Məhkəmə qərarları › İş №2(102)-1712/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1712/2024

14.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1712/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “Bakı şəhər Təcili və X5 Stansiyası” X18rşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Bakı şəhər Təcili və X5 Stansiyası” X18rşı “əmrin ləğvi və işə bərpa tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-689/2024 nömrəli, 09 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil Əlisəftər oğlu) tərəfindən verilmiş kassasiya şikayətinə 14 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən 03 fevral 2014-cü il tarixli və 18 dekabr 2019-cu il tarixli Sertifikasiya Şəhadətnamələrinə əsasən, İddiaçı həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində terapiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 30 iyun 2015-ci il tarixdə verilmiş Fəxri Fərmana əsasən, İddiaçı 1-ci Avropa Oyunlarında tibbi xidmətin təmin edilməsində öz vəzifəsini yüksək səviyyəd ə icra etdiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

3. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən verilmiş 01 may 2019-cu il tarixli vəsiqəyə əsasən İddiaçı xx.xx.2024-cü il tarixə kimi İİ qrup əlillik verilmişdir. 4. “Bakı şəhər Təcili və X5 Stansiyası” Publik Hüquqi X11 Komitəsi tərəfindən verilmiş tarix qeyd olunmadan Xasiyyətnaməyə əsasən, İddiaçı xx.xx.1990-cı ildə Bakı şəhər Təcili və X5 Stansiyasının 9 saylı bölməsinə səyyar həkim vəzifəsinə işə qəbul olunmuş, həmin vaxtdan 8, 3, 8, 20, 21, 18, 20, 15 saylı bölmələrdə həkim, əməliyyat və hospital işlərinin təşkili şöbəsində böyük həkimi, səyyar həkim, bölmə müdiri kimi vəzifələrdə çalışmış, 2016-cı ildən etibarən üzərinə düşən vəzifələrin icrası ilə bağlı nöqsanlara yol verməyə başlamış, yol verdiyi nöqsanlara görə ona xx.xx.2017-ci il tarixdə “şiddətli töhmət”, xx.xx.2022-ci il tarixdə “şiddətli töhmət”, xx.xx.2023-cü il tarixdə isə “töhmət” intizam tənbehləri verilmişdir. 5. “Bakı şəhər Təcili və X6 Stansiyası” PHŞ-in 05 mart 2022-ci il tarixli 690-k saylı əmrinə əsasən, xx.xx.2022-ci il tarixdə 15 saylı bölmədə İddiaçı 21:00-da iş növbəsindən çıxarkən narkotik və psixotrop dərman preparatları saxlanan 2 saylı qutunu təhvil vermək istədikdə, qutunun olmadığının aşkar edilməməsi səbəbindən, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirərək, məsuliyyətsizliyə yol verdiyinə görə PHŞ-nın həkim heyətinin təcili və X5 üzrə həkimi İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıql a şiddətlə töhmət verilmişdir. Əmrə akt və izahat əlavə olunmuşdur. 6. “Bakı şəhər Təcili və X6 Stansiyası” PHŞ-in 17 yanvar 2023-cü il tarixli 108 saylı əmrinə əsasən, xx.xx.2022-ci il tarixdə 21/09 iş növbəsində 15 saylı bölmənin təcili və X5 üzrə həkimi İddiaçı çağırışların icrası zamanı istifadə etdiyi dərmanların tələbnaməsini yazmamış və iş növbəsi bitdikdən sonra bölməni tərk etmişdir. Bölmə müdiri tərəfindən həkimə irad bildirilərək, izahat yazması tələb edildikdə İddiaçı imtina etmişdir. Bu barədə bölmədə akt tərtib edilmişdir. Əmək funksiyasını keyfiyyətsiz yerinə yetirərək, məsuliyyətsizliyə yol verdiyinə görə PHŞ-nin həkim heyətinin təcili və X5 üzrə həkimi İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Əmrə inzibati tənbeh verilməsi haqqında təqdimatlar, akt, tibb bacılarının izahatları əlavə olunmuşdur.

7. X1 adından əlyazma ilə tərtib edilmiş və müraciətin edildiyi ünvan göstərilməmiş 13 may 2023-cü il tarixli müraciətin kserosurətində qeyd olunmuşdur ki, “xx.xx.1984-cü il təvəllüdlü. Şikayətim ondan ibarətdir ki, Lökbatan qəsəbəsindən Təcili tibbi yardım şöbəsi məni Semaşko xəstəxanasına gətirib. Xəstəxanada mənə gec baxıblar. Sizdən xahişim odur ki, Təcili tibbi yardım şöbəsində işləyən həkimə verdiyim pulu mənə geri qaytarsın. Həkimə 20 manat, sürücüyə 10 manat pul vermişəm. Yaşadığım ünvan: Lökbatan qəsəbəsi, massiv 1, 111 nöm. Dayanacağın yanı. Tel: **********, İmza Tarix. xx.xx.2023.” 8. “Bakı şəhər Təcili və X6 Stansiyası” PHŞ-nın 16 may 2023-cü il tarixli PHŞ-6-96/31-2204/2023 saylı əmrinə əsasən, həmin PHŞ-nın həkim heyətinin təcili və X5 üzrə həkimi İddiaçı ilə bağlanmış 2652 nömrəli əmək müqaviləsinə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Əmrdə həmçinin işçinin istifadə etmədiyi əmək məzuniyyətinə görə 18 təqvim günü ödənilməsi və işçi ilə son haqq-hesabın aparılması, işçiyə son haqq-hesabın, əmək kitabçasının və həmin əmrin surətinin Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi barədə göstəriş yer almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil cavabdeh “Bakı şəhər Təcili və X5 Stansiyası” X24 (bundan sonra cavabdeh və ya X27) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon M əhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, PHŞ-6-96/3-1-2204/2023 nömrəli əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2023-cü il tarixədək Təcili və Təxirə salınmaz X9 müxtəlif bölmələrində həkim vəzifəsində çalışmışdır. 2014 və 2019-cu illərdə müvafiq olaraq sertifikasiyadan keçmiş və bu barədə iddiaçıya şəhadətnamələr verilmişdir. xx.xx.2015-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirinin 69-k nömrəli əmrinə əsasən 1-ci Avropa Oyunlarında tibbi xidmətin təmin edilməsində öz vəzifəsini yüksək səviyyədə icra etdiyinə görə iddiaçı fəxri fərmanla təltif edilmişdir. xx.xx.2019-cu il tarixdən isə iddiaçı 2-ci qrup əlildir. Heç bir əsas olmadan “Bakı şəhəri Təcili X5 Stansiyası” X20in xx.xx.2023-cü il tarixli əmri ilə “Bakı şəhəri Təcili X5 Stansiyası” X27i ilə iddiaçının arasında bağlanmış 2652 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi direktor vəzifəsini icra edən Təranə Şahməmmədovanın təqdimatı, “BŞT TTYS” X20 HİK-nin xx.xx.2023-cü il tarixli 577 nömrəli protokolu, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndini nəzərə alaraq əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilmişdir. Hesab edirlər ki, əmrin verilməsi üçün göstərilmiş əsaslar qanunsuzdur, Əmək Məcəlləsinin normaları pozulmuşdur və həmin əmr ləğv ol unmalıdır. Qeyd olunmalıdır ki, işlədiyi son bir il ərzində X27 tərəfindən iddiaçıya heç bir intizam tənbehi verilməmiş, hər hansı növ intizam tədbirinin verilməsi barədə ona əmr təqdim edilməmiş və yaxud da barəsində intizam tənbehinin tətbiq edilməsindən əvvəl iddiaçıdan hər hansı izahat alınmamışdır. X25 Şəxs xx.xx.2023-cü il tarixli əmrin əsaslarından biri kimi 72-ci maddəsinin “ə” bəndinə istinad etmişdir. X27 tərəfindən işlədiyi son bir il ərzində iddiaçıdan hər hansı izahat tələb edilməmişdir. Bundan başqa, X27 tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən yenə də iddiaçının izahatı alınmamış, müqaviləyə xitam verilməsinin əsasları və işdən azad olunmasına dair səbəblər ona izah olunmamışdır. Yalnız əmrin verildiyi gün işdə olduğu zaman iddiaçı ilə bağlanmış əm ək müqaviləsinə xitam verilməsi barədə məlumat verilmişdir. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrdə Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində qeyd olunan şərtlərin hər hansı birinin mövcud olması barədə qeyd öz əksini tapmamış, müqaviləyə xitam verilməsinin zəruriliyi əsaslandırılmamışdır.

11. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, iddianın məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrdə Əmək Məcəlləsinin 71ci maddəsinin 2-ci bəndində qeyd olunan şərtlərin hər hansı birinin mövcud olması barədə qeyd öz əksini tapmamış, müqaviləyə xitam verilməsinin zəruriliyi əsaslandırılmamışdır. O, pul almamışdır. Kimsə onun adından pul ala bilər, amma o, pul almamışdır. O, iclasda bildirmişdir ki, ona pul verilməyib, ona pul çatmayıbdır. O, bu barədə yazılı izahat verib.

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddiaçının izahatı ilə razı olduğunu bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, Həmkarlar İttifaqının iclası keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Həmin iclasda bir məsələ müzakirə edilmişdir. Bu məsələ iddiaçının xəstədən pul alması və xəstənin şikayəti olmuşdur. Həmçinin protokoldan görünür ki, iddiaçının 2016-cı ildə yol verdiyi pozuntular bir-bir sadalanmışdır. Ona qarşı “Qarayaxma kampaniyası” aparılmışdır. Hesab edir ki, bütün bunlar məsələni ağırlaşdırmaq məqsədilə edilmiş hərəkətlərdir. Bütün bu sənədlər so nradan tərtib edilmişdir. Əlavə olaraq onu da qeyd edir ki, iddiaçıdan şikayət vermiş Zakir Həsənov adlı şəxsə zəng edilərək, məhkəmədə şahid kimi ifadə verməsi təklif edilsə də, sonuncu bildirmişdir ki, şikayəti o, etsə də, iddiaçını tanımır. Zakir Həsənov həmçinin onu da bildirmişdir ki, cavabdeh tərəf ona gəlib orada ərizə yazmağı təklif etmişdir. Bu səbəbdən, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçı uzun illər X21 işləmişdir. İşlədiyi müddətdə xeyli intizam pozuntusu törətmiş və buna görə intizam tədbirləri verilmişdir. İddiaçı onun barəsində verilmiş intizam tədbirlərindən heç bir nəticə çıxarmamışdır. İddiaçı pozuntu törətm əyə davam etmişdir və ondan izahat almaq istəyərkən izahat verməkdən imtina etmişdir. Sonuncu dəfə 17 yanvar 2023-cü il tarixdə iddiaçıya töhmət verilmişdir. İddiaçı dəfələrlə çağırışda olmuş və bununla bağlı tələbnamə yazmalı olduğu halda, bunu etməmişdir. 14 may 2023-cü il tarixdə iddiaçı xəstədən çağırış zamanı pul almışdır. Tibb bacısı xəstədən pul almış, pulu iddiaçıya uzatmış və iddiaçı da həmin pulu qəbul etmişdir. Tibb bacısının bununla bağlı izahatı da vardır. Daha sonra xəstə bununla bağlı şikayət etmişdir. Bundan sonra iddiaçı aldığı pulu tibb bacısına geri vermişdir ki, xəstəyə qaytarsın, xəstə də şikayətini geri götürsün. Bu hadisələrədən sonra iddiaçının barəsində tədbirlər görülmüşdür. Əmri təqdim etmək üçün işçini dəvət etmiş, əmri təqdim etmişdirlər. İşçi əmri ya qəbul etm iş və imza edərək götürmüş, yaxud götürməkdən imtina etmişdir. İşçi sənədləri götürməkdən imtina etsə də, bu müvafiq aktla rəsmiləşdirilmişdir. Əmrlər kitabını məhkəməyə təqdim etmişdir. X27 2016-cı ildə düşünə bilməzdi ki, 2023-cü ildə iddiaçını işdən azad edəcək, ona görə də iddiaçının barəsində qarayaxma kampaniyası aparılsın. Ümumiyyətlə, iddiaçı intizamsız işçi olmuş və barəsində dəfələrlə intizam tənbeh tədbirləri görülmüşdür. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının törətdiyi əməli təsdiq edən videogörüntü və Zakir Həsənovun vermiş olduğu şikayətin surəti təqdim edilmişdir. Həmin sübutlarda iddiaçının törətmiş olduğu əməllər öz əksini tapmışdır.

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, onlar həkimlə növbədə olduqları gün Zakir Həsənov adlı x əstə yaxınlaşmış və ağrılarının olduğunu bildirmişdir. Onlar isə həmin şəxsi “Covid19” virusu ilə əlaqədar avtomobilə aparmış və orada qəbul etmişlər. Həkim İddiaçı onu müayinə etdikdən sonra həmin şəxsi hospitala aparmışlar. Hospitala gedərkən xəstə ona 20 manat məbləğində pul vermiş, o, da həmin pulu avtomobilin pəncərəsindən həkim İddiaçı vermişdir. Xəstəni hospitala yerləşdirdikdən sonra “103” xidmətinin baş həkimi Bayramova zəng edərək xəstədən pul alıb-almadıqlarını soruşmuşdur. Həkim isə pul almadığını bildirmişdir. Sonra onu telefona çağırmışlar. O, isə telefonda heç nə danışmamışdır. Daha sonra onları X14 çağırmışlar. Mərkəzə çağırıldıqdan sonra ərizə yazaraq hadisəni olduğu kimi etiraf etmişdir. Bu hadisədən sonra ona sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişlər.

15. Bakı şəhə ri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra iddiaçı) 2(006)3436/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia rədd edilmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçıya əvvəllər, yəni, 17 yanvar 2023-cü il, 05 mart 2022-ci il tarixlərdə işəgötürən tərəfindən intizam tənbehləri verilmişdir. Lakin iddiaçı işlədiyi son bir il ərzində X27 tərəfindən ona heç bir intizam tənbehi verilməməsini, hər hansı növ intizam tədbirinin verilməsi barədə ona əmr təqdim edilməməsini və yaxud da barəsində intizam tənbehinin tətbiq edilməsindən əvvəl ondan hər hansı izahat alınmamasını göstərsə də, bu halların təsdiqi olaraq heç bir sübut təqdim etməmişdir. Əksinə iş materiallarında olan iddiaçının son intizam tənbehi ilə bağlı xx.xx.2022-ci il tarixdə verdiyi izahatı onun bu dəlillərini təkzib edir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçıya 16 may 2023-cü il tarixdə tətbiq edilmiş intizam tənbehinin əsasını xəstə Zakir Həsənovun “103” xidmətinə gələrək təcili yardım həkimi olan iddiaçıya və sürücüyə pul verdiyini bildirərək (30 manat), həmin pulun geri qaytarılmasını tələb etməsi ilə bağlı olmuşdur. Həmin ərizə ilə bağlı araşdırma zamanı çağırışda olan tibb bacısı Şahid öz izahatında pulu götürüb həkim İddiaçı verdiyini etiraf etmişdir. İddiaçı heç kimdən pul almamasını, onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən onun izahatının alınmamasını, müqaviləyə xitam verilməsi əsasları və işdən azad olunmasına dair səbəblər ona izah olunmamasını göstərsə də, məhkəmə hesab etmişdir ki, iddiaçının izah atı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz.

17. Məhkəmə iddiaçının barəsində qəbul edilmiş əmrin qanunsuz olması və barəsində verilən əmrin əsaslandırılmadan işdən çıxarılmağı barədə dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, onun işdən azad edilməsinə dair əmrin verilməsinə mühüm əsaslar mövcud olmuşdur. Bu əsaslar həm əmrin verilməsinə əsas direktor vəzifəsini müvəqqəti icra edən X2 təqdimatının, həm də cavabdehin işçisi Şahid hadisə ilə bağlı işəgötürənə verdiyi izahatın məzmunları ilə təsdiq edilir. Məhkəmə araşdırması zamanı da şahid qismində ifadə vermiş Şahid öz ifadəsində Zakir Həsənov adlı xəstədən pulu götürüb həkim İddiaçı verdiyini etiraf etmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı X20 15 may 2023-cü il tarixli i clasında iştirak edərək bu məsələ ilə bağlı izahat verərək həqiqətən də 20 manat pulun tibb bacısının ona ötürdüyünü etiraf etmiş, ona verilmiş pulun həmin anda xəstəyə qaytarmayaraq xəstə şikayət etdikdən sonra həmin pulu tibb bacısına verməsi barədə sualı isə cavablandırmaqda çətinlik çəkmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Şahid xəstə Zakir Həsənov ilə iddiaçı arasında baş vermiş pul alınıb verilməsi ilə bağlı hadisəni aydın və müfəssəl təsvir etmişdir. Özünün də ifadəsindən görünür ki, baş vermiş hadisə ilə bağlı ona qarşı da intizam tənbeh tədbiri görülmüşdür. Belə olan halda isə şahidin verdiyi ifadəsi ilə iddiaçıya münasibətdə hər hansı qərəzli münasibət olmasından söhbət gedə bilməz.

19. Məhkəməyə t əqdim edilmiş audiovizual materiallardan da göründüyü kimi, X20 həkimi olmuş iddiaçı tibb bacısından xəstənin verdiyi pul vəsaitini qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, göstərilənlər iddiaçının törətmiş olduğu əməllə bağlı onun barəsində hazırki intizam tədbiri görülməsinə əsas olduğundan, başqa sözlə, İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində nəzərdə tutulmuş əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrar əmək funksiyasını pozduğuna görə işəgötürən qanunla ona verilən səlahiyyətlər çərçivəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə uyğun ona “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbeh növünü vermək hüququndan istifadə etməkdə ha qlı olmuş və əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulması hallarına yol verilməmişdir. Belə ki, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində qanuni əsaslarla verilmiş əmr Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddənin 1-ci bəndi, 10, 68-ci maddənin 1-ci hissəsi, 76, 70-ci maddənin “ç” bəndi, 71-ci maddənin 2-ci və 3-cü bəndi, 72-ci maddənin “ə” bəndi, 83, 186-ci maddənin 1, 2 və 3 hissələri, 187-ci maddənin 1 və 2-ci hissələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 106.1, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

21. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunanlara uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, X27 xx.xx.2023-cü il tarixli əmrin əsaslarından biri kimi Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə istinad etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə X12 adlı şəxsin ərizəsinin surəti təqdim olunmuşdur. Həmin ərizədə Zakir Həsənov adlı şəxs güya bildirmişdir ki, Lökbatan qəsəbəsindən Təcili Tibbi yardım şöbəsi onu “Semaşko” adına xəstəxanaya gətirib. Xəstəxanada ona gec baxıblar. Təcili tibbi yardım həkiminə 20 manat və sürücüyə 10 manat pul vermişdir. Həmin pulun qaytarılmasını xahiş edir. Qeyd olunmalıdır ki, Zakir Həsənov adlı şəxs ümumiyyətlə mövcud deyil. Əslində həmin vətəndaşın soyadı və təvəllüdü yazılan ərizədəki ilə uyğunluq təşkil etmir. İddiaçı tərəfindən məhkəmə prosesi dövründə həmin şəxslə əlaqə saxlanılaraq məhkəmədə şahid qismində ifadə verməsi ondan xahiş edilmişdir. Həmin şəxs məhkəməyə gələrək if adə verəcəyini bildirsə də cavabdeh tərəfin təzyiqi ilə məhkəməyə gəlməkdən imtina etmişdir. Məhkəmə isə İddiaçı barəsində əmrin verilməsinə əsas kimi göstərilmiş Zakir Həsənov adlı şəxs barəsində heç bir araşdırma aparmamışdır. Əmrin verilməsinə əsas kimi direktor vəzifəsini icra edən Təranə Şahməmmədovanın təqdimatı, X26 HİK-nin xx.xx.2023-cü il tarixli 577 nömrəli protokolu, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndini nəzərə alaraq əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilmişdir. Məhkəmə işdəki sübutları tam və hərtərəfli araşdırmamış, onlara lazımi hüquq qiymət verməmiş, qanunsuz və əsassız qətnamə çıxarmışd ır.

23. Apellyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X13 ifadə verərək göstərmişdir ki, “Tərəfləri tanımır. Ərizə onun tərəfindən yazılıb, imzalanmış, lakin hansı tarixdə yazdığını xatırlamır. Ərizədə soyadının fərqli yazılmağı göstəriş verilmişdir. Ondan xahiş etmişlər ki, özünü xəstə kimi göstərsin, həkimin pul alıb-almamasını yoxlasınlar. Ona gizli nömrə ilə zəng vuraraq təlimatları vermişlər ki, hansı tarixdə hansı saatda harada olmalıdır. Təlimatlara uyğun hərəkət etmiş, Təcili tibbi yardım stansiyasına getmiş, maşının içində həkim onu müayinə etmişdir. Təcili yardım maşınında çəkilişi özü etmişdir. X19 gətirilmiş, orada təlimat verilmişdir ki, hay-küy sal, həkimdən şikayətçi ol. Onun həkimlə ünsiyyəti olmamış, pulu tibbi bacısına vermişdir. Xahiş edən şəxsin kimliyin i açıqlamaq istəmir. Özü taksi sürücüsüdür. Qarşı tərəfi də tanımır. Ona demişdilər ki, həkimə töhmət veriləcək, işdən çıxarılacağını deməmişdilər. Ərizəni hadisə günü, X16 inzibati binasında yazmışdır. Ərizədə özünə aidiyyəti olmayan ünvanı qeyd etmişdir. Məhkəmə prosesində qarşı tərəfdən hər hansı təzyiq olmamışdır. Maşında iddiaçıya iki dəfə pul təklif etsə də o, pulu almamışdır. Onu yaxşı xəstəxanaya yerləşdirilməsini demiş, həkim də narahat olmamasını bildirmişdir. Pulu tibb bacısına vermişdir. Məhkəməyə gəlmək üçün ondan xahiş edən şəxsdən icazə almamışdır. Tibb bacısına verdiyi pulu ondan xahiş edən şəxs vermişdir. Taksi pulu ilə birlikdə cəmi 50 manat pul verilmişdir. “Milli Ön” vasitəsi ilə kartına köçürmüşlər. Pul təklif etdiyi səs yazısı var. İddiaçı ondan ümumiyyətlə pul istəmə mşdir. Birinci instansiya məhkəməsində işə baxılarkən onu şahid qismində dəvət edən olmamışdır. 10-cu Polis bölməsindən ona zəng vurmuşlar ki, iddiaçı ilə bağlı köməklik göstərsin. İddiaçının işdən çıxarıldığını oğlu demişdir. Bu barədə əvvəlki məhkəmə iclasından iki gün əvvəl məlumatı olmuşdur. Cavabdehin nümayəndəsinə polisdən zəng edildiyini bildirmiş, cavabdehin nümayəndəsi də “narahat olma, heç bir problem yoxdur” demişdir.”

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-689/2024 nömrəli, 09 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılm ışdır.

25. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır. Göründüyü kimi iddiaçı dəfələrlə ciddi nöqsanlara yol vermiş, ona bir neçə dəfə intizam tənbehləri verilmişdir. xx.xx.2023-cü il tarixli əmrlə əmək funksiyasının keyfiyyətsiz yerinə yetirərək, məsuliyyətsizliyə yol verdiyinə görə Əməl Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən iddiaçıya töhmət verilmişdir. Bu intizam tənbehinin verilməsindən sonra 6 ay ərzində təkrar əmək funksiyasını pozmuşdur. Təqdim edilmiş audiovizual materiallardan görünür ki, X20 həkimi olmuş İddiaçı tibb bacısından xəstənin verdiyi pul vəsaitini qəbul etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid öz ifadəsində Zakir Həsənov adlı xəstədən pulu götürüb həkim İddiaçı verdiyini etiraf etmişdir. İddiaçı X20 PHŞ-nın 15 may 2023-cü il tarixli iclasında iştirak edərək bu məsələ ilə bağlı izahat verməklə, həqiqətən də 20 manat pulun tibb bacısının ona ötürdüyünü etiraf etmiş, ona verilmiş pulun həmin anda xəstəyə qaytarmayaraq, xəstə şikayət etdikdən sonra həmin pulu tibb bacısına verməsi barədə sualı isə cavablandırmaqda çətinlik çəkmişdir.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Zakir Həsənov adlı şəxs ümumiyyətlə mövcud deyil, əslində həmin vətəndaşın soyadı və təvəllüdü yazılan ərizədəki ilə uyğunluq təşkil etmir. Həmin şəxslə əlaqə saxlanılaraq məhkəmədə şah id qismində ifadə verməsi ondan xahiş olunmuş, əvvəl razı olsa da, cavabdeh tərəfin təzyiqi ilə məhkəməyə gəlməkdən imtina etmişdir. Məhkəmə kollegiyası tərəfindən X13 şahid qismində dindirilmişdir. İddiaçının qeyd etdiyi kimi şəxsin soyadının fərqli olması müəyyən edilmişdir. Şahid ifadəsində qeyd olunanları başqa şəxsin xahişi ilə göstərilən təlimatlar əsasında həyata keçirdiyini bildirmişdir. Pulu da tibb bacısına verdiyini, sonuncu tərəfindən həkimə ötürüldüyünü qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, şahid tərəfindən verilən pulun iddiaçı tərəfindən qəbul edilməsi mübahisəsizdir. Bu hal iddiaçı tərəfindən intizam xətasına yol verildiyini göstərir. Hadisənin kiminsə “sifarişi” əsasında baş verib-verməməsi isə heç bir əhəmiyyət kəsb etmir, digər tərəfdən, şahid konkret ad ç əkməmişdir. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir, əmrin ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halla rı, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

28. Apellyasiya instansiya məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndi, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddənin 2-ci və 3-cü bəndləri, 72-ci maddəsinin “ə” bəndi, 83.1, 186-cı maddənin 1 və 2-ci hissələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.1. və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

29. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

30. Kassasiya şi kayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. xx.xx.2023-cü il tarixli əmrin verilməsinə əsaslardan biri kimi soyadı belə düzgün yazılmayan X4 şikayət xarakterli ərizəsinə istinad olunaraq İddiaçı əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması qənaətinə gəlinmişdir. Birinci instansiya məhkəməsində izahat verməkdən boyun qaçırsa da apellyasiya instansiyasında şahid qismində dindirilmiş Zakir Paniyev göstərmişdir ki, “Tərəfləri tanımır. Ərizə onun tərəfindən yazılıb imzalanmışdır, lakin hansı tarixdə yazdığını xatırlamır. Ərizədə soyadının fərqli yazılmağı göstəriş verilmişdir. Ondan xahiş etmişdilər ki, özünü xəstə kimi göstərsin, həkimin pul alıbalmamasını yoxlasınlar. Ona gizli nömrə ilə zəng vuraraq təlimatları verdilər ki, hansı tarixdə hansı saatda harada olmalıdır. Təlimatlara uyğun hərəkət etmiş, Təcili tibbi yardım stansiyasına getmişdir, maşının içində hək im onu müayinə etmişdir. Təcili yardım maşınında çəkilişi özü etmişdir. X19 gətirilmiş, orada təlimat verilmişdir ki, hay-küy sal, həkimdən şikayətçi ol. Onun həkimlə ünsiyyəti olmamış, pulu tibbi bacısına vermişdir. Xahiş edən şəxsin kimliyini açıqlamaq istəmir. Özü taksi sürücüsüdür. Qarşı tərəfi də tanımır. Ona demişdilər ki, həkimə töhmət veriləcək, işdən çıxarılacağını deməmişdilər. Ərizəni hadisə günü, X16 inzibati binasında yazmışdır. Ərizədə özünə aidiyyəti olmayan ünvanı qeyd etmişdir. Məhkəmə prosesində qarşı tərəfdən hər hansı təzyiq olmamışdır. Maşında iddiaçıya iki dəfə pul təklif etsə də o, pulu almamışdır. Onu yaxşı xəstəxanaya yerləşdirilməsini demiş, həkim də narahat olmamasını bildirmişdir. Pulu tibb bacısına vermişdir. Məhkəməyə gəlmək üçün ondan xahiş edən şəxsdən icazə almamışdır. Tibb bacısına verdiyi pulu ondan xahiş edən şəxs vermişdir. Taksi pulu ilə birlikdə cəmi 50 manat pul verilmişdir. “Milli Ön” vasitəsi ilə kartına köçürmüşlər. Pul təklif etdiyi səs yazısı var. İddiaçı ondan ümumiyyətlə pul istəməmşdir. Birinci instansiya məhkəməsində işə baxılarkən onu şahid qismində dəvət edən olmamışdır. 10-cu Polis bölməsindən ona zəng vurmuşlar ki, iddiaçı ilə bağlı köməklik göstərsin. İddiaçının işdən çıxarıldığını oğlu demişdir. Bu barədə əvvəlki məhkəmə iclasından iki gün əvvəl məlumatı olmuşdur. Cavabdehin nümayəndəsinə polisdən zəng edildiyini bildirmiş, cavabdehin nümayəndəsi də “narahat olma, heç bir problem yoxdur” demişdir. Şahidin ifadəsindən də aydın olur ki, X20 rəhbərliyi İddiaçı qarşı qərəz nümayiş etdirərək pul müqavilində Zakir Panıyevlə s övdələşməyə girərək əvvəlcədən qurulmuş və planlaşdırılmış şəkildə İddiaçı pozuntuya yol verməsinə şərait yaratmış və bu şəkildə də İddiaçı işdən azad olunmasına nail olmuşdur. Halbuki, İddiaçı bu pozunuya qəsdən yol verməmiş, hər hansı səhlənkarlıq etməmiş, öz vəzifə borcunu yerinə yetirərək xəstə olmadığı halda özünü xəstə kimi aparan vətəndaşa ilkin tibbi yardım göstərmişdir. Şahid ifadəsində bildirmişdir ki, onun tərəfindən əvvəlcə şəxsən iki dəfə həkimə pul təklif olunsa da o, pulu qəbul etməmişdir. İşə baxan apellyasiya instansiyası ilə şahidin ifadəsini öz qətnaməsində qeyd etsə də şahid tərəfindən verilən pulun iddiaçı tərəfindən qəbul edilməsinin mübahisəsiz hal olduğunu, bu halın da iddiaçı tərəfindən intizam xətasına yol verildiyini göstərdiyi qənaətinə gəlmişdir. Hadisənin kimi nsə “sifarişi” əsasında baş verib-verməməsi halına məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

31. Maddə 35 (İ hissə). Əmək fərdi və ictimai rifahın əsasıdır. (İİ hissə). Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır;

32. Maddə 36 (İİİ hissə). Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

33. Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

34. Maddə 2 (2-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

35. Maddə 10 (“a” bəndi). Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, “ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindəndir.

36. Maddə 12 (1-ci hissə). Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; ç) kollektiv müqa vilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; ə) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək; f) işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq və s.

37. Maddə 14 (1-ci hissə). Əmək münasibətlərinin tənzim lənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.

38. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

39. Maddə 68 (2-ci hissə, “a” bəndi). Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

40. Maddə 70 (bənd “ç”). Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər.

41. Maddə 70 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

42. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

43. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

44. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

45. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının ü zvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

46. Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

47. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalarda n fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

48. Maddə 186 (1-ci hissə). İşçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir.

49. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

50. Maddə 186 (3-cü hissə). İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.

51. Maddə 189 (1-ci hissə). Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.

52. Maddə 189 (3-cü hissə). İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

53. Maddə 190 (1-ci hissə). İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.

54. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş bur axma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı: 55.... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

56. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.

57. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.

58. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

59. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyy ən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

62. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

65. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məh kəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

66. Maddə 106.1. işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

67. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

70. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

71. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

72. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

73. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

74. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası m əhkəməsinin mövqeyi:

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

76. İddiaçı məhkəməyə müraciət edərək işdən çıxarılmasına əsas olan əmrin ləğv edilməsi və işə bərpa olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

77. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçı xx.xx.1990-cı il tarixdən Bakı şəhər Təcili və X5 Stansiyasının 9 saylı bölməsində səyyar həkim kimi işləməyə başlamış, işlədiyi dövrdə xx.xx.2017-ci il tarixə kimi intizam məsuliyyətinə cəlb edilməmişdir (əvvəllər mövcu d olmuş intizam məsuliyyətilə bağlı heç bir sübut təqdim edilməmişdir). Cavabdeh Publi Hüquqi X11 Komitəsi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən iddiaçı 2016-cı ildən etibarən üzərinə düşən vəzifələrin icrası ilə bağlı nöqsanlara yol verməyə başlamış, yol verdiyi nöqsanlara görə ona xx.xx.2017-ci il tarixli əmrlə “şiddətli töhmət” və xx.xx.2022-ci il tarixli 690-k saylı əmrlə “şiddətli töhmət” intizam tənbehləri verilmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixli 108 saylı əmrlə əmək funksiyasının keyfiyyətsiz yerinə yetirərək, məsuliyyətsizliyə yol verdiyinə görə (çağırışların icrası zamanı istifadə etdiyi dərmanların tələbnaməsini yazmadığına və iş növbəsi bitdikdən sonra bölməni tərk etdiyinə görə) Əməl Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən iddiaçı ya “töhmət” intizam tənbehi verilmişdir. Bu intizam tənbehinin verilməsindən sonra 6 ay ərzində təkrar əmək funksiyasını pozduğuna görə iddiaçı ilə olan əmək müqaviləsinə 16 may 2023-cü il tarixli PHŞ-6-96/3-1-2204/2023 saylı əmrə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023cü il tarixdən xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi direktor vəzifəsini müvəqqəti icra edən Təranə Şahməmmədovanın təqdimatı, X26 HİK-nin xx.xx.2023-cü il tarixli 577 nömrəli protokolu, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndini nəzərə alaraq əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci ma ddəsinin “ç” bəndi göstərilmişdir. İddiaçıya sonuncu intizam tənbehinin verilməsinin əsasını xx.xx.2023cü il tarixdə xəstə kimi Təcili və X5 Stansiyasına müraciət etmiş Zakir Həsənovun “103” xidmətinə gələrək təcili yardım həkimi olan iddiaçıya 20 manat və sürücüyə 10 manat pul verdiyini bildirərək, həmin pulun geri qaytarılmasını tələb etməsi ilə bağlı olmuşdur. Qeyd olunan müraciətlə bağlı araşdırma zamanı çağırışda olan tibb bacısı Şahid öz izahatında və birinci instansiya məhkəməsində şahid qismində verdiyi ifadəsində Zakir Həsənov adlı xəstədən pulu götürüb həkim İddiaçı verdiyini bildirmişdir.

78. Apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qətnaməni dəyişdirmədən saxlayarkən qeyd etmişdir ki, iddiaçı dəfələrlə ciddi nöqsanlara yol vermiş, ona bir neçə dəfə intizam tənbehləri verilmişdir. xx.xx.2023-cü il tarixli əmrlə əmək funksiyasının keyfiyyətsiz yerinə yetirərək, məsuliyyətsizliyə yol verdiyinə görə Əməl Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən iddiaçıya töhmət verilmişdir. Bu intizam tənbehinin verilməsindən sonra 6 ay ərzində təkrar əmək funksiyasını pozmuşdur. Təqdim edilmiş audiovizual materiallardan görünür ki, X26 həkimi olmuş İddiaçı tibb bacısından xəstənin verdiyi pul vəsaitini qəbul etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid öz ifadəsində Zakir Həsənov adlı xəstədən pulu götürüb həkim İddiaçı verdiyini etiraf etmişdir. İddiaçı X20 PHŞ-nın 15 may 2023-cü il tarixli iclasında iştirak edərək bu məsələ ilə bağlı izah at verməklə, həqiqətən də 20 manat pulun tibb bacısının ona ötürdüyünü etiraf etmiş, ona verilmiş pulun həmin anda xəstəyə qaytarmayaraq, xəstə şikayət etdikdən sonra həmin pulu tibb bacısına verməsi barədə sualı isə cavablandırmaqda çətinlik çəkmişdir. Şahid tərəfindən verilən pulun iddiaçı tərəfindən qəbul edilməsi mübahisəsizdir. Bu hal iddiaçı tərəfindən intizam xətasına yol verildiyini göstərir. Hadisənin kiminsə “sifarişi” əsasında baş verib-verməməsi isə heç bir əhəmiyyət kəsb etmir, digər tərəfdən, şahid konkret ad çəkməmişdir.

79. Kassasiya instansiya məhkəməsi apellyasiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, işəgötürənin iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə uyğun olaraq - əmək funksiyasının keyfiyyətsiz yerinə yet irərək, məsuliyyətsizliyə yol verdiyinə görə (çağırışların icrası zamanı istifadə etdiyi dərmanların tələbnaməsini yazmadığına və iş növbəsi bitdikdən sonra bölməni tərk etdiyinə görə) xx.xx.2023-cü il tarixli 108 saylı əmrlə “töhmət” intizam tənbehi verilməsi, iddiaçının da iddia ərizəsində qeyd etdiyi kimi ona intizam tədbirinin tətbiq edilməsi barədə əmrin surətinin təqdim edilməməsi, izahatının alınmaması, habelə cavabdehin PHŞ-696/3-1-2204/2023 saylı əmrinə əsasən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edildiyi 16 may 2023-cü il tarixdə, iddiaçıya intizam tənbehinin verilməsi barədə yuxarıda qeyd olunan əmrin qüvvədə olması, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi əmrin əsası kimi - direktor vəzifəsini müvəqqəti icra edən Təranə Şahməmmədovanı n təqdimatı, Publik Hüquqi X11 Komitəsinin xx.xx.2023-cü il tarixli 577 nömrəli protokolu, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndini nəzərə alaraq əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin göstərilməsi işin mübahisəsiz halıdır.

80. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda i şəgötürən ona a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməklə bağlı intizam tənbehlərindən birini verə bilər.

81. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi isə digər pozuntularla yanaşı, həm də əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq işçinin altı ay ərzində təkrarən əmək funksiyasını pozması kimi, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində təsbit olunmuş əmək vəzifələrinin kobud pozulmasını da nəzərdə tutur.

82. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması üçün əsas kimi, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin nəzərə alınması və əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, altı ay ərzində təkrarən əmək funksiyasını pozması qeyd edilməklə, ona əvvəllər töhmət intizam tənbehinin verilməsi üçün əsas olmuş hala istinad edildiyindən, bu halda işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən mübahisələndirilən əmrlə yanaşı iddiaçıya töhmət intizam tənbehinin verilməsi barədə əmrin qanuniliyinə də hüquqi qiymət verilməli idi.

83. İşdən göründüyü kimi, iddiaçıya töhmət verilməsi barədə xx.xx.2023-cü il tarixli 108 saylı əmrdə onun “çağırışların icrası zamanı istifadə etdiyi dərmanların tələbnaməsin i yazmaması və iş növbəsi bitdikdən sonra bölməni tərk etməsi, bölmə müdiri tərəfindən həkimə irad bildirilərək, izahat yazması tələb edildikdə İddiaçı imtina etməsi, bu barədə bölmədə akt tərtib edilməsi, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirərək, məsuliyyətsizliyə yol verdi” göstərilmişdir.

84. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində ona intizam tədbirinin tətbiq edilməsi barədə əmrin surətinin təqdim edilmədiyini, izahatının alınmamasını göstərsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan hallar araşdırılmamış, iddiaçının ona “töhmət” intizam tənbehinin verilməsi barədə xx.xx.2023-cü il tarixli 108 saylı əmrdən məlumatlı olması və surətinin təqdim olunub-olmaması yoxlanılmamış, iddiaçının izahat verməkdən imtina etməsi barədə xx.xx.2022-ci il tarixli aktda qeyd olunan hallar iddiaçının fikirləri öyrənilməklə araşdırılmamışdır.

85. Halbuki Əmək Məcəlləsinin 189-cu maddəsinin 3-cü hissəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

86. O da nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

87. Apellyasiya instansiya məhkəməsi iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsinin əsasının xx.xx.2023-cü il tarixdə xəstə kimi Təcili və X5 Stansiyasına müraciət etmiş Zakir Həsənovun “103” xidmətinə gələrək təcili yardım həkimi olan iddiaçıya 20 manat və sürücüyə 10 manat pul verdiyini bildirərək, həmin pulun geri qaytarılmasını tələb etməsi ilə bağlı olmasını, qeyd olunan müraciətlə bağlı araşdırma zamanı çağırışda olan tibb bacısı Şahid öz izahatında və birinci instansiya məhkəməsində şahid qismində verdiyi ifadəsində Zakir Həsənov adlı xəstədən pulu götürüb həkim İddiaçı verdiyini bildirməsini göstərsə də, daha sonra apelly asiya məhkəməsində şahid qismində ifadəsi alınarkən Zakir Həsənov adlı şəxsin əslində X13 olmasını, “103” xidmətinə müraciət etdiyi ünvanda deyil başqa ünvanda yaşamasını, şahidin açıqlamaq istəmədiyinə görə adı naməlum qalan şəxsin sifarişi və təlimatına əsasən “özünü xəstə kimi göstərərək” Təcili və X5 Stansiyasına müraciət etməsini, yolda tibb bacısına 20 manat pul verməsini, tibb bacısının isə həmin pulu avtomobilin pəncərəsindən həkim İddiaçı verməsini, şahidin gətirildiyi X10 təlimat vermiş şəxsin göstərişinə əsasən “hay-küy salaraq həkimdən şikayətçi olmasını” müəyyən etsə də, şahid Zakir Paniyevin ifadəsinin işin ədalətli həllini şübhə altına alan sübut olmasına, həmçinin iddiaçının buna etiraz edərək pulu almaması barədə göstərdiyi mövqeyinə əhəmiyyət verməmiş, “Zakir Həsənov” adl ı şəxsin müraciəti ilə bağlı cavabdeh tərəfindən araşdırma aparılan zamanı Şahid pulu avtomobilin pəncərəsindən iddiaçıya verdiyi vaxt avtomobilin qarşı hissəsində iddiaçı ilə yanaşı əyləşərək avtomobili idarə edən sürücünün mövqeyinin, şahid tərəfindən sürücüyə də 10 manat pul verməsi ilə bağlı halın da mövcud olması nəzərə alınarsa araşdırılıbaraşdırılmaması aydınlaşdırılmamış, bununla bağlı tərəflərin fikirləri öyrənilmədən, qeyd olunan hallara düzgün hüquqi qiymət verməmişdir.

88. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi qeyd olunan halları araşdırmadan, o cümlədən Zakir Paniyevin tibb bacısına və iddiaçıya pul verməyə cavabdeh X27 tərəfindən təhrik edilib-edilməməsi barədə halları diqqətlə araşdırmadan həmin sübutları mötəbər sübutlar kimi qəbul etməkdə tələskənliyə yol vermişdir.

89. Avropa İnsan Hüquqları Məhkəməsi Ramanauskas Litvaya qarşı işində qeyd etmişdir ki, korrupsiya işlərində istintaq orqanlarının xüsusi əməliyyat-istintaq metodlarından, o cümlədən gizli metodlardan istifadə etmələri öz-özlüyündə ədalətli məhkəmə araşdırması hüququnu pozmasa da, lakin belə metodların istifadəsi zamanı istintaq orqanının təhriki riski nəzərə alınarsa, onların istifadəsi aydın çərçivə daxilində həyata keçirilməlidir. Gizli şəxslərin istifadəsinə aydın məhdudiyyətlər və təminatlarla tənzimlənmək şərtilə yol verilə bilsə də, ictimai maraq təhrikçilik nəticəsində əldə edilmiş sübutdan istifadə olunmasına bəraət qazandıra bilməz, belə ki, bu, təqsirləndirilən şəxsi ən əvvəldən ədalətli məhkəmə araşdırması hüququndan məhrum edə bilər.

90. Hə mçinin qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 16 may 2023-cü il tarixli, PHŞ-6-96/3-1-2204/2023 nömrəli əmrin məzmunu araşdırılmamış, həmin əmrin yalnız Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin dispozisiyası ilə əsaslandırılması, bu zaman işçinin yol verdiyi pozuntuların konkret nədə ifadə olunmasının əmrdə göstərilməməsi, bununla da əmrin Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin və 83-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun tərtib edilib-edilməməsinə hüquqi qiymət verilməmişdir.

91. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid b ütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

92. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadığından, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə iddianın qismən təmin olunması barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

93. Ona görə də kassasiya şikayəti qismən təmin o lunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

94. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

95. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edi lsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-689/2024 nömrəli, 09 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar