Məhkəmə qərarları › İş №2(102)-1710/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-1710/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1710/2024 08.04.2024 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair) Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 mart 2024-cü il tarixli qərardadından İddiaçı kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Kassasiya şikayəti İddiaçı vəkili kimi Vəkil tərəfindən imzalansa da, “Elektron məhkəmə” informasiya sisteminə və iş materiallarına əlavə edilmiş vəkil orde rinin hazırkı şikayət üzrə kassasiya instansiya məhkəməsinə verildiyi müəyyən olunmamışdır. “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən, vəkil orderi müvəkkil ilə vəkil qurumu və ya fərdi vəkil arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən sənəddir. Belə ki, MPM-in 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və m əbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə qaytarılmalıdır. Ona görə də iddiaçının kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və şikayət geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 mart 2024-cü il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar