Məhkəmə qərarları › İş №2(102)-1711/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1711/2024

14.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1711/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi) Kateqoriya: əmək müqaviləsinin müddətinin qurtarması (ƏM-in 68-ci maddəsinin 2ci hissəsinin b bəndi), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinə qarşı “əmrin lə ğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*07)-*23/2024 nömrəli, *7 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə *4 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinin (bundan sonra – cavabdeh və ya Məktəb) *5.09.20*4-cü il tarixli əmri ilə İddiaçı (bundan sonra – iddiaçı) *5.09.20*4-cü il tarixdən məktəbdə ixtisasına uyğun işə qəbul edilmişdir.

2. Həmin vaxtdan sonra iddiaçı ilə Məktəb arasında mütəmadi olaraq əmək münasibətləri davam etmiş, tərəflər arasında 02.*2.2022-ci il tarixdə sonuncu xxxxxxx000500 nömrəli müqavi lə bağlanmış, həmin müqavilənin bitmə müddəti *4.06.2023-cü il tarix müəyyən edilmişdir. 3. *7.04.2023-cü il tarixdə iddiaçının əmək haqqının artması səbəbi ilə xxxxxxx000500 nömrəli müqaviləyə dəyişiklik edilmiş və elektron sistemə həmin dəyişiklik xxxxxxx00050* nömrəsi ilə əlavə edilmişdir.

4. Məktəbin *4.06.2023-cü il tarixli 34 №-li əmrinə əsasən müddətli əmək müqaviləsinin vaxtı bitdiyinə görə iddiaçı ilə bağlanmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən *4.06.2023-cü il tarixində xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh*nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Məktəbin *4 iyun 2023-cü il tarixli, 34 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Məktəbin riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçının nümayəndəsi-vəkilinin yazılı razılıq ərizəsi əsasında Cavabdeh* məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən əsl cavabdeh Məktəb ilə əvəz edilmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə belə əsaslandırılmışdır ki, iddiaçı *5 sentyabr 20*4-cü il tarixli əmrə əsasən həmin tarixdən Məktəbə işə qəbul edilmiş, tərəflər arasında *5 sentyabr 20*6-cı il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. *7 aprel 2023-cü il tarixədək tərəflər arasında hər il müddətli əmək müqaviləsi rəsm iləşdirilmiş, sonuncu müddətli əmək müqaviləsi 2 dekabr 2022-ci il tarixdə bağlanmış, həmin müqavilənin qüvvədə olma müddəti *4 iyun 2023-cü il tarix olaraq müəyyən edilmişdir. Bundan sonra, *7 aprel 2023-cü il tarixdə tərəflər arasında bağlanmış xxxxxxx000500 nömrəli müqaviləyə işə götürən tərəfindən xitam verilmiş, tərəflər arasında xxxxxxx00050* nömrəli yeni müqavilə rəsmiləşdirilmiş, sonuncu müqavilənin qüvvədə olma müddəti göstərilməmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminə müddətsiz olaraq qeydiyyata alınmış, bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilmişdir.

8. Cavabdeh tərəfindən qəbul edilmiş *4 iyun 2023-cü il tarixli 34 nömrəli əmrə əsasən iddiaçının əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə yenidən xxxxxxx000500 nömr əli müqaviləyə xitam verilmişdir. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi üçün ilk öncə mediatora müraciət etmiş, lakin tərəflər arasında barışığın əldə edilməsi, iddiaçının təkrar işə bərpa olunması mümkün olmamışdır.

9. Həmçinin tərəflər arasında əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etditindən həmin müqavilə müddətsiz əmək müqaviləsi hesab edilir.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 45, 49, 68 və 70-ci maddələrinin müvafiq hissələrinə istinad etmişdir.

11. Məktəbin nümayəndəsi (direktoru) Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisə predmeti olan əmr qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuş, onun ləğvi üçün əsas olmamışdır.

12. Balakən Rayon Məhkəməsinin 2(0*9)-729/2023 nömrəli iş üzrə *2 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Məktəbin *4.06.2023-cü il tarixli 34 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Məktəbin riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməsi, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. (hakim Zamin Tahirov)

13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı *5.09.20*4-cü il tarixdə Məktəb ilə müddətli əmək müqaviləsi bağlayaraq, ixtisası üzrə məktəbə riyaziyyat müəllimi təyin edilmişdir. Həmin vaxtdan sonra iddiaçı ilə cavabdeh arasında mütəmadi olaraq əmək münasibətləri davam etmiş, tərəflər arasında sonuncu bağlanmış *7.04.2023-cü il tarixli xxxxxxx00050* nömrəli əmək müqaviləsində müqavilənin bitmə tarixi göst ərilməmiş, bunlara baxmayaraq, Məktəbin *4 iyun 2023-cü il tarixli, 34 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli hesab edilməklə müqavilənin bitməsi əsası ilə *7.04.2023-cü il tarixdə artıq qüvvədən düşmüş xxxxxxx000500 nömrəli əmək müqaviləsinə təkrar xitam verilmişdir. Tərəflər hazırki mübahisə ilə bağlı mediasiya prosesində iştirak etmiş, tərəflərin qarşılıqlı razılaşması ilə mübahisənin həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildiyindən mediasiya prosesinə xitam verilmişdir.

14. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı ilə sonuncu dəfə *7.04.2023-cü il tarixdə müddətsiz əmək müqavilə bağlanmasına və onunla bağlanmış sonuncu *7.04.2023-cü il tarixli xxxxxxx00050* nömrəli əmək müqavilə sinin qüvvədə olmasına baxmayaraq, artıq *7.04.2023-cü il tarixdə qüvvədən düşmüş xxxxxxx000500 nömrəli əmək müqaviləsinə təkrar xitam verilərək işdən azad edilmişdir. Qanunun tələbinə görə (Əmək Məcəlləsinin 7ci maddəsinin 2 və 2-*-ci bəndləri) əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığından, iddiaçı ilə cavabdeh arasında bağlanmış sonuncu əmək müqaviləsində müqavilənin qüvvədə olma tarixi göstərilmədiyindən həmin müqavilə müddətsiz bağlanmış hesab edilmişdir. Lakin qeyd olunan əmrdən görünür ki, orada əmək müqaviləsinin ləğv edilməsinin əsasları qanunvericiliyə uyğun olmamış, hüquq norması düz gün tətbiq edilməmiş, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmiş, iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanmasına baxmayaraq, onunla bağlanmış əmək müqaviləsinə qanunda nəzərdə tutulmuş əsaslar olmadan xitam verilməklə iddiaçının əmək hüquqları kobud şəkildə pozulmuşdur.

15. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, hətta iddiaçı ilə müddətli əmək müqaviləsi bağlandığı ehtimal olunsa belə (hərçənd ki, bu belə deyildir), burada da əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Çünki qanunun tələbinə görə (Əmək Məcəlləsinin 45-ci maddəsi) müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilməsinə baxmayaraq cavabdeh tərəfindən tam qanunsuz olaraq əmək müqavil əsinə xitam verilmişdir. Bu da sözügedən əmrin yuxarıda göstərilən qanun normalarının tələblərinə uyğun olmadığını və heç bir faktoloji və hüquqi əsasa söykənmədiyini göstərir.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə müddətli deyil, müddətsiz əmək müqaviləsi bağlanmasına, *7.04.2023-cü il tarixli xxxxxxx00050* nömrəli əmək müqaviləsinin qüvvədə olmasına baxmayaraq, qanunsuz olaraq *4.06.2023-cü il tarixdə verilmiş Məktəbin 34 №-li əmri ilə qüvvədə olmayan xxxxxxx000500 nömrəli əmək müqaviləsinə xitam verilmiş, əsassız olaraq iddiaçı işdən azad edilmişdir.

17. Birinci instansiya məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 2, 7, 42, 45, 68, 70, 73, 74, 83, 84 və 300-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müəllimlərin əmək haqqlarının artırılması ilə bağlı iddiaçının əmək haqqında artımın olması ilə bağlı işçinin aylıq əmək haqqının məbləğində dəyişiklik edilmiş və onun əmək haqqı 834.39 manat olduğundan *7.04.2023-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin əmək haqqı məbləği hissəsinə dəyişiklik edilmiş və işçinin aylıq əmək haqqı məbləği 500 manatdan 834.39 manata dəyişiklik edilmişdir. İddiaçı ilə Məktəb arasında 20*4-cü ildən 20*9-cu ilədək hər il dərs ili müddətini əhatə edən müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı ilə bağlanmış əmək müqavilələri bütöv ili deyil, yalnız tədris dövrünü əhatə etdiy inə görə tərəflər arasında yaranmış əmək münasibətləri fasiləsiz hesab edilə bilməz. İddiaçı ilə Məktəb arasında heç vaxt müddətsiz müqavilə bağlanmamışdır. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı *7.04.2023-cü il tarixli əmək müqaviləsi bildirişi işçinin orta aylıq əmək haqqının məbləğinin artması ilə bağlı olmuşdur. Həmin müddətli əmək müqaviləsinin qurtardığı tarix də *4.06.2023-cü il göstərilmişdir. 04.*2.2022-ci il tarixli əmək müqaviləsinin bağlanması barədə əmək müqaviləsi bildirişi ilə *7.04.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində fərq yalnız işçinin orta aylıq əmək haqqının məbləği barədə olmuşdur. Məhkəmə işin bu hallarını, ümumiyyətlə, araşdırmamışdır. Eyni zamanda, iddiaçının 27.02.20*9-cu ildən *3.02.2022ci il t arixədək qismən ödənişli sosial məzuniyyətə çıxması, *3.02.2022-ci il tarixdən 0*.*2.2022-ci il tarixədək ödənişsiz, öz hesabına məzuniyyətdə olması, 0*.*2.2022-ci il tarixdən işə qayıtması da tərəflər arasında yaranmış əmək münasibətlərini fasiləsiz davam etməsi anlamına gələ bilməz.

20. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*07)-*23/2024 nömrəli, *7 yanvar 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunmaması qət edilmişdir. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Elçin Mehdiyev)

21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iş üzrə iddiaçının əmə k müqaviləsinə cavabdeh tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin “b” bəndi ilə xitam verilmişdir. İddiaçı isə əmək müqaviləsinin müddətsiz olduğunu bildirməklə müqaviləyə həmin bəndlə xitam verilməsinin əsassız olduğunu iddia etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçı ilə sonuncu dəfə *7.04.2023-cü il tarixdə bağlanmış xxxxxxx00050* nömrəli əmək müqaviləsinin müddətsiz bağlanmasına istinad etmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi *7.04.2023-cü il tarixli “müqavilə” ilə bağlı qeyd etmişdir ki, həmin tarixli əmək müqaviləsi deyil, əmək müqaviləsinə dəyişiklik mövcud olmuşdur. İddiaçının və məhkəmənin istinad etdiyi mülki işin *3-cü vərəqində olan “əmək müqaviləsi bildirişi”ndən görünür ki, bildirişin başlıq hissəsində tarix olaraq *7.04.20 23-cü il – qüvvədə sözləri yazılmış, bildirişin mətnində isə “müqavilənin nömrəsi” olaraq xxxxxxx00050* və “müqavilənin tarixi” olaraq 02.*2.20*2-ci il göstərilmişdir. Mülki işin *4-cü vərəqində yer alan “əmək müqaviləsi bildirişi”ndən isə görünür ki, həmin - “müqavilənin nömrəsi” olaraq xxxxxxx00050* və “müqavilənin tarixi” olaraq 02.*2.2022-ci il, müqavilənin qüvvədən düşmə tarixi olaraq *4.06.2023-cü il göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Məktəb tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş əmək müqaviləsi bildirişlərinə əsasən 04.*2.2022-ci ildə sistemə daxil edilmiş “əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndə müqavilənin bağlanma tarixi olaraq 02.*2.2022-ci il, müqavilənin müddətinin bitdiyi vaxt olaraq *4.06.2023-cü il göstərilmişdir. Həmin bildirişdə işçinin aylıq əmək haqqı 500 manat qeyd olunmuşdur. *7.04.2023-cü ildə sistemə daxil edilmiş “əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə müqavilənin bağlanma tarixi olaraq 02.*2.2022-ci il, müqavilənin müddətinin bitdiyi vaxt olaraq *4.06.2023-cü il göstərilmişdir. Həmin bildirişdə işçinin aylıq əmək haqqı 834.39 manat qeyd olunmuşdur.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etdiklərinə əsasən göstərmişdir ki, *7.04.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmamış, 02.*2.2022-ci il tarixli müqaviləyə dəyişiklik edilməklə işçinin əmək haqqısı artırılmışdır. Beləliklə, cavabdehin apellyasiya şikayətinin bu dəlilləri sübuta yetirilir və əsaslıdır.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansi ya məhkəməsinin iddianı təmin edərkən istinad etdiyi digər hal isə Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasındakı əmək müqaviləsinin fasiləsiz davam etməsi olmuşdur.

26. Bu mövqe ilə bağlı apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iş materiallarının *7-23-cü vərəqlərində olan əmək kitabçasının surətinə əsasən *5 sentyabr 20*4-cü il tarixli əmrə əsasən, iddiaçı həmin tarixdən Məktəbə işə qəbul edilmiş, tərəflər arasında *5 sentyabr 20*6-cı il tarixədək müddətli əmək müqaviləsi bağlanmış, *6.06.20*6cı il tarixdə həmin əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə *5.09.20*6-cı il tarixdən *4.06.20*7-ci il tarixədək yenidən əmək müqaviləsi bağlanmış, *4.06.20*6-cı il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə *5.09.20*7-ci il tarixdən *4.06.20*8-ci il tarixədək yeni əmək müqaviləsi bağlanmış, *4.06.20*8-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə *5.09.20*8-ci il tarixdən *4.06.20*9-cu il tarixədək yeni müddətli əmək müqaviləsi bağlanmış, 27.02.20*9-cu ildən *3.02.2022-ci il tarixədək iddiaçı qismən ödənişli sosial məzuniyyətə çıxmışdır.

27. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı ilə bağlanmış əmək müqavilələrinə müddəti bitdikdə xitam verilmiş, növbəti dəfə yenidən əmək müqaviləsi bağlanmış, proses bu şəkildə davam etmişdir. Müqavilə müddətləri dərs ilinə təsadüf etməklə əvvəlki müqaviləyə xitam verilməsi ilə sonrakı müqavilənin bağlanması arasında bir neçə ay müddət ötmüşdür. Beləliklə, iddiaçının Məktəbdə işləmə müddəti “arası kəsilmədən” davam etməmiş, beləcə “fasiləsiz ” olmamışdır.

28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən istinad etdiyi növbəti hal *7.04.2023-cü ildə qüvvədən düşdüyü göstərilən xxxxxxx000500 nömrəli müqaviləyə *4.06.2023-cü ildə yenidən xitam verilməsi olmuşdur.

29. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, məhkəmənin istinad etdiyi mülki işin *2-ci vərəqində olan “əmək müqaviləsi bildirişi”ndə xxxxxxx000500 nömrəli 02.*2.2022-ci il tarixli müqavilənin qüvvədən düşdüyü göstərilsə də, Məktəb tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş 04.*2.2022-ci ildə sistemə daxil edilmiş “əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndə bağlanma tarixi olaraq 02.*2.2022-ci il, müqavilənin müddətinin bitdiyi vaxt olaraq *4.06.2023-cü il göstərilmiş müqavilənin nömrəsi xxxxxxx000500 olmuşdur. *7.04.2023-cü ildə sistemə daxil edilmiş “əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin isə nömrəsi xxxxxxx00050* olmuşdur. xxxxxxx000500 nömrəli müqavilə *7.04.2023-cü ildə qüvvədən düşməmişdir. Həmin müqaviləyə *4.06.2023-cü il tarixli 34 nömrəli əmr ilə xitam verilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 2, 7, 42, 45, 68, 73, 74, 83, 84, 300-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (vəkil Nümayəndə*) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş e-sosial – Vahid sosial reyestrindən əldə edilmiş məlumatlar, yəni arayışlarla Məktəb tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş bildirişlər ziddiyyətli olmuş, esosial – Vahid sosial reyestrindən əldə edilmiş arayışlarda xxxxxxx000500 nömrəli müqavilənin *7.04.2023-cü ildə qüvvədən düşməsi öz əksini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisənin obyektiv həlli baxımından tərəflər arasında bağlanmış yazılı əmək müqavilələrini Məktəbdən tələb etmədən, tərəflər arasında yaranmış əmək münasibətlərinin əsas şərtlərini öyrənmədən, müqavilənin qüvvədə olub- olmaması məsələsinə tərəflərin qarşılıqlı razılaşmasını öyrənmədən hüquqi qiymət vermiş, xxxxxxx00050* nömrəli müqavilənin dəyişiklik edilmiş müddəalarını öyrənmədən dəyişikliyin yalnız əmək haqqının artımı ilə bağlı olmasını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində tərəflər arasında yaranmış əmək münasibətlərinin fasiləsiz davam etməməsini, yay tətili müddətində müqaviləyə xitam verilməsi ilə əsaslandırmışdır. Halbuki, tərəflər arasında bağlanmış yazılı müqavilələr araşdırılsa idi, müəyyən olunardı ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqavilələrində iddiaçı riyaziyyat müəllimi kimi işə qəbul edilmiş, müqavilə üzrə vəzifəsi şagirdlərə həmin fənni tədris etmək olmuşdur. İddiaçı *5 sentyabr 20*4-cü il tarixdən fasiləsiz olaraq əmək müqaviləsi bağlamaqla tədris dövründə riyaziyyat fənnini məktəbin şagirdlərinə tədris etmiş, həmin vaxtdan 2023-cü ilədək, məzuniyyət müddətləri xaric, əmək münasibətləri tədris müddətində fasiləsiz olaraq davam etmişdir. Apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 45-ci maddəsini mübahisəyə düzgün tətbiq etməmiş, tərəflər arasında yaranan əmək münasibətlərini şərtlərini araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən çəkişmə prinsipinə əməl edilməmiş, iş üzrə ziddiyyətli hallar ətraflı araşdırılmamış, sübutlara Azərbaycan Respublikasının MPM-in 88ci maddəsinin tələbləri baxımından qiymət verilməklə qanuni qətnamə qəbul edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mülki işə baxılarkən Məktəb məhkəməyə rəsmi etirazını əsaslandıracaq sübutları “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim etməmiş, ap ellyasiya şikayətində birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etmiş, həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırmamış, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələblərini pozaraq həmin sənədlərə sübut kimi qiymət vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 7 (hissə İİ). Bu Məcəllənin 7-ci maddəsinin 2-*-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elek tron qaydada məlumat göndərilməsindən sonra yaranır. Maddə 42 (hissə İ). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə

45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi i lə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə

68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 73 (hissə İ). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 73 (hissə İİ). İşçinin müəyyən üzrlü s əbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin *79-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Maddə 74 (hissə İİ). Əgər qanunsuz və əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə(vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək, o, əvvəlki vəzifəsinə və ya razılığı ilə baş qa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Maddə 83 (hissə İ). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olaraq başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda, bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq, əmək müqaviləsinin ləğv edilməsi işə götürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə

84. Əmək müqavil əsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin birinci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativhüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Maddə 300 (hissə İ). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmə k mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 4*6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4*8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Ma ddə 4*7.*.*. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 4*8.*. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 4*8.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ap elyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

35. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instans iyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

39. İddia tələbi işə bərpa barədədir. İddiaçı onun işdən azad edilməsi barədə əmrin qanunsuz olmasına istinad etmişdir.

40. Belə olan halda iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır. 4*. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə iddiaçının əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmiş və bu, əmək qanunvercilyilini tələblərinə uyğun olmuşdur.

42. Məhkəmə kollegiyası gəlinən nəticə razılaşır, buna görə də əlavə şərhə zərurət görməyərək onu da qeyd edir ki, Əmək Məcəlləsinin 73-cü maddəsinin İ hissəsinə görə Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, hansı sübutun mötəbər, hansının isə qeyri-mö təbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmış, apelyasiya şikayətini dəlillərinə qiymət verilmiş, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

44. Kassasiya şikayətinin cavabdeh tərəfindən yeni sübutun apelyasiya instansiyası məhkəməsinə təqdim edilməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməyərkən gəldiyi nəticəni yalnız təqdim edilən yeni sübutla deyil, həmçinin mülki işin *3-cü vərəqində olan “əmək müqaviləsi bildirişi”nə istinadla da əsaslandırmışdır.

45. Əmək müqaviləsinin müddətsiz hesab edilməsi barədə kassasiya şikayətinin dəlillərin ə gəldikdə, işdən görünür ki, (29-cu bənd) apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə bağlanmış müqavilənin fasiləsiz olaraq 5 il davam etməsini müəyyən etməyib.

46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*07)-*23/2024 nömrəli, *7 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar