Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1715/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARI Açar sözlər: mənzilə köçürülmə və maneənin aradan qaldırılması 01.06.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(103)7580/2022 saylı qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə 01 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. “Nikahın pozul ması haqqında” şəhadətnamənin surətinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında olan nikah 20 dekabr 2019-cu il tarixdə ləğv edilmişdir. 2. 14 yanvar 2014-cü il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 12 saylı evin 29 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır.
3. Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia tam, qarşılqılı iddia qismən təmin edilmiş, Bakı Şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 12 saylı evin 29 saylı mənzilində İddiaçı payının ½ hissədə, Cavabdeh1 payının ½ hissədə (mülkiyyət hüquqularının) müəyyən edilməsi, 27 fevral 2020-ci ildən başlayaraq 27 dekabr 2033-cü il tarixədək hər növbəti ayın 5-dək 154,74 manat pulun Cavabde h1 tərəfindən İddiaçı ödənilməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 may 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 mübahisələndirildiyi hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli məktubuna əsasən, Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi 27 iyul 2022-ci il tarixdə qanuni qüvvəsini almışdır.
6. Bakı Şəhəri, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin İddiaçı ünvanladığı 06 may 2021-ci il tarixli məktuba əsasən, göstərilən xüsusatlar mülki xarakterli olduğundan pozulmuş mülki münasibətlərdən irəli gələn h üquqlarının bərpa olunması üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.
7. Həmçinin “Doğum haqqında” şəhadətnaməyə əsasən, X3 07 sentyabr 2020-ci il tarixində Bakı şəhərində anadan olmuşdur və onun valideynləri qrafasında atası “İddiaçı”, anası isə “X1” qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər) qarşı “onun yeni qurduğu ailə üzvləri ilə birlikdə mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 12 saylı evin 4 otaqlı, ümumi sahəsi 82,09 kv.metr olan 29 saylı mənzilinə köçürülməsi və bu hüquqdan istifadəyə cavabdehlər tərəfindən törədilən maneçiliyin aradan qaldırılması barədə iddia ə rizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə 1997-ci ildə Bakı şəhəri, Xətai rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahlarından xx xxxx 1998-ci il tarixdə Məhəmməd adlı uşaqları doğulmuşdur. Birgə nikahda olduqları müddətdə cavabdehlər tərəfindən mənzilə dair törədilmiş mübahisələr elə bir həddə çatmışdır ki, 22 il əvvəl bağlanmış nikahları 20 dekabr 2019-cu il tarixdə Cavabdeh1 iddiasına əsasən Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmşdur. Birgə nikah müddətində onlar, hazırda cavabdehlərin yaşadığı Bakı Şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 12 saylı evin, ümumi sahəsi 82,09 kv.metr (yaşayış sahəsi 47,29 kv.metr, köməkçi sahələri 34,8 kv.metr) olan 4 otaql ı, 29 nömrəli mənzili 27 dekabr 2013-cü il tarixdə alqı-satqı və ipoteka müqaviləsi bağlamaqla əldə etmiş və həmin mənzil 14 yanvar 2014-cü il tarixdə tam mülkiyyət hüququ üzrə iddiaçının adına rəsmiləşdirilmişdir. Mənzilin alqı-satqısı günündən nikahlarının pozulması günədək iddiaçı cavabdehlərlə birgə yaşamışdır. Lakin, nikah pozulandan sonra cavabdehlər birləşərək iddiaçını, mülkiyyət hüququ ilə ona məxsus mənzilə buraxmamışlar. İddiaçı kirayələrdə yaşamağa məcbur olmuş və hal-hazırda da bu hal davam edir. Dəfələrlə iddiaçı mənzilində yaşamağa cəhd etsə də, cavabdehlər buna şərait yaratmamışlar və əksinə həmişə qarşıdurma törətmişlər. İddiaçı artıq digər şəxslə X1 ilə nikah münasibətlərindədir və iddiaçının bu evlilikdən 07 sentyabr 2020-ci il tarixdə X3 adlı övladları anadan olmuşdur. İddiaçı yeni qurduğu ailəsi ilə birlikdə mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə köçüb yaşamağa cəhd etsə də, mübahisələr yaranmışdır. Mübahisənin məhkəmədən kənar həlli ilə əlaqədar cəhdlər heç bir nəticə verməmişdir. Cavabdehlər isə bu yönümdə mübahisə etməkdə davam edirlər. Cavabdehlərin hərəkətləri barədə iddiaçı ərazi üzrə polis orqanlarına müraciət etsə də, heç bir nəticəsi olmamış və sonda iddiaçıya mübahisənin mülki xarakter daşıması ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Heç bir razılaşma alınmadığından, iddiaçı məcbur olub mübahisənin hüquq müstəvisində həlli ilə əlaqədar, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir. İddiaçı hesab edir ki, onun yeni ailə qurduğu həyat yoldaşı və körpə övladı ilə birlikdə mülkiyyət hüququ ilə iddiaçıy a məxsus Bakı şəhəri, Xətai rayonu, General Mehmandorov küçəsi, 12 saylı evin 29 saylı mənzilinə köçüb yaşamaq hüququ vardır. İddiaçının bu hüququna cavabdehlər tərəfindən törədilmiş maneçiliklər aradan qaldırılmalı və müvafiq məhkəmə qərarı qəbul edilməlidir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(011)126/2022 saylı qətnaməsi ilə (hakim L.Rəhimli) iddia təmin edilmiş, iddiaçının yeni qurduğu ailə üzvləri ilə birlikdə Bakı Şəhəri, Xətai Rayonu, General Mehmandarov küçəsi, 12 saylı evin 29 saylı mənzilinə köçürülməsi, iddiaçının Bakı Şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 12 saylı evin 29 saylı mənzilindən istifadəsinə cavabdehlər tərəfindən yaradılan maneələrə son qoyulması qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə əsasən m ülkiyyət hüququ özündə sahiblik, istifadə və sərəncam hüquqlarını ehtiva edir. Daşınmaz əmlaka mülkiyyət hüququ isə qanuna müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra əldə edənə keçə bilər. Hazırki iş üzrə mübahisəli mənzil iddiaçının adına ilkin olaraq qeydiyyata alınsa da, lakin sonradan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həm iddiaçının, həm də Cavabdeh1 ½ hissədə mənzilə payları (mülkiyyət hüquqları) müyyən edilmişdir.
12. Belə ki, iddiaçı, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 12 saylı evin 29 saylı mənzilinə gözlənilən mülkiyyət hüququna sahib olmaqla, həmin mənzildən yarı hissədə payı olduğundan, iddiaçının mübahisəli mənzilə köçürülməsinə dair iddia tələbi təmin edilməlidir.
13. Həmçinin, mülkiyyətçinin öz ailə üzvünü mülkiyyət ində olan yaşayış sahəsinə köçürmək hüququ vardır. Bu səbəbdən iddia “mübahisəli mənzilə iddiaçının yeni qurduğu ailə üzvlər ilə birlikdə köçürülməsi” hissəsində də əsaslı olduğundan təmin edilməlidir.
14. Məhkəmə, iddiaçının “mənzildən istifadə hüququna cavabdehlər tərəfindən törədilən maneçiliyin aradan qaldırılması” hissəsinə qiymət verərək qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzilin ½ hissəsinə mülkiyyət hüququ tanıdığından, onun yaşayış sahəsindən istifadə hüququna edilən maneələrə son qoyulmasına dair tələbi əsaslıdır.
15. Məhkəmə hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Mülki Məcəllənin 152.1, 152.4, 157.4, 157.8, 215.1, 215.2, 228.5-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinad etməkl ə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddaçının ailə üzvü olan həyat yoldaşı birgə iddiaçı qismində çıxış etmədiyi halda, onun da mənzilə köçürülməsini qət etmişdir və bu hal qanunsuzdur. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə, iddia predmetindən kənara çıxaraq iddiaçı olmayan şəxsin mənzilə köçürülməsini qət etmişdir. Mülki iş materiallarından görünür ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır və məhkəmənin gəlmiş olduğu nəticə işin hallarına qətiyyən uyğun gəlmir. Məhkəmə araşdırmamışdır ki, mübahisə halında nikahı pozulan şəxslərin birgə yaşaması hansı şəraitdə mümkün ola bilər. Nəzərə alasaq ki, iddiaçı ilə Cavabdeh1 arasında nikah pozulmuşdursa və yenisi ilə ailə qurmuş iddiaçının həmin ailə üzvü ilə birlikdə bu mənzilə köçürülməsi istər birgə yaşayış qaydalarına, istərsə də milli-mental dəyərlərə zidd hesab edilməlidir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(103)-7580/2022 saylı qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev sədrlik edən, məruzəçi, İ.Şirinov və C.Yusifov) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qətnaməsi qismən– iddiaçının ikinci nikahdan olan ailə üzvlərinin Bak ı Şəhəri, Xətai Rayonu, General Mehmandarov küçəsi, 12 saylı evin 29 saylı mənzilinə köçürülməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilə köçürülməyə dair iddia tələbini yalnız iddiaçıya münasibətdə təmin etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçının mübahisəli mənzilə yeni ailə üzvləri ilə (arvadı və oğlu) birlikdə köçürülməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Birinci instansiya məhkəməsi hazırki mübahisənin həllində Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad etmişdir. Halbuki, mübahisələndirilən mənzil tərəflərin ümumi birgə mülkiyyəti deyil, ümumi paylı mülkiyyətidir. Yəni tərəflər arasında olan mülkiyyət münasibətlərin ə Mülki Məcəllənin 215ci maddəsinin tələbləri tətbiq edilməlidir.
20. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə mübahisəli mənzilə tərəflərin ½ hissədə payları müəyyən edilmişdir. Həmin mənzil naturada bölündüyü təqdirdə iddiaçı yeganə mülkiyyətçi kimi əvvəlki paylı mülkiyyətçinin razılığı olmadan mənzildən istədiyi kimi istifadə edə, yeni ailə üzvləri ilə həmin mənzildə yaşaya bilər. Lakin, iş materiallarından sözügedən mənzilin naturada bölgüsünə dair məhkəmə qərarının olması görünmür.
21. Hazırda mübahisələndirilən mənzil iddiaçı və cavabdehin ümumi paylı mülkiyyəti olduğundan, iddiaçının yeni ailə üzvlərinin həmin mənzilə köçürülməsi yalnız cavabdehin razılığını tələb edir ki, mülki iş materiallarından və apellyasiya şikayətinin dəlil lərindən cavabdehin buna razılığının olmadığı müəyyən edilmişdir.
22. Məhkəmə kollegiyası hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Mülki Məcəllənin 157.4, 157.8, 215.1, 215.2, 228.5-ci maddələrinə, həmçinin MPM-nin 82.3-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya insta nsiyası məhkəməsi iddiaçının ailə üzvlərinə münasibətdə maddi hüquq normalarını düzgün tədbiq etmişdir. Həmin hüquq normaları iddiaçının özünə nisbətdə də tədbiq edilməli idi. Lakin, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tələblərini pozmuşdur.
25. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi göndərərək, kassasiya şikayətinin rədd edilməsi və iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxsdlərin izahatları
27. Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbayca n Respublikasinin Konstitusiyası
28. Maddə
43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
30. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
31. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada h əyata keçirilir.
32. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
33. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslər in yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnam əsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzər də tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən iddianın təmin olunan hisəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
45. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şik ayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
46. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın İddiaçı münasibətdə də təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
47. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 05 aprel 1997-ci il tarixdə iddiaçı rəsmi nikah əsasında Cavabdeh1 ilə ailə qurmuş və onların birgə nikahından xx xxxx 1998-ci il tarixdə X adlı uşaqları doğulmuşdur. 20 dekabr 2019-cu il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında b ağlanmış nikah ləğv edilmişdir. Bundan sonra iddiaçı ikinci dəfə X ilə ailə qurmuş və onların birgə nikahından 07 sentyabr 2020-ci il tarixdə X adlı uşaqları doğulmuşdur.
48. Hazırda iddiaçı, yeni qurduğu ailə üzvləri arvadı X və oğlu X birlikdə mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı Şəhəri, Xətai Rayonu, General Mehmandarov küçəsi, 12 saylı evin 4 otaqlı, ümumi sahəsi 82,09 kv.metr olan 29 saylı mənzilə köçürülməsini və bu hüquqdan istifadəyə cavabdehlər tərəfindən törədilən maneçiliyin aradan qaldırılmasını iddia etmişdir.
49. Apellyasiya instansiyası məhkəməsi işin hallarına və apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd etmişdir ki, Mülki Məcəllənin 152.1-152.4-cü maddələrinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan is tifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
50. Qanunvericinin tələbinə görə, mülkiyyət hüququ özündə sahiblik, istifadə və sərəncam hüquqlarını ehtiva edir. Daşınmaz əmlaka mülkiyyət hüququ isə qanuna müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra əldə edənə ke çə bilər.
51. Hazırki iş üzrə mübahisəli mənzil iddiaçının adına ilkin olaraq qeydiyyata alınsa da, lakin sonradan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həm iddiaçının, həm də Cavabdeh1 ½ hissədə mənzilə payları (mülkiyyət hüquqları) müyyən edilmişdir.
52. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
53. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb qeyd etmişdir ki, mübahisəli mənzilə köçürülməyə dair birinci instansiya məhkəməsi iddia tələbini yalnız İddiaçı müna sibətdə təmin etməkdə haqlı olmuşdur.
54. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının mübahisəli mənzilə yeni ailə üzvləri ilə (arvadı və oğlu) birlikdə köçürülməsini mülki qanunvericiliyin tələblərinə zidd hesab etmişdir.
55. Belə ki, Mülki Məcəllənin qeyd edilən 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
56. Normanın mənasına görə, qanunverici paylı mülkiyyətdə olan əşyadan istifadəni bütün mülkiyyətçilərin razılaşması ilə şərtləndirmişdir.
57. Hazırki işdən aydın olur ki, digər paylı mülkiyyətçi olan Cavabdeh1 iddiaçının yeni ailə üzvlərinin həmin evdə yaşamasına (istifadə etməsinə) razı deyil.
58. Eyni zama nda, Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
59. Qeyd edilən normanın mahiyyətindən görünür ki, qanunverici yalnız paylı mülkiyyətin mülkiyyətçisinin istifadə hüququnu tanımışdır. Belə olan halda, paylı mülkiyyətçi olan iddiaçının yeni ailə üzvlərinin də həmin mənzilə köçürülməsi digər mülkiyyəçinin mülkiyyət hüquqlarını pozur.
60. Birinci instansiya məhkəməsi hazırki mübahisənin həllində Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad etməkdə haqlı olmamışdır. Çünki, hazırda mübahisələndirilən mənzil tərəflərin ümum i birgə mülkiyyəti deyil, ümumi paylı mülkiyyətidir. Mülki Məcəllənin qeyd edilən 228-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu tənzimləyir. Hazırki mülki işdə tərəflər paylı mülkiyyətçilərdir. Belə olan halda onlar arasında olan mülkiyyət münasibətlərinə Mülki Məcəllənin 215-ci maddəsinin tələbləri tətbiq edilməlidir.
61. Apellyasiya instansiyası məhkəməsi, Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının dəlillərini araşdırıb qeyd etmişdir ki, Mülki Məcəllənin 215.1 və 215.2-ci maddələrinə əsasən, iddiaçı özü paylı mülkiyyətçi olduğundan onun mübahisəli mənzildən istifadə hüququ olsa da, onun ikinci nikahdan olan ailə üzvlərinin həmin mənzildən istifadə hüququ yarana bilməz.
62. Apellyasiya instansiyası məhkəməsi, həmçinin qeyd etmişdir ki, Bakı Şə həri, Xətai Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə mübahisəli mənzilə tərəflərin ½ hissədə payları müəyyən edilmişdir və həmin mənzil naturada bölündüyü təqdirdə iddiaçı yeganə mülkiyyətçi kimi əvvəlki paylı mülkiyyətçinin razılığı olmadan da mənzildən istədiyi kimi istifadə edə və yeni ailə üzvlərini də həmin mənzilə köçürə bilər. Lakin, mülki iş materiallarından görünür ki, sözügedən mənzilin naturada bölgüsünə dair məhkəmə qərarı yoxdur və həmin mənzil tərəflərin paylı mülkiyyətindədir.
63. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan etiraz ərizəsinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfind ən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür.
64. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 dekabr 2022-ci il tarixli, 2(103)-7580/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.