Məhkəmə qərarları › İş №2(102)-1711/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1711/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1711/2021 25.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 31 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Əmi n oğlunun, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) X5, Cavabdeh2 iştirakları ilə, Balasən oğlunun Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2120/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 31 saylı Notariat Kontoruna qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müra ciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətin 2/3 hissəsi üzərində Cavabdeh1 mülkiyyət hüququnu təsdiq edən çıxarışların ləğv edilməsi və Cavabdeh1 tərəfindən həmin ünvanda tikilmiş ikimərtəbəli tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Əkbərov, iş № 2(003)-622/2019) iddia qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibars ız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsinə dair Cavabdeh1 adına xx xxxxxxx 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydin (Seriya RX № ******* saylı Çıxarış) ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seryalı, ******* saylı çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi evin 2/3 hissəsi Cavabdeh2, 1/3 hissəsi isə İddiaçı xüsusi mülkiyyətlərindədir. Bakı şəhəri 31 saylı notariat kontorunda bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləş ən fərdi evin 2/3 hissəsini (torpaq sahəsi) Cavabdeh1 satmışdır. İddiaçı Bakı şəhəri 31 saylı notariat kontoruna ünvanlamış olduğu **********989 saylı ərizənin surətindən görünür ki, İddiaçı Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqısatqı müqaviləsinə etiraz edərək, torpaq bölgüsü sazişini təsdiq etməyəcəyini və onun iştirakı olmadan torpaq bölgüsü aparılmamağını bildirmişdir. xx xxxxxxxx 2018-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə, X1 vərəsəsi oğlu Cavabdeh2 Yasrməmməd oğlu mübahisələndirilən əmlakdan 1/3 hissədə, qızı X3 isə mübahisələndirilən əmlakdan 1/3 pay almalıdır. Həmin şəhadətnamənin qeyd hissəsində mübahisləndirilən əmlakın 1/3 hissəsinin açıq qalması göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seryalı, 13945451 saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi evin 2/3 hissəsi xx xxxxxxx 2018-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir. xx xxxxxxxx 2018-ci il tarixli müqavilənin sürətindən görünür ki, Cavabdeh2 Yasrməmməd oğlu mübahisələndirilən əmlakdan ona düşən payı tam şəkildə X2 bağışlamışdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüqu quna malikdirlər. Həmin Məcəllənin 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini mə hkəmə qaydasında tələb etsin.paylı mülkiyyətin mülkiyyətçiləri öz payının müstəqil mülkiyyətçisi kimi onun barəsində sərəncam vermək, o cümlədən onu satmaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən u Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, öz payını satan mülkiyyətçilər göstərilən qaydaları pozduqda payı almaqda üstünlük hüququna malik olan mülkiyyətçilər məhkəmə qaydasında bu pozulmuş hüquqlarının bərpasına nail ola bilər. Belə ki, payı satın almaqda üstünlük hüququ pozulmuş mülkiyyətçi üçüncü şəxsə satılmış payın ona satılmasını, alıcının hüquq və vəzifələrinin ona keçməsini tələb ed ə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alğı-satqı əqdi Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları və qadağanları pozmaqla bağlandığından Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsız sayılmalıdır. Eyni zamanda, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış xx xxxxxxx 2018-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin müqavilə əsasında Cavabdeh1 adına xx xxxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd (Seriya RX № ******* saylı Çıxarış) də ləğv edilməldir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 tərəfindən ünvan 1 ünvanında tikilmiş ikimərtəbəli tikili Cavabdeh2 mülkiyyətində olan hissədə yerləşdiyindən, alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən və tikilinin yerləşdiyi torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə qayıtdığından, iddiaçının Cavabdeh2 mülkiyyətində olan tikilinin sökülməsi barədə subyektiv hüququ yaranmamışdır. Bu səbəbdən iddiaçı müvafiq subyektiv hüquqa, yəni hazırkı tikilinin sökülməsi tələbi irəli sürmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Beləliklə, qeyd olunan iddia tələbi üzrə iddiaçının subyektiv hüquqları mövcud deyil və bu səbəbdən də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Şirinov və F.Talışinski, iş № 2(103)2120/2020) İddiaçı Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət K omitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 31 saylı Notariat Kontoruna qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(003)-622/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(003)622/2019 saylı qətnaməsi ləğv edilərək, iddianın təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nin RX seryalı, ******* saylı çıxarışına görə, ünvan 1 ünvanında yerləşən fərdi evin 2/3 hissəsi Cavabdeh2, 1/3 hissəsi isə İddiaçı xüsusi mülkiyyətlərindədir. Bakı şəhəri 31 saylı notariat kontorunda bağlanmış xx xxxxxxx 2018-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə görə, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi evin 2/3 hissəsini (torpaq sahəsi) Cavabdeh1 satmışdır. İddiaçı Bakı şəhəri 31 saylı notariat kontoruna ünvanlamış olduğu **********989 saylı ərizənə görə, İddiaçı Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinə etiraz etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seryalı, 13945451 saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi evin 2/3 hi ssəsi xx xxxxxxx 2018-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etmişdir: Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağl ayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (MM-nin 389, 390 və s. maddələri). Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra,MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də alqı-satqı müqaviləsidir. Alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsin ə götürür (MM-nin 567-ci mad.) Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür (MM-nin 646-cı mad.) Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir (M.Şahverdiyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı). Mülki Məcəllənin 215.6-cı maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payını sat a, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qanunverici paylı mülkiyyətin mülkiyyətçisinə öz payını özgəninkiləşdirməkdə digər əmlak mülkiyyətçiləri kimi müstəsna səlahiyyət vermiş, lakin bu zaman onun üzərinə qanunvericilikdə nəzərdə tutulmuş bəzi qaydalara əməl etmək öhdəliyi qoymuşdur. Həmin qaydalar isə MM-nin 218-cimaddəsində öz əksini tapmışdır. Belə ki, qeyd edilən normaya əsasən - ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında alma qda üstünlük hüququna malikdirlər. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 2/3 hissədə paylı mülkiyyətçisi Cavabdeh2 payını üçüncü şəxsə (digər cavabdehə) satmaq niyyəti barəsində iddiaçıya qanunvericiliyin qeyd edilən tələblərinə uyğu n qaydada yazılı bildiriş verməmişdir. Digər tərəfdən işin faktiki hallarından açıq-aşkar görünür ki, iddiaçının alqı-satqıdan daha əvvəl məlumatlı olmuş (iddiaçının özü də iddia ərizəsində bu halı təsdiq etmişdir), tərəflər arasında müəyyən danışıqlar aparılmış, nəticədə alqı-satqı müqaviləsi bağlanılmış, yalnız bundan sonra iddiaçı bağlanmış əqdə etiraz etməyə başlamışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericilik müəyyən etmişdir ki, pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin (Mülki Məcəllənin 218.3-cü maddəsi). Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məh kəməsi iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin (əqdin etibarsız sayılması) Mülki Məcəllənin 218.3-cü maddəsinə uyğun olmasını yoxlamamış, maddi hüquq normalarının tətbiqin səhvə yol vermiş, hüquq normasını düzgün təfsir etməmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin digər iştirakçısı əqdin etibarsız sayılmasını deyil, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki işin hallarından və irəli sürülmüş tələbdən isə açıq-aşkar görünür ki, iddiaçı MM-nin 218-ci maddəsinin tələbləri çərçivəsində alıcının hüquq və vəzifələrinin ona keçməsini tələb etməmiş, ümumiyyətllə payın alınması ist iqamətində hər hansı tələb irəli sürməmişdir. Əksinə, işdə olan barışıq sazişindən də (Cavabdeh2 özünə aid hissədə şərtlərlə razılaşmadığı üçün həmin sazişin təsdiq olunması üçün məhkəməyə ərizə verməmişdir) görünür ki, iddiaçı satılmış payı almaqda maraqlı olmamış, hətta Sazişin müəyyən hissəsi faktiki olaraq icra edilmiş, Cavabdeh1 tərəfindən iddiaçıya sazişdə nəzərdə tutulmuş pul vəsaiti ödənilmişdir (tərəflər bu halı təsdiq etmişlər). Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı əqdin etibarsız sayılmasını tələb etməkdə haqlı olmamış, qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tələbi isə irəli sürməmişdir (MPM-in 372.4-cü maddəsinə əsasən apellyasiya icraatı zamanı yeni tələblərin irəli sürülməsi mümkün deyildir. İddiaçı tərəf birinci instansiya məhkəməsində iştirak etmiş və müvafiq tələblərini irəli surmək imkanında olmuşdur). Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil Əmin oğlu) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)2120/2020 nömrəli iş üzrə 09 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kasasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnaməsində iddia tələbinin rədd edilməsinin əsası kimi birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin (əqdin etibarsız sayılması) Mülk i Məcəllənin 218.3-cü maddəsinə uyğun olmasını yoxlamadığını, maddi hüquq normalarının tətbiqində səhvə yol verdiyi, hüquq normasını düzgün təfsir etmədiyini qeyd etsə də, eyni zamanda Mülki Məcəllənin 218.2-ci maddəsinin tələblərini pozulduğunu, yəni iddiaçıya yazılı bidirişin verilmədiyini və qeyd oluna halların iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş yazılı bildirişin təqdim olunmasının istisna etmədiyini vurğulamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1 Balasən oğlu kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2120/2020 nömrəli iş üzr ə xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı vəkili Vəkil Əmin oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2120/2020 nömrəli iş üzrə 09 iyun 2020-ci il qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh1 nümayəndəsi (vəkili) X8 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apel yasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2120/2020 nömrəli iş üzrə 09 iyun 2020-ci il il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh2 izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquq i məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi t ərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğuna istinad etsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Məhkəmə kollegiyası kollegiyası kassasiya şikayətinin dəlillərini apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2120/2020 nömrəli iş üzrə 09 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxla nılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar