Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1713/2019 18.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borc pulun qaytarılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.10.2018-ci il tarixli 2(107)-2522/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi il ə məhkəməyə müraciət edərək, Şəki rayonu Aşağı Küngüt kəndində yaşayan Cavabdeh2 verdiyi 500 manat və 500 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsini, Şəki rayonu Aşağı Küngüt kəndində yaşayan Cavabdeh1 verdiyi 2500 AVRO və 2000 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsini, Şəki rayonu Aşağı Küngüt kəndində yaşayan Cavabdeh3 “xxxx” ASC-dəki hesabına köçürülmüş onun evinin kirayə haqqının 1700 manat məbləğində qalığının alınaraq ona qaytarılmasını və son üç ildə ona vurduqları 10000 manat məbləğində maddi-mənəvi ziyanın cavabdehlərin arasında bölüşdürülərək ona ödənilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Moskva şəhərində yaşayır və maddi vəziyyəti olduqca yaxşı olmuşdur. Buna görə də öz qardaşı qızı X1 və onun ailə üzvləri hesab edilən əri X2a və X1nın qaynatası X3a müxtəlif vaxtlarda borca pul vermişdir. Belə ki, İddiaçı Cavabdeh2 500 manat və 500 ABŞ dolları məbləğində pul vermişdir. Digər Cavabdeh1 isə 2500 AVRO və 2000 ABŞ dolları məbləğində pul vermişdir. İddiaçının Bakı şəhərində olan və kirayəyə verilmiş evi ilə bağlı isə aylıq kirayə haqları Cavabdeh3 “xxxx” ASC-dəki hesabına köçürülmüşdür və Cavabdeh3 iddiaçının evinin kirayə haqqı ilə bağlı iddiaçıya 1700 manat məbləğində borcu qalmışdır. Uzun müddət keçməsinə baxmayaraq cavabdehlər idddiaçının pulunu ona qaytarmamışlar. Buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Ötən müddət ərzində cavabdehlər öz hərəkətləri ilə iddiaçıya 10000 manat məbləğində maddi-mənəvi ziyan vurmuşlar. Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) 21 may 2018-ci il tarixl i, 2(075)244/2018 nömrəli qətnaməsi ilə İddiaçı Şəki rayonu Aşağı Küngüt kəndində yaşayan Cavabdeh2 verdiyi 500 manat və 500 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsi, Şəki rayonu Aşağı Küngüt kəndində yaşayan Cavabdeh1 verdiyi 2500 AVRO və 2000 ABŞ dolları məbləğində pulun alınaraq ona verilməsi, Şəki rayonu Aşağı Küngüt kəndində yaşayan Cavabdeh3 “xxxx” ASC-dəki hesabına köçürülmüş onun evinin kirayə haqqının 1700 manat məbləğində qalığının alınaraq ona qaytarılması və son üç ildə ona vurduqları 10000 manat məbləğində maddi-mənəvi ziyanlıqların cavabdehlərin arasında bölüşdürülərək ona ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumu xərci özünə aid edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.10.20 18-ci il tarixli 2(107)1713/2018 qətnaməsi ilə (hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X1) iş üzrə Şəki Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli, 2(075)-244/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmşidir. İddiaçı və vəkili Vəkil tərəfindən Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.10.2018-ci il tarixli 2(107)-1713/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın təmin edilməməsi üçün məhkəmə tətbiq etdiyi üç illik iddia müddətini düzgün hesablamamışdır. Məhkəmə iddiaçı və cavabdeh tərəflərin yaxın qohum olduğunu unudur, o, bu qohumluq səbəbi ilə onlara köməklik etmiş, onlara inanmış, onlarla olan gözəl münasibətləri 2017-ci ilin fevralında qırılmış dır, çünki bu tarixdə onların onun pullarını yaxşılıqla qaytarmaq istəmədiklərini başa düşmüşdür. Onun hüququnun pozulduğunu bildiyi tarix bu tarixdir. Tamamilə başqa məsələdir ki, son üç ildə xəstəlik səbəbli onun özünə çoxlu pul lazım olub, cavabdehlər isə qaytaracaqlarını bildirmişlər, lakin qaytarmamışlar. Cavabdehlərdən alacaq pulu ola-ola o, başqa şəxslərdən borc almalı olmuş və ziyana da bu qaydada düşmüşdür. Başqa sözlə, nə qədər ki, cavabdehlər onun pullarını qaytaracaqlarını vəd edirdilər, o heç də hüququnun pozulduğunu düşünmürdü. Amma o vaxt ki, dedilər qaytarmırıq, get haraya və kimə istəyirsən de, onda o, hüququnun pozulduğunu başa düşmüşdür. Mülki Məcəllənin 373.1-ci maddəsinə görə ümumi iddia müddəti 10 il təşkil edir. Onun cavabdehlərə kömək məqsədilə verdiyi, lakin özünə lazım olanda geri ala bilmədiyi məbləğ az məbləğ deyildir ki, bunu onlara bağışlasın. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsinin əsassız olduğundan ləğv edilməsi, işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər: Məhkəmə kollegiyası iclasında Cavabdeh1 vəkilsiz iştirak etdiynə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 373.1, 373.2, 374.1, 375.1, 375.2, 385.1 və 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına istinad etməklə iş in materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, İddiaçı iddiasında Cavabdeh2 ona 500 manat və 500 ABŞ dolları məbləğində borcunun, Cavabdeh1 2000 AVRO məbləğində borcunun, Cavabdeh3 isə 1700 manat məbləğində borcunun olduğunu bildirsə də, onun tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddiasının əsasını təşkil edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə iclası zamanı da cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçıya borclarının olması öz təsdiqini tapmamış, İddiaçı Cavabdeh1 11.03.2013-cü il tarixdə bank vasitəsilə 2000 ABŞ dolları və 500 AVRO göndərməsi müəyyən edilsə də, həmin məbləğləri tələb etmək üçün 3 illik iddia müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı Cavabdeh1 q arşı 2000 ABŞ dolları və 500 AVRO pul tələbinə dair hissəsi üzrə gəldiyi nəticəsi düzgün əsaslandırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla, düzgün olmayan nəticəyə gəlmiş, qalan hissələrdə isə qətnamə əsaslı və qanuni olmuşdur. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən prosessual normalarının tələblərinə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddiaçının cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddiasının əsasını təşkil edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən və eləcə də, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 iddiaçıya borclarının olması öz təsdiqini tapmadığına görə iddianın onlara münasibətdə əsaslı sayılmamasına dair nətic əsi ilə razılaşır. Həmçinin iddiaçı tərəfindən Cavabdeh1 2000 AVRO şəklində pul verilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyi və işin bu halı öz təsdiqini tapmadığı üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq İddiaçı iddia tələbinin Cavabdeh1 qarşı olan 2000 AVRO ilə bağlı hissəsinin əsassız olması nəticəsinə gəlmişdir. Bu hissədə iddiaçının kassasiya şikayətinin dəlilləri əsassızdır və onlar qətnamənin bu hissədə ləğvi üçün əsas deyidir. İddiaçı tərəfindən bank vasitəsi ilə 11 mart 2013-cü il tarixdə Cavabdeh1 göndərilmiş 2000 ABŞ dolları və 500 AVRO pulun qaytarılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə İddiaçı tərəfindən bank vasitəsi ilə 11 mart 2013-cü il tarixdə Cavabdeh1 2000 ABŞ dolları və 500 AVRO pulun hansı məqsədlər üçün göndərildiyi iş materialları ilə müəyyən edilmir. İddiaçı məhkəmə iclası zamanı həmin pulu Cavabdeh1 borc şəklində verildiyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsində də həmin pulun Cavabdeh1 borc olaraq verildiyi və Cavabdeh1 həmin pulu qısa müddət ərzində qaytaracağını öz öhdəsinə götürdüyü göstərilmişdir. Eyni zamanda, İddiaçı iddia tələbində cavabdehlərin öz öhdəliklərini yerinə yetirməyərək onun pulunu 3 ildən artıq müddətdə qaytarmadıqlarını göstərməklə son üç ildə ona vurduqları 10000 manat məbləğində maddi-mənəvi ziyanlıqları cavabdehlərdən tələb etməsi onu deməyə əsas verir ki, Cavabdeh1 iddiaçı qarşısında götürdüyü öhdəlikləri icra etmədiyindən iddiaçı öz hüquqlarının pozulduğunu iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən 3 ildən də əvvəl bilmişdir. Buna görə hazırki iş üzrə iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən də 3 il əvvəldən iddia müddətinin axımı başlanılmışdır. Həmin vaxtdan 3 ildən artıq müddət keçməsinə baxmayaraq Cavabdeh1 iddiaçıdan aldığı 2000 ABŞ dolları və 500 AVRO puldan hər hansı bir məbləğ qaytarmamışdır. İşin bu halı iddiaçı tərəfin izahatı ilə müəyyən edilir. İddiaçı aralarındakı razılaşmanın tələblərindən irəli gələn hüquqları ilə bağlı, yəni verdiyi 2000 ABŞ dolları və 500 AVRO pulun geri qaytarılması ilə bağlı mübahisənin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 il müddətində məhkəməyə müraciət etməli olduğu halda, həmin müddət ərzində bu hüququndan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu hissədə, yəni, 2000 ABŞ dolları və 500 AVRO pulun tələbinə dair apellya siya instansiyası məhkəməsi səhv hüquqi nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin İddiaçı tərəfindən bank vasitəsi ilə 11 mart 2013-cü il tarixdə Cavabdeh1 2000 ABŞ dolları və 500 AVRO pulun hansı məqsədlər üçün göndərildiyinin iş materialları ilə müəyyən edilməməsi kimi qənaəti anlaşılan deyil. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini əsaslandırmamış, pulun hansı məqsəd üçün göndərilməsinin əsaslarının iş üçün hansı əhəmiyyət kəsb etməsini açıqlamamışdır. Kollegiyanın qənaətinə görə borç pul verilməsi faktı mövcuddursa onun hansı məqsədlər üçün verilməsinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb etmir. Bu halda borc pulu alan şəxsin borcun qaytarılması istiqamətində yol verdiyi hərəkət və ya hərəkətsizliyinin qanuniliyinə hüquqi qiymət verilməlidir. Digər tərəfdən, iddiaçı iddia ərizəsində 2000 ABŞ dolları və 500 AVRO pulla bağlı Cavabdeh1 onu qısa müddətdə qaytaracağını bildirdiyini göstərməmişdir. İddia ərizəsində həmin borcun xoşluqla qaytarılması üçün iddiaçının 2015-ci ilin sentyabr ayınadək gözlədiyi göstərilmişdir. Cavabdeh1 isə həmin məbləğlərin borc kimi deyil, başqa şəkildə verilməsi barədə fikir bildirməmiş, sadəcə iddianı əsassız olduğunu və iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin hesablanmasını iddiaçının izahatına əsasən müəyyənləşdirərək qeyd etmişdir ki, İddiaçı iddia tələbində cavabdehlərin öz öhdəliklərini yerinə yetirməyərək onun pulunu 3 ildən artıq müddətdə qaytarmadıqlarını göstərməklə son üç ildə ona vurduqları 10000 manat məbləğində maddi-mənəvi ziyanlıq ları cavabdehlərdən tələb etməsi onu deməyə əsas verir ki, Cavabdeh1 iddiaçı qarşısında götürdüyü öhdəlikləri icra etmədiyindən iddiaçı öz hüquqlarının pozulduğunu iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən 3 ildən də əvvəl bilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər qohumluq münsibətində olmaqla aralarında borc münasibətlərinin olması faktı mübahisəsiz olsa da, borcun qaytarılması müddəti barədə razılaşma olmamışdır və iddia müddətinin axımının hesablanması barədə apellyasiya instansiya məhkəməsinin mövqeyi düzgün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan mü ddətdə icra etməyə borcludur. Kollegiya qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İddiaçının iddia ərizəsində göstərdiklərinə əsasən o, 2016-cı ilin yanvar ayından pulunu tələb etməyə başlamış, lakin nəticəsi olmamış və 04.10.2017-ci il tarixdə məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan he sablanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü m maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməmə si iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Kollegiya qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Belə liklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı Cavabdeh1 qarşı 2000 ABŞ dolları və 500 AVRO pulun qaytarılması tələbi üzrə maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, nəticədə bu hissədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri bu hissədə əsaslıdır. Buna görə də, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.10.2018-ci il tarixli 2(107)-1713/2018 nömrəli qətnaməsi qismən, iddianın Cavabdeh1 500 Avro və 2000 ABŞ dolları tutulmasının rədd edilməsi hissəsində ləğv edilərək, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsvi ri hissəsində göstərilənlər tərəflərin iştirakı ilə araşdırılıb hüquqi qiymət verilməklə, mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.10.2018-ci il tarixli 2(107)-1713/2018 nömrəli qətnaməsi qismən, iddianın Cavabdeh1 500 Avro və 2000 ABŞ dolları tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin və mülki iş ləğv olunan hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1713/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1713/2019
18.03.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver