadığı xx.xx.2022-ci il tarixə ləğv edilmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsi isə əmək qabiliyyətini müvəqqəti itirən işçi ilə əmək müqaviləsinin Əmək Məcəlləsini n 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv edilməsini qadağan edir. Qeyd olunanlara əsasən məhkəmələr hesab etmişlər ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun xəstəliyi ilə əlaqədar üzürlü səbəbdən işdə olmadığı müddətdə xitam verməklə əmək qanunvericiliyinin tələbini pozmuşdur.

35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının a raşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

37. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2(103)-651/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar