Məhkəmə qərarları › İş №2(102)-1714/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1714/2022

12.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1714/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar XXX və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ № 2(102)-1714/22 (Açar sözlər: nikahın etibarsızlığı) Bakı şəhəri, 12 aprel 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçılar XXX və İddiaçı2 Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7416/2021 nömrəli, 27.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı2 mərhum Səfərov Rövşən Rafiq oğlunun XXX ilə 1-ci nikahından olan övladı, Cavabdeh mərhum Səfərov Rövşən Rafiq oğlunun 2-ci nikahdan arvadıdır.

2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-500/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Qasımov) Səfərov Rövşən Rafiq oğlunun XXXna qarşı “nikahın pozulması” tələbinə dair ilkin, XXXnın Səfərov Rövşən Rafiq oğluna qarşı “uşağın himayəsində qalması, aliment, təhsillə bağlı xərcin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə iddia təmin edilmiş, Səfərov Rövşən Rafiq oğlu ilə XXX arasında 15 yanvar 2005-ci il tarixdə Bakı şəhəri Səadət sarayında bağlanmış 132 nömrəli nikah pozulmuş, XXXnın Səfərov Rövşən Rafiq oğluna qarşı uşağın himayəsində qal ması, aliment, təhsillə bağlı xərcin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından olan uşağı - xx xxxxxx 2001-ci il təvəllüdlü İddiaçı2 anası XXXnın yanında qalması müəyyən edilmiş, xx xxxxxx 2001-ci il tarixdə anadan olmuş İddiaçı2 saxlanması üçün Səfərov Rövşən Rafiq oğlundan aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq XXXna ödənilməsi və alimentin tutulmasının əvvəlinin 24 yanvar 2019-cu il tarixdən hesablanması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6083/2019 nömrəli, 14 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov, A.İmanov, V.Sadıqov) cavabdeh XXX tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)500/2019 saylı iş üzrə 24 y anvar 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissəsində - qarşılıqlı iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. 3. 09.04.2019-cu il tarixdə Səfərov Rövşən Rafiq oğlu ilə Cavabdeh arasında nikah bağlanmış, 31.10.2020-ci il tarixdə Səfərov Rövşən Rafiq oğlu vəfat etmişdir.

4. XXX və İddiaçı2 Rövşən Səfərovla Cavabdeh arasında bağlanmış nikahın qanunvericiliyin tələblərinə uyğun bağlanmaması əsası ilə hazırki mübahisəni başlatmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar XXX və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səfərov Rövşən Rafiq oğlu ilə Cavabdeh arasında bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum Rövşən Səfərov cavabdeh ilə nikah bağlayan zaman 1-ci iddiaçı ilə nikahda olub. Belə ki, 1-ci iddiaçı ilə nikahın pozulması barədə qətnamə qəbul olunsa da həmin qətnamə Rövşən Səfərovun cavabdehlə nikah bağladığı zaman qanuni qüvvəyə minməmişdi, çünki 1-ci iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdi.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.Novruzova) 04 may 2021-ci il tarixli, 2(005)-1036/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə 2(001)-500/2019 saylı mülki işə baxış keçirmiş və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 500/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə XXX ilə Səfərov Rövşən Rafiq oğlu arasında 15 yanvar 2005-ci il tarixdə ba ğlanmış nikah pozulmuş, həmin qətnamə XXX tərəfindən rəsmi qaydada 30.01.2019-cu il tarixdə qəbul edilmiş, həmin qətnamədən XXX tərəfindən qarşılıqlı iddia tələbinin təmin olunmayan hissəsindən 25.02.2019-cu il (25.03.2019-cu il) apellyasiya şikayəti verilmiş, mülki iş 08.04.2019-cu il tarixdə apellyasiya instansiyasına göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6083/2019 nömrəli, 14 may 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-500/2019 saylı iş üzrə 24 yanvar 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissəsində - qarşılıqlı iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır.

9. Məhkəmə ilk öncə qeyd etmişdir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-500/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qətnaməsindən ape llyasiya şikayəti nikahın pozulması hissəsindən deyil, qarşılıqlı iddia tələbinin təmin olunmayan hissəsindən verilmişdir. Digər tərəfdən, Səfərov Rövşən Rafiq oğlunun XXX ilə mövcud olan nikahı nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 14.03.2019-cu il tarixdə 117 nömrə ilə qeyd edildikdən sonra Səfərov X1 Zərifə Azadi qızı ilə nikaha daxil olmuşdur. Belə olan halda, Səfərov Rövşən Rafiq oğlunun başqası ilə nikahda olmaqla digər şəxslə nikaha daxil olması halı baş verməmişdir. Buna görə də, iddiaçıların istinad etdiyi əsasla nikahın etibarsız sayılması tələbi təmin oluna bilməz.

10. Bununla yanaşı, məhkəmə işin hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçılar XXX və İddiaçı2 tərəfindən inzibati orqan olaraq Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinin qəbul etdiyi 19.09.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 331965 nömrəli nikahın pozulması haqqında şəhadətnamə inzibati akt olaraq mübahisələndirilməmiş, bu sənəd hər hansı qaydada ləğv edilməmişdir. Belə olan halda, Səfərov Rövşən Rafiq oğlu nikahın pozulması haqqında şəhadətnamə əldə etdikdən sonra nikaha daxil olmuşdur, bu hal nikahın etibarsız sayılması barədə iddiaçının tələbinin əsassız olduğunu göstərir.

11. Məhkəmə iş üzrə gəldiyi nəticəni Ailə Məcəlləsinin 2.3, 12.0.3, 25 və “L.Axundovanın şikayəti üzrə” AR Konstitusiya Məhkəməsi Plenumunun 31 iyul 2013-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

12. Qətnamədən iddiaçılar XXX və İddiaçı2 apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7416/20 21 nömrəli, 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov - sədrlik edən və məruzəçi, X.Sarıyev və V.Sadıqov) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.Novruzova) 04 may 2021-ci il tarixli, 2(005)1036/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

15. Qətnamədən İddiaçı2 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianı n təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, nikahın pozulması haqqında şəhadətnamə verilərkən qətnamə qanuni qüvvəsini almamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

17. Maddə 2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.

18. Maddə 11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz.

19. Maddə 12.0.3. İkisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir.

20. Maddə 25.1. Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqd a bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

25. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi iş ə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə o lunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırki kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

31. İddiaçı iddia ərizəsi və apellyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də israrla bildirir ki, nikahın pozulması haqqında şəhadətnamə verilərkən qətnamə qanuni qüvvəsini almamışdır.

32. Halbuki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-500/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə nikahın pozulması, qətnaməni n nikahın pozulması hissəsindən apellyasiya şikayəti verilmədiyindən qətnamənin 1 ay sonra qanuni qüvvəyə minməsi, 14 mart 2019-cu il tarixdə nikahın pozulması haqqında şəhadətnamənin verilməsi və 09 aprel 2019-cu il tarixdə Səfərov Rövşən Rafiq oğlu ilə Cavabdeh arasında nikah bağlanması işin sübuta yetirilmiş hallarıdır.

33. İddiaçılar mərhum Səfərov Rövşən Rafiq oğlunun rəsmi nikahda olduğu müddət ərzində başqa nikaha daxil olması əsası ilə 2-ci nikahın etibarsızlığını tələb edirlər. Lakin, işin sübuta yetirilmiş yuxarıda qeyd olunan halları həmin dəlili birmənalı olaraq təkzib edir.

34. Göründüyü kimi, kassasiya şikayətinin dəlili formal xarakterli olmaqla, apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz.

35. Nəzərə alınmalıdır k i, Mülki Prosessual Məcəlləyə (§21-§23) əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Belə olan halda, kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 37. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

38. Qeyd olunanları nəzərə alaraq Koll egiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7416/2021 nömrəli, 27.08.2021-ci il tarixli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar